Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb .....                     Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı .....                     Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır .....                     Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib .....                     OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? .....                     Dövlət Turizm Agentliyindən bir gündə iki tender: .....                     Saakaşvilidən Azərbaycan açıqlaması: .....                     Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? .....                     Balakənin küçələrini təmir edəcək .....                     “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır .....                     Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir .....                     Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı .....                     Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün .....                     Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu .....                     Rüşvətxor polis zabitləri .....                     Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB .....                     Vardanyandan Azərbaycana barışıq təklifi .....                     AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb .....                     Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında .....                     "Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş" .....                     Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi .....                     Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb .....                     “Rusiya bu durumu bizimlə yox, .....                     Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır .....                     Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? .....                     Şimal-şərq küləyi əsəcək .....                     “Sobsan” şirkəti ölkədən pul çıxarıb? .....                     Fəzail Ağamalı sədr postunu qızına təhvil verir .....                     Trampın yarpızı və İran yuvası .....                     Trampdan Putinə təcili Qafqaz mesajı .....                     Petrosyandan Zəngəzur açıqlaması: .....                     Klassik sülh müqaviləsi mümkün deyil .....                     Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq .....                     “Sea Breeze” MMC-nin vergi borcu var .....                     Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... .....                     Zamin hansı halda ödənişi etməyə bilər? .....                     “1 saata ölməsən, yenə vuracam” .....                     Kollecdə qalmaqal .....                     Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? .....                 

"O MƏNİ BAŞA DÜŞÜR, SƏNƏTİMİ DƏSTƏKLƏYİR"
Tarix: 20-05-2013, 10:30 | Çap et
"O MƏNİ BAŞA DÜŞÜR, SƏNƏTİMİ DƏSTƏKLƏYİR"
Aktrisa və teleaparıcı Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, incəsənətə gəlişiniz haqda qısaca məlumat verə bilərsiniz?

- İncəsənətə gəlməyimə atam icazə vermirdi. Amma mən gizlincə sənədlərimi aparıb İncəsənət Universitetinə verdim və imtahanlara hazırlaşdım.

- İncəsənət Universitetinə qəbul olunduğunuzu biləndən sonra atanızın sizə qarşı münasibəti necə oldu?

- Mənim ən sevimli rəqəmim 111 idi və mən də imtahan vermək üçün 111 nömrəli məktəbə düşmüşdüm. Ürəyim çox rahat idi. Cavabları yoxlayana qədər ürəyim döyünürdü. Hətta yolda bir kişinin əlində cavab jurnalını görəndə xalamqızı üçün sualları yoxlamaq istədiyimi ona bildirdim və cavabları yoxladım. Sevincimdən atamın iş yerinə necə getdiyimi bilmədim. Əsas məsələ bunu ona demək idi. Sözün düzü, bu sevincimi atam heç də yaxşı qarşılamadı. Hətta ilk dərs günü məni maşınla universitetə gətirib, maşından düşən zaman mənə dedi ki, özünə sənət tapmadın? (gülür).

- Bildiyimə görə, bir neçə teatr dəyişmisiniz, amma hazırda teatrda çalışmırsınız... Teatrda sizi özünə cəlb etməyən nə oldu?

- Səhnə mənim üçün həyatımın yarısı demək idi. Buna baxmayaraq bu gün heç bir teatrda çalışmıram. İlk tərk etdiyim teatrdan sonra mənə digər teatrda işləməyə mane olanlar oldu. Hansı teatra gedirdimsə, tapşırılırdı ki, işə götürülməyim. Yeganə Bakı Uşaq Teatrında tapşırıq keçmədi. Bu teatra ilk gəldiyim gün məni ştata götürdülər. İki il o teatrda işlədim, sonradan müəyyən səbəblərə görə teatrı tərk etdim. Məncə, aktrisa üçün məkan yoxdur. Mənim səhnəm də, teatrım da, rejissorum da, rollarım da ürəyimdədir. Teatrda çalışmamaq olar, amma sənət sənətçinin ürəyindədir. Teatrda çalışarkən bir şeyi anladım ki, sənəti və sənətçiləri dəyərləndirmirlər. Təəssüf ki, istedad indi arxa planda qalıb.

- Teatr aktyor üçün böyük məktəbdir. Teatrda çalışmamağınız sənətinizdə nəyəsə mane olmadı ki?

- Teatrda işləməkdən zövq alırdım. Mən səhnəni o qədər sevirdim ki, mənim üçün başqa heç nə yox idi. Səhnəni indi də daxilimdə çox sevirəm. Amma səhnəyə görə heç kimdən, heç nədən keçmək istəməzdim.

- Adətən aktrisanın yaradıcılığı çoxşaxəli olur. Sizdə necədir?

- Hazırda teleaparıcı kimi çalışsam da, mən ilk növbədə aktrisayam. Hərdən cizgi filmləri dublyaj edirəm. Arada çəkildiyim filmlər, reklam çarxı və kliplər olur. Bundan əlavə, rəqslə də məşğul oluram. Peşəkar rəqs etməsəm də, aktrisa üçün pis deyil (gülür).

- Hər səhər bizi “Salam, Azərbaycan” deyə salamlayırsınız. Bu sizin ilk aparıcısı olduğunuz verilişdir, yoxsa bundan öncə özünüzü bu sahədə sınamışdınız?

- “Salam, Azərbaycan” verilişinə gəlməyimə görə Vahid Mustafayevə təşəkkür edirəm. Mənim və tərəf-müqabilim, Musiqili Komediya Teatrında aktyor kimi çalışan Ruslan Mürsəlovun bu verilişə gəlməyimiz təsadüfi oldu. Biz ikimiz də “Ağabəyovlar” serialında çəkilirdik. Vahid müəllim bizə aparıcı kimi işləməyi təklif etdi və bizim bu yükü daşıyacağımıza inandı. Çalışırıq ki, onun inamını doğruldaq. İlk vaxtlar çox həyəcanlı idim, amma bu gün nisbətən o həyəcan yoxdur (gülür).

- Sizi müğənni Lalə Məmmədova ilə səhv salan olubmu?

- Hə, bir dəfə olub (gülür). AzTV-də “Benefis” verilişində iştirak edirdim, bu verilişə görə mənə qonorar yazmışdılar. Qonorarı götürməyə gedəndə onlar bunun müğənni Lalə Məmmədovaya çatmalı olduğunu söylədilər. Amma sonradan hər şeyi anladılar. Lalə Məmmədova verilişimizdə qonaq da olub. Adımı və soyadımı eşitmək çox xoş idi (gülür).

- Gününüz maraqlı keçir?

- Demək olar ki, bu barədə şikayətim yoxdur. Şükür Allaha, verilişdə olanda o 3 saatda, heç olmasa, üzümdən gülüş əskik olmur. Onu da deyim ki, mən pozitiv insanam. Ən böyük problemim olsa belə, yenə də şükür edib, yoluma davam edirəm. İndi daha da xoşbəxtəm... Çünki...

- Çünki?

- Çünki artıq sevirəm. Uzun müddət sevgiyə inanmadığım halda. Bollivud filmlərində arzuladığım sevgini artıq həyatda tapmışam (gülür).

- İlk elə başa düşdüm ki, söhbət hind filmlərinin məşhur qəhrəmanı Şahrux Xandan gedir...

- Şahruxun öz qəhrəmanı Rahula sadəcə mənim qəlbimdə sevgi formalaşmışdı. Əvvəl elə düşünürdüm ki, bu bir nağıldır. Artıq həyatda öz Rahulum var. Mən bir şeyi başa düşdüm ki, kimsə haradasa bizim üçün doğulub. Əsas "sevgilim" sözu yox, sevgi uğrunda sevgilisinin üzündə gülüşə səbəb olan birini tapmaqdır. Mən bunu tapdım, amma yenə də Allahın qisməti.

- Toyunuz haqda nə düşünürsünüz?

- Mənim üçün sevgi dəbdəbəli toy, gəlinlik deyil. Düzdür, gəlinlik geyməyi arzulayıram, amma gəlinlik iki insanın daxilində nə sevgini azaldar, nə də çoxaldar. Düşünürəm ki, toy cəmiyyət üçündür.

- Gələcək həyat yoldaşınız sizin efirdən getməyinizi istəsə...

- Mən onun bu istəyini sevə-sevə yerinə yetirərəm. Çünki qadının xoşbəxtliyi onun ailəsidir. Demirəm, içimdə öldürərəm, amma o bacarıqlarımı ailəm üçün, övladlarım üçün saxlayaram. O məni başa düşür, sənətimi dəstəkləyir. Sadəcə, elə filmlər ola bilər ki, çəkilməyimə icazə verməyə bilər.

- Amma sizin kimi fikirləşən sənətçilər çox azdır...

- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma ailəmi sənətimə qurban vermərəm.

- Lalə xanım, fərqli fotosessiyalarınızı gördüm... Sizi kimlərəsə bənzətdim...

- Bir çox rejissorlar mənim aktrisa Odriyə, Monika Beluççiyə bənzədiyimi deyirdilər. Rəfiqəm Sahibə Nəzərova isə məni Xema Maliniyə bənzədirdi (gülür). Mən çox tez dəyişilirəm, adi bir saç düzümü dəyişilməyim üçün kifayət edir.

- Bizə sirr verə bilərsinizmi? Söz verirəm sizə, “sirr” kimi də qalacaq...

- Mənim əslində sirrim yox, arzularım var (gülür). Ən böyük arzum döyüşçü qadın obrazı oynamaqdır.

- Türkiyədən sizə filmə çəkilmək üçün dəvət gəlsə, gedərsiniz?

- Əslində bizdə də gözəl rejissorlar var. İcazə versələr, əlbəttə ki, gedərəm.

- Ad gününüzü adətən necə keçirirsiz? Partilərə getməyi sevirsiniz?

- Mən əslində partilərə getməyi sevmirəm. Çox nadir hallarda partilərə gedə bilərəm. Atam rəhmətə gedəndən sonra ad günümü xüsusi qeyd etmirəm. Sağ olsunlar, rəfiqələrim ad günümü keçirirlər.

- Lalə xanım, fala inanma, faldan da qalma deyiblər. Siz necə, falçıya getmisiz?

- Mən əslində ibadət edirəm, gərək belə inanclara inanmayım. Bir mif kimi fala inanıram. Düzünü deyim ki, bir dəfə falçıya da getmişəm. Rəfiqələrim gedirdilər, mənə də çox maraqlı gəldi.

- Falçı sizə nə söyləmişdi?

- Falçılar psixoloqdurlar (gülür). Hamıya dediklərini mənə də söyləmişdilər. Falçı mənə demişdi ki, mən işimi dəyişəcəyəm. Amma bu bir neçə il əvvəl olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Bu gün, 16:16
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Bu gün, 16:15
Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Bu gün, 16:11
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Bu gün, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Bu gün, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Bu gün, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Bu gün, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Bu gün, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Bu gün, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Bu gün, 15:09
Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Bu gün, 15:06
Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Bu gün, 15:03
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Bu gün, 14:51
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:47
Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Bu gün, 14:40
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Bu gün, 14:34
Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 13:10
"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Bu gün, 13:08
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Bu gün, 13:00
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Bu gün, 12:58
“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Bu gün, 12:53
Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Bu gün, 12:52
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Bu gün, 12:50
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
“Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43
Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41
Trampdan Putinə təcili Qafqaz mesajı – “Bunu Azərbaycan bacardı”
Bu gün, 12:34
Petrosyandan Zəngəzur açıqlaması: -İran məni çaşdırdı
Bu gün, 12:31
Klassik sülh müqaviləsi mümkün deyil - RƏY
Bu gün, 12:30
Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq - Ukrayna PA
Bu gün, 12:27
“Sea Breeze” MMC-nin vergi borcu var
Bu gün, 12:24
Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... - Ekspert danışır...
Bu gün, 12:21
Zamin hansı halda ödənişi etməyə bilər? - AKTUAL
Bu gün, 12:16
“1 saata ölməsən, yenə vuracam” - 27 yaşlı Aynur 11 il həbsdə qalacaq...
Bu gün, 11:55
Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi
Bu gün, 11:51
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi
Bu gün, 11:43
Ermənistan konstitusiyasını dəyişəcək - Tarixlər AÇIQLANDI
Bu gün, 11:37
Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? - FOTO
Bu gün, 11:34
Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru - İNCƏLƏMƏ
Bu gün, 11:30
Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 11:26
Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?
Bu gün, 11:24
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:18
Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya HAZIRLAYIR
Bu gün, 11:15
345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM - GİLEY
Bu gün, 11:06
İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ... - BAŞLARI QAÇIB...
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru