"Körpə uşağı maşınla "vurmalı" idim..." - MTN mətbəxinin ən iyrənc planı
Tarix: 26-03-2016, 12:38 | Çap et
 “Keçmiş MTN rəhbərləri tərəfindən şərlənərək tutulmuş və əfv sərəncamı əsasında azad olunmuş jurnalist Pərviz Həşimli mediaya açıqlamasında MTN rəsmilərinin istintaq zamanı ondan mənə qarşı da dövlət çevrilişi təşkilində iştirak etməklə bağlı ifadə almağa çalışdıqlarını deyib. Bunu da, Eldar Mahmudovun cinayətkar dəstəsinin mənə qarşı hazırladığı digər planları da yaxşı bilirdim, amma heç vaxt anlamadığım bir şey vardı ki, Mahmudov mənə nə verib, ala bilmirdi?”.
Moderator.az xəbər verir ki, bu sözləri keçmiş MTN əməkdaşı, politoloq Ərəstun Oruclu deyib.
“Adam sanki məni həbs etməyi öz həyatının hədəfinə çevirmişdi və bu məsələdə paranoya vəziyyətinə düşmüşdü, sanki başqa işi yox idi. Amma o, bir şeyi anlamırdı ki, elə onun rəhbərlik elədiyi nazirlikdə mənə rəğbəti olan xeyli insan varmış ki, onlar mənə qarşı planlaşdırılan bütün əməliyyatlar haqqında zamanında zəruri məlumatları çatdırırdılar. Mən bu insanların kim olduğunu bu gün də bilmirəm və yəqin ki, heç vaxt bilməyəcəyəm, çünki xəbərdarlıqları skype ünvanıma anonim profillərdən alırdım. Bu, həm də onların təmənnasız insanların olduğunun əyani sübutudur. Amma həyatım boyu həmin üzünü görmədiyim, adını bilmədiyim insanlara borclu və minnətdar olacağam, çünki onlar məni təkcə fiziki olaraq sıradan çıxarılmaqdan deyil, həm də günahlara batırılmaqdan qoruyublar. Təsəvvür edin, 2015-ci ilin sentyabr ayında Eldar Mahmudovun tapşırığı əsasında MTN mətbəxinin ən iyrənc çirkabdaşıyanları Elçin Quliyev - İlqar Əliyev cütlüyünün planına əsasən, mən gənc qadını və onun yanındakı körpə uşağı maşınla "vurmalı" idim, amma zamanında xəbərdarlıq aldım. Bunu bilən andan ictimai nəqliyyata keçdim, ardınca da maşınımı satdım ki, bir daha sükan arxasına əyləşməyim və bu, murdar cinayətkar dəstənin ucbatından insan həyatına bais olmayım, bunlar da məndən əl çəksinlər. Heç olmazsa məni tutmaq xatirinə başqa insanlara qıyıb, onlara xətər yetirməsinlər. Başqa bu tip işlər də planlaşdırmışdılar və hamısından da vaxtında məlumatım olduğundan, heç biri alınmadı. Öldürə bilmirdilər, çünki barəmdə guya, müxtəlif kəşfiyyatlara işləməyin haqqında ölkə rəhbərliyinə yazdığı saxta hesabatlara rəğmən, Eldar Mahmudov bunu niyə edə bilmədiyinin səbəbini özü hamıdan yaxşı bilirdi... Üstəlik də onlara öldürdükləri başqa insanların ağır yükü artıq kifayət edirdi, çünki sorğu zamanının nə zamansa çatacağını özləri də bilirdilər.
Təsadüfi deyildi ki, Mahmudovun cinayətlərinin bir xeylisinin ən fəal icraçısı olmuş polkovnik İlqar Əliyev xeyli gənc olmasına rəğmən, özünə artıq məzar yeri də seçmişdi və bu gün göründüyü kimi, yanılmamışdı da. Onun keçmiş rəisi general Elçin Quliyevə və keçmiş naziri general Eldar Mahmudova isə mən möhkəm cansağlığı və uzun ömür arzulayıram, çünki onlar hələ məhkəmə qarşısında dayanmalı və sonra da uzun illər boyu cəzalarını çəkməlidilər. Bəzi çevrəmdə olan və haqqımda bunlara müntəzəm məlumatlar ötürən, üzərində səsyazan qurğularla mənimlə görüşlərə gələn və s. işlərə cəlb olunan hər kəsi də çoxdan bağışlamışam. Allahdan da onları bağışlamağı rica edirəm”, - deyə Ə.Oruclu qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
| • “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48 |
|
|
|
| • "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47 |
|
|
|
| • Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42 |
|
|
|
| • Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30 |
|
|
|
| • Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14 |
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
|