Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                 

Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası” - İTTİHAM
Tarix: 4-02-2019, 10:43 | Çap et
Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası”
“Bas düyməni, gör işləyir? Heç monitor açılmır ki, ana səhifədə nə yazıldığını görəsən. Əvvəllər monitor yalandan da olsa göstərirdi”. Metronun “Neftçilər” stansiyası yaxınlığındakı avtobus dayanacağında 30 saylı marşrut avtobusu gözləyən sərnişin Kamil burada quraşdırılan interval monitorunun durumundan danışarkən belə deyir.

Onun sözlərinə görə, indiyə qədər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılmış bu monitorlar işinə yaramayıb:

“Hər gün 30 nömrəli marşrutdan istifadə eləyirəm. Hələ bir dəfə bu aparatın düyməsinə toxunanda görməmişəm ki, avtobusun hansı ərazidə olduğunu, nə vaxt dayanacağa çatacağını göstərsin”.

Nüsrət isə Bakıxanov qəsəbəsi, Komsomol dairəsində 49 saylı marşrutu gözləyir. Onunla da söhbətimizdən aydın olur ki, sözügedən qurğu sərnişinlərə fayda verməyib: “Bu qədər pul xərcləndi, guya nəqliyyat intellektual idarə olunacaqdı. Amma hanı? Nə intellektual, başdan xarab bir aparatdır, əlini vur, heç nə göstərmir. Guya şəhərdə tıxacın yüngülləşməsinə səbəb olacaqdı, ictimai nəqliyyatda nizam-intizam olacaqdı, sərnişin avtobusun haçan gələcəyini biləcəkdi. Məsələn, Avropada belədir. Bizdə işləmədi, çox dayanacaqlarda bu monitorlar quraşdırılsa da, lazımsız əşyaya çevrilib”.

“O aparatların başı əvvəldən xarabdır”

“O aparatların başı əvvəldən xarabdır, heç bir intellektuallığı, çoxbilmişliyi yoxdur. Gör neçə ildir ki, dayanacaqlarda həmin monitorlar quraşdırılıb, soruşun, görün hansı sərnişin avtobus gözləyəndə ordakı qrafikə, intervala baxır?”, - deyə şəhər sakini Vahid ironik şəkildə giley edir.

Doğrudan da, şəhərin mərkəzində və ətraf ərazilərində dayanacaqlarda quraşdırılmış bu monitorlar fəaliyyət göstərmirsə, o zaman NİİM hansı funksiyanı yerinə yetirir?

Axı paytaxtın ictimai nəqliyyatından heç bir intellektual idarəetmədən söhbət gedə bilməz. Hər hansı sərnişin xatırlamır ki, mindiyi avtobusun hansı intervalla işlədiyini, neçə saniyəyə dayanacaqda olacağını həmin monitorlardan öyrənib.

Ona görə dövlət vəsaitinin havaya sovrulduğunu, bu qurumun isə heç bir iş görmədiyini əminliklə söyləmək olar.

Bu sistem 2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli, şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı.

Sanki qurum qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet resursları da aktiv fəaliyyət göstərmir.

Əslində, çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu.

Kiyevdə 30 milyona, Bakıda isə...

Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi.

O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

Dayanacaqlarda quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə göyə sovrulduğu göz önündədir.

Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb.

Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı yoxdur.

Sadəcə, vaxtilə büdcə pullarını talayan sabiq nazir Z.Məmmədovun növbəti “intellektual korrupsiyası”na görə bu layihə batıb, ayağa qaldırmaq mümkün olmur.

Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir. Hətta qurumun Bakı Nəqliyyat Agentliyinin balanasına verilməsi də nəyisə dəyişə bilmədi.

BNA-nın mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:

“Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub.

Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin təkmilləşdirilməsi dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyatı qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir.

Müəyyən bir vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları sərnişinlərimizə xidmət göstərəcək.

Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər".
“Yeni Müsavat










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru