Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

Sübahir Qurbanovun oğlu “Royal Bank”ın 3 mərtəbəli binasını necə alıb? - İLGİNC
Tarix: 7-06-2017, 09:03 | Çap et
Sübahir Qurbanovun oğlu “Royal Bank”ın 3 mərtəbəli binasını necə alıb?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 6-da proses təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılovun söz alaraq, ötən iclasda baş verənlərlə bağlı çıxışı ilə başladı.

Müstəntiq eyni gündə və eyni saatda eyni adamı neçə dəfə dindirib?

Vəkil bildirib ki, ötən dəfəki iclasda ifadə vermiş zərərçəkmiş Cəmşid Novruzovun yalan danışması heç kimdə şübhə doğurmur.

“Bu adam heç bir sənəd təqdim etmədən və belə bir sənəd mövcud olmadan binanın əsl mülkiyyətçisi olduğunu deyir. Mən hesab edirdim ki, dövlət ittihamçıları burada dövlətin maraqlarını müdafiə edəcəklər, lakin təəssüf ki, bunu görmürəm. Belə ki, dələduz, vergidən yayınan, dövlət əmlakını mənimsəmiş şəxsi burada bizə zərərçəkmiş kimi təqdim edirlər.

Vəkil Adil İsmayılov

Bu epizod üzrə cinayət işinin materialları ilə tanış olarkən bir neçə məqam diqqəti cəlb edir. İşi aparan müstəntiqlər bilərəkdən bəzi sənədləri saxtalaşdırıblar. Cinayət işinin 27-ci cildinə baxsaq, görərik ki, oraya əlavə edilmiş dindirilmə protokolu ilə 29-cu cilddə olan dindirilmə protokolu olduqca şübhəli görünürlər. Məlum olur ki, müstəntiq eyni adamı, yəni zərərçəkmiş Cəmşid Novruzovu eyni gündə iki dəfə dindirib. Ən maraqlı nüans isə ondan ibarətdir ki, protokolların birində göstərildiyinə görə, dindirilmə 16:20-də başlayıb 19:35-də bitir, digər protokola görə isə, dindirilmə 16:40-da başlayıb 19:20-də bitib. Protokolların nömrələri də müxtəlifdir. Belə çıxır ki, müstəntiq eyni adamı eyni gündə eyni saatda iki dəfə dindirib, özü də protokolların mətnləri də müxtəlifdir. Bu məsələ müstəntiqin işdə maraqlı olmasından xəbər verir.

Bu gün zərərçəkmiş Cəmşid Novruzov iclasa gəlməyib və yəqin ki, bundan sonra daha gəlməyəcək. Mən deyə bilərəm ki, bu epizodda onu kimsə bilə-bilə “zibilə” salıb. Onun hətta ilkin ərizəsi də vəkil tərəfindən yazılıb və ərizəni vəkil imzalayıb. Əgər adamın şikayəti varsa, heç olmasa ilk ərizəni özü yazmalıdır”, - Adil İsmayılov qeyd edib.

“Royal Bank”ın binası ətrafında qalmaqal

Bu gün baxılan epizodun təfərrüatlarına varsaq, zərərçəkmiş qismində çıxış edən Cəmşid Novruzov ötən məhkəmə iclasında heç bir sənəd təqdim etmədən bildirib ki, Bakı şəhərinin mərkəzində, “Zabitlər bağı”nda yerləşən və “Royal Bank”ın mərkəzi ofisinin köçürülməsi məqsədilə tikilmiş 3 mərtəbəli bina ona məxsusdur, lakin müxtəlif yollarla əlindən alınıb və təqsirləndirilən Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə tərəfindən mənimsənilib.

C.Novruzov onu da qeyd edib ki, 2012-ci ildə ona məxsus olan “Lexus” avtomobili əlindən alınıb.

Zərərçəkmişə vəkillər tərəfindən verilmiş suallar və bu sualların cavabları bəlli edib ki, zərərçəkmişin Bakı şəhəri, Mərdanov qardaşları, 94A ünvanında yerləşən binaya, ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. Belə ki, bir vaxtlar C.Novruzovun atası Şövqi Novruzova icarə əsasında verilmiş həmin torpaq sahəsinin sənədlərinin də hazırda hansı vəziyyətdə olduğu məlum deyil. Bu sahədə tikilmiş binanın isə mülkiyyətçisi olaraq “Royal Bank”ın digər işçisi göstərilir və həmin bina ona etibarnamə ilə bankın sahibi Əli Cam tərəfindən verilib. Sonradan bina 305 min manata hərrac yolu ilə Erkin Qurbanzadəyə satılıb.

Yer kimindir və orada əvvəllər nə yerləşib?

Şahid qismində ifadə vermiş Elşən Məmmədzadə deyib ki, “Royal Bank”ın Mərdanov qardaşları, 94A ünvanında yerləşən binasının mebellə təchizatını həyata keçirib. Mebel sexinin sahibi olan şahidin sözlərinə görə, təxminən 100 min manatlıq iş görülsə də, 80 min manata yaxın pul alıb və bank ona borclu qalıb.

Digər şahid Yaşar Əliyev isə bankın binasında alüminium qapı-pəncərə yığdığını və bankın ona 1500 manat borclu qaldığını bildirib. Şahidin sözlərinə görə, bank əməkdaşlarından yalnız Şahnaz xanımı tanıyıb və işinin müqabilində pulu hər dəfə ondan alıb.

Şahid Oruc Ələkbərov qeyd etdi ki, zərərçəkmiş Cəmşid Novruzov onun dayısı oğludur. Onun sözlərinə görə, 1996-cı ildən “Zabitlər bağı”nda yerləşən və Şövqi Novruzova məxsus olan birmərtəbəli binanın keşikçisi olub. Sonradan – 1997-ci ildən 2011-ci ilə qədər qardaşı qızı ailəsi ilə birlikdə həmin binada yaşayıb və “Royal Bank” burada özü üçün bina tikərkən tikintiyə nəzarət edib. O.Ələkbərovun sözlərinə görə, bankın 3 mərtəbəli binasının tikintisi üçün pulu zərərçəkmiş Cəmşid Novruzov verib.

“Royal Bank”ın kənd təsərrüfatı krediti fırıldağı

Şahid Oruc Ələkbərov vəkil Adil İsmayılovun suallarını cavablandırarkən bildirib ki, dayısı oğlu Cəmşid Novruzovun bankla bağlı problemlərindən xəbərdar olub. “Bilirəm ki, onun evini, bağını, maşınını əlindən aldılar”, - şahid deyib.

Vəkillərin bildirdiyinə görə, Cəmşid Novruzov “Royal Bank”da Tovuz-Qazax istiqaməti üzrə kurator vəzifəsini yerinə yetirib. Bank dövlətdən kənd təsərrüfatına yönəldilmək üçün 7%-lə kredit paylamaq məqsədilə vəsait alıb. Vəkillər iddia edirlər ki, bu vəsait bankın Tovuz-Qazax istiqamətində yerləşən filiallarında bankın yüksək vəzifəli əməkdaşları tərəfindən mənimsənilib. Pullar şəxsiyyət vəsiqələri bankda olan müxtəlif adamların adına 7%-lə rəsmiləşdirilərək götürülüb və 18%-lə banka depozit şəklində yatırılıb. Lakin bir müddət sonra kreditlər qaytarılmadıqda bank rəsmən kreditor kimi görünən və əslində kreditlərdən xəbərsiz olan şəxsləri pulları ödəməyə çağırıb. Bundan sonra həmin şəxslər müxtəlif hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət ediblər. Aparılmış yoxlama nəticəsində 3 milyon manat vəsaitin mənimsənildiyi aşkarlanıb.

Bundan sonra bankın sahibi Əli Cam əməkdaşı və o vaxta qədər çox yaxın olduğu Cəmşid Novruzovu cəzalandırıb və mənimsənilmiş pulların qaytarılması məqsədilə zərərçəkmişin evi, bağı, maşını, müxtəlif qohumlarının adına bankda olan depozitləri əlindən alınıb.

“Bina bankın vəsaiti hesabına tikilib”

Şahid Azər Şahmərdanov bildirib ki, “Royal Bank”ın İdarə Heyətinin sədri vəzifəsində işləyib. Onun sözlərinə görə, bankın Müşahidə Şurasının üzvü olmuş zərərçəkmiş Cəmşid Novruzov 2011-ci ildə maliyyə qurumundakı vəzifəsindən uzaqlaşdırılıb.

A.Şahmərdanov qeyd edib ki, “Zabitlər bağı”nın ərazisindəki bina bankın vəsaitləri hesabına tikilib. “Həmin yer Cəmşidin atasının adına idi, ona görə də, qərara alındı ki, bina orada tikilsin”, - şahid deyib.

Şahid, bankın Müşahidə Şurasının üzvü olmuş Hikmət Rəcəbov deyib ki, Mərdanov qardaşları, 94A ünvanında tikilmiş binasının yerləşdiyi torpaq adını xatırlamadığı firmaya məxsus olub və sənədləri zərərçəkmiş Cəmşid Novruzovda idi. “Cəmşidin bu işdə xeyri o idi ki, torpağın pulunu alacaqdı və həmin binada bankın sahibi Əli Canın şəriki olacaqdı”, - şahid deyib.

Zərərçəkmişin “Lexus”unu MTN əməkdaşının qardaşına kim satıb?

Şahid Hüseyn Əlifov bildirib ki, “Royal Bank”da hüquqşünas vəzifəsində çalışıb. Bank ətrafında məhkəmə proseslərinin başlamasından sonra H.Əlifov xəbər tutub ki, Cəmşid Novruzova məxsus olmuş və sonradan əlindən alınmış “Lexus” avtomobili etibarnamə ilə ona məxsus olub. “Mənim heç xəbərim yox idi ki, bu maşının mənim adıma etibarnaməsi var”, - şahid bildirib.

Şahid Nurəddin Qədirov bildirib ki, MTN-də maliyyəçi vəzifəsində çalışıb. 2012-ci ildə qardaşının “Lexus” avtomobili almaq istədiyini deyən şahid qeyd edib ki, tanıdığı və hər dəfə maşın aldığı Eynur Mustafayevə müraciət edib və satıcının təklif etdiyi maşını bəyənərək, qardaşının aldığını deyib. “Sonradan mənə məlum oldu ki, bu avtomobil Cəmşid Novruzova aid olub. Bu sırf təsadüf idi. İndi həmin maşın qardaşımda deyil, satılıb”, - şahid bildirib.

Qeyd edək ki. az sonra məhkəmədə şahid qismində ifadə vermiş Eynur Mustafayev “Lexus” avtomobilini Nurəddin Qədirovun qardaşına onun satmadığını deyib: “Məndən 1-2 dəfə maşın almışdılar, amma həmin “Lexus”u onlara mən satmamışam. Yalnız sonradan mənə müraciət etdilər ki, bu maşını satmaq istəyirik, mən də alıcı tapdım və onları görüşdürdüm. Yəni mən “Lexus”un Nurəddin Qədirovun qardaşı tərəfindən başqa şəxsə satılmasında iştirak etmişəm, əvvəllər bu avtomobildən xəbərim olmayıb”.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın iynun 8-də keçiriləcəyini elan etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru