Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                 

Türkiyəli cərrah rəsmən QƏSSAB rolunda... - ŞİKAYƏT VAR
Tarix: 9-12-2015, 09:26 | Çap et
Türkiyəli cərrah rəsmən QƏSSAB rolunda...
Bir neçə gün əvvəl, Bakı şəhəri Abşeron rayonu, Gənclər şəhərciyi, blok 1, mənzil 41 -də yaşayan Hüseynova Dilşad Hüseyin qızının Azərbaycanda bir çox estetik əməliyyatlara imza atan türkiyəli həkim Hayati Akbaşın onun başına açdığı müsibətlər barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi haqda məlumat vermişdik. Dilşad xanım Məhkəməyə ünvanladığı ərizənin bir nüsxəsini də ictimailəşdirmək üçün saytımıza göndərmişdi. Qeyd edək ki, həmin məktubun yayılmasından sonra, redaksiyamıza türkiyəli həkim Hayati Akbaşın əməllərindən zərərçəkən çoxlu sayda vətəndaş zəng edib. Onların hamısının rastlaşdığı fırıldağın ssenarisi eynidir. Hayati Akbaş tərəfindən bir dəfə əməliyyat olunan həmin xanımlar sonradan Hayati Akbaşın dalınca sürünməyə məcbur olublar. Əksəriyyəti isə, Hayati Akbaşın toruna düşərək, bir neçə dəfə yenidən uğursuz əməliyyat keçirmək kimi “şansı” yaşayıb.
Hayati Akbaşın növbəti “qurban”ı olan Bakı Şəhəri, Yeni Yasamal, Şimal binası, mənzil 188-də yaşayan Nəcəfova Həcər Adil qızının başına gələnlər isə əsl müsibəti xatırladır. Bu xanım da, türk həkimin əməllərindən Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Şikayətçi tərəfindən İddia Ərizəsinin bir nüsxəsi də Azinforum.az saytına göndərilib. Həmin şikayəti olduğu kimi təqdim edirik:

“Mən, 2014-cü ilin ilin mart ayının 4-də İstanbul FBM Klinikasında həmin klinikaya Türkiyədən dəvət olunmuş Hayati Akbaş tərəfindən süd vəzi və bel nayihəmdən yağ alma əməliyyatı olunmuşam. Həmin vaxt, bu əməliyyatlar üçün mən Hayati Akbaşın tələbi ilə əməliyyat xərci olaraq ona 6000 (altı min) ABŞ dolları nəğd pul ödədim. Lakin əməliyyatlar uğursuz oldu.
Bu barədə şikayətlərimi klinikaya bildirdim və Hayati Akbaş mənə zəng vurub şəkillərimi istədi. Mən şəkillərimi göndərdikdə, o mənə təkrar əməliyyatın vacib olduğunu bildirdi. Eyni zamanda, mənə bildirdi ki, daha Azərbaycana gəlməyəcək və mən təkrar əməliyyat olunmaq üçün Türkiyənin Samsun şəhərində yerləşən FBM estetik klinikasına getməliyəm. O mənə bildirdi ki, əgər Samsuna getsəm, təkrar əməliyyatı pulsuz edəcək və heç bir ödəniş almayacaq.
Mən ailəmlə məsləhətləşib 2014-cü ilin mart ayının 14-də anam və dayımla birlikdə Türkiyənin Samsun şəhərinə getdik. FBM klinikasında Hayati Akbaşla görüşdük. Hayati Akbaş mənə bildirdi ki, mənim burada vergi xərclərim var və ona görədə mənə əlavə olaraq 2000 (iki min) ABŞ dolları ödəməlisən. Mən pulumuzun olmadığını bildirdim. Lakin, o mənə dedi ki, əgər ödəniş etməsə əməliyyat edə bilməyəcək. Bundan sonra biz çarəsiz qaldıq və aldandığımızı hiss etdik. Azərbaycana zəng vurub 2000 (iki min) dollar göndərmələrini istədik. Yaxın qohumlarımız Bakıdan bank vastəsi ilə Hayati Akbaşın hesabına 2000 (iki min) ABŞ dolları köçürtdülər və bundan sonra, birinci əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün, o məni ikinci dəfə əməliyyat etdi. Əməliyyatdan sonra, mən palatada olarkən, Hayati Akbaşdan mənim süd vəzilərimə qoyulan slikon protezlərin keyfiyyət pasportunu tələb etdim. Lakin bu zaman Hayati Akbaş mənə bildirdi ki, mən sənin süd vəzilərindən çıxarılmış slikon protezləri silib onları yenidən süd vəzilərinə yerləşdirmişəm. Ona görə də, pasport verə bilməz.
Mən çox əsəbləşdim və bildirdim ki, axı işlənmiş protezlər yenidən bədən daxilinə yeridilə bilməz, buna səhiyyə imkan vermir. Bu zaman Hayati Akbaş mənim üstümə bağırdı və bildirdi ki, bura Azərbaycan deyil, burda bizim sözümüz keçir. Sənin protezlərini dəyişmək üçün mən pul xərcləyə bilmərəm.
Biz 10 gündən sonra Azərbaycana qayıtdıq. Bir neçə ay keçdikdən sonra, süd vəzilərimə su və irin yığılmağa başladı. Təxminən 1 ildir ki, mən yarana biləcək daha qorxulu xəstəliklərə düçar olmamaq üçün, mütəmadi olaraq həkimlərə müraciət edirəm və müxtəlif dozalı dərmanlar içirəm. Eyni zamanda, artıq depresiyaya düşmüşəm və özümə qapılmağa başlamışam. Hayati Akbaş mənim tələblərimə baxmayaraq nə pulumu qaytarmır, nə də gəlib fəsadları aradan qaldırmır. Məni müxtəlif bəhanələrlə Türkiyəyə çağırır. Lakin mən ora bir dəfə gedib maddi və mənəvi, eyni zamanda tibbi terrora məruz qaldığım üçün, daha getmək istəmirəm. Bundan əlavə, Türkiyəyə getmək üçün əlavə olaraq 2-3 min manat pul xərcləməliyəm. Heç bir yerdə işləmədiyim üçün, buna faktiki olaraq maddi imkanım da yoxdur.
Hörmətli Məhkəmə!
Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, mənə dəymiş 8.000 (səkkiz min) ABŞ dolları əməliyyata ödədiyim, 5.000 (beş min) ABŞ dolları yol pulu və digər xərclərimin və 50.000 (əlli min) manat mənəvi ziyanın Hayati Akbaşdan alınaraq mənə verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm”.

Azinforum.az olaraq saytımıza təqdim edilən bu şikayətlərdə adı geçən tanınmış cərrahla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun hazırda Türkiyədə olduğu və artıq Azərbaycandan edilən zənglərə cavab vermədiyi bildirilir. Biz internet üzərindən verdiyimiz sorğularda Hayati Akbaş adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən bir çox profilə rast gəldik. Lakin həmin səhifələrə göndərdiyimiz sorğulara da cavab verən tapılmadı.
Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etmişik ki, Hayati Akbaşla bağlı Binəqədi Rayon Məhkəməsinə edilən şikayətlərin ardı-arası kəsilmir. Məhkəmədən bizə bildirdilər ki, bu istiqmətdə onlara daxil olan şikayətlərin çoxluğu səbəbindən ola bilər ki, iddialara qruplaşdırılaraq baxılsın.
Azinforum.az olaraq biz bu işin hüquqi perspektivi ilə də maraqlanmışıq. Tanınmış hüquqşunas Mehman Muradlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu işlə bağlı cavabdeh tərəf müəyyənləşməlidir:
” Barəsində şikayət olunan həkim xarici ölkə vətəndaşıdır və yəqin ki, onun Məhkəmədəki iştirakını təmin etmək çətin olacaq. Həmin halda cavabdeh qismində onun buradakı nümayəndəsi və ya əməliyyatın edildiyi klinika prosesə cəlb ediləcək. Məhkəmə şikayətçilərin ərizəsini təmin edəcəyi halda həmin qərar icraya yönəldiləcək. Sonda isə məhkəmə qərarının icra olunması ilə bağlı Türkiyə hökumətinin əlaqədar qurumları qarşısında vəsatət qaldırıla bilər. Hesab edirəm ki, bu məsələdə cinayət tərkibi daha çox nəzərə çarpır. Edilən şikayətlərin doğruluğunu qəbul etsək burada söhbət: həkim səhlənkarlığı və dələduzluqdan gedir. Özü də bu dələduzluq beynəlxalq səviyyəlidir. Belə halları görən Məhkəmə xüsusi qərarla materialları cinayət işinin başlanması üçün prokurorluğa göndərə bilər”.
Hesab edirik ki, vətəndaşlarımızın başına belə oyunların açılmasında yerli televiziyaların da rolu az deyil. Şikayətçilərin hər biri bizimlə söhbətlərində qeyd edir ki, onlar Hayati Akbaşı teleekranlarda gördükdən sonra ona inanıblar. Əksər media ekspertləri hesab edir ki, belə halların yaranmasında özəl klinikaların da təqsiri az deyil. Onlar xərclərinin az çıxması səbəbindən ölkəyə daha az təcrübəsi olan həkimləri gətirirlər ki, bunun da fəsadları göz qabağındadır.
Mövzuya qayıdacayıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru