"Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                 

HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI
Tarix: 9-01-2012, 10:24 | Çap et
HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI

FHN ŞEFİNİN GİZLİ İNŞAAT SÖVDƏLƏŞMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI

DİA.AZ: - "GEN" MMC, "Mur-Ay" MMC, "Kamran - B.Ə" MMC, "Safari-N" MMC... Bu şirkətlərin adı çəkiləndə uzun müddət mətbuatın gündəmindən düşməyən hadisələr xatırlanır: sadə vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi, açılan cinayət işləri, həbslər.

Xatırladaq ki, ayrı-ayrı vaxtlarda bu tikinti şirkətlərinin hər biri vətəndaşlardan tikdikləri binalarda mənzil satmaq adı ilə böyük məbləğdə pullar almış, lakin sözlərinin üstündə durmamışdılar. Zərərçəkənlərin şikayətləri əsasında bu şirkətlərin bəziləri haqqında cinayət işi açılmış, bir neçə əməkdaşları həbs olunmuşdu. İş elə bununla da yekunlaşmışdı.

Vətəndaşlara isə nə mənzil verilmiş, nə də ödədikləri məbləğ geri qaytarılmışdı.

Təxminən, bir ay öncə isə "Mur-Ay" MMC-nin aldadıb pullarına sahib olduğu vətəndaşlara başqa bir şirkət tərəfindən yeni evlərin veriləcəyi söylənildi. Belə ki, "Şərur-inşaat" tikinti şirkəti hökumətlə olan anlaşmasına əsasən zərərçəkmişlərə itirdikləri evlərin əvəzində özünün inşa etdiyi və tikilməkdə olan binalardan yeni mənzillər verməyi öz öhdəsinə götürüb.

Məlumat üçün bildirək ki, "Mur-Ay" MMC vətəndaşlarla imzaladığı müqavilə əsasında onlara 80 min 500 kvadratmetr mənzil sahəsi tikib verməli olduğu halda, cəmi 23 min 400 kvadratmetr tikib. Bundan əlavə, vətəndaşlardan yığılmış 21 milyon 269 min manat vəsaitin 17 milyon 310 min manatı mənimsənilib.

Göstərilən rəqəmlər də "Şərur-inşaat"ın öz üzərinə nə qədər böyük məsuliyyətli iş götürdüyünü göstərir. İstər-istəməz, ortaya belə bir sual çıxır - "Şərur-inşaat"ın başqa şirkətin aldatdığı vətəndaşlara pul verməkdə marağı nədir?

İlk versiya kimi ağıla gələn şirkətin özünü bu yolla reklam etməsi fikri olur. Belə ki, bu xəbər demək olar ki, bütün mətbuat orqanlarında dərc olundu, "Şərur-inşaat"ın indiyə qədər heç kimin görmədiyi bir iş görməsi - başqa tikinti şirkətinin fırıldağından əziyyət çəkənlərə pulsuz mənzil paylaması sensasiyalı bir xəbər kimi yayıldı. Əlbəttə, reklam fikri ağlabatan olsa da, o qədər də inandırıcı səslənmir. Çünki, heç bir şirkət öz reklamına 17 milyondan artıq pul xərcləməz.

Başqa bir variant isə şirkətin bu addımından sonra dövlətin ona edəcəyi güzəştlərdən yararlanmasıdır. Çünki, razılaşmaya əsasən hökumət tərəfindən "Şərur-inşaat" şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun müddətə 10 milyon manat kredit ayırılıb.

Lakin şirkətin maraqları heç bununla da bitmir. Belə ki, "Mur-Ay" MMC-yə mənzillərinin haqqını tam ödəmiş şəxslərə evlər əvəzsiz şəkildə verildiyi halda, pulun yarısını ödəmiş vətəndaşlar ödəmədikləri hissəni "Şərur-inşaat"a verməli olacaqlar. Ən maraqlısı isə qalıq hissənin "Mur-Ay" MMC ilə razılaşdırılmış məbləğdən daha yüksək tələb olunmasıdır.

Amma sadalanan səbəblər belə, "Şərur-inşaat"ın niyə bu cür "xeyriyyəçi" addım atmasına tam aydınlıq gətirmir. Əsas səbəb isə tamam başqadır. Artıq heç kimə sirr deyil ki, yazının əvvəlində adını sadaladığımız tikinti şirkətləri də "Şərur-inşaat"ın törəmə şirkətləridir. Bu isə o deməkdir ki, "Şərur-inşaat" heç də xeyriyyə məqsədli bir iş görmür. Əksinə, çoxdan atmalı olduğu addımı atır.

Əhali isə bu qədər aldanışdan sonra yenə də öz mənzillərinə sahib olacaqlarına inana bilmirlər. Digər tikinti şirkətlərinin qurbanı olmuş vətəndaşlar isə hələ də ya mənzillərini ya da ödədikləri pulu alacaqları günü gözləyir.

Qeyd edək ki, "Şərur" MTK-nın törəmə şirkəti olan "Kamran B.Ə" MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər bu günlərdə yenidən etiraz aksiyası keçirdilər. 250-yə yaxın aldadılan müştərini təmsil edən 60-a yaxın müştəri aksiyaya qatılıb.

Aksiya iştirakçıları şirkət rəhbərliyinin müştəriləri aldatmasına, müqavilə şərtlərinə əməl etməməsinə, bir mənzili bir neçə müştəriyə satmasına etirazlarını ifadə edib.

Bu barədə redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, əslində В«Şərur-inşaatВ»ın fırıldaqçı şirkətlərin qurbanı olmuş vətəndaşlarla bağlı yaranmış problemin həllinə cəlb edilməsində birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Xatırladaq ki, bu barədə hələ öncələrdən də məlumat vermişdik və bildirmişdik ki, birbaşa olaraq dövlət başçısı Kəmaləddin Heydərovu həm В«Mur-AYВ» MMC-nin və həm də digər inşaat firmalarının aldatdığı sakinləri razı salmağa təhkim edib.

Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, Kəmaləddin Heydərov əslində burada təsadüfən seçilməyib. Hər halda, onun bu gün inşaat sektorunda əsas fiqur olması hər kəsə məlumdur. Hətta digər oliqarx-məmurlar belə FHN şefi ilə bu məsələdə ayaqlaşa bilmirlər. Eyni zamanda Kəmaləddin Heydərovun həm də rəhbərlik etdiyi qurumun mahiyyəti səbəbindən inşaat sektorunda əldə etdiyi В«təbii haqqlarıВ» da şərait yaradır ki, o, bu sahədə əsas fiqur kimi qabara bilsin. Bu da nəticədə Kəmaləddin Heydərova üstünlüklər verdiyi kimi, həm də problemləri həll etmə öhdəçiliyini də yaratmış olur.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun ilk əvvəl В«Mur-AYВ» MMC ilə bağlı yaranmış qalmaqalı hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədova həll etməsi üçün göstəriş verdiyi və bu göstərişin icra başçısı tərəfindən qulaqardına vurulduğunu da diqqətinizə çatdırmışdıq. Bu səbəbin isə nəticədə icra başçısının FHN şefinin hədəfinə çevrilməsinə şərait yaratdığı məlum olmuşdu. Onu da bildirək ki, Razim Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan fiqurlardan biri kimi dəyərləndirilir.

Qayıdaq mövzumuza. Məlumatlı mənbələr bildirir ki, В«Şərur-inşaatВ»ın fırıldaq nəticəsində aldadılmış vətəndaşların probleminin həllinə cəlb edilməsi ideyası da elə Kəmaləddin Heydərova məxsusdur. Bu barədə məlumatlı qaynağın söylədikləri: В«Həmin şirkət bu vaxta qədər inşaat üçün lisenziya əldə edə bilmirdi. Amma bu ilin ilk günlərindəcə В«Şərur-inşaatВ»ın lisenziya problemi həllini tapıb. Bundan əlavə, В«Şərur-inşaatВ» məhz В«fırıldaq problemiВ»ni çözəcəyi səbəbindən əlavə imtiyazlara da malik olacaq ki, bu imtiyazların başında gələni sözügedən şirkətin tikdiyi yaşayış evlərinin qazlaşdırılma probleminin həlli məsələsidir. Yni zamanda В«Şərur-inşaatВ»ın dövlət layihələrindəki əksər tenderlərdə də qalib olacağı şübhəsizdirВ».

Necə deyərlər, bu ölkədə heç nə təsadüfən baş vermir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru