AVTORİTETİN ADINDAN İSTİFADƏ EDƏN KİMDİR?
Tarix: 22-08-2013, 14:48 | Çap et
 İST PETROL-LA BAĞLI İLGİNC FAKTLAR
DİA.AZ: - Məlum olduğu kimi azad rəqabət hər zaman bazar iqtisadiyyatının inkişafı yönümündə əsas hərəkətverici qüvvələrdən biri kimi çıxış edib. Bir tərəfdən, rəqabət istehsalçı şirkətlərin istehlak bazarı uğrunda mübarizəsini stimullaşdırır. Bu mübarizədə qalib gəlmək üçünsə həmin şirkətlər əslində istehlakçıların mənafeylərinə xidmət edən amilləri getdikcə daha çox tətbiq etməyə başlayırlar. Nəticədə bazara çıxarılan məhsulların satış qiymətləri düşür, keyfiyyət göstəriciləri yüksəlir və sairə.
Təbii ki, rəqabət prinsiplərinin işləməsi üçün təqdim olunan məhsulun istehsalçılarının sayı artmalıdır. Yalnız bu halda istehsalçı şirkətlər arasında rəqabətdən söhbət gedə bilər. Bu qaydalar iqtisadiyyatın istisnasız olaraq bütün sahələrinə şamil edilir. O cümlədən bu gün ölkə ərazisində fəaliyyət göstərən yanacaq doldurma stansiyaları da istehlak bazarı uğrunda mübarizədə ən müxtəlif üsullara əl atmalı olurlar. Belə ki, müxtəlif uduşlu kampaniyaların keçirilməsi, müəyyən pulsuz xidmətlərin göstərilməsi də müştərilərin cəlb olunması üçün tətbiq olunan aksiyalardandır.
Aydındır ki, bu sahədə bazara daxil olan hər bir yeni brend dərhal istehlakçıların, nəzərdən keçirdiyimiz halda avtonəqliyyat vasitəsi sahiblərinin diqqətini cəlb etməyə bilməz. Elə IST Petrol brendi altında fəaliyyət göstərən yanacaq doldurma stansiyalarının ilk açıldığı dövrdə də paytaxt sürücüləri bu yeniliyi sevinc və ümidlə qarşılamışdılar. Etiraf etmək lazımdır ki, əslən Ağstafadan olan Seymur və Teymur adlı qardaşlara məxsus olan bu stansiyalarda ilk vaxtlar istehlakçılara həqiqətən də keyfiyyətli yanacaq təklif olunurdu. Qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə - Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində IST Petrol yanacaq doldurma stansiyaları fəaliyətdədir. Lakin zaman keçdikcə bu brend altında satılan yanacağın da keyfiyyəti hiss olunacaq dərəcədə aşağı düşməyə başladı.
DİA.AZ bildirir ki, xüsusilə bu geriləmələr qardaşların bibisi oğlanları olan Ayaz adlı şəxsin idarə etdiyi Tbilisi prospektindəki stansiyada və Rüstəm adlı daha bir qohumlarının müdir olduğu, Zooparkın yaxınlığında yerləşən stansiyada daha çox nəzərə çarpır. Məlumatlı mənbələr isə bu məsuliyyətsizliyin əsasında mahiyyət etibarı ilə daha şübhəli, neqativ məqamların durduğunu iddia edirlər. Məsələ bundadır ki, istənilən iri biznes layihəsini reallaşdırmaq üçün digər şərtlərlə yanaşı ilkin kapital qoyuluşu da tələb olunur. Həm də məhz yanacaq doldurma stansiyasının açılışı üçün tələb olunan bu kapitalın məbləği kifayət qədər böyük olmalıdır.
Məlumatı təqdim edən mənbələr isə DİA.AZ-a Seymur və Teymur qardaşlarının bu kapitalı zamanında qanunla qadağan olunmuş müəyyən məhsulların dövriyyəsindən əldə etdiklərini iddia edirlər. Digər tərəfdən isə daxil olan məlumatlarda bu yanacaq doldurma stansiyaları vasitələri ilə indinin özündə də maliyyə vəsaitlərinin qeyri-qanuni dövriyyəsinin həyata keçirildiyi qeyd olunur. Başqa sözlə desək, mənbələr IST Petrol yanacaq doldurma stansiyalarında “çirkli pulların yuyulması” prosesinin aparıldığını iddia edirlər.
Təbii ki, bu ittihamlar kifayət qədər ciddi olduğundan redaksiyamıza təqdim olunan bir çox təfərrüatların dərc olunmasını məqsədəuyğun hesab etmədik. Digər tərəfdən isə, irəli sürülən ittihamların təsdiq olunacağı təqdirdə, kifayət qədər irimiqyaslı beynəlxalq iqtisadi cinayətkarlığın qarşısı alına bilər. Düşünürük ki, ən azından müvafiq qurumlar tərəfindən IST Petrol yanacaq doldurma stansiyalarının fəaliyyətinin obyektiv şəkildə təftiş olunması bir çox qaranlıq məsələlərə aydınlıq gətirə bilər.
DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, bu YDM şəbəkəsi uzun müddət oğru dünyasının məşkur simalarından olan “Lotu Bəxtiyar”ın adı altında da gizlənib. Belə ki, YDM şəbəkəsinin rəhbərliyi tərəfindən qəsdən belə bir şaiyələr də yayılıb ki, guya əldə olunan gəlirdən Bəxtiyarın yaxınlarına hər ay yardım edilir.
Hər halda bu faktların özünün də araşdırılması zərurəti var. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
|