QƏRİB MƏMMƏDOVUN İŞÇİSİNDƏN ŞOK MAXİNASİYALAR
Tarix: 19-06-2013, 15:07 | Çap et
 XAÇMAZDA TORPAQ TALANI
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb getdiyi barədə DİA.AZ-a çoxsaylı şikayət məktubları daxil olmaqdadır. Qeyd edək ki, sözü gedən şöbənin müdiri Adıgözəl Tağıyevin yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində də dərc olunub.
Bu faktların əsasında isə ilk növbədə Adıgözəl müəllimin kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Dərc olunan materiallarda irəli sürülən iddialara görə, torpaq şöbəsinin müdiri A.Tağıyev şöbənin mütəxəssisi Sabir Məmmədovla birlikdə rüşvət alaraq fermer təsərrüfatlarına və digər hüquqi və fiziki şəxslərə məxsus olan ərazilərə dair dövlət aktlarını qanunsuz dəyişdirib.
Həmçinin məlumatlarda qeyd olunur ki, Xaçmaz rayonundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gələn şikayətlərin 60 faizi məhz yerli torpaq şöbəsinin müdiri A.Tağıyevin korrupsiya əməlləri barədədir.
Məlumatlı mənbələrin DİA.AZ-a bildirdiyinə görə, rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Həm də məhz 2007-2008-ci illərdə torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Bəs görəsən necə olub ki, sərəncamdan sonra torpaqların şıdırğı satışına başlanılıb?
Məlum olur ki, Adıgözəl Tağıyevin xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər. Məsələn, 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır. Digər tərəfdən isə mətbuata təqdsim olunan məlumatlarda A.Tağıyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə qarşı sürəkli intriqalar qurduğundan da bəhs olunur. Bir müddət əvvəl isə bəzi kütləvi informasiya vasitələrində hətta Şəmsəddin Xanbabayevin tutduğu vəzifədən alınaraq onun yerinə Adıgözəl Tağıyevin təyin olunacağı barədə xəbərlər də yayımlanmışdı.. Məlumatlarda bu da qeyd olunurdu ki, Şəmsəddin Xanbabayevlə Adıgözəl Tağıyev arasında uzun müddətdir ki, Xaçmazda nüfuz savaşı gedir. Vaxtilə Adıgözəl Tağıyev vəzifəsində buraxdığı kobud səhvlərə görə Şəmsəddin Xanbabayev tərəfindən işdən çıxarılsa da, sonradan millət vəkili İlham Əliyevlə olan münasibətilərin hesabına öz vəzifəsinə yenidən bərpa ola bilib.
Mənbələr isə torpaq şöbəsi müdirinin yeni-yeni maxinasiyalarına dair məlumatlar təqdim etməkdədirlər. DİA.AZ-a daxil olan həmin məlumatlarda bildirilir ki, Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması hallarına da tez-tez rast gəlinir. Belə ki, Adıgözəl Tağıyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər sakinlərə icarəyə verilməsinə şərait yaradırlar. Həmçinin məlumatlarda iddia olunur ki, bu cür rəyi vermək üçün onlar bu maxinasiyanın müqabilində vətəndaşlardan külli-miqdarda rüşvət alırlar.
Ən acınacaqlısı isə budur ki, bütün bu qanun pozuntularına dair Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyinə vətəndaşlar tərəfindən dəfələrlə müraciət olunsa da, Adıgözəl Tağıyevin özbaşınalıqlarının qarşısının alınması üçün hələ də heç bir tədbir görülməyib. Və bu barədə danışan mənbə iddia edir ki, əslində Şəmsəddin Xanbabayev Adıgözəl Tağıyevdən haqqını vaxtlı-vaxtında ala bildiyindən onunla bağlı heç bir narazılığı yoxdur.
Adları keçən bütün şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26 |
|
|
|
• Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21 |
|
|
|
• "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42 |
|
|
|
• Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29 |
|
|
|
• Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26 |
|
|
|
• Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21 |
|
|
|
• Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19 |
|
|
|
• "İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06 |
|
|
|
• Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01 |
|
|
|
• Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48 |
|
|
|
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28 |
|
|
|
• Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26 |
|
|
|
• Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20 |
|
|
|
• Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16 |
|
|
|
• Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01 |
|
|
|
• "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58 |
|
|
|
• Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54 |
|
|
|
• Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49 |
|
|
|
• Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Dünən, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Dünən, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Dünən, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Dünən, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Dünən, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Dünən, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Dünən, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Dünən, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Dünən, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Dünən, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Dünən, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Dünən, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Dünən, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Dünən, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Dünən, 10:01 |
|
|
|
|