Rövşən Bağırov Lerikdə istədiyini edir... - Vətəndaş çarəsiz durumda...
Tarix: 15-05-2019, 09:49 | Çap et
 “Mülkiyyətimizdə olan torpaq sahəsi əlimizdən alınıb, üzərində elektrik stansiyası tikilib. Ancaq nə kompensasiya ödənilib, nə də əvəzi olaraq başqa yerdən torpaq sahəsi verilib”. DİA.AZ bildirir ki, bunu Lerik rayon sakini Eldəniz Quliyev deyir. Onun sözlərinə görə, mülkiyyətçisi olduqları 54 sot həyətyanı torpaq sahəsi əllərindən alınıb.
“Hədələnirik, təhqir olunuruq”
“Ailəmizlə razılaşdırılmadan torpağımız yerli icra hakimiyyəti tərəfindən “Azərenerji” ASC-yə satılıb. Sahəyə ağır texnikalar gətirərək taxıl zəmisini məhv ediblər. Torpağın mülkiyyətçisi 75 yaşlı xəstə anamdır. Hər dəfə icra hakimiyyətinə zəng vuranda hədələnir, söyülür, təhqir olunur. Bu vəziyyət 10 ildən çoxdur ki, davam edir. İndi də anamı hədələyirlər ki, oğlun şikayətlərini dayandırmasa, axırınız yaxşı olmayacaq. Bizi susdurmaq üçün qardaşımı həbsə də atmışdılar. Biz nə istəriik ki? İstədiyimiz yalnız bizə çatan haqqımızdır. Hesablansın, bizdən götürülən torpağın dəyəri ödənilsin. Torpağımızın haqqını tələb etdik, anamız təhqir olundu, qardaşım həbsə düşdü, özümü də işsiz qoydular,”- Eldəniz Quliyev belə deyir.
“O torpaqda taxıl, kartof əkirdik”
Eldəniz Quliyev deyir, torpaq sahəsi 2007-ci ildə əllərindən alınıb. 4 il sonra torpağın üzərində tikinti işləri başlayıb. Ancaq ailəyə əvəzi olaraq başqa yerdə sahə ayrılmayıb:
“Ailədə 15 nəfərik. O torpaqdan əkin işləri üçün istifadə edirdik. Həmin torpaqda əkdiyimiz taxılı, kartofu sataraq dolanışığımızı təmin edirdik. Hansı quruma yazıramsa, məktubum icra hakimiyyətinə göndərilir. Onlar da məsələni yalnız bizi təhqir etməklə, həbsə atmaqla, işsiz qoymaqla “həll edirlər”. 12 ildir ki, dövlət qurumlarının arasında qalmışıq. Hamı bir-birinin üstünə ötürür”. “Şirvan Regional Elektrik Şəbəkəsi” MMC-dən bildirilib ki, Regionların İqtisadi İnkişaf Dövlət Proqramına müvafiq olaraq, Lerikdə “Modul” tipli elektrik stansiyası tikilməsi qərarı verilib. Bunun üçün icra orqanları tərəfindən yer ayrılarkən bir neçə rayon sakininin torpaq sahəsi, o cümlədən də, Quliyevlər ailəsinin 56 sot torpaq sahəsi ayrılmış yerə düşüb. “Azərenerji” ASC rayon ərazisində tikiləcək elektrik stansiyası və yarımstansiyası tikintisinə 3,9 hektar yer ayrılması üçün Lerik Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti iri həcmli layihə üçün Lerik-Kəlvəz avtomobil yolunun kənarında 3,87 hektar torpaq sahəsi stansiya tikintisi üçün əlverişli ərazi hesab olunub. Lerik Elektrik Stansiyasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən torpaq mülkiyyətçiləriylə razılaşdırılaraq “Azərenerji” ASC-yə ayrılıb. Sakinlərin kompensasiya məsələsi ilə icra hakimiyyəti məşğul olmalıdır”.
Lerik Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Quliyevlər ailəsinə rayonun başqa yerindən 64 sot torpaq sahəsi ayrılsa da, ailə razılaşmayıb. Ancaq Eldəniz Quliyev deyir, icra hakimiyyəti onlara şifahi olaraq torpaq sahəsinin ayrıldığını desə də, həmin torpağın harada yerləşməsini, həmin torpağa dair sənədləri təqdim etməyib. Bu da o deməkdir ki, onlara torpaq sahəsi yalnız sözdə vəd olunub.
Eldəniz Quliyev Lerik Rayon Məhkəməsinə də ərizəylə müraciət edib. Məhkəmə onun ərizəsini qəbul etməyib. Hüquqşünas Namizəd Səfərov deyir, Eldəniz Quliyev Şirvan İnzibati İqtisad Məhkəməsində Lerik Rayon İcra Hakimiyyətinə qarşı götürülmüş torpağın əvəzi, yaxud kompensasiya iddiası qaldırmalıdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|