Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                     Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil .....                     Mən sovet adamıyam .....                     Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                 

Əkbər Hacıyevdən prezidentə şikayət olunacaq - Bu qış borclu abonentlərin donma təhlükəsi böyükdür...
Tarix: 20-12-2014, 12:18 | Çap et
Əkbər Hacıyevdən prezidentə şikayət olunacaq
Bəzi dövlət təşkilatlarının qarşılıqlı borclarının olması hamıya məlumdur. Əksər hallarda bir-birlərinə borclu olan qurumlar məhkəmələrə müraciət edərək yaranmış borc qalmaqalını bu vasitə ilə yoluna qoymağa çalışırlar. Yadınızdadırsa, bir müddət əvvəl bəzi dövlət qurumlarının, o cümlədən "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə bir neçə milyon manat borcunun olması barədə məlumat yayılmışdı.

"Ümid edirik ki, ödəyərlər. Amma bu təşkilatların adlarının açıqlanmasına səlahiyyətimiz yoxdur. Çünki bu abonentlə, təşkilatla "Azəriqaz" arasında olan məsələdir. Bəzən hansısa təşkilat həddən artıq yubanmalara yol verirsə, bu, araşdırılır və tədbir görülür. Məsələn, məhkəməyə müraciət edilir və bu barədə mətbuata məlumat verilir", deyə İB-dən bildirilib. "Dövlət təşkilatları ilə borca görə ciddi mübahisə yaradacaq problemimiz olmayıb. Borcla bağlı indiyədək hansı bir təşkilatı məhkəməyə verməmişik. Pulunu ödəməyənin istilik təchizatı dayandırılıb və ödəmə aparılıb". Bu açıqlama isə "Azəristiliktəchizat" ASC-dən verilib. Ekspertlərin fikrincə isə, Azərbaycanda zaman-zaman qarşılıqlı borcların silinməsi ilə bağlı proseslər baş verir ki, borcu olan müəssisələrin normal fəaliyyətini bərpa etmək mümkün olsun: "Çox təəssüf ki, dövlət dəstəyi olmasına baxmayaraq, bəzi hallarda bu cür dəstəklərdən sui-istifadə edirlər. Kommunal borcu olan dövlət təşkilatlarında belə qənaət yaranır ki, borc əvvəl-axır silinəcək. Bu, doğru yanaşma deyil. Sözsüz ki, kommunal xidmətlərə məsul olan qurumlar da çalışırlar ki, bu borcların azaldılması istiqamətində iş görsünlər. Amma kifayət qədər ciddi humanitar borcu olan qurumlar var ki, onlara kommunal xidmətin dayandırılması asan məsələ deyil". Təəssüf ki, bir sıra hallarda qarşılıqlı borclardan əziyyət çəkən vətəndaşlar olur. Belə ki, paytaxtın Suraxanı rayonunun sakinləri dekabrın 16-dan etibarən istilik üzünə həsrət qalıblar. Yeni Günəşli, Əmircan və Qaraçuxur qəsəbəsinin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri "Azəristiliktəchizat"ın 43 milyon manat borcunu əsas gətirərək rayonun qəsəbələrində fəaliyyət göstərən istilik qazanxanalarına qazın verilişini dayandırıb. Ki, bu da rayonun demək olar ki, bütün qəsəbələrində problemlərin yaranmasına gətirib çıxarıb: "Qış fəsli başlayandan "Azəristiliktəchizat"ın yerli istilikxanalarının nümayəndələri bizi normal istiliklə təmin edirdi. Heç bir şikayətimiz yox idi. Amma son günlər mənzilimizə verilən istilik tamamilə dayandırılıb. Qurumun yerli şöbəsinə, yəni 9 saylı Suraxanı rayon istilik Sistemləri İstismar Sahəsinə müraciət edəndə bildirdilər ki, günah onlarda yox, "Azəriqaz" İstehsalat Birliyindədir. Deməli, məsələ belədir. Deyilənə görə, "Azəristiliktəchizat"ın "Azəriqaz" İstehsalat Birliyrnə 43 milyon manat debitor borcu var. Və bu borc ödənmədiyinə görə, birliyin rəsmiləri paytaxtın bəzi rayonlarında istilik qazanxanalarının qazını kəsiblər. Bu yolla onlar 43 milyon manatlıq borcu kompensasiya etməyə çalışırlar. Əkbər Hacıyevin rəhbəri olduğu qurumun əməkdaşları isə hədəf kimi kənar rayon və qəsəbələri seçiblər. Şəhərin mərkəzi hissələrində yerləşən binaların istiliyi kəsilməyib. Çünki həmin binaların çoxunda imkanlı və vəzifəli şəxslər yaşayır. Ətraf qəsəbələrin sakinləri isə necə gündür ki, soyuqdan donur". Şikayətçilər "Azəristiliktəchizat"da heç bir günah görmədiklərini deyirlər: "Günahın hamısı "Azəriqaz"dadır. Ona qalsa, digər dövlət qurumlarının da İstehsalat Birliyinə borcu var. Bəs niyə həmin təşkilatlara problem yaradılmır? ASC rəhbərliyi yəqin ki, gec-tez "Azəriqaz"a olan borcunu ödəyəcək. Borca görə vətəndaşları soyuqdan dondurmaq heç də doğru yanaşma deyil. Camaatın evində körpəsi, xəstəsi var. Bunu nəzərə almaq lazımdır. Hər iki qurumun rəhbərliyi öz aralarında razılığa gəlib problemi yoluna qoymalıdır. İstiliyin olmaması vətəndaşlara ikiqat zərbə vurur. Belə ki, istilik olmadığından vətəndaşlar məcburiyyət qarşısında elektriklə işləyən avadanlıqlardan istifadə edirlər. Ayın sonunda isə işıq puluna görə yazılan borc kəllə-çarxa çıxır. Qəzet vasitəsilə aidiyyəti dövlət qurumlarından kömək istəyirik. Yaxın günlərdə istiliyimiz bərpa edilməsə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevdən yuxarılara şikayət edəcəyik". Məsələyə aydınlıq gətirmək üçün "Azəriqaz"ın 490-43-34 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən olmadı. İstənilən halda, Əkbər Hacıyev istiliksiz qalan sakinlərin şikayətini araşdırıb yaranmış problemi tezliklə yoluna qoymalıdır.
\\ Gundelik-Baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Dünən, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Dünən, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Dünən, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Dünən, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Dünən, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Dünən, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Dünən, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Dünən, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Dünən, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Dünən, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Dünən, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Dünən, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Dünən, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Dünən, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru