Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                 

Onun xanədanını kimlər yıxmaq istəyir? - İDDİA
Tarix: 27-02-2017, 08:52 | Çap et
Onun xanədanını kimlər yıxmaq istəyir?
Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Bu dəfə cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar GDU rektorunun tək olmadığını, qohumluq və dostluq üzərində formalaşan bir qrupun tutduğu vəzifədən isyifadə edərək dövlət vəsaitini mənimsədiyini göstərir. Bu istiqamətdə araşdırmamızı...
Yusif Yusibovun rektor təyinatının gizlinləri
İlə başlayaq. Çünki GDU-da bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Bu səbəbdən də əsas diqqət məhz onun üzərinə yönəlib. Y.Yusibovun GDU-ya rektor təyin olunmasının özündə xeyli müəmmalı məqamlar var. Məlumatlara görə rektor bu vəzifəyə təyinatı bir neçə pilləli kombinasiyalarla əldə edə bilib. Bu pillələr haqda cumhuriyyet.az-a daxil olan məlumata görə rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”. Elə buradaca...
Maliyyə Nazirliyində Cavanşir Yusibov rüzgarı
Və bu rüzgarda əsən milyonlar haqda məlumat verək. Hamıya bəllidir ki, Maliyyə Nazirliyi ölkə büdcəsinə nəzarət edir. Büdcənin necə tərtib edilməsi, onun xərclərinin forması isə nazirlik və onun yerli qurumları tərəfindən həyatk keçirilir. Söz yox ki, bütün bunlar göründüyü qədər də asan məsələ deyil və prosesin bu qədər çətin, mürəkkəb olması ən çox da Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Cavanşir Yusifovun işinə yarayır. Çünki büdcə tətbiq edilən zaman istənilən şəkildə məbləği şişirtmək və ya kiçiltmək mümkündür. Qüvvədə olan müvafiq qanuna görə, yeni ilin büdcəsi cari ilin avqust ayının sonuna qədər qismən də olsa hazır formaya gətirilməlidir. Yəni yerli maliyyə idarələri qeyd olunan müddətə kimi təhkim olunduqları rayonların yeni il üçün xərcləri və gəlirləri barədə məlumat verərək, işlərini yekunlaşdırmalıdırlar. Məhz bundan sonrakı mərhələ isə birbaşa Maliyyə Nazirliyinə həvalə olunur. Cavanşir Yusifovun əsas gəlir qaynağı da məhz bu andan sonra başlayır. Belə ki, onun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidməti yerli maliyyə qurumları ilə “razılığa” gəldikdən sonra xeyli miqdarda əlavə qazanca sahiblənir. Bununla bağlı məlumatlı şəxsin cumhuriyyet.az-a verdiyi informasiyada qeyd olunur ki, yerli maliyyə qurumlarının rəhbərləri hər il avqust ayına qədər Cavanşir Yusifovun qəbulunda olur, onunla müvafiq anlaşma əldə edirlər. Bu isə sonda hər iki tərəfin maraqlarını kifayət qədər təmin etdiyindən, alan da, verən də prosesdən razı qalır. Bu isə özlüyündə birbaşa dövlət büdcəsinin talanması kimi dəyərləndirilməlidir.
Yerli maliyyə idarələrilə əlbir olan Cavanşir Yusifov bu kimi işləri çox böyük ustalıqla həyata keçirə bilir. Halduki Dövlət Maliyyə Nəzarəti Xidmətinin birbaşa vəzifə borcudur ki, büdcə təşkilatlarında yoxlamalar həyata keçirsin və aşkarlanmış neqativ hallar barədə rəhbərliyi məlumatlandırsın. Cavanşir Yusifov isə maraqlarını təhlükə altına qoymamaq naminə rəhbərlik etdiyi qurumun yoxlama apardığı rayonlarda guya hər şeyin normal olduğunu, ancaq cüzi pozuntuların aşkarlandığını bəyan edir…
Kirayə evdən villaya
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun böyük kapitala sahib olduğunu deyən məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onun özünün və yaxın qohumların çoxsaylı daşınmaz əmlaklara sahibdir. Məlumatda həmçinin bildirilir ki, Cavanşir Yusifovun özündən başqa, qohumları Rüfət Yusifov, Sevinc və Könül Yusifovaların Bakının ən sayılıb-seçilən yerlərində villaları, mənzilləri var: “Bilirsiniz ki, Dövlət Gəncə Dövlət universitetinin rektoru ilə başqa bir məlumat da diqqət çəkir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış: “Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev almışdır. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli “Leksus” avtomobilinə sahib ola bilib.Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Daha maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır.Y.Yusibov avqustda özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Ötən ilin avqust ayında isə Yusif Yusibovun kolleksiyasına Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub. Qısa müddət ərzində böyük kapitala sahib olan rektor həm də maliyyə nazirliyindəki qardaşına güvənərək Gəncədə başqa heç bir qüvvə ilə hesablaşmamağa qalxdı və bu proses...
Elmar Vəliyevlə açıq konflikt
Həddinə qədər yüksəldi. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı kampaniya apardığına dair iddiaları təsdiqləyəcək bir neçə dəlil də ortaya çıxıb. Verilən məlumata görə, Yusif Yusifov onun haqqında mətbuatda çıxan məlumatların Elmar Vəliyev tərəfindən ötürüldüyündən şübhələnib. Daha sonra ətrafındakı adamları onu daha da qızışdıraraq, Gəncənin icra başçısının onunla yanaşı, həm də Maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusifovla da düşmənçilik edərək, onları nüfuzdan salmağa çalışdığına inandırıblar. GDU-nun rektoru bu deyilənlərdən sonra Elmar Vəliyevlə üz-üzə gəlmədən, ona qarşı В«mübarizəВ»yə başlayır. Və qısa müddətdə Gəncəbasarda nəşr olunan yerli qəzetlərdən birində icra başçısının əleyhinə olduqca ciddi ittihamlarla dolu yazı peyda olur. Lakin Yusif Yusifov burada bir məsələdə səhvə yol verir ki, həmin qəzetin bir səhifəsində özünün müsahibəsini verdirdiyi halda, digərində Elmar Vəliyevin əleyhinə məqalə yerləşditdirir.
Onu da bildirək ki, bu proses əyalət qəzetləri ilə yekunlaşmır. Həmçinin proses ölkənin nüfuzlu sayt və qəzetlərinə də sirayət edir. Hətta iş o yerə çatır ki, rektor Gəncənin icra başçısının özü ilə yanaşı, oğlu ilə də bağlı məlumatların dövriyyəyə buraxılmasına yardımçı olur. Vəziyyətdən xəbərdar olan Elmar Vəliyevin uzunmüddətdir susqun dayanmasının səbəbi məlum deyil. Ehtimal olunur ki, Vəliyev hücum ərəfəsindədir və onun atacağı addım Yusif Yusifovun karyerasının sonunu gətirəcək. Bu əsnada, GDU-da çox qəribə hadisələrin də baş verdiyi vurğulanır. Yusif Yusifov bu yaxınlarda Antaliyada səfərdə olarkən qəfil Gəncəyə qayıdıb. Hələlik məsələnin səbəbləri məlum deyil.
(Cumhuriyyet.az)
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru