"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb .....                     Bir tərəfdə Azərbaycana təbrik, .....                     İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... .....                     “Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” .....                     İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? .....                     Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib .....                     "Milk-Pro" ləğv olunur .....                     Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın .....                     Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək .....                     YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi .....                     İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb .....                     Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin .....                     Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir .....                     İsrail nədən TƏLƏSİK ADDIM ATDI? .....                     İsrail İranın hərbi obyektlərini belə vurub .....                     Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda NƏLƏR BAŞ VERİR? - BU NƏDİ BELƏ?!
Tarix: 16-01-2024, 10:38 | Çap et
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda NƏLƏR BAŞ VERİR?
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bu günlərdə elektron mediaya rəhbəri olduğu qurumun keçirdiyi satınalmalarla bağlı bir açıqlama verib. O, açıqlamasında bildirib ki, “dövlətin nəzdində olan universitet və elmi -tədqiqat institutunun normal fəaliyyət göstərməsi üçün müəssisəyə müvafiq vəsaitlərin açılması və onun xərclənməsi təbii haldır.

“Mən institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib, kotirovka sorğuları olub və İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icazəsi alındıqdan sonra kotirovkalara uyğun satınalmalar həyata keçirilib,”- İbrahim Cəfərov qeyd edib.

Bu açıqlamanın dolayısı ilə kimə ünvanlandığı bizə məlumdur. Çünki son vaxtlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalmalarda yol verdiyi qanunsuzlaqları ictimaiyyətə Aktualinfo.org açıqlayıb. Odur ki, biz də ona cavab vermək qərarına gəldik. İbrahim Cəfərovun diqqətinə çatdırmaq istərdik ki, tender də, kotirovka da satınalmanın bir növüdür. Düzdü İnstitutda tender keçirilməyib, amma kotirovka sorğuları keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən 2023-cü ildə keçirilmiş və tamamlanan kotirovka sorğuları bunlardır. “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 30.11.2023-cü il tarixdə, maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 20.10.2023-cü il tarixdə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 07.04.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlanıb.

Bunlardan yalnız biri ilə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin bağlanıldığı 09.08.2023-cü il tarixdə açıqlanıb. Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

“ATLANTİS CONSTRUCTİON GROUP” MMC-yə gəlincə. Necə olur ki, bu MMC həm avadanlıqların, həm elmi-tədqiqat işləri üçün mal və xidmətlərin, həm də kimyəvi və aktiv maddələrin satın alınmasında ayrı-atrı lotlar üzrə satınalma prosedurlarının qalibi seçilir?

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə Stansiyası da “NUR GENERAL SUPPLIER” MMC ilə “Kimyəvi maddələr”in satın alınması üzrə 39.200 manat məbləğində satımalma müqaviləsinin bağlamaq istədiyini 28.09.2023-cü il tarixdə açıqlayıb.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada Elmi-Tədqiqat İnstitutu iki MMC ilə ayrı-ayrı lotlar üzrə bir neçə kotirovka sorğusunun qalibi seçməsi yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bu MMC-lərin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. MMC-lərin potensialı, texniki və kadr imkanlarının olması belə şübhə döğurur. Dövlət Vergi Xidmətinin rəsmi məlumatları da bunu təsdiqləyir. Amma deyəsən bütün bunlardan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun heç xəbəri yoxdu. Xəbəri olsaydı verdiyi açıqlamada tenderə yox, keçirilmiş bu kotirovka sorğularında yol verilən qaranlıq məqamlara aydınlıq gətirərdi.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun keçirdiyi satınalmalarla bağlı bu qədər. Keçək İnstitutun direktoru İbrahim Cəfərovun fəaliyyətinə. Qeyd edək ki, İbrahim Cəfərov hal hazırda həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Hələ 2023-cü ilin fevralında 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov İbrahim Cəfərovun 37 saylı Nizami birinci (Gəncə) dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü seçilməsinin təklif olunduğunu bildirib. Qeyd edib ki, İ.Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Kənd təsərrüfatı elmləri doktorudur. Əvvəllər də 37 saylı DSK-da çalışıb və bu sahədə təcrübəsi var. İclasda İbrahim Cəfərov DSK-nın yeni sədri seçilib.

Maraqlıdır, İbrahim Cəfərov eyni anda iki vəzifəni necə tuta bilər? Məgər Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bilmir ki, seçki komissiyasının həlledici səs hüquqlu üzvü qanunda göstərilən hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz? İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. Direktor olaraq da 6 fevral 2023-cü il tarixdə, yəni 5 ay sonra da 37 saylı Nizami birinci (Gəncə) secki dairəsi Dairə Secki Komissiyasının sədri seçilib. İbrahim Cəfərov qanunla bu vəzifələrdən birini tutmalı deyilmi? Bəs necə olur ki, İbrahim Cəfərov eyni zamanda iki vəzifəni icra edir?

Qeyd edək ki, İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Məlumatlara görə İbrahim Cəfərovun özünə köməkçi-katibə gətirdiyi xanıma da Elmi-Tədqiqat İnstitutunda elmi iş yazmağa köməklik edir. Hələ digər xanımlarla kabinetində saatlarla nələri müzakirə etdiyini demirik. Məlumatlara görə İbrahim Cəfərovun institutdakı iş rejimi də bəlli deyil. Özünə məxsus 100 minlik maşınla işə istədiyi vaxt gəlir, istədiyi vaxt gedir. İnstitutun keçirdiyi satınalmalardan hardan xəbəri olsun?

Bütün bunları Aktualinfo.org redaksiyasına bir müddət əvvəl “Şirvan Təcrübə Stansiyası talananda İbrahim Cəfərov hara baxırmış” başlıqlı məqalə yayıldıqdan sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan adının hallanmasını istəməyən işçiləri deyir.

Beyləqandan zəng edib deyirlər ki, Mil Təcrübə Stansiyasının ümumi sahəsi 185 hektardır. Hər il stansiyaya aid sahədə hektarlarla arpa və buğda əkilir. Bol məhsul əldə edilir, lakin bu məhsullar hara gedir bilinmir. Ucardan zəng edib deyirlər ki, stansiyadan 136 ton taxılın yox olması ortaya çıxıb. Məlumata görə keçmiş direktor Qəhrəman Qəhrəmanov 100 ton arpanı, 36 ton buğdanı sataraq pulunu mənimsəyib. Fakt üzrə hazırda yoxlama aparıldığı deyilir. Həmçinin deyirlər ki, Ucar Dayaq Məntəqəsində 20 ildən çoxdur ki, bir ailənin iki üzvü, ər-arvad Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alırlar. Deyirlər ki, əslində burada elm adamı olmalıdır. Pambıq, tərəvəz, dənli-taxıl bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri hazırlamalıdr.

Bir də zəng edib deyirlər ki, iş görən yalnız Abşeron Təcrübə Stansiyasıdır. Çünki buranın direktoru Cəbrayıl Ağayev elm adamıdır. Burada bitki zərərvericilərinə qarşı mübarizədə bəzi müşahidələr aparılır, laboratoriya şəraitində tədqiqatlar aparılır. Məlumatlara görə İbrahim Cəfərov Elmi-Tədqiqat İnstitutuna direktor gəldikdən sonra bəzi məsələlərə görə Cəbrayıl Ağayev arasında mübahisə olub. Direktorların mühisələri elmi məsələlərlə bağlı olmayıb və bu gündə onların arasında olan intriqa davam etməkdədir-deyirlər.

Məlum olduğu kimi bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Rəhbərlik etdiyi İnstitutdakı satınaılmalardan xəbəri olmayan, qeyri müəyyən açıqlamalar verən İbrahim Cəfərov görəsən seçkilərdə Dairə Seçki Komissiyasının sədrliyini necə icra edəcək?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Bu gün, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Bu gün, 13:00
İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Bu gün, 12:52
“Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - ARAŞDIRMA
Bu gün, 12:47
Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib
Bu gün, 12:41
"Milk-Pro" ləğv olunur
Bu gün, 12:37
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:31
YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
Bu gün, 12:29
İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb
Bu gün, 12:25
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin məhkəmə baxışı təyin olunub
Bu gün, 12:21
Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İsrail nədən TƏLƏSİK ADDIM ATDI? - ÇÜNKİ...
Bu gün, 12:08
İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru