Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                 

AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
Tarix: 19-08-2013, 10:46 | Çap et
AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
57 yaşlı Fatma Əsgərova uzun illər yaşadığı Səbail rayonu, Hacıbabayev qardaşları küçəsindəki evindən bir günün içində köçməyə məcbur olub. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri 2011-ci ildə ona evindən çıxmaq üçün 1 gün vaxt veriblər. Onlar səbəb olaraq, Bayraq Meydanının ərazisinin genişləndirilməsini göstəriblər. Qadın da gecəyə qədər evinin mebellərini şəxsi vəsaiti ilə tutduğu maşınla kirayə evə daşıyıb:
“Köçəndən sonra mebellərimi satdım. 8-9 ay kirayə qaldım. Kirayə pulunu özüm ödədim. Indiyə kimi mən mebelsiz oturmuşam. Orada mən arxayın idim ki, mənim hər şəraitim var, bundan sonra ancaq xəstəliyimi müalicə etdirəcəyəm. Elə vəziyyətə gəlib çıxmışam ki, bilmirəm, evi düzəldim, yoxsa borca girim?”
F.Əsgərovanın 39 kvadrat metrlik evinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilib. O, bu pulla razılaşmasa da, məcburi şəkildə evindən çıxarılıb. Fatma xanım 7-ci mikrorayonda təmirsiz evdə yaşayır. Indi onun nə mebeli, nə də təmir üçün pulu var. Deyir ki, yaxınlarda bankdan kredit götürüb evinin təmirinə başlayıb: “Bu evə qeydiyyata da düşməmişəm. Imkanım da çatmır ki, qeydiyyata düşüm. Hələ də sökülmüş evimdə qeydiyyatdayam”.
Fatma xanım əvvəlki evindən danışanda şəraitindən razılıq edir. Deyir ki, günlərin birində 57 yaşında küçəyə atılacağını heç ağlının ucundan da keçirməyib: “Neft şirkətində çalışmasaydım, bəlkə yenə də küçələrdə idim.
50 yaşdan sonra şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Mən dəyişməmişəm deyə havadayam. Bu gün-sabah seçkilər olacaq, mən harada səs verəcəm, bilmirəm".
Fatma Əsgərova evdə tək yaşayır. Deyir ki, bu günə qədər şəraitini yaxşılaşdırmaq üçün borca düşüb və hələ də borc ödəyir: “Şəhər adamı olasan, köçəri kimi yaşayasan... Heç olmasa, oradan çıxardıqlarını müvəqqəti qeydiyyata alsınlar”.
Hacıbabayev qardaşları küçəsində yaşayan digər sakin Aytəkin Əliyeva da eyni səbəblə evindən çıxarılıb. O da bir günün içində mebellərini daşıyıb, yerləşməyə mənzil axtarıb. Evi 39 kvadrat metr olsa da, ona 37 kvadrat metrin pulunu veriblər: “Mən çıxarılanda məhkəmə qərarı yox idi. Mənim evimin 2 kvadrat metrinin pulunu kəsdilər, vermədilər. Texniki pasportda 39 kvadrat metr yazılmışdı, amma qeydiyyat şəhadətnaməsində 37 kvadrat metr qeyd edilmişdi deyə, pulumu vermədilər. Ev söküləndən sonra 2 ay kirayə qaldıq. Bir ayın pulunu dövlət verdi, o biri ayın kirayəsini mən verdim”.
A.Əliyeva indi Dövlət Statistika Komitəsinin arxasındakı binada yaşayır. 40 kvadrat metrlik mənzili var, amma təmirsizdir: “Ora öyrəşmişdik, şəraiti daha yaxşı idi. Uşaq da istəyir ki, ora getsin”.
F.Xoşginabi küçəsində yaşayan Natalya Vladimirovna qazı, suyu, işığı kəsiləndən sonra azyaşlı övladının xəstəliyinə görə evinin söküntüsü üçün təklif olunan məbləğlə razılaşmalı olub. Ona verilən 41 min manata 8-ci Kilometr qəsəbəsində 1 otaqlı mənzil alıb. Həmin mənzildə isə yalnız azyaşlı oğlu ilə yaşamaq məcburiyyətində qalıb. Digər iki övladına yaxın qohumu baxır. N.Polovinka sadəcə, kompensasiya istəyir. Bu pulla bir otaqlı mənzilini iki otaqlı edib digər övladlarını da yanına gətirmək üçün...
N.Polovinka sökülən mənzilinin ona nənəsindən qaldığını deyir. Onun evinin sahəsi mənzilin qeydiyyat şəhadətnaməsində 29 kvadrat metr olsa da, evin sahəsi azaldılaraq 27 kvadrat metr hesablanıb. Verilən vəsait də məhz azaldılan sahəyə uyğun olub.
Abdulxaliq Hüseynov Səbail rayonu, Aqil Quliyev küçəsi 5 ünvanında yaşayıb. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində evini itirən insanlardan biri də odur. Evinə gələn çoxsaylı bildirişlərdə adının və soyadının yazılmadığını deyir. Bayraq meydanı tikilən ərəfədə o, evindən köçürüləcəyindən xəbərsiz olub.
Səbail rayon Aqil Quliyev 5, Hacıbabayev qardaşları və F.Xoşginabi küçəsinin 19 nəfər sakini Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Onlar təzyiqlər altında alqı-satqı müqaviləsini imzaladıqlarını bildiriblər. Sakinlər məhkəmədən xahiş ediblər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, evin bərpası və dəymiş mənəvi zərərin əvəzi ödənilsin. Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a deyib ki, yerli məhkəmələrin heç biri sakinlərin iddiasını təmin etməyib: “Alqı-satqı müqavilələri məcburi şəkildə bağlanıb. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxsləri təhdid edərək, razılaşmayacaqları halda, işlərini itirəcəklərini deyib. Sakinlərin evlərinin hər kvadrat metri 1500 manatdan hesablanıb. Bu müqavilələrin ləğvini və hər kəsə 20 min manat mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdik. Amma iddiamız təmin olunmadı”.
Vəkil işlərin Avropa Məhkəməsinə hazırlandığını çatdırıb.
Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə “Azadlıq”a suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Hüquqşünaslarımız bu işlə məşğuldurlar. Onlar da məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru