ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                 

Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı - İLGİNC FAKTLAR
Tarix: 15-02-2024, 09:39 | Çap et
Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki, elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.

Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.

Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?

Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?

İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.

Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.

Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.

Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.

Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru