Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                 

Kooperasiya Universiteti ilə bağlı ŞOK QALMAQAL - Təhsil nazirinin imzası necə saxtalaşdırılıb?
Tarix: 21-10-2015, 10:32 | Çap et
[b]Kooperasiya Universiteti ilə bağlı ŞOK QALMAQAL
Ağdam rayon sakini Sədrəddin Cahid oğlu Quliyev dünən redaksiyamızda olarkən hər kəsi şoka salan bir məsələni danışdı... Rəsmi ərizəsini təqdim edən S.Quliyevin başına gələnlər Bakıda baş verib. Belə ki, Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 24-də yaşayan Quliyev Sədrəddin Cahid oğlunun övladı Gürcüstanın Açıq Tədris Universitetindən ailə vəziyyəti ilə bağlı Azərbaycandakı universitetlərdən birinə köçürülməsi zamanı ortaya çıxmış sənədlərin saxtalığı ilə üz-üzə qalıb. O, ona 14600 manata başa gəlmiş bu sənədləri bizə təqdim etdi... Həqiqətən də ilk baxışda şübhələnməyə heç bir əsas da yoxdur. Amma...

Təhsil nazirinin imzası
necə saxtalaşdırılıb?

Hansı ki, həmin sənədlər Azərbaycan Təhsil Nazirliyindən, təhsil nazirinin müavini C.Bayramovun imza və möhürü ilə təsdiqlənmiş rəsmi məktubdan, Azərbaycan Kooperasiya Universitetinin möhürlü-ştamplı tələbə biletindən, adı çəkilən universitetin kassasına ödənilmiş 1200 manatlıq ödənişin qaimə-qəbzindən, nəhayət, şikayətçinin övladının tələbə olması barədə aidiyyəti dövlət müəssisələrinə göndərilmiş arayışlardan... ibarətdir. Və şikayətçi S.Quliyev günlərin birində əlində olan rəsmi sənədlərlə Azərbaycan Kooperasiya Universitetinə gedir və oğlunun ikinci kursda oxuyacağını bir daha müdiriyyətdən dəqiqləşdirmək istəyir. Lakin ona Təhsil Nazirliyindən hər hansı bir göndərişin olmadığı bildirilir... Həmçinin Azərbaycan Kooperasiya Universitetində təqdim edilən sənədlərdə adı göstərilən tələbənin mövcud olmadığını və sənədlərin saxta olduğunu bildirirlər. Bundan sonra şikayətçi ondan 14600 manat pul almış İsmayılov Asəf Nadir oğluna müraciət edir. Qarşı tərəf əməlini etiraf edərək səs-küy salmadan pulu təcili olaraq qaytaracağına söz verir. Amma...
[b]Bəs Kooperasiya
Universitetində bu sənədləri ona kim verib?

Əməlin etirafı cinayət məsuliyyətindən azad edirmi? Əsla yox! Amma diqqəti çəkən odur ki, Asəf İsmayılov hər dəfə gələcək tələbə və valideyni ilə məhz universitetin qarşısında görüşürmüş, içəri girib məsul şəxslərdən kiminləsə danışıb görüşəndən sonra çölə çıxırmış... Üstəlik, onun valideynə verdiyi sənədlərdən bir neçəsində adı çəkilən universitetin ştamp və möhürü var. Bəs bu ştamp və möhürü kim vururmuş?
Polis dələduzu həbs edir, amma ona havadarlıq etmiş “professor” Mehman
Babayevi yox...

Beləliklə, inanıb-etibar etdiyi şəxs tərəfindən aldadıldığını görən şikayətçi Quliyev Sədrəddin Cahid oğlu ərazi üzrə Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsinə rəsmi qaydada şikayət verir... (O, Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi R.Abbasova və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində bütün bunları yazıb). Ərizədə yazır:
“Mən - Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 24-də yaşayan Quliyev Sədrəddin Cahid oğlu, yazıb Sizə bildirirəm ki, oğlum Quliyev Müşfiq Sədrəddin oğlu Gürcüstanda Açıq Tədris Universtetində oxuyurdu. Ailə vəziyyəti ilə bağlı 1-ci kursdan sonra onun Bakı şəhərində yerləşən Universtetlərin birinə köçürülməsini istəyirdirm. Əvvəldən tanıdığım həmyerlim bildirdi ki, onun yaxın qohumu olan İsmayılov Asəf Nadir oğlunun Təhsil Nazirliyində işləyən şəxslərlə sıx münasibəti vardır və o, bu məsələdə mənə köməklik edə bilər. Sonra Asəf İsmayılovla görüşdüm və o, oğlumun təhsil məsələsinə köməklik göstərməyinə söz verdi və əvvəldən 1.000 manat pul istədi. Mən ailə üzvlərim vasitəsi ilə əvvəl 08.07.2014-cü il tarixdə 1.000 manat və sonra isə 15.07.2014-cu il tarixdə 13.600 manat pulu ona çatdırdım. Həmin pullar Yasamal rayonu ərazisində “Space” TV-nin yanında İsmayılov Asəf Nadir oğluna verilmişdir.
Sonradan İsmayılov Asəf Nadir oğlu Azərbaycan Respublikası təhsil nazirinin müavini C.Bayramovun imzası ilə oğlumun köçürülməsi ilə bağlı 09.10.2014-cü il tarixli 5416-7938/016 nömrəli razılıq məktubunu, oğlum Quliyev Müşfiq Sədrəddin oğlunun adına Azərbaycan Kooperasiya Universtetinin 054 saylı tələbə biletini, həmin təhsil ocağına 1.200 manatın ödənilməsi barədə kassa mədaxil orderini və Ağdam rayon Hərbi Komissarlığına təqdim olunması üçün 05.12.2014-cü il tarixli, 175 saylı arayışı mənə təqdim etdi. Həmin sənədlər rəhbərlər tərəfindən imzalanmış və möhürlənmişdi. Sonradan məlum olmuşdur ki, Asəf İsmayılov mənim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə saxta sənədlər düzəltməklə 14.600 manat pulumu mənimsəmişdir.
Mən dəfələrlə ondan pulu tələb etdikdə Asəf İsmayılov müəyyən bəhanələr gətirərək vaxt udmaqla bizi aldatmaqda davam edir. Məlum olmuşdur ki, Asəf İsmayılova bu işdə özünü çox hörmətli və mötəbər bir vəzifəli şəxsin yaxın qohumu kimi təqdim edən Hüsəmməddin Daşdəmirov, həmçinin Təhsil Nazirinin əməkdaşı kimi təqdim edən Lütfü Məmmədov və daha bir professor köməklik göstərmişdir. İndi həmin şəxslər bizə hədə-qorxu gəlirlər. O da məlum olur ki, Asəf İsmayılov əvvəllər məhkum olunmuşdur.
Dələduzluq yolu ilə 14.600 manat pulumu almış və saxta sənəd təqdim etmiş İsmayılov Asəf Nadir oğlu və ona bu işdə köməklik göstərən şəxslər barədə qanuni tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirəm. A.İsmayılovun mənə verdiyi saxta sənədlərin surətini ərizələrimə əlavə edirəm”.

Bəs havadarlar hardadır?

S.Quliyev deyir:
-Mənim polisə şikayətimdən bir müddət sonra Asəf İsmayılovu həbs etdilər və onun barəsində təhqiqat başlanıldı... Sonuncu dəfə Elçin adlı təhqiqatçı ilə görüşdüm və o, bu günlərdə mənə bildirdi ki, Asəf İsmayılovun barəsində Azərb. CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması üçün material Yasamal rayon Polis İdarəsinə göndərilib... 15 oktyabr 2015-ci ildə təkrarən Yasamal RPİ-də olduq, bizə dedilər ki, sonra gələrsiniz məlumat veriləcək... Məsələ ondadır ki, bu işdə əsas füqur özünü Nazirlər Kabinetinin sabiq işçisi, hazırda İncəsənət Universitetinin müəllimi olduğunu bildirən Mehman Babayevdir. Lakin əvvəllər də təhqiqatçıya onun çağırılıb dindirilməsini xahiş etsək də, nədənsə onunla maraqlanmadılar. Çünki dəfələrlə mən pulumu tələb edəndə həmin Mehman Babayev mənə deyirdi ki, “Sən Asəfdən nə istəyirsən, pulun məndədir, narahat olma, işin həll ediləcək...”.
***
Redaksiyadan: şikayətçinin ərizəsi əsasında hələ neçə ay əvvəl barəsində ittihamlar səslənən A.İsmayılovu redaksiyaya dəvət etmişdik. O, bir neçə dəfə gələcəyinə söz versə də gəlmədi. Ərizə və digər saxta sənədlər tərəfimizdən aidiyyəti dövlət orqanlarına göndəriləndən sonra polis onu saxladı... Amma hələ də nəticə görünmür... Dünən həmçinin adı çəkilən, İncəsənət Universitetinin müəllimi kimi təqdim olunan Mehman Babayevin mobil telefonuna da zəng etdik, lakin telefonu söndürülmüşdü...
Araşdırmamız davam edir, əlavə məlumat veriləcək.
“Təzadlar”ın Araşdırma Qrupu[/b]









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru