Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                 

Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı - Yediyarovun durumu fənalaşa bilər
Tarix: 17-07-2015, 10:00 | Çap et
Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı
Məlum olduğu kimi bu gün Gədəbəy rayonunda indiyədək görünməmiş həddə çatdırılmış məmur özbaşınalıqları mövzusu artıq uzun müddətdir ki, mütəmadi olaraq ictimai müzakirəyə çıxardığımız mövzulardan biridir. Çoxsaylı materiallarımızda biz dəfələrlə qeyd etmişik ki, Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin bu gün sayı-hesabı yoxdur. İcra başçısının yol verdiyi özbaşınalıqlar ucbatından rayonun təhsil, səhiyyə, mədəniyyət kimi sahələri tənəzzülə uğramış, iqtisadiyyat çökdürülmüş, yerli əhali isə sözün əsil mənasında səfalət içərisində yaşamağa məhkum edilmişdir.Həmçinin dəfələrlə qeyd olunduğu kimi, Ramiz Yediyarovun yol verdiyi ən böyük özbaşınalıqlardan biri də yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların məhz bu zəmində xüsusilə haqsızlıqlara və təqiblərə məruz qoyması ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman bu məsələyə münasibət bildirərək vurğulayıb ki, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artması, təkmil hüquqi bazanın formalaşması, dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət başçısının qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və konkret proqramlara əsaslanır: “...Ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz”.Lakin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin bu xüsusda birbaşa göstərişlərinin tam ziddinə olan addımlar belə atır. Bu iddianın arxasında onlarca gədəbəyli iş adamının, yerli sahibkarların sənədli-sübutlu ərizələri, müraciətləri durub. Obyekti uçurulanlar, torpağı əlindən alınanlar, rüşvət vermədiyinə görə təqib edilənlər... Gədəbəydə xalqın məruz qoyulmadığı hansı haqsızlıq qaldı ki? Amma gədəbəylilər bütün bu haqsızlıqlarla yenə də barışmırlar. Elə qəzetimizin səhifələrində mütəmadi dərc olunan materiallarda da Gədəbəy rayon, şəhər və kənd sakinlərinin müxtəlif vaxtlarda icra başçısına qarşı irəli sürdükləri ağır ittihamlar onların haqsızlığa qarşı bu mübarizələrinin əsas göstəricisidir. Eyni zamanda da qeyd etməliyik ki, Ramiz Yediyarovun törətdiyi qanunsuzluqlardan daha çox ziyan çəkmiş gədəbəyli iş adamlarından biri də məhz Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlu olmuşdur. İlk dəfə 2014-cü ilin yayında redaksiyamıza müraciət edən Oktay Əliyev bildirmişdi ki, o, təxminən iki il əvvəl rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında (meşə fonduna aid olan) xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı: “Ölkə rəhbərliyinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua da aldım. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm, kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar...”Qeyd edək ki, həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin qeyd edildiyi kimi, ötən ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gələrək, heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə külli-miqdarda maddi və mənəvi ziyan dəyir...Elə o vaxtdan da Oktay Əliyev öz hüquqları uğrunda mübarizəyə başlayır. Təbii ki, bu mübarizə yalnız hüquqi müstəvidə, ölkə qanunları çərçivəsində aparıla bilərdi. Buna görə də Oktay Əliyev ilkin olaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı. Məhkəmə irəli sürülən iddianı nəzərdən keçirərək ədalətli qərar vermidi. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin sahibkar Oktay Əliyevin xeyrinə 66.626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunması nəzərdə tutulmuşdur. Lakin bundan sonra Ramiz Yediyarovun da komandası müəyyən addımlar atmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Təəssüfflər olsun ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında işin araşdırılmasında müəyyən kobud nöqsanlara yol verilmiş və nəticədə qeyri-obyektiv qərar qəbul edilmişdir. Kollegiyanın 14 aprel 2015-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlbəttə ki, Azərbaycan vətəndaşının dövlətçiliyimizə, ölkə qanunlarının aliliyinə inamı bir səhv məhkəmə qərarı ilə sarsıla bilməz. Elə Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının verdiyi qərardaddan kassasiya şikayəti verməyə hazırlaşarkən də, Oktay Əliyev ölkəmizin məhkəmə-hüquq sisteminin obyektivliyinə və ədalətinə qətiyyən şübhə etmirdi: “Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar qəbul edildi. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb. Hüquq sistemi islahatları nəticəsində ölkəmizdə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırılıb. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı imzaladıqdan sonra isə, ölkəmizdə məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə keçdi. Bütün bunları nəzərə alaraq, mən son nəticədə ədalətin qalib gələcəyinə və hüquqlarımın bərpa olunacağına zərrə qədər də olsa şübhə etmirdim”.Belə də oldu. Bəlkə də bütün gədəbəylilərin səbirsizliklə gözlədikləri gün nəhayət ki, gəlib çıxdı. Həmin gün bütün rayon sakinləri üçün əsil “həqiqət anı” oldu. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Oktay Əliyevin kassasiya şikayəti əsasında işə baxmışdır. Kollegiyanın 18 iyun 2015-ci il tarixli, 2-1 (102)-755/2015 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli qərardadı ləğv edilmişdir.Ədalətin bu zəfəri Azərbaycanda mövcud məhkəmə sisteminin həqiqətən də müstəqil və obyektiv olduğunu növbəti dəfə isbatlamış oldu. Bəzi harınlamış məmurlar isə vətəndaşlarımızın hüquqlarının onların ambisiyalarından qat-qat üstün durduğuna dair daha bir açıq mesaj almış oldular.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru