Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                 

EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
Tarix: 27-05-2013, 11:52 | Çap et
EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
ƏLÖVSƏT OSMANLI MƏTBUAT KONFRANSINA HAZIRLAŞIR

DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət kulminasiya həddinə yaxınlaşır. Belə ki, birinci tərəf riyaziyyat kurikulumlarında minlərlə ciddi səhvin olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə bu tələbə qarşı biganəlik göstərir. Ona görə də Əlövsət Osmanlı Abdulla müəllimə davamlı surətdə məktublar ünvanlayır. Bu seriyadan növbəti məktubunu o, dünən göndərib. Əlövsət müəllim məktubun mətnini DİA.AZ-a da yollayıb. Maraqlı olacağını nəzərə alaraq onu oxucuların diqqətinə çatdırırıq.

“Hörmətli Abdulla müəllim! Keçən ilin sentyabrından bəri sizə və tabeçiliyinizdə olan Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova bir neçə məktub ünvanlamışam. Məktublarımın əsas qayəsi bu olub ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir, gəlin onları müzakirə edək. Təəssüflər olsun ki, təklifimi süngü ilə qarşıladınız, hər şeyi qulaqardına vuraraq mənimlə danışmaq istəmədiniz, hətta rəsmi məktublarıma cavab verməyi belə özünüzə “rəva” bilmədiniz. Yalnız yeni nazirin gəlişindən sonra sizdə bir az “yumşalma” əmələ gəldi və nəhayət, müzakirənin keçirilməsinə razılıq verdiniz. Mayın 16-sına nəzərdə tutulmuş bu tədbirdə, mən də daxil, mərkəzin rəhbəri Ənvər Abbasov və 12 nəfərdən ibarət işçi qrupu iştirak etməli idi. Lakin Ənvər Abbasovun olmaması səbəbindən tədbir baş tutmadı. Onun iştirakı isə 3 səbəbdən çox vacib idi:

1) Abbasov Kurikulum Mərkəzinin direktoru olmaqВ¬la, kurikulumların hazırlanmasına rəhbərlik etmiş (əsas cavabdeh) şəxsdir;

2) Müzakirə prosesində yalnız əks tərəflərin (mən və işçi qrupun) iştirakı problemin həllinə yox, ziddiyyətə gətirib çıxara bilərdi;

3) Mayın 14-də telefon danışığı zamanı qəbul etdiyimiz əsas şərtlərdən biri də məhz Abbasovun müzakirədə iştirakı idi.

Hətta onda sizdən xahiş etmişdim ki, Ənvər müəllimin gəlməyəcəyi təqdirdə köməkçiniz vasitəsi ilə bunu mənə bildirin, mən də gəlməyim. Lakin sayğısızlıq göstərərək bunu etmədiniz və belə bir arzuolunmaz vəziyyət yarandı, yəni tədbir alınmadı. İndi də bəzi əməkdaşlarınız birbaşa sizə aid olan günahı mətbuatda hər vəchlə mənim üzərimə yıxmağa çalışırlar. Heç olmazsa, özünüzdə güc taparaq onları başa salın ki, müzakirənin alınmamasının səbəbkarı Əlövsət Osmanlı yox, Abdulla Mehrabov idi...

Əslində, dövlətin strateji məsələsi olan təhsilin məzmununun əsas daşıyıcılarından birinin – təhsil proqramlarının (kurikulumların) müzakirəsini “qapalı” şəraitdə keçirmək anormal haldır. Hesab edirəm ki, siz bunu bircə məqsədlə edirsiniz: “Kurikulum” adlandırdığınız yaramaz nəsnələrdəki paxırlar üzə çıxmasın! Məhz ona görə də bu prosesə “kənar” şəxslərin qatılmasını istəmirsiniz.

Bir daha bəyan edirəm: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Çox ağır iddiadır, deyilmi?! Bunun qarşısında susmağınızın səbəbi isə hələ də mənə aydın deyil. Axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz! Mənə görə, təhsilimiz ətrafında belə məsələlər ortaya çıxanda birinci reaksiya verən siz olmalısınız! Amma heç nə sizin vecinizə deyil, bu dəhşətli ortamda kənarda dayanırsınız, əvəziВ¬niВ¬zə isə bəzi üzdəniraq əməkdaşlarınız özlərini ortalığa atırlar və cidВ¬di bir işə hədəflənmiş məsələni “şou” müstəvisinə endirmək isВ¬təyirlər. Onlar bununla məni qaralamağa çalışırlar, sonucda isə özlərini komik vəziyyətə salırlar, guya bu qaralamalarla kurikulumlarınız düzələcək. Görün “alovlu” müdafiəçilərinizdən biri usanmadan soВ¬sial şəbəkələrdə mənim barəmdə nə yazır: “Osmanlı ürəyiyanan və düzəlişlər etmək istəyən adam idisə riyaziyyat mütəxəssislərinin qarşısında niyə söz deyə bilmədi? Qoy tənqidlərini, təkliflərini verəydi də. Amma əsl mütəxəssisləri, riyaziyyatçıları görən kimi, yalnız ixtisasca dilçi olan Ənvər müəllimin olmasını tələb elədi. Çox gülünc bir olay idi. Əlövsət Osmanlı riyaziyyat fənn kurikulumunu hazırlayan işçi qrupunun qarşısında 5 dəqiqə belə otura bilməyib otağı tərk etdi”...

İxtisasca bioloq olan bu əməkdaşınızın “riyaziyyat kurikulumlarında minlərlə ciddi səhv var” iddiası ilə çıxış edən şəxsə qarşı işlətdiyi mənasız və məntiqsiz fikirlərə diqqət yetirdinizmi?! Onları oxuyarkən bir alim, bir direktor olaraq öz-özünüzə nə düşündünüz? Heç olmazsa, demədinizmi, balam, sən hara, riyaziyyat(çılar) hara, get öz işinlə məşğul ol?! Nə isə...

Hörmətli Abdulla müəllim! Mənim mövqeyim dəyişməzdir. Bir daha diqqətinizə çatdırıram: Riyaziyyat kurikulumları haqqında iddialarım Ənvər Abbasovun və ya sizin iştirakınızla müzakirə olunmalıdır! Əgər bu formatda müzakirədən yenə imtina edəcəksinizsə, onda məcbur olub iradlarımı yaxın günlərdə keçirmək istədiyim mətbuat konfransında açıqlayacam”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Bu gün, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru