"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir" - FOTOLAR
Tarix: 19-12-2017, 10:57 | Çap et
 Bakının Binə qəsəbəsinin Xəqani küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, ərazidə içməyə su yoxdur, eyni zamanda yağış yağanda da yollarda suyun əlindən tərpənə bilmirlər.
Ərazidə olduğumuz zaman doğrudan da bu təzadlı halın şahidi olduq. Ərazidə yaşayanlar içməli suyu ya pul verib su maşını ilə gətirdirlər, ya da 400 manat verib, quyu qazdırırlar. Ancaq buna baxmayaraq, qış boyu da qapılarının ağzına kimi yağış suları ilə dolu olur. Bu isə ərazidə kanalizasiya sisteminin olmaması ilə bağlıdır.
Binənin təkcə adıçəkilən küçəsində deyil, bir neçə daxili küçələrində olduq. Müşahidə etdik ki, heç bir küçənin üzərində adı yazılmayıb. İnsanlar bu əraziləri ya hansısa dövlət idarəsi (məsələn, Xəqani küçəsinə daha çox ATS deyirlər), ya da uzun müddətdir orada yaşayan sakinin evi ilə istiqamətləndirirlər.
Sakinlərin sözlərinə görə, 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Rəsmi məlumatlarda isə bildirilir ki, Binədə 55-60 min əhali yaşayır.
Sakinlər bildirirlər ki, ərazi başdan-başa problem içərisindədir. Sakin Ağabala Kərimov söylədi ki, köhnə ərazilərdə, ümumiyyətlə, asfalt örtüyü olmayıb və olması da gözlənilmir: “Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir. Bu ayrı problemdir. Ancaq məsələ burasındadır ki, qəsəbənin içərisində heç yerdə normal asfalt örtüyü yoxdur. Hələ bir az yağış yağıb, küçələrdən su əlindən keçmək olmur. Siz bir də bura qar yağandan sonra gəlin. Bir də görürsən küçə başdan-başa suyun içərisində qalır. Bundan başqa, insanlar da var ki, həyətlərindən suyu çəkib, küçəyə vururlar. Başqa yolları da yoxdur. Burada içməli su da yoxdur. Üç-dörd qonşu yığışıb, quyu qazdırırlar. Bir quyu 400 manata başa gəlir. Ancaq elə hər qazılan yerdən də su çıxmır. Məsələn, bu ərazilərdə yağış yağanda biz heç quyu suyunu da içə bilmirik. Yay aylarında isə bir başqa zülm çəkirik. İndi palçıq olan yerlər, yayda da toz-torpaq olur. Çarəsizlikdən camaat gəlib burada yaşayır. Çünki torpaqlar digər yerlərlə müqayisədə ucuzdur. Ucuz deyəndə, indi heç normal yerdə torpaq da tapmaq olmur. Hamısı alınıb, tikilib, satılıb. Əsas yola yaxın ”Sovxoz" deyilən əraziyə gedən küçənin ətrafında torpağın sotu 4-5 minədir. Bəzi yerlərdə hətta 6 minə satan da var. İçəri tərəflərdə isə 1000 manata da torpaq taparsan. Ancaq ora da gedib çıxmaq çətin məsələdir".
Sakinlər bildirdilər ki, su çəkilməsə də heç olmasa kanalizasiya problemləri həll olunarsa, işləri bir qədər yüngülləşər.
Digər sakinlərlə söhbətimiz zamanı onlar daha bir problemi qeyd etdilər. Bildirdilər ki, qəsəbənin içərilərinə işləyən bir dənə də avtobus yoxdur:
“Camaat məcburdur ki, əsas yolda düşüb, piyada bu palçığın, suyun içərisi ilə yol gəlsinlər. Uşaqlar məktəbə gedəndə özləri ilə iki ayaqqabı götürürlər. Elə biz özümüz də ayağımıza sellofan keçirib, elə gəzirik. Şəhərə gedəndə adama baxırlar ki, bunlar haradan, hansı ucqar rayondan gəliblər görən. Daha bilmirlər ki, Binə elə ən ucqar yer kimidir”, deyə sakinlər bildirdilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, gələn ildən problemin həlli istiqamətində işlər görüləcək: “Məlumat üçün bildirim ki, hazırda Binədə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətti üzrə mikroavtobuslar fəaliyyət göstərir. Ümumilikdə isə gələn il bütün qəsəbədaxili xətlərin işinin yenidən təşkili və tələblərə uyğun nəqliyyat vasitələri ilə təşkili istiqamətində konkret addımlar atılacaq”.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, ölkə başçısının bu ilin avqust ayında imzaladığı Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı var. Bundan əlavə, qeyd olunub ki, artıq master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkilib. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Bildirilib ki, layihələr dövlət tərəfindən vəsait ayrıldıqca, mərhələli şəkildə həyata keçirilir. \\musavat.com\\  


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|