83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                 

ZİYA MƏMMƏDOVUN QOYNUNDA YETİŞƏN OLİQARX
Tarix: 15-05-2013, 11:16 | Çap et
ZİYA MƏMMƏDOVUN QOYNUNDA YETİŞƏN OLİQARX
"HAFKA" GÜCƏ ÇEVRİLMƏKDƏDİR

Bu günlərdə mətbuatda kifayət qədər maraqlı bir məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, məşhur futbolçu Radamel Falkaonu “Çelsi”yə satmağa hazırlaşan Madridin “Atletiko” klubu bu halda yaranacaq hücumçu problemini həll etmək üçün bomba partlatmağa hazırlaşır. “Atletiko” “Liverpul”dan Uruqvay əsilli futbolçu Lius Suaresi transfer etmək niyyətindədir.
Futbolçuya qoyulan 40 milyon avroluq qiymət onların işini çətinə salsa da, madridlilər çıxış yolunu tapıblar. Daha doğrusu, onları bu vəziyyətdən nəqliyyat naziri Azərbaycanın “Bakı” klubunun başbilənləri çıxarıb - daha doğrusu, “Bakı”nın rəsmi sponsoru olan “Baglan Group” şirkətlər qrupunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov!
Verilən məlumatda bildirilir ki, Azərbaycan tərəfi “Atletiko”ya narahat olmamaq mesajını göndərib. Məlumata görə, “Baglan Group” “Atletiko” rəsmilərinə bildirib ki, onlar Suaresin alınması üçün kluba 6 milyon avro verməyə hazırdılar. Maraqlıdır ki, bu pul kluba təmənnasız bağışlanacaq.
Həmin məlumatın sonradan “Bakı” klubu tərəfindən təkzib edilməməsi “Hafka”nın belə bir niyyətinin olduğunu təsdiqləyir. Azərbaycan futbolunun özünü Avropa arenasında təsdiq etməsi üçün Hafiz Məmmədovun rəhbəri və sponsoru olduğu klubu daha yaxşı yerlərə gətirmək əvəzinə ispan klubuna təmənnasız pul bağışlamaq istəməsinin hansı məntiqə sığdığına qoy oxucular qərar versin.
Bəs ümumiyyətlə, “Hafka”da bir futbolçu üçün əcnəbi kluba 6 milyon avro bağışlayacaq qədər sərvət hardandır? Bu, onun artıq sıradan bir iş adamından mühüm bir oliqarxa çevrildiyini göstərmirmi? Əlbəttə, göstərir. Xüsusən də əgər həmin iş adamının necə qazandığına dair çoxsaylı iddialar varsa!
Məsələn, Hafiz Məmmədovun adı indiyədək Gürcüstan vasitəsilə Ermənistana neft satmaqdan tutmuş qeyri-leqal yollarla Azərbaycanın neft sektoruna sızmasına qədər bir çox qalmaqallarda hallanıb. Hər halda onun neft, nəqliyyat, inşaat kimi sahələrdə əksər vaxtlarda heç bir tendersiz, ya da formal tender yolu ilə ciddi mövqelərə sahibləndiyinə dair fikir birmənalıdır.
Bütün bunlar isə “Baglan Group” prezidentinin qısa zamanda hədsiz zənginləşməsinin önünü açıb. İş o yerə çatıb ki, indi Hafiz Məmmədov özünü hansısa Avropa klublarına sponsorluq edən, onlara ulduz futbolçu transfer etdirən dünya çaplı oliqarxlar kimi aparır. Bu qədər “şişmək” üçün həddən artıq geniş maliyyə imkanlarına malik olmaq lazımdır, Azərbaycan reallığında isə buna leqal yollarla nail olmağın mümkünsüzlüyünü hər kəs başa düşür.
“Hafka”nın offşor zonalara maraq göstərməsi də bu iş adamının pullarının qeyri-leqal qaynaqlar hesabına çoxaldığını söyləmək üçün ciddi əsaslar yaradır. Məsələn, elə bu günlərdə məlum oldu ki, Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün 2007-ci ildən başlayan işlərə ayrılan yüz milyonlarla dolların bir hissəsi məhz Hafiz Məmmədovun offşor hesab edilən zonada qeydiyyatdan keçmiş şirkətinin kassasına axacaq. Belə ki, Hafiz Məmmədov “Baghlan Oil Recovery” fdlı MMC yaradıb və bu müəssisə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “Baghlan Group FZCO” şirkətlər qrupunun tərkibinə daxildir. Fəaliyyət istiqamətləri neftlə çirklənmiş torpaqların təmizlənməsi və əldə olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılıb satılmasıdır. Əgər nəzərə alsaq ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsi kifayət qədər bahalı prosesdir və bir hektar ərazini təmizləmək 100-200 min dollara başa gəlir, o zaman Hafiz Məmmədovun pay aldığı məlum layihədən nə qədər pul qatlayacağını təxmin etmək çətin deyil.
Bundan başqa, “Hafka”nın son vaxtlar bank biznesini də çiçəkləndirdiyi barədə məlumatlar gəlir. Onun “Bank of Azerbaijan” bankını satın alması həmin iddiaların doğruluğunu təsdiqləməklə yanaşı, Hafiz Məmmədovun çoxşaxəli biznes imperiyası yaratmaqda olduğunu və hətta bir çox oliqarxlarla müqayisədə daha güclü gəlir qaynaqlarına yiyələndiyini əminliklə söyləmək üçün əsas yaradır.
Ümumiyyətlə, məlumatlı mənbələr Hafiz Məmmədovun çoxlarının təsəvvür edə bilməyəcəyi qədər ciddi sərvətlərə sahib olduğu fikrində həmrəydirlər. Məsələn, onun xaricdə yaşayan oğlunun dünyanın ən bahalı avtomobil markalarından ibarət “maşın kolleksiyası”nın olduğu iddia edilir. Hansı ki, kolleksiyadakı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.
İş adamının özünün isə bahalı tətillərə hədsiz aludə olduğu, dünyanın ən məşhur brendlərinin məhsullarına həvəs göstərdiyi, planetin bir çox məşhur şəhərlərində dəbdəbəli mülklər aldığı da səslənən iddialar arasındadır.
O da istisna edilmir ki, kapital baxımından bu qədər güclənməsi sonradan “Hafka”ya problemlər də yaratmağa başlasın. Onun “biznes imperiyası”nın hədsiz güclənməsi, faktiki olaraq oliqarx statusuna yüksəlməsi bəzi iqtidariçi çevrələrdə narahatlıqlar yarada, onları iş adamının önünü kəsməyə məcbur edə bilər. Əks halda kapital sarıdan bir çoxlarını əzmək gücünə malik olan Hafiz Məmmədovun sonradan hansısa önəmli oliqarxlardan birinin postuna göz dikməsi tamamilə realdır.
Hər halda keçmiş illərin təcrübəsi göstərir ki, istəyir yüksək vəzifəli şəxs olsun, istərsə də geniş sərvətlərə malik iş adamı - hər bir halda qarşısıalınmaz sürətlə irəli getmək bəzən əks effekt verir, müəyyən nigarançılıqlara yol açır və sonucda həmin şəxs vəzifəsini, biznes mövqelərini itirmək təhlükəsini yaşayır. Hətta bəzən itirilən illərcə yığılan var-dövlət də olur. Biz hələ bir çoxlarının bütün bunlar azmış kimi, azadlıqdan da məhrum olmasını, ölkədən getmək məcburiyyətində qalmasını demirik.
Hafiz Məmmədovun da oxşar ssenarilərdən birini yaşayacağını, yoxsa öz “biznes imperiyası”nın daha da böyüməsi üçün iri addımlar atmağa davam edəcəyini isə zaman göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru