İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                 

Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub? – ŞOK İDDİALAR
Tarix: 10-03-2023, 10:56 | Çap et
Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub?
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu mənim texnikalarıma qanunsuz olaraq əl qoyub və geri qaytarmaq istəmir.

Ovqat.com-a bu barədə “Aztrans Car” MMC-nin təsisçisi Rabil Şahmarov məlumat verib.

İş adamının iddiasına görə, 02 mart 2020-ci ildə “A-Construction LTD” MMC şirkəti ilə icarə müqaviləsi bağlayıb, özlərinə məxsus bəzi texnikaları onların istifadəsinə verib. Bağlanan müqaviləyə əsasən, “A-Construction LTD” MMC şirkətinin Naxçıvandakı N saylı hərbi hissədə işləri tamamlandıqdan sonra texnikalar geri qaytarılmalı idi. İşlər 2022-ci ilin sentyabr ayında bitib. Daha doğrusu, eşitdiyimizə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Görünür, Nazirlər Kabineti bu obyektdə hansısa qanunsuzluqlardan şübhələnib və bu şübhələri araşdırmaq qərarına gəlib. Beləcə, Əlahiddə Ordunun tikinti işləri müvəqqəti təxirə salınıb.

Maraqlıdır ki, Nazirlər Kabinetinin bu qərarından sonra icraçı şirkət özünəməxsus bütün texnikaları həmin obyektdən çıxarıb. Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi yalnız icarəyəverən şirkətin texnikalarının çıxarılmasına icazə vermir. Səbəbini isə icraçı şirkətin hansısa öhdəlik borcunu yerinə yetirməməsi ilə əlaqələndirir. Halbuki, texnikanın sahibi olan şirkətin Əlahiddə Ümumqoşun Ordusu ilə hər hansı müqaviləsi yoxdur və həmin obyektdə hər hansı iş aparmayıb. Şirkət sadəcə texnikalarını bir başqa şirkətə icarəyə verib və məntiqlə işin tamamlanıb-tamamlanmaması onun məsuliyyətinə daxil deyil.

İş adamının bizə təqdim etdiyi sənədlər də bu iddiaları təsdiqləyir. İcraçı şirkətlə icarəyəverən arasında hətta texnikaların təhvil-təsliminə dair akt da imzalanıb. Bu sənəddən belə aydın olur ki, texnikalar rəsmi şəkildə öz sahibinə qaytarılıb. Reallıqda isə həmin texnikalar Əlahiddə ordunun N saylı hissəsində “ağzı günə”, sahibini gözləyir.

Rabil Şahmarov Əlahiddə Ümumqoşun Ordusunun heç bir qanunla və məntiqlə izahı mümkün olmayan bu “atamanlığını” ordunun qərargan rəisi general-mayor Fazil Ağalarovun icraçı şirkətin sahibi ilə qaranlıq əlaqələri ilə izah edir. Onun fikrincə, icraçı şirkətin sahibi ilə Fazil Ağalarov yaxın dostdurlar. Fazil paşa da məhz bu səbəbdən “Aztrans Car” MMC-in texnikalarına öz dostunun nəfinə əl qoymağa çalışır. Hətta iddialara inansaq, A-“Construction LTD” MMC şirkətinin həqiqi sahibi əslində Fazil Ağalarovun özüdür. Fazil paşa bir növ başqasının texnikasını mənimsəyib öz təsərrüfatına qatmaq istəyir.

Doğrusu, iş adamının iddialarına inanmadıq. Axı, icrədar ilə icarəyəverən şirkət arasında hansısa bir problem varsa, bunun Əlahiddə Ümumqoşun Ordusuna nə dəxli var? Ordu niyə özünə nüfuz gətirməyən belə xırda məsələlərə müdaxilə etməlidir? Bunun üçün Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlar var və iş adamları arasında çıxan mübahisələrə ancaq bu orqanlar aydınlıq gətirə bilər. Ölkəmiz ibtidai icma quruluşundan quldarlığa keçid mərhələsində deyil ki, bugünkü ordunu təmsil edən ovçular istədiyi mülkü ələ keçirib öz təsərrüfatlarını genişləndirə bilə.

Qısası, generala böhtan atıldığını fikirləşib faktı dəqiqləşdirmək üçün Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi Fazil Ağalarovun özünə zəng etdik. Fazil paşa adımızı eşidən kimi, səsinin tonunu dəyişdirdi. Bizə xatırlatdı ki, o, mətbuat katibi deyil və belə suallara cavab vermir. Biz də onunla razılaşdıq və müfaviq qurumun mətbuat xidmətinin telefonunu axtarmağa başladıq. Qısa müddətdən sonra Fazil paşanın Nizami adlı köməkçisi bizə zəng etdi. Maraqlandığımız mövzunun hərbi sirr olduğunu (?!) bildirdi və belə mövzuları işıqlandırmamağı məsləhət gördü. Doğrusu, hansısa şirkətin texnikasının mənimsənilməsi faktının hərbi sirrə nə dəxli olduğunu anlamasaq da, üstünü vurmadıq. Bu vurdumduymaqlıq, təbii ki, bizim Ordumuza və onun generalitetinə olan sayğımızdan irəli gəlirdi. Biz də bu cür qanunsuz fəaliyyətlərin ictimailəşdirilməsinin Ordumuzun nüfuzuna xələl gətirdiyini düşündüyümüzdən əslində bu yazını qələmə almaq istəmirdik. Məqsədimiz bir şikayətçinin probleminin həll olunması, anlaşılmazlıqların “sülh şəraitində” çözülməsi idi. Və bir də təbii ki, ordu generalının belə cılız məsələlərdə adının hallanmasının qarşısını almaq, iş adamına verilmiş yanlış informasiyanı üzə çıxarmaq idi.

“Yaxşı, tutalım, mən “hərbi sirr” olduğunu nəzərə alıb bu barədə heç nə yazmadım. Bəs, iş adamının pozulmuş hüquqları, mənimsənilmiş texnikaları necə olacaq?”, sualımıza qarşı tərəfdən konstruktiv təklif gəldi: “Heydər bəy, siz Naxçıvanı düşünən adamsınız. Sizə şikayət edən şirkətin bizim qarşımızda öhdəlik borcu var. Bizimlə iş adamının arasında vasitəçi olun, şirkət öz öhdəliyini yerinə yetirsin”.

Sözün düzü, bu cür məsələlərdə vasitəçilik etmək mənim boyumu aşsa da, Ordu generallarımızın nüfuzu və Naxçıvanın müdafiəsi naminə təkliflə razılaşdım. Əlahiddə Ordu rəhbərliyinin bu təklifini iş adamına çatdırdım. Daha sonra isə eşitdim ki, Fazil paşanın bir başqa köməkçisi iş adamına zəng edib məsələni mətbuata daşıdığına görə ona iradını bildirib. Deyib ki, “ağzından horra tökülən” jurnalistə niyə müraciət edibsən? Zəhmət çək, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin hüzurlarına buyur, problemini ona çatdır.

Açığını deyim, Ordu generalına bu qədər sayğıma rəğmən, Fazil paşanın sözçüsünün barəmdə işlətdiyi kəlmələri eşidəndə ürəyim bulansa da, ona haqq verdim. İnsafən, haqsız deyildi. Prezident, Fuad Nəcəflini boş yerə oraya göndərməyib ki. Hər halda Fuad müəllimin Azər Zeynalovu yanına alıb “xan”dan qalan korrupsioner komandanın üzvləri ilə tanış olmaqdan daha ümdə vəzifələri var. Amma nə yazıq ki, Azər Zeynalov kimi adamlar onun ətrafında keçilməz sədlər quraraq həqiqətləri görmək imkanı vermirlər. Biz də alternativ həqiqləri Fuad müəllimə çatdırmaq üçün əlimizi mürəkkəbə bulaşdırıb bu kiçik giriş yazısını qələmə aldıq. İnşallah, mövzu ilə əlaqədar Naxçıvandan gələn xəbərləri təqib edəcək və təfsilatı ilə oxucularımıza çatdıracağıq.

Heydər Oğuz,
Oqvat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru