Təcili Tibbi Yardım avtobazasının direktoruna AĞIR İTTİHAM - BU NƏDİ BELƏ?
Tarix: 28-04-2023, 08:27 | Çap et
 Cəmiyyətimizin həm Birinci, həm də İkinci Qarabağ müharibəsində dastan yazmış zümrələrinin sırasında təbii ki, həkimlərimiz, təcili yardım işçiləri də vardır. Onlar yaralı döyüşçülərimizə ilkin tibbi yardım göstərir, döyüş meydanından çıxararaq hospitallara, tibb müəssisələrinə çatdırırdılar. Həyatrlarını itirənlər də az olmamışdı. Vətən müharibəsi zamanı iki ay yaralı daşıyan, Təcili Tibbi Yardım Stansiyasında 15 il sürücü işləmiş, 2022-ci il noyabrın 22-də itkin düşmüş, sonradan şəhid oilduğu müəyyənləşmiş Fəxrəddin Yaqubovun şərəfli xidmət yolu buna əyani misaldır. Adətən, işçilər 10 günlük ezam olunurdular və qayıdırdılar. Təəssüf hissi ilə qeyd edirik ki, ezamiyyətdə olan ekipaj üzvlərinin məvaciblərinin gecikdirilməsi ilə bağlı məlumatlar vardır. Ən acınacaqlı hal budur ki, həmin işçilərin həyat yoldaşları o dönəmdə tətbiq olunan karantin və komendant rejimində mesajla 2-3 saatlıq evdən çıxma icazəsi alıb ərlərinin maaşları üçün Bakı şəhər Təcili Tibbi Yardım avtobazasının direktoru Yaqub Məmmədovun qəbuluna düşəndə Yaqub onlarla məzələnir, get-gələ salırmış. Təsəvvür edin, müharibə vəziyyətində, ərləri ölüm təhlükəsi ilə üz-üzə qalan qadınlara bu cür münasibət göstərmək nə deməkdir!? Əxlaq normaları və etik dəyərlərə münasibəti bir yana, Yaqub Məmmədov zatən öz vəzifəsinin də öhdəsindən gəlmir, daha doğrusu, səlahiyyətlərindən öz şəxsi maraqları naminə sui-istifadə edir. Dəfələrlə olub ki, Avtobaza tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mövcud qanunvericilik aktlarının və qaydaların bir sıra tələbləri gözlənilməyib, avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Bəzi hallarda müvafiq normativ aktların tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, artıq vakant ştatlar saxlanılaraq əmək haqqı proqnozlaşdırılıb və xərc smetalarında nəzərdə tutulmadığı halda vakant vəzifələr hesabına işçilərin əmək haqlarına əlavələr ödənilib. Direktorun yerlibazlığı, qohumbazlığı, işçiləri arasında ayrı-seçkilik etməsi də gəzən söhbətlər sırasındadır. Avtobazanın fəaliyyətində yer alan neqativ hallar cərgəsində ən ciddi araşdırma tələb edəni, hüquq müstəvisində qiymət verilməli olanı dövlət satınalmaları haqqında qanunun pozulması ilə müşayiət olunan tender sövdələşmələri, idarənin mühabirləşdiyi firmalara ödənilməli olan xidmət haqlarının, mal-material qiymətlilərinin, ehtiyat hissələrinin (müştük, elektrobenzonasos, dayaq lövhəsi, arxa amortizator, benzo-filtr, peçin radiatoru, şarovoy, vıjimnoy, termostat, stupitsa podşipniki, qabaq kalotka, qranat, yanacaq nasosu, su radiatoru, dartma yığımı, şüşə silgəci, su baçoku, vilka stepleni, hava filtri, şüşəsilən mexanizm, generator, qabaq və arxa işlək silindrlər, səsboğucunun araqatı, starter və s.) qiymətinin “şişirdilməsidir”. Qarajda Avtobazanın balansında olmayan maşınlara da pullu texniki xidmət göstərilir, ehtiyat hissələri, yanacaq və sürtgü materialları təcili yardıma aid olmayan avtomobillərə işlədilir, hətta idarənin özünün sürücüləri bu vəziyyətdən gileylənirlər. Etibarlı mənbələrdən aldığımız məlumata görə, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Raufla yola getməyən avtobaza direktoru onun “ayağının altını qazaraq” Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinin gözündən salmaq, bu yolla təzyiq göstərməyə çalışır. Yaqub Məmmədovun korruptiv əməllərinin sübutu kimi xidmət edəcək daha bir misal avtobazanın hazırda təqaüddə olan Elxan adlı işçisinin 20 nəfərdən qarajda işə düzəltmək adı altında xeyli miqdarda pul yığaraq aradan çıxmasıdır. Hazırda prokurorluğun icraatında olan həmin məsələ Yaquba başağrısı verməkdədir. Çünki şikayətçilər Elxanın onlardan pulu rüşvət kimi məhz qaraj direktoruna vermək üçün aldığını yazıblar. Lakin Yaqub Məmmədov özünü TƏBİB-in icraçı direktoruna sədrinə necə şirin satıbsa, görünən odur ki, Vüqar Qurbanov onu cinayət təqibi orqanından da qoruyacaq.
Nyus.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|