Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                 

Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC
Tarix: 25-03-2021, 11:53 | Çap et
Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi?
Bu günlərdə Hesablama Palatasının tərkibi demək olar ki, yeniləndi. Belə ki, Palatanın 5 üzvündən 4-ü dəyişdirildi. Mütəxəssislər bunu Palatanın fəaliyyətinin ölkədə prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlarla cavab verəcək səviyyədə olmaması ilə əlaqələndirir. Son zamanlar ölkənin Kənd Təssərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi sistemində və digər sahələrdə aşkar edilmiş büdcə vəsaitlərinin talanması, yaxud yumşaq desək, səmərəli xərclənməməsi faktları cəmiyyətdə haqlı olaraq bir sual yaratdı. Bu təşkilatların fəaliyyətinə zamanında hansı orqan nəzarət etməyə borclu idi?

Təbii ki, bu vəzifə adları çəkilən nazirliklərdə və onların ayrı – ayrı qurumlarında son illər ərzində davamlı şəkildə yoxlamalar aparmış Hesablama Palatasına aiddir. Bəs nə üçün Hesablama Palatasının bu təşkilatlarda və onların tabeliyində olan qurumlarda apardığı yoxlamalar bu faktları aşkara çıxarmayıb? Dövlət başçısı tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı bu qədər amansız mübarizə aparıldığı və onlarla yüksək rütbəli məmurun məhz bu faktlara görə həbs olunduğu bir dönəmdə Hesablama Palatası nədən öz vəzifə borcunu layiqincə icra etməyib?

Palatanın fəaliyyətindəki bu durumun kökündə bu Palataya Heydər Əsədov rəhbərlik etdiyi dövrdən təməli qoyulmuş və yoxlamalar zamanı “xoşagəlməz situasiya”larla müşayət olunan çeşidli səbəblər dayanır. Bunu sübut etmək üçün yetərlidir ki, son illər ərzində Hesablama Palatasının büdcə təşkilatlarında (təhsil, səhiyyə, mədəniyyət və s) apardığı yoxlamalar barəsində yoxlama aparılmış təşkilatların işçiləri arasında bir sorğu keçirilsin. O zaman həmin işçilər onların onsuz da çox olmayan əmək haqlarından Hesablama Palatasına verilmək adı ilə nə qədər pul yığıldığını məmnuniyyətlə söyləyəcəklər.

Bir müddət əvvəl sabiq nazir Səlim Müslümov barmaqlıqlar arxasına atıldı. Səbəbsə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi oldu. Qeyri-rəsmi məlumata görə Səlim Müslümov 2 milyard manatdan çox dövlət vəsaitini mənimsəyib. Di gəlki, Hesablama Palatası uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparıb. Amma elə bir ciddi maliyyə pozuntusu qeydə alınmayıb. Uzun illər bu Nazirliyi Palatanın əsas auditorlarından biri Mehriban Alışanova “kuriruvat” edib. Palatanın digər auditi Firsənd Qurbanov isə Səlim Müslümovun həbsxana yoldaşı olub. Buna görə də bütün audit yoxlamalarında Nazirlik üçün Palata “təmizlik kağızı” verib. Təbii ki, “təmizlik kağızı” elə belə verilmir. Bundan çoxlarının, hətta Palatanın sədri Vüqar Gülməmmədovun da xəbəri olub. Amma heç bir tərəf nəticədən narazı qalmadığı üçün səsini çıxarmayıb.

İndi isə ortalığa çıxır ki, Səlim Müslümov 2,5 milyard pul “yeyib”. Bəs əgər onu Hesablama Palatası yoxlayıbsa, ona “təmizlik kağızı” veribsə, bu yeyinti haradan oldu?

Yəni məsələ tək Səlim Müslümovu tutmaqla həll olunmur. Əsas başda duranlardan biri Heydər Əsədovdur, biri də onun kadrı Vüqar Gülməmmədovdur. Səlim Müslümovun işlədiyi kadrların hamısı bu gün vəzifədədir.

Ümumiyyətlə, Hesablama Palatasının fəaliyyəti hər zaman qeyri-şəffaf olub. Dağıdılan milyardlarla büdcə vəsaiti Hesablama Palatasının rəylərində ən yaxşı halda bir neçə milyon manatla təsvir olunub. Aparılan yoxlamaların bir böyük qəribəliyi isə ondan ibarətdir ki, yoxlamanın gedişində yoxlanılan təşkilatın rəhbəri ilə davamllı təmaslar qurulub. Məsələn, əldə etdiyimiz məlumata görə, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayı ərzində Gənclər və İdman Nazirliyi sistemində aparılan yoxlama zamanı nazir Azad Rəhimov 5-6 dəfə Palata Sədrinin qəbuluna “dəvət olunub”.

Sual olunur, dünyanın hansı bir ölkəsində Hesablama Palatası kimi nüfuzlu bir təşkilat yoxlamanın gedişində yoxlanılan müəssisənin rəhbərini “xalça üzərinə” çağırır? Səbəb bəllidir. Qarşılıqlı maraq. Nəzərə alaq ki, son illər dövlət büdcəsini talayan qurumlardan biri də Gənclər və İdman Nazirliyidir. Təkcə 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi dövlət büdcəsinə 1 milyard manatdan baha başa gəldi.

Oyunların açılış mərasiminə 150 milyon manat (?), bağlanışına isə 30 milyon manatdan çox vəsait silindi. Halbuki, İkinci Avropa Oyunlarına ev sahibliyi edən Belarus bütün tədbirlərə və hazırlıqlara heç 50 milyon dollar xərcləmədi. Amma bizdə bu hesabla milyardlarla vəsait silinib getdi. Hələ regionlarda və paytaxtda tikilən idman obyektlərinə ayrılan 100 milyonları demirəm. Bu gün bu barədə bir çoxları kimi Hesablama Palatası da susur. Amma sabah Azad Rəhimov vəzifəsindən azad edilsə, hamı bu yeyilən milyardlardan danışacaq. Bu günsə bu acı reallıqları ortaya çıxarmalı olacaq bir qurum varsa, o da Hesablama Palatasıdır. O təşkilatsa susur. Susmaqsa razılıq əlamətidir. Görünür, Vüqar Gülməmmədov Azad Rəhimovdan heç də narazı deyil.
Konkret.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru