Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                 

KEÇMİŞ ABU REKTORU İLƏ BAĞLI ŞÜBHƏLƏR QALXIR
Tarix: 8-07-2013, 10:29 | Çap et
KEÇMİŞ ABU REKTORU İLƏ BAĞLI ŞÜBHƏLƏR QALXIR
RÜSTƏM İBRAHİMBƏYOV OLAN YERDƏ ELŞAD ABDULLAYEVƏ NƏ EHTİYAC VAR?

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev yenə də video yayıb. Əslində mətbuatımız tərəfindən В«yeni videoВ» adlandırılan keçmiş rektorun bu В«sənət əsərləriВ» gizli çəkilişdir. İllər ərzində Şerlok Holms kimi qardaşının axtarışına çıxan Elşad Abdullayev az qala hakimiyyətin bütün məmur heyətindən kompramat toplayıb. Və kifayət qədər bəhrəsini görüb də. Bir nəfərin mandatı əlindən alındı, bir nəfər müəmmalı şəkildə dünyasını dəyişdi, neçələri həbs olunub və hələ bundan sonra nə olacaq… Bunu Allah bilir!

Amma Elşad Abdullayevin bildikləri, lakin cəmiyyətdən gizlətdikləri də yetərincədir. DİA.AZ olaraq bu proseslə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və ortaya ilginc faktlar çıxdı. Biz də Elşad Abdullayev kimi davranaraq, məsələyə başdan - lap əvvəldən başlamaq qərarına gəldik.

Kim idi Elşad Abdullayev? Özü də videobombardmanın əvvəlində elan etmişdi ki, o da mələk deyil. Amma bu ifadəsində, etirafında ikibaşlı məqamlar yetərincə idi. Və araşdırmalarımız da təsdiqləyir ki, əslində В«mən də mələk deyiləmВ» deyən Elşad Abdullayev çalışdı ki, cəmiyyət onun bu günə kimi etdiklərini unutsun, etdiklərinə göz yumsun və istəyinə nail oldu da. Daha kimsə В«filankəs bir milyonumu yediВ», В«filankəs 3 milyonumu aldıВ» və sairə bu kimi ifadələrin müəllifi olan, milyonlarını itirdiyini elan edərək cəmiyyətin ona acımasını istəyən Elşad Abdullayevdən qayıdıb soruşmadı ki, həmin milyonları hansı yolla əldə etmişdin…

Elşad Abdullayev əslində В«mən də mələk deyiləmВ» deyərək özünə bir mələk donu biçmiş oldu və u-zun müddət hər kəsi öz seriallarına pərçimləyə bildi.

Ola bilsin ki, oxucularımız sabiq rektora qarşı nədən bu qədər qəzəbli ifadələr işlətməyimizin nədənləri barədə də maraqlana bilər. Bunu da gizlətmirik. İlk növbədə Elşad Abdullayevin videolarının artıq acı bağırsaq kimi əhəmiyyət daşımayan, şantaja meyillənməsini müşahidə etməyimiz buna nədən olub. Digər tərəfdən, Elşad Abdullayev videoanonslar etsə də, onların bəzilərini açıqlamayıb ki, bu da keçmiş rektorun əslində yenidən bazar açmasından xəbər verir. Yəni В«videonu yayacamВ» deyib, onsuz da iynə üstündə oturmuş məmurları, iş adamlarını soymaqla məşğuldur.

Zamanında isə belə bir bazarı Elşad Abdullayev ABU-nun timsalında qurmuşdu. Haqlı olaraq da həmin dönəmlərdə ABU mətbuatda Azərbaycan Bazar Universiteti kimi təqdim olunurdu. Hətta bu gün Elşad Abdullayevin videolarını yaymaqla şöhrətlənən KİV-lər belə ABU-nu bu şəkildə qiymətnəldirirdilər. Az qala Bakı Dövlət Universitetindən də böyük tələbə kontingentinə malik olan ABU-da Elşad Abdullayev açdığı bazar nəticəsində milyonları əldə etmişdi. Həmin milyonlar həm onun qardaşının qeybə çəkilməsinə nədən oldu, həm də özünün bu günkü halına.

Elşad Abdullayevin özü də etiraf edər ki, bu gün onu qardaşının tapılması heç də narahat etmir və qaynatdığı qazan da bununla bağlı deyil. Əgər belə olsaydı, Elşad Abdullayev bu davranışlarını illər əvvəl etməli idi. Axı indi nə hakimiyyət dəyişib, nə də Elşad Abdullayevin hədəfə aldığı vəzifəlilər işlərini itirib. Yəni əvvəlki qüdrətlərində qalıblar.

O zaman ortaya bir sual çıxır: Elşad Abdullayev nəyin davasını aparır?

Cavabı çox sadədir: Öz bazarının!!!

Qardaşının davasını aparan şəxs illər əvvəl Hollivudun studiyalarına bənzər bir studiyası hesabına əldə etdiyi videoları elə rektor olarkən, elə universiteti bağlanmamışkən bu işləri görə bilərdi. Olmazdımı? Yəni səmimi olaraq qardaşını aparan Elşad Abdullayev ABU bağlanmamış, videolarını da qoltuğuna vurub, Parisə gedərdi və ABU fəaliyyətdəykən bu əməllərini edərdi. O zaman daha hörmətli olardı. Mətbuatımız da onun adının qarşısında В«keçmiş rektorВ» ifadəsini işlətməzdi. Görün, necə alınır: ABU REKTORU RAMİZ MEHDİYEVLƏ BAĞLI ŞOK FAKTLARI AÇIQLADI…

Təbii ki, bu, daha çox effektiv olardı. Amma Elşad Abdullayev universitetinin bağlanmasını gözlədi. Əslində bu gözlənti yox, onsuz da bağlanacağı haqda xəbərini aldığı ABU-nu qoruya bilməsi üçün göstərilən səbr nümayişi və material toplanışı idi. Elşad Abdullayev bilirdi ki, ABU da bağlanacaq, qardaşı da tapılmayacaq və elə bildiyinə görə, qardaşının axtarışı adı altında ABU-nu qoruya, geri qaytara və yaxud da ABU-nun bağlanmasının qisasını ala bilməsi üçün KOMPROMATLAR toplamağa başladı.

Başladı nə başladı… Qurbanlarını özü müəyyən etdi. Ən zəif bəndlərdən yapışdı. Kim idi Gülər Əhmədova? Kitabı çoxdan bağlanmışdı. Hətta 2010-cu ilin parlament seçkilərindən də zorla üzüağ çıxa bilmişdi. Artıq ona В«kitabın bağlanıbВ» deyilmişdi. Sübut olundu da. Sevinc Babayeva kim idi? Hər halda, onun dünyasının dəyişməsi Elşad Abdullayevin ayağında dayanan faktdır. Ya zəlzələdən, ya vəlvələdən…

Daha sonra iş adamı Arzu Kazımov, Elçin Əfəndiyevin köməkçisi və daha kimlər Elşad Abdullayevin hədəfinə çevrildi. Arxasız, zəif bildiklərini bir-birinin ardından qurbana çevirməklə, digərlərində qorxu yaratmaq Elşad Abdullayevin başlıca hədəfi idi. Və buna nail oldu da. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də ortaya bir fakt çıxır: Elşad Abdullayev cəmiyyətə susqun göründüyü müddət boyunca onlarla məmuru şantaj edib, qabıqdan çıxarıb. Bu bir faktdır və bu faktın dövlətin müvafiq qurumları tərəfindən araşdırılmasına ehtiyac var.

İş adamı Arzu Kazımovun məsələsinə gəlincə isə burada olduqca gülməli oyunlar getdi. İş adamını həbsə göndərən videomaterial əslində Elşad Abdullayevin fiaskosunun sübutu idi. Amma nədənsə kimlərəsə Arzu Kazımovun həbsi lazım idi. Çox güman kimlərsə bu gün Elşad Abdullayevlə şərikinə gedərək şantajla məşğul olduqlarından əslində heç bir siyasi səmərəsi güdülməyən və sırf maddi maraqlara hesablanmış məlum prosesin məhz qeyd olunan istiqamətdə yürüdülməsində maraqlıdırlar. Bu faktdır.

Arzu Kazımovla bağlı videoları izlədikdə də görürsən ki, Elşad Abdullayev pul verdiyini iddia etdiyi iş adamını rəsmən oyuna salıb. Bunun da adına qisas deyilir. Çünki Arzu Kazımov həmin dönəmlərdə Elşad Abdullayevə В«qardaşının yerini yaxşı bilirsən, nəyi bilirsənsə, get dövlətə deВ» yolunu göstərirdi. Bu yol isə Elşad Abdullayevə sərf etmirdi. Ona sərf olanı yaxşı bildiyi bir prosesin ört-basdır edilməsi idi. Arada isə zəiflər ilişdi. Elşad Abdullayev pul şirnikləndirməsi ilə əslində həmin dönəmdə hər kəsin danışa biləcəyi bir hadisə ətrafında neçələrini tələsinə salmağa müvəffəq oldu. Həmin dönəmdə Elşad Abdullayevin kameraları qarşısına keçəcək istənilən bir Azərbaycan vətəndaşına В«sənə istədiyin qədər pul verirəm, mənə qardaşımdan danışВ» deyilsəydi, hər birimiz danışa bilərdik. Çünki həmin dönəmdə qəzetlər bu barədə yetərincə yazırdı və hər kəsin məlumatı var idi. Və məhz bu məlumatlılıq neçəsini Elşad Abdullayevin tələsinə saldı. Bununla həm ABU-nu qorumağı və həm də sonradan pul qazanmağı, ən başlıcası isə qardaşının gerçək aqibətinin gizlədilməsini məqsəd edən Elşad Abdullayev demək olar ki, istədiklərinə nail oldu.

Film artıq bitib. Bəli, bu gün Elşad Abdullayev cəmiyyəti maraqlandıracaq halda deyil. Onun kinoalırına maraq azalıb. Artıq müdaxilə vaxtıdır. Dövlətin müvafiq qurumları bu В«kinorejissorВ»un fəaliyyətinə müdaxilə etməlidir. Özü də tezliklə. Araşdırma üçün yetərincə dəlillər var. Elşad Abdullayevin ABU-sunda tələbələrə qarşı törədilən cinayətlər, zorlanan tələbə qızlar və… Ən azından bunlar yetərlidir.

Əks halda, iki kinorejissor çoxlarını oyuna gətirəcək. Artıq Rüstəm İbrahəimbəyovi da meydandadır. Elşad Abdullayevdən fərqli olaraq o, gizli yox, açıq çəkilişlər edib. Yəni adam açıq oynayır. Belə bir şəraitdə örtüdü bazarda universitet davasının heç yeri yoxdur…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Dünən, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Dünən, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Dünən, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Dünən, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Dünən, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Dünən, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru