Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                 

Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır - ŞİKAYƏT VAR
Tarix: 30-09-2016, 09:55 | Çap et
Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır
Gədəbəydə baş verən və illər uzunu həllini tapmayan sosial problemlər içərisində, Əliyev Oqtay Qara oğlunun təqribən 17 aydan çox müddət ərzində üz-üzə qaldığı problem də, bu gün əksəriyyətin diqqətini cəlb edən problemlərdən birinə çevrilib. Düzdür, bu günədək yaşanan problemin əmələgəlmə səbəbləri barədə “Gündəm Xəbər” qəzetinin müxtəlif saylarında dəfələrlə açıqlamalar dərc edib, ictimaiyyəti bu yöndə məlumatlandırmışıq. Yazıb onu da qeyd etmişdik ki, hal-hazırda Gədəbəy rayon İcra Hakimiyyətinə rəhbərlik edən Ramiz Yediyarov, şəxsi maraqlarının həlli naminə vermiş olduğu şifahi tapşırıqlar əsasında, Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda onun yaxınlarından bir kimsə belə xəbərdar edilmədən darmadağın edilir. Atılmış belə bir qanunsuz addımlarla bağlı Oqtay Qaraoğlu tərəfindən aidiyyəti qurumlara, PA-nın yüksək çinli vəzifə sahiblərinə, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına dəfələrlə yazılı, yaxud da şifahi müraciətlər olunmasına baxmayaraq, bu gün də onun ünvanladığı müraciətlərin heç bir nəticəsi yoxdur. Şahbaz Bayramovun pərdəarxası maraqları Onu da vurğulayaq ki, o, şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “Rabitəbank”a girov qoyub, adı çəkilən bankdan 50 min manat kreditə pul da götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyəti genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyekt darmadağın olunur, o halda ona məxsus obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları da tam yarasız hala salınır və qısa müddət ərzində də itbat olunur. Belə olan halda o, firmalardan nisyə götürdüyü ərzaq mallarının pulunu ödəyə bilmir və son anda da çıxılmaz duruma düşür. Təəssüf hissi doğuran hal o olur ki, dağıntı işlərini Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini həyata keçirən Şahbaz Bayramov canbaşla yerinə yetirir. Çünki Gədəbəydəki mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlara görə o, icra başçısından aldığı şifahi tapşırığı ən yüksək səviyyədə yerinə yetirmək öhdəliyini öz üzərinə götürür və çox keçmir ki, qəti addımlarını da atır. Yəni, şəhər icra nümayəndəsi dağıntı işlərini həyata keçirməklə, həm də pərdəarxası maraqlarını güdür. Beləki, o, həmin obyektin həm avadanlıqlarını, həm ərzaq mallarını, həm də dağıntı zamanı tikinti materiallarını da ələ keçirir. O halda sual oluna bilər ki, Şahbaz Bayramov Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektdə, hansı əsasla dağıntı- söküntü işlərini həyata keçirdiniz? Məgər bu işləri həyata keçirmək üçün sizdə məhkəmə qərarı, yaxud da hansısa əsaslandırıcı sənəd var idimi? Yaxud, ələ keçirdiyiniz avadanlıqları, ərzaq mallarını, tikinti materiallarını hansı ünvanlarda satışa çıxartdınız? Odur ki, onun atdığı addımlarla bağlı ortaya çoxsaylı suallar çıxır və belə bir suallar və problemlər də, hələ ki, həllini gözləməkdədir. Gədəbəy RİH-nin məhkəməyə müraciəti nələri agah etdi? Gülünc doğuran məqam ondan ibarətdir ki, Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektin və əlavə dörd nəfər şəxsə məxsus obyektin söküntüsü ilə bağlı, 10 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı tərəfindən Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunur. İddia ərizəsinin sonunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun daşıdığı vəzifəsi, adı və soyadı qeyd olunur. Ünvanlanmış iddia ərizəsində, məhkəmədən həmin şəxslərə məxsus obyektlərin sökülməsi ilə bağlı qətnamə çıxarılması da xahiş olunur. Faciə odur ki, iddia ərizəsində müraciətin ünvanladığı tarix 10 fevral 2015-ci il göstərilir və Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt isə, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın olunur. Belə bir addıma görəsən nə ad vermək olar? Savadsızlıq, yoxsa naşılıq? Axı, iddia ərizəsi təqdim olunduğu günlə dağıntının həyata keçirildiyi gün arasında cəmi iki gün fərq var. Görəsən hansı tarixdə hansı məhkəmə prosesi keçirilir ki, Şahbaz Bayramov çıxarılmış məhkəmə qətnaməsini əsas tutub “haydı irəli!” komandasını verərək, dağıntı işlərini canbaşla yerinə yetirir? Bundan əlavə iddia ərizəsində o da qeyd olunur ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsinin təklifi nəzərə alınaraq 43 nəfər sahibkarın yeni inşa olunan ticarət mərkəzinə köçürülməsi ilə bağlı, icra başçısının 316 nömrəli sərəncamı da verilmişdir. Sərəncama əsasən 43 nəfər sahibkardan 39 nəfəri yeni inşa olunmuş ticarət mərkəzinə köçürülmüş və hal-hazırda da, onlar fəaliyyətlərini həmin ticarət mərkəzində davam etdirməkdədirlər. Belə bir açıqlama da, tamam ağ-yalan açıqlamadır. Çünki, bu gün həmin ticarət mərkəzinə baxış keçirilərsə, qeyd olunan ünvanda 39 nəfəri yox, yalnız ticarət mərkəzini ağuşuna almış ot-alaqları görmək mümkün olar.
Diqqəti cəlb edən hal odur ki, Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara silsilə müraciətlərini ünvanlasa da, həmin müraciətlər tədbir görülməsi üçün Gədəbəy RİH-ə göndərilir. Adı çəkilən qurumda bir növ problemlərin həllinə cavabdehlik daşıyan vəzifə sahiblərindən olan və icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov isə, göndərilən müraciətləri itbata salmaqla məşğul olur. Belə bir səbəblər üzündən də, müraciət müəllifinə heç bir halda cavab verilmir. Bu cür addımların da atılması, düşünülmüş təxribat, yaxud da yürüdülən dövlət siyasətinə kölgə salmaqdan başqa bir şey deyil. Çünki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə “yerlərdə əhali ilə işləməyi bacarın, problemlərinin həllinə çalışın, sakinləri nahaq yerə incitməyin, get-gələ salmayın” deyə lazımi tapşırıqlarını versə də, Gədəbəy RİHdə vəzifə sahibi olanların əksəriyyəti, o cümlədən Zülfüqar İsgəndərov verimiş tapşırıqlara məhəl qoymur ki, qoymur. Zülfüqar İsgəndərovun vədi Olmazın haqsızlıqlarla üz-üzə qalan Oqtay Qaraoğlu, hələ bir müddət bundan əvvəl problemlərin həllinə köməklik göstərilməsi məqsədilə, DİN-i cənab Ramil Usubova da müraciət edir. Ünvanlanan müraciətlə bağlı nazirliyə dəvət olunan və xoşagəlməz müsibətlərə düçar olan şikayətçini, nazirliyin yüksək çinli vəzifə sahiblərindən biri qəbul edir. Ümumi müzakirələrdən sonra qərara alınır ki, nazirlik əməkdaşları Gədəbəyə ezam olunsunlar və baş verən olaylarla bağlı lazımi araşdırmalar da aparsınlar. Çox keçmir ki, DİN-nin əməkdaşları Gədəbəy rayon Polis Şöbəsində olurlar və problemin araşdırılması ilə bağlı Zülfüqar İsgəndərovu da şöbəyə dəvət edirlər. Həmin gün PŞ-də olan Oqtay Qaraoğlu bizimlə söhbətində bildirdi ki, “Zülfüqar İsgəndərov izahatını yazıb “bank bilər, biz bilərik” deyə aldadıcı vədini versə də, bu gün o, adicə ünvanlanan məktublara belə cavab vermir. Hətta bu azmış kimi o, öz iş otağında, bir qədər də dəqiq desəm mənim yanımda yaxın qohumum Esmira İbrahimovaya, onun atası Rüstəm kişiyə, həyat yoldaşı İbrahimov Elman Seyfar oğluna zəng edib bildirdi ki, “biz yaxın qohumuq, bu problemin həllini Ramiz Yediyarov mənə tapşırıb, mən də problemi qanun çərçivəsində həll edib, sizə öz köməkliyimi göstərəcəyəm” vədini versə də, hələ ki, problemin həllindən söhbət belə gedə bilməz. Əksinə, bu gün elə bir vəziyyət əmələ gəlib ki, hər iki ailənin on üzvü yaşadıqları mənzildən bayıra atılmaq üzrədirlər”. İki ailənin on üzvü çölə atılır Onu da vurğulayaq ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan 38,5kvm-lik obyektini “Rabitəbank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. Bu günədək o, kreditə götürdüyü pulu ödəyə bilməyib. Səbəb də, yuxarıda qeyd etdiyimiz kimi, onun şəxsi mülkiyyətində olan obyektin 12 fevral 2015-ci il tarixdə darmadağın edilməsi olur. Belə olan halda bank tərəfi birinci girovluğa qoyulmuş obyektin dağıdıldığını bilir və ikinci girovluğa qoyulmuş mənzillə bağlı, Binəqədi rayon Məhkəməsinə də müraciət edir. Keçirilən məhkəmə prosesində həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank”a ödənilməsi barədə Qətnamə çıxarılır. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə də göndərilir. Belə olan halda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 12 fevral 2016-cı il tarixdə Əliyev Oqtay Qara oğlunun, İbrahimova Esmira Rüstəm qızının, İbrahimova Aysel Elman qızının və Seyfarlı Aqşin Elman oğlunun yaşadıqları ünvanlara bildirişlər çatdırılır. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin qiymət olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın 44625 manata həyata keçirildiyi bildirilir. Hərrac mərkəzində satış başa çatdırıldıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır. Hal-hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər Oqtay Qaraoğluna vurulmuş maddi ziyana görə bank tərəfindən qiymətləndirilmiş kompensasiya Gədəbəy RİH-i tərəfindən vaxtında verilsəydi, o halda belə bir problem də yaşanmazdı. Qüdrət Paşayevin vədi və sonrakı bəhanəsi Bu gün də üzləşdiyi problemlərin həllinə çalışan Oqtay Qaraoğlu, hələ ki, ümidini üzməyib. Çünki o, istəyir ki, problem Gədəbəy RİH-i tərəfindən qanunauyğun formada həll olunsun. O, bu məqsədlə 09 sentyabr günü hər iki ailə üzvlərinin iştirakı ilə Ramiz Yediyarovun qəbuluna düşmək istəsə də, icra başçısı müəyyən səbəblər üzündən həmin gün rayonda olmur. Belə olan halda Oqtay Qaraoğlu məqsədini RİH-i başçısının birinci müavini Qüdrət Paşayevə çatdırır və istəyir ki, onun qəbulunda olsun və problemlərinin varlığını onun da diqqətinə çatdırsınlar. Düzdür, ilk öncə Qüdrət Paşayev onları qəbul edəcəyi vədini versə də, çox keçmir ki, fikrindən “vaz” keçir. “Getsin, qəbul günü gəlsin” deyə köməkçi vasitəsilə Oqtay Qaraoğluna növbəti vədini çatdırsa da, son anda onun bəhanəsi o olur ki, “icra hakimiyyətində şəxslər təkrar qəbul olunmurlar” deməklə, mətləbdən yayına bilir. Bəli, belə bir yanaşmaların varlığı da, Gədəbəydə idarəçiliyin hansı qaydalarla həyata keçirildiyini göstərir. Ramiz Yediyarovun yarıtmaz kadr siyasəti Hal-hazırda təkcə Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik deyil, həm də həyata keçirdiyi kadr siyasəti də yarıtmaz vəziyyətdədir. Çünki, yerli mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlarda o da bildirilir ki, o, vəzifəsinin icrasına başladıqdan az sonra, səriştəli kadrları, idarəetmə bacarığı olan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Onların əvəzinə iş təcrübəsi olmayan, naşı kadrları təyin etdi ki, həmin kadrların da əksəriyyəti özəl təhsil ocaqlarında təhsil alanlardırlar. Belə kadrlardan olan Əmirxan həkimin rayonun Mərkəzi Poliklinikasına baş həkim təyinatı da, hal-hazırda ciddi müzakirə olunan mövzulardandır. Çünki, tam əksəriyyətə bəllidir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə onu cənab Səlim Müslümov daşıdığı vəzifəsindən qovmuşdu. İşindən qovulmuş bir kadrın yenidən vəzifə başına təyin olunması, görəsən kimi təəccübləndirməz? Bəli, bu təyinat kimləri təəccübləndirsə də, yəqin ki, onu irəli çəkənləri heç cür təəccübləndirməyəcək. Oqtay Qaraoğlu problemini həll etməyə ünvan tapmır Hal-hazırda ailəlikcə Bakı şəhərində kirayədə yaşayan və heç bir əmək fəaliyyəti ilə məşğul olmayan, səhhətində müəyyən problemlərim əmələ gələn Oqtay Qaraoğlu bizimlə söhbətində onu da vurğuladı ki, “bu gün ailəmizin dolanışıq vəziyyəti olduqca ağır duruma düşüb. “Rabitəbank”dan kreditə götürdüyüm 50 min manat pulun taleyi, hər iki ailənin on üzvünü çoxsaylı problemlərlə də üz-üzə qoyub. Belə olan halda mən nə etməliyəm və ailəmizi necə dolandırmalıyıq? Axı, biz də bu Vətənin övladlarıyıq, bizim də yaşamaq, dolanmaq hüququmuz var! Ailəmizin üz-üzə qaldığı problemin həllini kimdən, hansı dövlət qurumundan, hansı vəzifə sahibindən tələb etməliyik? Çünki, bu günədək ünvanladığım müraciətlərin heç bir nəticəsi olmayıb və müraciətlərimə Gədəbəy RİH-i tərəfindən cavab verilmir. Belə olan halda məcburam ki, ailəlikcə Azərbaycanı tərk edib xarici ölkələrdən birinə üz tutum və həmin ölkədə də işləyib, “Rabitəbank”a olan borcumu ödəyim. Çünki bugünkü durumumuz, ümumi dolanışıq vəziyyətimiz və s. kreditə götürdüyüm pulları ödəməyə heç cür imkan vermir. Mən o haqda da düşünürəm ki, bəlkə ölkəmizin xarici işlər nazirliyinə müraciət edim ki, bizim ailənin xarici ölkələrdən birinə çıxış imkanı yaratsın”.
Araşdırmamız davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru