Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

Sabunçuda təkcə racon kəsmir... - ETİRAZ
Tarix: 27-03-2017, 10:58 | Çap et
[b]Sabunçuda təkcə racon kəsmir...
...Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. “Start” idman kompleksinin tam aşağısında yerləşən parkın adını bilmirəm. İnternetdə ciddi axtarışlarıma baxmayaraq, onun adını tapmaq da bəndənizə nəsib olmadı.
Adını bilməsəm də, adətən, hər il yayın cırhacırında özümü həmin parkın yuxarısında yerləşən köhnə “Bakı” restoranına yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışıram. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur. Məni onun seyrinə gətirən səbəblərdən biri də elə bu sərinliyidir.
Vurğunu olduğum parkın adını axtarmağım isə səbəbsiz deyil. Bakıxanov rayonunda yaşayan bəzi sakinlər parkın ölüm-dirim təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdilər. Mən də qulağıma inanmayıb onun ziyarətinə getmişdim. Dörd tərəfdən hasara alınan parkın başına gətirilən oyun məni həqiqətən çox sarsıtdı. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər . Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir.
Düzünü desəm, parka torpaq töküldüyünü eşidib ağlıma onun daha münbit hala gətirilməsi gəlmişdi. Yerli sakinlərin bildirdiyinə görə isə, bu torpaq əslində torpaq da deyilmiş, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılarıymış. Əkinə yararsız olan bu topağın parka daşınmasının isə sadə bir səbəbi varmış: rayon icra hakimiyyətinin rəhbərləri doldurulacağını gözləyən daha uzaq ərazilərə maşın sürməmək üçün dörd tərəfdən hasara aldıqları bu ərazini ən münasib tullantı yeri kimi görürlər. Başqa sözlə desək, hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına qərar verilib.
İnternetdə parkın adını axtararkən, diqqətimi bir məqam cəlb etdi. Sən demə, özü xəritələrə düşsə də, adı yazılmayan bu parkın başına gətirilən müsibət rayon rəhbərliyinin ilk təcrübəsi də deyilmiş. Kiçik araşdırmam zamanı Sabunçu icra başçısı Adil Vəliyevin [/b]adının bundan əvvəl də rayondakı müxtəlif parkların məhvində hallandığını gördüm. Oxuduğum materiallarda Adil müəllimin rayonun bağ-bağat yerlərində öz şəxsi biznes sahəsini böyütdüyü, bəzən uşaq bağçaları, bəzən əyləncə mərkəzləri tikdiyi iddia olunur.
Ötən ilin payız aylarında mətbuata açıqlamasında bu barədə danışan tanınmış vəkil Aslan İsmayılovun bildirdiyinə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub: “Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı guya Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən “tikinti-abadlıq” işlərinə isə mənə “xox” gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik “Mercedes” sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib”.
Vəkil onu da bildirib ki, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını isə şəxsən Adil Vəliyev özü edib: “Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan “Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır”. (Sitat Virtualaz.org-dandır. Bu linkə baxın: 54341)
Adil Vəliyev cənablarının Mədəniyyət küçəsindəki parkdan sonra adını bilmədiyim sözügedən ərazidə “yenidən bərpa” işlərinə başlaması məndə istər-istəməz eyni proseslərin burda da baş verməsi şübhəsini yaratdı. Nədən ki, bu park da Bakıxanov qəsəbəsinin ən gözəl guşəsində yerləşir və ətrafı müxtəlif ictimai iaşə obyektləriylə doludur. Bu park da bir müddət əvvəl icra hakimiyyətinin qəzəbinə gələn digər həmcinsi kimi dörd tərəfdən hasara alınıb.
Açığı, bütün bu bənzərliklər məndə “əcəba, vəkil Aslan İsmayılovun dediyi park mənim şəkillərini çəkdiyim bu əraziylə eyni yerdirmi” sualını yaratdı. İnternetdə “Şəhrizad” uşaq baxçasının ünvanını axtararkən, fərqli yerlər olduğunu gördüm. İndi məni bir sual narahat edir: Sabunçu rayon icra başçısı məhrum Heydər Əliyevin öz qollarına bənzətdiyi ağacları hətta kəsmək zəhmətinə belə qatlanmadan, tullantılar altında basdırmaq cəsarətini hardan alır? Yoxsa, Adil müəllim ölkə rəhbərliyinin başının xarici və daxili məsələlərə qarışdığından istifadə edərək, yaşıllıqların başına rahat turp əkəcəyini düşündüyündən bu addımı atır?
Görünür, qəsəbə sakinləri də bu suallara cavab tapa bilmədiklərindən, onlar arasında qəribə şaiyələr gəzir. Belə şaiyələrdən birinə görə, Bakının bir neçə rayonu Nazirlər Kabinetinin bir sərəncamı ilə şəhər icra hakimiyyətinin tabeçilikdən çıxarılıb. Bakı meri Hacıbala Abutalıbovun belə, sözünün keçmədiyi rayonlardan biri də Sabunçudur. Bu geniş səlahiyyətlərə malik olan icra başçısı isə sövq-təbii olaraq özünü rayon rəhbəri kimi yox, əsl xan kimi aparır.
Şayiələrin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Amma şəkilini çəkdiyimiz parkın indiki vəziyyəti çox şeylərdən xəbər verir. Gəlin, onları diqqətlə “dinləyək”.
Heydər Oğuz[/b] \\moderator.az\\

Sabunçuda təkcə racon kəsmir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru