Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                 

"ELÇİLƏRİMİN SAYINI İTİRMİŞƏM"
Tarix: 13-06-2013, 12:17 | Çap et
"ELÇİLƏRİMİN SAYINI İTİRMİŞƏM"
Teleaparıcı Aytən Əlizadənin Milli.Az-a müsahibəsi.

- Aytən xanım, televiziyaya gəlişiniz necə oldu? İlk dəfə hansı televiziyada müəllif proqramı ilə çıxış etmisiniz?

- Televiziya məkanına gəlişim, ilk efirim, həyəcan dolu çıxışım "Space" telekanalından başlayıb. Daha sonra Lider TV-də “Ada” realiti-şousunda aparıcı oldum. Bu veriliş də çox gözəl, maraqlı idi. Hazırda isə ANS televiziyasında “Gəzək-görək” adlı verilişin aparıcısıyam.

- Nədənsə hər zaman səyahətlə bağlı əyləncəli verilişlərin aparıcısı olursunuz...

- Səyahət etməyi çox sevirəm. Mən, ümumiyyətlə, yay fəslini xoşlayıram. Fəsildən asılı olmayaraq çalışıram hər zaman istirahətimə vaxt ayırım. Onu da deyim ki, səyahət mənim həm də hobbimdir (gülür).

- Səhv etmirəmsə, aparıcısı olduğunuz verilişlərin həm də müəllifisiniz. Verilişin hazırlanması vaxtınızı çox alır?

- Nəinki verilişin, bir süjetin hazırlanması saatlarla vaxt aparır. Mən öz işimə çox ciddi yanaşan insanam. Aparıcısı olduğum bütün verilişlərin, demək olar ki, müəyyən işlərini özüm görmüşəm. “Gəzək-görək” reklam tipli veriliş olduğu üçün onun hazırlanması çox vaxt aparır. Həm aparıcı, həm redaktor, həm prodüser və s. Amma hər zaman gördüyüm işlərdən zövq almışam. Çünki işimə və sənətimə sonsuz həddə bağlıyam. Məncə, özünü peşəkar adlandıran hər bir aparıcı bu işləri bacarmalıdır.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- İncəsənət Universitetini bitirdikdən sonra radio və televiziya reklamlarının səslənməsində, dublyajda çalışmışam. Televiziya aparıcısı kimi beş ildir ki, fəaliyyət göstərirəm.

- Rejissorluq ixtisası üzrə fəaliyyət göstərməməyinizin səbəbi nə oldu?

- Əgər xatırlayırsınızsa, bir neçə il bundan əvvəl təkcə AzTV telekanalı fəaliyyət göstərirdi. Anamın söylədiyinə görə, ilk dəfə Roza Tağıyevanı efirdə görəndə “Mən də ondan olacağam” demişəm. Yadımdadır, həmişə uşaqlıqda güzgü qarşısında əlimdə qəzet çıxış etmişəm, “veriliş aparmışam” (gülür). İncəsənət Universitetinə daxil olmağı mənə diktor Ofeliya Sənani məsləhət bildi. Mən artıq 9-cu sinifdə oxuyanda anam məni o xanımın yanına apardı. Ofeliya xanım mənə baxdı, baxdı... Sonra oxumağa mətn verdi. O mənə söylədi ki, səndən diktor olar, amma bunun üçün sən İncəsənət Universitetinə daxil olsan, yaxşı olar, çünki orada səhnə danışığı, aktyorluq dərsləri keçərlər. Mən də elə etdim. Əslində peşəkar aparıcı həm rejissor, həm aktyor, həm də səlis nitq mədəniyyətinə malik olmalıdır. Aparıcılıq da incəsənətin bir sahəsi sayılır.

- Bu gün də sizə dəstək olan həmkarlarınız var?

- Bugünkü gündə yalnız özüm öz üzərimdə çalışıram. Hər zaman mütaliə edirəm, bilmədiklərimi öyrənməyə çalışıram. Saatlarla artikulyasiya məşqləri edirəm. Tam səlist, qüsursuz, ləhcəsiz, bir sözlə, sevdiyim və seçdiyim sənətin peşəkarı olmaq üçün çalışıram. Amma yaxın bir dostumun məsləhəti ilə çox güman ki, yaxın günlərdə yenidən çox savadlı bir xanım diktorumuza müraciət etməyi qərara almışam.

- Kimdir o diktor xanım?

- Sevda Ağazadə (gülür).

- Aytən xanım, qorxduğunuz sual hansıdır?

- Əslində qorxuduğum yox, sevmədiyim sual deyərdim (gülür). Deyirlər xanımdan yaşını və maaşını soruşmazlar. Mənim də sevmədiyim suallar bunlardır (gülür). Şəxsi həyatla bağlı ünvanlanan sualları da heç sevmirəm.

- İcazənizlə sizə sevmədiyiniz bir sualla müraciət edim… Yəqin ki, evlilik təklifləri almısınız...

- Yəni elə bir qız tapılar ki, ona evlilik təklifi gəlməsin? (gülür).

- Əlbəttə ki, yox… Sizin kimi gözəl xanıma isə saysız-hesabsız elçi düşənlər olub bəlkə də…

- Elçilərimin sayını artıq itirmişəm (gülür).

- O qədər çox olub ki?

- Bircə onu deyə bilərəm ki, evdə mənə ən çox verilən sual budur: “İndi nəyi və niyə bəyənmədin? (gülür).

- Aytən xanım, yayda harada istirahət etməyi planlaşdırırsınız?

- Keçən il bütün yayı gözəl istirahət etdim, bu yay da planlarım çoxdur.

- Yeni layihələriniz gözlənilirmi?

- İnşallah, payız ayına çox gözəl bir layihə nəzərdə tutulub. Yay fəslidir... Yalnız gözəl bir istirahətdən sonra üzərində bol enerji ilə işləmək olar.

- “Gəzək-görək” verilişindən sonra sizi reklamlarda görürük, yeni layihənizin isə payız aylarında olacağını deyirsiniz. Axı sizin də öz izləyiciləriniz var. Onları bu qədər intizarda saxlamaq olmaz...

- Mən bu sualı çox eşidirəm: “Niyə son zamanlar efirlərdə görünmürsüz?” Mən efirdə görünmək və reklam olmaq xatirinə hər deyilən təklifi və verilişi qəbul edə bilmərəm. Məncə, hər bir aparıcının öz üslubu olmalıdır. İnşallah, söz verdiyim kimi, yeni verilişim ilə payız ayından efirdə olacağam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru