Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

Murdar ət biznesinin arxasında məmurlar dayanır - İDDİA
Tarix: 4-03-2017, 10:08 | Çap et
Murdar ət biznesinin arxasında məmurlar dayanır
Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) qidalanma üçün yararlı olmayan heyvan ətlərinin aşkarlanıb zərərsizləşdirlməsi haqqında tez-tez məlumatlar yayır. Son vaxtlar bu məlumatlar daha da intensivləşib.
DBNX ölkə boyu keçirdiyi kütləvi reydləri epizootoloji sabitliyin qorunması və qida təhlükəsizliyi ilə əlaqələndirir. Adətən bu cür karantin tədbirlər də polis əməkdaşlarının iştirakı ilə aparırlır. Ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə DBNX Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilərkən xeyli faktlar - primitiv sallaqxanalar, soyuducular, üfunət iyi verən ətlər, qutularla yararsız dondurulmuş ətlər, Bərdədə evlərin həyətlərində qan gölməçələri , baytar həkimin müayinə aparmadan möhür vurması, ət məhsullarının mənşəyinə dair sağlamlıq kağızlarının olmaması və sair neqativ halları aşkarlaması barədə məlumat yaydı.
Bu günlərdə də Sabirabad rayonundan 600 kiloqram, Xaçmaz rayonundan 170 kiloqram sümükdən ayrılmış qidaya yararsız ət aşkarlanıb.
Buna baxmayaraq ölmüş, xəstə, murdar olmuş heyvanların ətlərin istehlakçılara satılması və bu işi təşkil edənlərin böyük şəbəkə biznesi olması haqda kifayət qədər məlumatlar var.

Leşsatanların güdazına gedən heyvandarlar

Könül bulandıran bu sahədə son vaxtlar bu qədər faktların artmasına səbəb nədir? Bu tədbirlər kampaniya xarakteri daşımır ki?
Əldə etdiyimiz məlumata görə, aparılan mübarizə tədbirləri arasında öz şəxsi heyvanını kəsib rayon mərkəzinə, Bakı şəhərinə gətirərkən, təsadüfən yaxalanan kəndlilər də var. Kiçik heyvandarlıq təsərrüfatı olan bu şəxslər hansı sənədləşmə prosedurundan keçməlidir ki, leşsatanların güdazına getməsinlər.
Bir ildə 50-60 min baş mal-qara tələf olur
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun bildirdiyinə görə, artıq illərdir ki, oturuşmuş bu sistemin özü murdardır və bu sistemi məhv etmək üçün köklü tədbirlərin aparılmasına ehtiyac var: “Təsəvvür eləyin 1 ildə 50-60 min baş mal-qara tələf olunur. Bu sahədə murdar bir sistem yaradılıb. Xəstə olan, ölən heyvanlar xüsusi adamlar, hansı ki, onlar uzun müddətdir bu işlə məşğul olurlar, ətin kəsilməsi, daşınması, satılması işlərilə məşğuldurlar. Onlar xüsusən iaşə obyektləri, kafelər, yeməkəxanalarla əməkdaşlıq edirlər. O əti iaşə obyektlərinə ucuz təklif edirlər, bu da o obyekt sahiblərinə sərf edir. Ət bahalaşdığına görə, indiki şəraitdə onlara ucuz ət satmaq daha əlverişlidir, bundan hər iki tərəf daha çox gəlir götürür. Çünki kafelərə, restoranlara 10-12 manata ət almaq sərf eləmir. Ona görə də onların işbirliyi alınır”.

Polis ifşa edir, qurum öznünküləşdirir

Ekspertin sözlərinə görə, öz murdar əməllərini ört-basdır etmək üçün kifayət qədər gücü və arqumenti olmayan bu “işbaz”lar polisin girdabına asanlıqla keçir: “Dövlət yol polisi reydlər apararkən görəndə ki, ətin rəngi şübhəlidir, onlar müvafiq orqanlara məlumat verirlər, ətin keyfiyyətinə nəzarət edən müvafiq qurum da bu məlumatı çox hallarda bu məsələni öz adına çıxarıb, məsələni ictimailəşdirir”.

Ağına-bozuna baxmadan...

Vahid Məhərrəmov hesab edir ki, istənilən halda ətin nə dərəcədə yararsız olub-olmadığını laboratoriya müəyyən etməlidir. Analiz nəticəsində insan orqanizmi üçün zərərli maddə, yaxud da mikroorqanizmlər olarsa, əlbəttə həmin ətlər mütləq müəyyən şəraitdə yandırılmalı, tam yararsız hala salınmalıdır: “Ola bilsin, o ətin tərkibində ümumiyyətlə, canlılar üçün zərərli olan hansısa mikroorqanizmlər, yaxud xəstəlik aşkar olunub. Belə halda əlbəttə onu digər heyvanlara, zooparka vermək düzgün olmaz. Laboratoriya özü müəyyən edə bilər ki, bu ətin tərkibi necədir”.
Ekspert də istisna etmir ki, kampaniya xarakterli tədbirlər keçirirərkən ağına-qarasına baxmadan bütün ətlər zərərsizləşdirilir: “Bu məsələlər üçün ictimaiyyət nümayəndələri dəvət olunmalıdır, monitorinq onların iştirakı ilə keçirilməlidir. Yox əgər kampaniya xarakterli iş aparırlarsa, bu tamam başqa haldır”.

İctimailəşdirmək üçün videoçəkiliş aparılmalıdır

Ekspert dedi ki, bu cür neqativ halların ictimaliəşdirərkən mətbuat, QHT nümayəndələrinin iştirakı ilə yanaşı, videoçəkilişin aparılması da vacibdir: “Ətin görüntüsü necədir, bu, göstərilməlidir. Əgər laboratoriyaya verilibsə, laboratoriya rəyi videogörüntü ilə göstərilməlidir. Belə bir variant mümkündür. Şəkilər çəkildikdə fotoeffektlə ətin rəngininin dəyişdirilməsi də mümkünüdür.
Ekspert dedi ki, ölkədə belə halların olmaması üçün müvafiq tədbirlər görülə bilər, amma buna müvafiq qurumlar maraq göstərmirlər: “Bəzilərinə göz yumub, bəzilərinin qarşısını alırlar”.

Kəndli heyvanı kəsib aparanda adı “murdar şəbəkə”nin siyahısına düşə bilər

Ekspert onu da dedi ki, fermer fərdi təsərrüfatında olan heyvanı kəsib satışa çıxararkən öz hüququnu bilməməyi üzündən adı murdar ət biznesi şəbəkəsi üzvlərinin siyahısına düşə bilər: “Kəndli heyvanı diri aparmaqda çətinlik çəkir, onu kəsib aparmağa məcbur olur. Çünki heyvanı diri aparmaq üçün böyük maşın lazımdır. Böyük maşın üçün də o gərək əlavə xərc çəksin. Belə olan halda ona heyvanı diri aparmaq əlverişli olmur. O da belə qərara gəlir ki, mal-qarasını kəsib öz maşıının hansısa hissəsində təcili rayon mərkəzinə çatdırsın, amma bu o demək deyil ki, onun kəsdiyi ət yararsızdır. Ona görə də kəndli, fermer, kiçik sahibkar bu məqama diqqət yetirilməlidir.

Ət niyə xarab olur, niyə itkiyə gedir?

Rayonda öz hüququnu bilməyən sahibkarlara, fermerlərə sənədinin olmadığını əsas gətirib, satışa apardığı əti istehlak üçün yararsızdır bəhanəsini gətirmək düzgün olmazdı. Ona görə, bu sahədə də maarifləndirmə işi aparılmalıdır. Niyə ət xarab olmalıdır? Niyə ət təzə olanda istehlaka yönəlməsin? Öz müştərisini tapmasın? Niyə sahibkarlar onu kəsəndən sonra alıcısını tapa bilməyəndə qorxa-qorxa antisanitar şəraitdə saxlamlıdır. Bütün bunlar həm də ət itkisinə səbəb olur”.

Bu barədə nazir düşünsün...

Vahid Məhərrəmov dedi ki, bəzi halda heyvanları kəsib primitiv vəziyyətdə saxlayıb, sonra satış üçün nəql etmək hallarının qarşısının alınması barədə kənd təsərrüfat naziri düşünməlidir: “Bu primitivliyə son qoyulmalıdır. Ölkədə onsuz da ət qıtlığı var. Ölkə tələbatın 39 faizini həm idxal hesabına, həm də istehsal hesabına ödəyə bilir. Belə olan halda ət itkisinə yol vermək düzgün deyil. Əlbəttə xəstə, ölü heyvanın kəsimə verilib, satışa çıxarılması yolverilməzdi. Hüquqi baxımdan da, mənəvi baxımdan da. Amma sağlam heyvan kəsildikdə saxlanması, tədarükü, satışa çıxarılmasında problem varsa, bunu kənd təsərrüfatı naziri düşünməlidir. Qəssabxanalarda, sallaqxanalarda, ət satışı məntəqələrində də görürük ki, əti saxlayırlar rəngi qaralır, sonra yenə də istehlakçıya satırlar. Onsuz da indi ət alıcılığı qabiliyyəti də aşağı düşüb. Ona görə də qəssabların noral şəraiti olmalıdır ki, əti bir müddət saxlaya bilsinlər”.
MURDAR ƏT BİZNESİNƏ DƏ MƏMURLAR NƏZARƏT EDİR
Heyvan ətləri üçün nə səndələr və necə verilə bilər?

Sualımıza mütəxəssis belə cavab verdi: “İndi baytar həkimləri ümumiyyətlə, azdı. Kəndli mütləq baytar həkiminə müraciət etməlidi. Baytar həkimi qan analizi götürməlidir, o qan laboratoriyada analiz olunmalı, cavabı kəndliyə verilməlidir. Məqbuldursa, kəsim həyata keçirməlidir. Bütün bunlar üçün də kəndli ödəniş etməlidir. Bunu etməmək üçün kəndli dədə-baba qaydası ilə kəsimi edib, öz maşınları ilə aparıb hansısa bazarda satışı həyata keçirirlər, yaxud da hansısa iaşə obyektinə satırlar. İndiki halda heyvanın yemi tükənir, kəndli baxır ki, heyvan arıqlayacaq kəsimə verib, satır. Diri halda da alıcısı azdır. Çünki bu aylarda yem problemi olur.
Bilirsinizmi, burada problem heç də sahibkarlarda deyil, problem ümumiyyətlə, bu sahədə sistemin yaradılmamsındadır”.

Heyvanların kod adları olsa...

Vahid Məhərrəmov dedi ki, başqa ölkələrdə identifikasiya deyilən bir anlayış var, hər bir inəyin, camışın, qoyunun öz kodu olur ki, həmin koddlara da uyğun bu sahəni nəzarətdə saxlamaq mümkün olur: “Bu heyvanlar kodlaşdırılandan sonra nəzarətə götürülür və onların sağlamlığı haqqında məlumat bazası yaradılır. Əgər kəsimə gedərsə, sahibkar mütləq baytar həkiminə müraciət edir, baytar həkimi də elektron bazadan onun kod adını çıxarır və ona uyğun sənəd verir. Bütün bunlar sistemli olmalıdır. Heyvan saxlayan əmin olmalıdır ki, onun heyvanı üçün bazar var.
Əslində kəsim necə aparılmalıdır, Nazirlər Kabinetinin müvafiq qaydası var , orada baytar həkiminin müayinəsi, sənədi təqdim etməsi və sair əks edilib. Amma bu qaydalara əməl olunmur. Niyə əməl olunmur, bu səbəb öyrənilib, aradan qaldırılmalıdır”.

Məmur oliqarxlar identifikasiya prosesinə mane olur

Ekspert dedi ki, hazırda heyvandarlıqla məşğul olanların əksəriyyəti məmur olqarxlar olduğu üçün identifikasiya prosesi məqsədli şəkildə gecikdirlir və bu işlə məşğul olmaq istəmirlər: “Ona görə ki, o məmur oliqarxların həm qoyun ferması var, həm də iri buynuzlu mal-qara ferması var. Bunlar identifikasiyanı qəsdən gecikdirirlər ki, kimsə fərdi qaydada heyvan kəsimi, satışı ilə məşğul olurlarsa, onları əvvəlcə sıradan çıxarsınlar. Yem istehsalı zəifdir. Oliqarxlar örüş sahələrini də, əkin sahələrini də öz əllərinə keçirib, öz heyvanları üçün otlaq, yem istehsalına şərait yaradırlar. Digər adamları sıradan çıxarırlar. Amma bu sahədə biznes bacarıqları yoxdur deyə bu, onlar üçün problem yaradacaq. Çünki bu sahədə biznes bacarıqları yoxdursa, rəqabət qabiliyyətli məhsul istehsal edə bilməyəcəklər. Ölkədə istehlakçılar hesabına nə qədər baha qiymətə süd, ət, digər heyvandarlıq məhsulları satmaq olar? İmkan verilməlidir ki, bu işi bacaranlar o işlə məşğul olsunlar”.

DBNX rəsmisi: Dərhal ictimailəşdirsək, əməliyyat pozular

DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. Dedi ki, bu sahədə görülən təbirlərlə bağlı bəzən xüsusi adamlar məlumat verdikləri üçün, bu məlumatı birdən-birə ictimaiyyətin diqqətinə çatdırmaq əməliyyatın pozulmasına gətirib çıxara bilər. O üzdən də bəzi hallarda bu təbirlər sonradan ictimailəşdirlir: “Tərəfimizdən aşkar olunanda isə ictimaiyyət nümayəndələrini dəvət edirik, onlar da gəlib iştirak edə bilərlər. Adətən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirləri zamanı bu hallar aşkar olunur. Hər iki təşkilata bu məlumatlar daxil olanda və birgə reydləri onlarla keçiririk”.
Heyvanlarının identifikasiya olunması məsələsinin isə DBNX rəsmisi gündəlikdə olduğunu, bu sahədə proqramların hazırlandığını bildirdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru