Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                 

SƏMƏD VURĞUN MİKAYIL MÜŞFİQLƏ HÜSEYN CAVİDİN TORBASIN BELƏ TİKİB...
Tarix: 17-06-2013, 13:26 | Çap et
SƏMƏD VURĞUN MİKAYIL MÜŞFİQLƏ HÜSEYN CAVİDİN TORBASIN BELƏ TİKİB...
“...Hüseyn Cavid, Müşfiq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar.

Bütün bu ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatmızın qapılarını açmışıq...”


“Oxu zalı”nda 1937-ci ilin mətbuatından götürüb çap edəcəyimiz belə yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsəd, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Qoy nəticəni oxucu özü çıxarsın. Səməd Vurğun bu məqaləni Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin həmin il iyunun 4-dəki həbsindən bir neçə gün sonra yazıb. Həmin nömrədə səhifənin başından iri hərflərlə “Pravda” qəzetindən sitat verilib: “Ədəbi-bədii təşkilatların və birinci növbədə Sovet Yazçılar İttifaqı işinin ən mühüm nöqsanı bolşevik sayıqlığının kütləşməsidir” və orada Abdulla Faruq, Rəsul Rza, Cəfər Xəndan və digərlərinin də müxtəlif yazarlar haqda ittihamedici məqalələri yer alıb (bu barədə yaxın günlərdə).

SƏHVLƏRİMİZ HAQQINDA


Son vaxtlarda Azərbaycan Sovet Yazıçıları İttifaqında baş verən hadisələr və bu haqda partiya orqanlarımızın yazdığı vaxtlı və haqlı tənqidlər geniş oxucu kütlələrini düşündürməyə bilməz.

Biz işimizdə buraxdığımız səhvlərə göz yummadan, sağlam bolşevik özünütənqidi ilə bu səhvləri ləğv etməli, sovet ədəbiyyatımızın iri addımlarla inkişafını təmin etməliyik.

Azərbaycan Sovet Yazıçıları İttifaqı öz siyasi-ideoloji istiqaməti ilə böyük partiyamıza daim sadiq qalaraq bütün xalq düşmənlərinin ədəbiyyat sahəsinə soxulan agentləri ilə dönməz və yorulmaz mübarizə aparmışdır.

Bugünkü ədəbi nailiyyətlərimiz hər şeydən əvvəl bu barışmaz sinfi mübarizəmizin qanuni bir nəticəsidir. Biz, sovet yazıçıları öz qələmimiz ilə bir tərəfdən xalq düşmənləri – faşist casusları olan mənfur müsavatçı və trotskiçilərin iç üzünü ifşa etməklə, digər tərəfdən isə böyük sovet vətənimizin çiçəkli baharından ilham alaraq, onu tərənnüm etməklə böyük Stalin epoxasına layiq əsərlər uğrunda çarpışırıq.

Əldə etdiyimiz bütün müvəffəqiyyətlər bizimlə qalır, nöqsanlarımızdan nə qədər çox və düz danışsaq, gələcək inkişafımız bir o qədər sürətlə gedər.

Qabaqca qeyd etməliyəm ki, Azərbaycan Sovet Yazıçıları İttifaqında bolşevik özünütənqidi lazımi yüksəkliyə qaldırılmamış, kütlədən gələn səslərə təşkilat rəhbərliyi lazımi qiymət verməmiş və məhz buna görə də işimizdə böyük səhvlər və nöqsanlar baş vermişdir.

Nə kimi əsas nöqsanlarımız var və bunlar nədən iləri gəlmişdir?

Birinci əsas səhvimiz Sovet Yazıçılar İttifaqına qəbul zamanı siyasi korluq üzündən öz cərgəmizə bir sıra yabançı və düşmən adamları qəbul etdiyimiz olmuşdur.

Biz onların fəaliyyətini bir yanda buraxaraq quru vədlərinə aldanmışıq. Demək ki öz bolşevik sayıqlığımızı zəiflədərək qapılarımızı dosta da, düşmənə də açmışıq. 3-cü plenum açıq göstərdi ki, Ə.Cavad, Yusif Vəzir, Musaxanlı, Sanılı, Simurq və başqaları cərgələrimizdə özlərinə yurt salaraq öz qara keçmişlərindən əl çəkməmişlər və ədəbiyyatımıza az ziyan verməmişlər.

Talıblı, Əli Nazim, Hüseyn Cavid, Müşfiq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar.

Bütün bu ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatmızın qapılarını açmışıq.

Bütün bu işdə yazıçılar ittifaqı, onun rəhbər işçiləri, o cümlədən mən özüm partiyamız və xalqımız qarşısında cavab verməliyik. Şəxsən mən ittifaqın məsul katibi və respublikanın ordenli şairi kibi buraxılan bu səhvlərdə özümü hər kəsdən daha çox müqəssir görürəm və bunu etiraf etməyi özümə bir vətəndaşlıq borcu hesab edirəm.

Lakin səhvi etiraf etmək azdır. Onu ləğv etmək və bir daha təkrar etməmək hamımızın borcudur. Qarşımızda duran birinci məsələ sıramızı sovet platformasında durmayan, bizim böyük günlər quruluşundan ilham ala bilməyən ictimai tüfeylilərdən, bu və ya digər boyalarla öz qara fikirlərini yürüdən xalq düşmənlərindən təmizləməkdir. Qeyd etməliyəm ki, bunları təşkilat sırasından çıxarmaqla bizim mübarizəmiz qurtarmayır. Onların iç üzünü daha dərindən ifşa etmək üçün qüvvələrimizi səfərbərliyə alaraq tənqidimizi yüksək səviyyəyə qaldırmalıyıq. Onların yaradıcılığında yürüdülmüş antisovet ideyaları xalqımız qarşısında meydana çıxarmaq lazımdır ki, bu sahədə gördüyümüz işlər azdır.

İkinci nöqsanımız içərimizdə olan yoldaşlıq əlaqəsinin zəifliyi və bunun nəticəsində əmələ gələn ailəçilik və dəstəbazlıq elementləridir. Bu bir tərəfdən bizim ümumi işimizə zərər vurmuş, digər tərəfdən isə düşmənlərlə apardığımız mübarizənin zəifləməsinə səbəb olmuşdur. Yazıçılar İttifaqının heyət idarəsi bu məsələ ilə də məşğul olmamış və ailəçilik, dəstəbazlıq kibi bolşeviklərə yaraşmayan sifətlərin birdəfəlik aradan qaldırılmasında bir iş görməmişik. Misal üçün, gənc və istedadlı dramaturqumuz Mirzə İbrahimov yoldaşın “Həyat” pyesi haqqında Mir Cəlal və başqa yoldaşların mənfi fikirləri ilə heyət idarə mübarizə etmiş olsaydı, başqalarına da dərs olardı. Belə faktlar çox göstərmək mümkündür.

Üçüncü nöqsanımız budur ki, heyət idarə təşkilatın aktiv qüvvələrindən istifadə işini lazımınca qura bilməmişdir. Buna görədir ki, averbaxçılıq kibi kontrrevolüsyon trotskist bir cərəyanın istər nəzəri, istər yaradıcılıq tərəfdən iflası və onun Azərbaycan ədəbiyyatına verdyi zərərləri meydana çıxarmaq bu günə qədər gecikmişdir. Qoy bizim nəzəriyyə və tənqidlə məşğul olan yoldaşlar ağızlarına su alıb oturmasınlar. Əks təqdirdə onları da mübarizə dezertirləri kibi ifşa etməyimiz lazım gələcəkdir.

Nə üçün H.Mehdi, Nəzərli, S.Rüstəm, Rza və başqa yoldaşlar özlərini Az.APP vaxtı buraxdıqları səhvlərdən və averbaxçılığın onlara olan təsirindən danışmayırlar?

Nə üçün onlar bu trotskist təşkilatı nəzəri və yaradıcılıq nöqteyi-nəzərindən xalqımız qarşısında ifşa etmirlər? Bu işdə yalnız onlar müqəssir deyil. Biz, ittifaqın rəhbər işçiləri də bu mübarizəni təşkil etmək işində zəiflik və liberallıq göstərərək vaxtında siqnal verə bilməmişik. “Kommunist” qəzetinin “Averbaxçılığın kökünü kəsməli” məqaləsi bizi ayıltmışdır.

Dördüncü əsas nöqsanımız ölkəmizin inkişafı ilə birlikdə boy atan yüzlərlə gənc istedadlar üzərində rəhbərlik işini qura bilməmiyimizdir. Bu isə ədəbiyyatımzın gələcək rezervlərinə kadro hazırlamaq işini təhlükə altına ala bilər ki, buna da dözmək mümkün deyildir. Yeni yazanların respublika müşavirəsini çağırmaq kibi bir təşəbbüs hələ də həyata keçirilməmişdir. Şəxsən mən bu müşavirəyə böyük əhəmiyyət verirəm. Onun vasitəsilə ən yaxşı talantlarımızı seçmək, ölkəmizə tanıtmaq, onlara qol-qanad vermək və doğru rəhbərlik göstərmək lazımdır ki, bu sahədə istər Sovet Yazıçıları İttifaqı, istərsə də mətbuat orqanları zəif işləmişdir.

Kadro hazırlığı işində ən geridə qalan sahəmiz tənqid sahəsidir. Yazıçılar İttifaqının tənqid seksiyası və onun rəhbəri Hidayət Əfəndiyev bu sahədə yalnız özünü düşünərək gənc tənqidçi kadrolarını seksiya ətrafına toplamamışdır. Biz isə liberallıq üzündən onu vaxtında tənqid etməmişik. Məncə, tənqidçilərin Bakı şəhər müşavirəsini tez bir zamanda çağırmaqla tənqid kadrolarımızın inkişafı ilə xüsusi bir diqqətlə məşğul olmalıyıq və bunu işimizin sisteminə keçirməliyik.

Beşinci əsas nöqsanımız Böyük Oktyabrın 20 illiyinə hazırlıq işlərinin zəifliyidir. Partiya və hükumətimizin bizə göstərdiyi maddi və mənəvi yardıma baxmayaraq hələ də yazıçılarımız öz yaradıcılıq məzuniyyətindən istifadə etmirlər.

Biz bütün qüvvələrimizi səfərbərliyə alaraq böyük əsrimizə layiq olan əsərlərlə Oktyabr bayramını qarşılamalıyıq. Azərbaycan sovet yazıçıları bu işdə qabaqcıllar cərgəsində olmağı özünə şərəf bilməlidir.

Altıncı əsas nöqsanımız ədəbiyyatımızın keyfiyyəti uğrunda apardığımız mübarizənin qənaətcil olmamasıdır. İstər şeirimizdə, istər nəsrimizdə ideoloji səhvlər və bədii nöqsanlar az deyildir. Sovet ədəbiyyatının yüksək bədii qiyməti uğrunda mübarizə əsas vəzifələrimizdəndir. Zira inkişaf etmiş kültür xalqımızın bizdən ümumi sözlər, təriflər deyil, bədii, inandırıcı həyat səhnələri və onu yaradan insanlar obrazını tələb edir.

Bütün bu nöqsanların əsas səbəbi bolşevik özünütənqidinin sıramızda lazımi yüksəkliyə qaldırılmamasındandır. Biz əminik ki, partiyalı və partiyasız bolşevik yazıçılarımızın səmimi yoldaşlıq və qardaşlıq ailəsini daha möhkəm qurmaqla, ədəbiyyat sahəsində olan bütün düşmənlərlə daha amansız mübarizə aparmaqla, bolşevik özünütənqidini genişləndirməklə bütün bu nöqsanlar tez bir zamanda aradan qalxacaq və Böyük Oktyabr revolyüsiyasının 20 illiyinə verəcəyimiz ölməz əsərlərimiz bizim ən gözəl cavabımız olacaqdır.

“Ədəbiyyat qəzeti”, 9 iyun, 1937-ci il
1-ci və sonuncu şəkillər "Mikayıl Müşfiq. Seçilmiş əsərləri, Bakı, 2013" kitabından götürülüb.


SƏMƏD VURĞUN MİKAYIL MÜŞFİQLƏ HÜSEYN CAVİDİN TORBASIN BELƏ TİKİB...
SƏMƏD VURĞUN MİKAYIL MÜŞFİQLƏ HÜSEYN CAVİDİN TORBASIN BELƏ TİKİB...
SƏMƏD VURĞUN MİKAYIL MÜŞFİQLƏ HÜSEYN CAVİDİN TORBASIN BELƏ TİKİB...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru