Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Bakı Apellyasiya Məhkəməsininn hakimi İTTİHAM OLUNUR... - İLGİNC
Tarix: 22-07-2023, 09:23 | Çap et
Bakı Apellyasiya Məhkəməsininn hakimi İTTİHAM OLUNUR...
"Təzadlar" qəzeti redaksiyasında olan bir qrup şikayətçinin söylədiklərinə inanmasaq da, təqdim etdikləri şikayət ərizələrində yazılanlar inanılmaz idi. Onlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin çoxsaylı vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Qənbərov Cahangir Muslat oğlunu ev dustaqlığına buraxmaqla onun yenidən ölkəni tərk edib qaçmasına hazırlıq gördüyünü yazırlar. Aşağıda Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Bakı şəhər Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova və "Təzadlar" qəzeti redaksiyasına ünvanlı şikayətlərini təqdim edirik:

"Çox hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Bildiririk ki, bizə qarşı kütləvi dələduzluq etmiş Qənbərov Cahangir Muslat oğlunun cinayət işi ilə bağlı məhkəmə istintaqı hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmə baxışındadır. Lakin təəssüf hissi ilə bildiririk ki, hakim Elbəy Allahverdiyev dələduzluğu tam sübuta yetirilmiş bu şəxsi hansısa maraqlar naminə məhkəmə zalından buraxmaq istəyir. Məqsəd isə budur ki, dələduzluq əməli törətmiş

Qənbərov Cahangir Muslat oğlu məhkəmə zalından buraxılaraq ölkəni tərk etsin. Artıq onun qohumlarından əldə etdiyimiz məlumatlar belədir və təsdiqini tapmaqdadır. Hansı ki, o, buna bir dəfə cəhd etmişdir və Hava Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmişdir.

Cənab Prezident!

Bir daha Sizdən xahiş edirik ki, hakim Elbəy Allahverdiyevin biz-aşağıda adları qeyd olunan vətəndaşlara qarşı dələduzluq etmiş (hansı ki, aramızda Qarabağ Müharibəsinin veteranları da vardır), dələduzluq əməli törətmiş Qənbərov Cahangir Muslat oğlunun məhkəmə qərarı ilə ölkədən qaçıb çıxışına şərait yaratmasının qarşısının alınması üçün aidiyyəti üzrə göstəriş verəsiniz.

Onu da bildiririk ki, bu cinayət işi Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məmmədov Elnur Telman oğlunun icraatında olmuşdur. (Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə istintaq olunan 230060377 nömrəli cinayət işinin materialları). Müstəntiqin peşəkarlığı sayəsində müəyyən edilmişdir ki, 01.07.1983-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişəvəri küçəsi, ev 15-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun kəndi, Məktəbli küçəsi, ev 96, mənzil-17 ünvanında yaşayan Qəmbərov Cahangir Musulat oğlu toplanmış kifayət qədər ilkin sübutlarla təqsirləndirilmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş biz- aşağıda adları çəkilənlərə külli və xususilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

Xatırladırıq ki, Qəmbərov Cahangir Musulat oğlu tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Rəşidov Tamerlan Elman oğluna İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycana gətirdilməsini, burada istehsal edərək baha qiymətə satacağına, əldə olunacaq yüksək qazanca onu şərik edəcəyinə inandırmışdır. Və ondan ilkin olaraq 09 may 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Kral Hüseyn küçəsi, ev 66A saylı ünvanda 100.000 (yüz min) manat, 2022-ci ilin oktyabr ayının 15-dək hissə-hissə olmaqla ümumilikdə 581.436 (beş yüz səksən bir min dörd yüz otuz altı) manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs Tamerlan Rəşidova xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Bundan başqa, Qəmbərov Cahangir Musulat oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 21 aprel 2023-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 21 ünvanında yerləşən Məlikov Hacıbala Qasım oğlunun işlədiyi “Premıum Store” mobil telefon və aksessuarlar mağazasında dəyəri 2400 manat təşkil edən 01 ədəd “İphone 14 pro” markalı, “128 QB” modelli mobil telefonu alaraq pulunu 4-5 gün ərzində ödəyəcəyinə dair ona yalandan vəd verib aldadaraq, mobil telefonu ələ keçirərək zərərçəkmiş şəxs Hacıbala Məlikova ziyan vuraraq dələduzluq etmişdir.

Eləcə də Qəmbərov Cahangir Musulat oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, İran İslam Respublikasından PVS (kroşka) məhsulunu Azərbaycan Respublikasına gətirib istehsal etmək adı ilə 2021-ci ildən etibarən 2023-cü ilin aprel ayının 30-na dək hissə-hissə olmaqla ümumilikdə 155.000 ABŞ dolları ekvivalentində 263500 (iki yüz altmış üç min beş yüz) manat ümumilikdə pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxs Qafarov Bahaddin Baba oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Qəmbərov Cahangir Musulat oğlu bununla da kifayətlənməmiş və o, təkrarən Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən “MASTEL HOLDİNG“ MMC-nin təsisçisi olan Aslanova Dilbər Əliağa qızının həmin şirkətində direktor vəzifəsini 25.10.2022-ci il tarixdən 15.05.2023-cü il tarixədək olan müddətdə icra etmiş, şirkətin bütün əməliyyatlatları, səlahiyyətləri ona həvalə edilmiş, şirkətə xaricdən və ölkə ərazisindən daxil olan bütün malları o, özü şəxsən qəbul edib, satışını da özü həyata keçirmiş, şirkətə olunan bütün ödənişləri nağd, köçürmə yolu ilə əməliyyatları icra etmiş, 488.020 manat əsas borc, 44.757 manat, 08 qəpik ƏDV- borcu “MASTEL HOLDİNG“ MMC-nin onun tərəfindən başqa şirkətlərə qəsdən borclar yaratmışdır. Nəticədə etibardan sui-istifadə edərək ümumilikdə 532.777 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Qəmbərov Cahangir Musulat oğlu Bakı şəhər sakini Niftəliyev Nurəddin Xasay oğlunu aldadaraq guya zavoda şərik etmək adı altında ona 70 min manat pulunu ələ keçirmişdir.

Həmçinin Qəmbərov Cahangir Musulat oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Mütəllimov Əhməd Aydın oğluna özünü işgüzar şəxs kimi tanıdaraq onun etibarını qazanmaqla, qabaqcadan düşünülmüş şəkildə İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycan Respublikasına gətirib, burada istehsal edərək yüksək qiymətə satacağına, sonradan isə “PVS” (kroşka) istehsalı zavod üçün 24.000 ABŞ dolları ekvivalentində, 40.800 manata Abşeron rayonu, Məhəmmədi kəndində torpaq sahəsini aldırmış, həmin torpaq sahəsində zavod açdırdığına, zavodun fəaliyyət göstərdiyinə inandıraraq, əldə olunacaq qazanca onu şərik edəcəyinə vəd verib, inandırmaqla ilkin olaraq, 01 dekabr 2020-ci il tarixdən həmin ilin dekabr ayının 11-dək, zavod üçün xammal olan, 865.148 ABŞ dolları ekvivalentində 1.470.752 manat məbləğində DOP yağını, Türkiyyə Respublikasından aldıraraq, Azərbaycan Respublikasına öz adına gətizdirərək, dəyərindən daha aşağı qiymətə sataraq pulunu ələ keçirmişdir. Sonra isə öz adına gəlmiş 66 ton cəmi 116.000 ABŞ dolları məbləğində dop-yağını gömrükdən qəbul edib, borclu olduğu başqa şəxsə pul əvəzinə borcunu əvəzləndirmək üçün Qəmbərov Bahəddin Baba oğluna verməklə qeyd olunan əmlakı ələ keçirmişdir.

O, 15.03.2023-cü il tarixdə 5000 manat, 21.02.2023-cü il tarixdə 32850 ABŞ dolları ekvivalentində 55845 manat, 01.06.2023-cü il tarixdə 500 manat, 13.06.2023-cü il tarixdə 250 manat, 16.06.2023-cü il tarixdə 300 manat pulu istifadəsində olan bank kartına köçürtdürmüş, 20.05.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Əliyar Əliyev küçəsi 27 ünvanında ofisdə 8000 ABŞ dolları ekvivalentində 13600 manat pulunu, 22.06.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Əliyar Əliyev küçəsi 27 ünvanında ofisdən 400 manat məbləğində öz adına Türkiyə Respublikasına getmək üçün bilet aldıraraq, ümumilikdə pul vəsaitini qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Əhməd Mütəllimova 1.546.647 manat məbləğində, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Beləliklə də, Qəmbərov Cahangir Musulat oğlu Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bütün bunlar Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun istintaq qərarında da öz əksini tapmış, sonra təqsirləndirilən Qəmbərov Cahangir Musulat oğlunun barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lakin Qəmbərov Cahangir Musulat oğlu bu qərardan apellyasiya şikayəti verərək məhkəmə zalından ev dustaqlığına çıxmaq istəyir. Bunun üçün isə Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevlə qanunsuz əlaqəyə girərək bu qeyri-qanuni niyyətini həyata keçirmək istəyir.

Cənab Prezident!

Bir daha xahiş edirik, hakimin bu qanunsuz hərəkətinin qarşısının alınması üçün tədbirlər görülsün.

İmzalar:

Rəşidov Tamerlan Elman oğlu

Qafarov Bahaddin Baba oğluna

Nurəddin Niftəliyev\,

Əhməd Mütəllimov

Aslanova Dilbər Əliağa qızı və başqaları

20 iyul 2023-cü il, Bakı şəhəri"

REDAKSİYADAN: inanırıq ki, vətəndaşlara qarşı etibardan sui-istifadə etməklə milyonlarla manat ziyan vurmaqla dələduzluq əməli törətmiş Qəmbərov Cahangir Musulat oğlunun barəsində olan həbs qətimkan tədbiri qərarı Bakı Apellyasiya Məhkəməsində dəyişdirilmədən qüvvədə saxlanılacaqdır.
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru