ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                 

XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
Tarix: 30-05-2013, 09:13 | Çap et
XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
ŞÜKÜR! DƏRSLİK BİZNESİNİN KRALI ÖZ YERİNDƏDİR..

Xeyli vaxtdır sükuta dalmış Faiq Şahbazlının axır ki, səsi çıxdı…

Əcəba, xeyir ola?! Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri haqqında danışıram. Bəli, bəli, həmin Şahbazlıdan - 40 gün öncəyədək gur-gur guruldayan Şahbazlıdan...

Vallah, bu adamın üç gün öncə “Mövqe” qəzetinə dediklərini oxuyub da susmaq olmur: “Mətbuatda mənim haqqımda nə yazdıqlarından xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxaracaqlar. Mən yerimdəyəm, işimin başındayam...”. Burada qıcıqlandırıcı nə var ki?! Balam, mətbuat da

elə bunu deyir də - “Faiq Şahbazlı hələ də yerində, işinin başındadır!”. Gördünüzmü, burada fərq təkcə şoğərib “hələ də” sözündədir...

O ki, qaldı Faiq müəllimin xəbərlərdən xəbərinin olub-olmaması məsələsinə, şəxsən mən inanmıram ki, o, mətbuatda barəsində yazılanları oxumamış və ya eşitməmiş olsun! Məsələn, doğrudanmı onun diaaz.space saytında yer almış bu sözlərdən xəbəri yoxdur: “Faiq Şahbazlı dərslik siyasətinin biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda, Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir”. Hələ bu harasıdır, davamına diqqət yetirin: “Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir” və sair və ilaxır...

Əksinə, Faiq müəllimin indi təbii olaraq, hər səsə, hər şıqqıltıya qulaq verən vaxtıdır! Bəlkə də nazirin daxili telefonunun zəngini hər dəfə eşidəndə o, azı üç dəfə “bismillah!” – deyir. Zarafat iş deyil, təzə nazir qurumda səssiz-küysüz ciddi təmizləmə işlərinə başlayıb. Şahrza Əliyev, Həbib Zərbəliyev, Təranə Hacıyeva kimi “ağır toplar” taxtdan salınırsa, Şahbazlı niyə də narahat olmasın?! Təəccüblənəcək nə var, bütün canlı varlıqlar kimi, insan da özünü, öz mövqeyini qoruma instinktinə, istənilən təsirə əks reaksiya vermək keyfiyyətinə malikdir. Bəzən, hətta bunun üçün ölüm-dirim savaşına çıxanlar da olur. Düşünəcəksiniz ki, nə mövqe, nə savaş, nə ölüm-dirim, adama deyəcəklər ərizəni yaz, cınqırını çıxarmadan yazıb gətirəcək. Ola bilər, bəlkə elə ordaca da yazacaq. Sözüm yox, amma yazana qədər hələ çox naqis işlər tutacaq axı! Baxın, hazırda VI sinif dərsliklərinin nəşri ilə bağlı məsələlərin həll olunduğu məqamdır. Məsələn, nəyə görə ölkənin pedaqoji ictimaiyyəti Misir Mərdanov və Faiq Şahbazlıdan qalma Dərslikləri Qiymətləndirmə Şurasının, onun ekspertlərinin bu dəfə düzgün dərslik seçimi edəcəyinə inanmalıdır? Bu həmin qurum deyilmi ki, əliyül-əla deyib, bəh-bəhlə müsabiqə qalibi elan

elədiyi dərsliklərin nə az, nə çox, düz 18-ni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertləri “yararsız” elan ediblər?! Necə oldu ki, onlar indi tövbə eləmək qərarına gəldilər?! İnanan lap daşa dönsün! Bir qədər də dözək - bir neçə gündən sonra tender qaliblərinin siyahısına baxanda hər şeyi aydın görəcəyik. Axı bu sahənin bir nömrəli “başbiləni” Faiq müəllim “hələ də yerində, işinin başındadır!”

Bu gün onun başı öz “işinə” o qədər qarışıb ki, hətta TQDK-da dərsliklərin müzakirəsinin davam etdiyini də “yadından çıxarıb”, onun deməyinə görə, hətta mətbuatda yazılanlardan da “xəbəri” yoxdur. Orada isə az qala hər gün onun “işinin” nəticələrini sözün bütün mənalarında, yıxıb sürüyürlər…

Ey gidi dünya! İki ay bundan öncə Faiq müəllimin səsi TQDK-nın iclas zalını tir-tir titrədirdi. Nə yazıq, indi oradakı dərslik müzakirələrinə qatılmaq bir yana, heç “dərslik” kəlməsinin ilk hərfi olan “d”-ni dilinə gətirməyə də “vaxtı yoxdur”...

P.S. Mətbuatın yazdığına görə, 2010-cu ildə “40 pilləkən”dən “Gülüstan” sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən BMW markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü ağır yaralanıb. Söylənilənlərə görə, səhərisi gün dərslik naşirlərindən biri həmin şəxsi xəstəxanada ziyarət edib, “əmin ölməyib ki!” deyərək, ona təzə, daha bahalı avtomobilin açarını təqdim edib. Dərslik nəşri işinin belə “sehrli” tərəfləri də var...


Mirzə AĞ - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru