“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                 

Bakı Apellyasiya Məhkəməsini Quliyev ailəsi ilə nələr bağlayır? - İLGİNC FAKTLAR
Tarix: 3-06-2021, 10:32 | Çap et
Bakı Apellyasiya Məhkəməsini Quliyev ailəsi ilə nələr bağlayır?
Məlum olduğu kimi ötən ilin mart ayından koronavirus pandemiyası ilə əlaqaədar Azərbaycanda karantin rejimi elan olunub.İnfeksiyanın kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkədə bir çox iş yerləri tamamılə bağlanmış, bir çox sahələrdə isə işçilərin müəyyən faizinin işə çıxmasına icazə verilmişdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli Qərarı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 nömrəli, 23 aprel 2020-ci il tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı tövsiyə edilib.

Xüsusi karantin rejiminin müddətinin uzadıldığı müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb.Bu isə o deməkdir ki,məhkəmələrdə bir çox işlər qeyri müəyyən müddətə təxirə salınıb.

Amma Aktualinfo.org-un araşdırmalarına görə Bakı Apellyasiya Məhkəməsi Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin rejimində belə dövlət satınalmaları yolu ilə müəyyən malların alınması məqsədi ilə tenderlər keçirib, vəsaitlər ayırıb. Araşdırmalarımız zamanı şübhə doğuran bəzi məsələlərə aydınlıq gətirmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasına ünvanladığımız sorğuya cavab ala bilmədik.Tender Komessiyasının əlaqələndirici şəxs üçün təyin etdiyi telefon nömrəsi ümumiyyətlə cavab vermədi. Məhkəmənin mühasıbatlığından isə bildirdilər ki,rəhbərliyin dəyişməsi ilə əlaqadər baş qarışıqdır.

Qeyd edək ki,Prezident İlham Əliyevin 24.05.2021-ci il tarixli Sərəncamı ilə Mübariz Əkbərov Bakı Apellyasiya Məhkəməsinə də yeni sədr təyin edilib. Həmin məhkəmənin hakimi işləmiş Mübariz Əkbərov uzun müddət sədr olmuş İman Nağıyevi əvəz edib.

Bəs ölkədə sərt karantin rejiminin tətbiq olunduğu dövrdə Bakı Apellyasiya Məhkəməsinin aldığı mallar nələrdir?

Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasının 26.04.2021-ci il tarixdə kompüter avadanlığına xidmət, təmir, katriclərin alınması və doldurulması, tonerlərin satınalınması üzrə keçirmiş olduğu kotirovka sorğusu üzrə 29 957 manat məbləğində satınalma müqaviləsi “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Apardığımız araşdırmalar zamanı Bakı Apellyasiya Məhkəməsi Tender Komissiyasının “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2020-ci ildə də bir neçə satınalma müqaviləsi bağlaması məlum oldu.

Kargüzarlıq blanklarının, qeydiyyat-statistika vərəqlərinin və qeydiyyat kitablarının hazırlanması üzrə daxil olan ərizə, şikayət və müraciətlərin qeydiyyatı kitabı, A4 formatda, 300 vərəqli, sərt üzlüklü 14 998 manat, iş qovluğu, birrəngli 14 998 manat, blank gerbli, rəngli 14 998 manat məbləğində,ümumi dəyəri 44 994 manat satınalma müqavilələri 04.05.2020-ci il tarixdə “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Blank rəngli, birrəngli 14 998 manat məbləğində daha bir satınalma müqaviləsi isə sözügedən MMC-ilə 30.04.2020-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOLD PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2015-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28, qanuni təmsilçisi kimi isə Quliyev Emin Fəxrəddin oğlu qeyd olunub.

Kimdir Emin Quliyev? Bakı Apellyasiya Məhkəməsinin daimi müştərisi yoxsa daimi iş ortağı? Məhkəmənin Tender Komissiyasının 01.06.2020-ci ildə,sərt karantin rejimi dövründə kompüter avadanlıqlarının təmiri və kompüter avadanlıqlarına xidmət üzrə ümumi olaraq 359 844 manat məbləğinda satınalma müqaviləsi bağladığı “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətinin də qanuni təmsilçisi.

Sözügedən müqavilədə alınan malların sayı qeyd olunmasa da, göstərilən xidmətlər barədə qısaca da olsa məlumatlar verilib. Onlar bunlardır: Katric HP Lazerjet 35A orijinal 29 987, katric Canon Lazerjet 728 orijinal 29 987 manat, katric HP Lazerjet 05A orijinal 29 987 manat, katric Canon Lazerjet EP27 orijinal 29 987 manat, toner Canon 2420 29 987 manat, toner Canon 2520 29 987 manat, ehtiyat hissələri(rakel, baraban, maqnit valı, termoplyonka) 29 987 manat, kompüterlərin format olunması 29 987 manat, kompüterlərin təmiri 29 987 manat,lazer printerlərin katricinin doldurulması 29 987 manat,lazer printerlərin təmiri 29 987 manat,kompüterlərə antivirus proqramının yazılması 29 987 manat. Göründüyü kimi mallara və xidmətlərə ayrılmış vəsaitlər standart təşkil edir. Hamısına otuz min manatdan on üç manat az.

Kompüter avadanlığının təmiri və kompüter avadanlığına xidmət üzrə 29 988 manat məbləğində 25.04.2019-cu il tarixdə,kompüter avadanlıqlarına texniki xidmət və kompüter avadanlıqlarının təmiri işləri üzrə 30 000 manat məbləğində satınalma müqaviləsi isə 30.04.2018-ci il tarixdə “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.05.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28, qanuni təmsilçisi kimi isə Quliyev Emin Fəxrəddin oğlu qeyd olunub.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası Quliyev Emin Fəxrəddin oğlunun atası,Quliyev Fəxrəddin Həmid oğlu ilə də işbirliyində olublar. Belə ki, Məhkəmənin 27.11.2017-ci il tarixdə kompüter avadanlıqları üzrə 6450 manat məbləğində satınalma müqaviləsi bağladığı “QARANTİ COMP” Məhdud Məsuliyyətli Cəmiyyəti də “GOLD PRİNT” və “NF-COMP” MMC-lərin hüquqi ünvanı olan BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, RƏSULZADƏ QƏSƏBƏSİ 11-Cİ SIRA, ev 28 ünvanında yerləşir. Bu isə onu göstərir ki,Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası əvvəl ata Quliyev Fəxrəddin Həmid oğlu ilə,sonra isə oğul Quliyev Emin Fəxrəddin oğlu ilə eyni ünvanda, ayrı-ayrı adlar altında yaratdıqları MMC-lərlə dövlət vəsaitlərini süni şəkildə şişirdərək təyinatından kənarlaşdırıblar.İndi Quliyev ailəsini Bakı Apellyasiya Məhkəməsi ilə daha hansı tellər bağlayır deyə deyə bilmərik. Bu ola bilsin İman Nağıyevə bağlı olan adamlardır. Ya da Tender Komissiyasının üzvlərindən birinə bağlıdır. Bütün hallarda bu qaranlıq məsələlərə aydınlıq gətirilməlidir.

Bağlanmış müqavilələrdən və Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Tender Komissiyası “QARANTİ COMP”, “GOLD PRİNT” və “NF-COMP” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə satınalma müqavilələrı bağlayarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki, qeyd etdiyimiz MMC-lər eyni ünvanda,başqa adlar altında dövlət qeydiyyatına alınsa da,qanuni təmsilçisinin bir nəfər, Quliyev Emin Fəxrəddin oğlu və atası Quliyev Fəxrəddin Həmid oğlu olduğu məlum olmuşdur ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.Digər tərəfdən də tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur.

İndi biz deyə bilmərik, sərt karantin rejimi dövründə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərdiyimiz malların alınmasına zərurət haradan yaranıb. Çünki bir çox suallara cavab almaq cəhdlərimiz boşa çıxdı. Görsənən odur ki, Məhkəmənin Tender Komissiyası da məhkəmə işlərində olduğu kimi, bir çox həqiqətləri görməzdən gəlir.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru