Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

ABBAS ABBASOV HAQQINDA ŞOK FAKTLAR YAYILDI
Tarix: 1-05-2013, 11:30 | Çap et
ABBAS ABBASOV HAQQINDA ŞOK FAKTLAR YAYILDI
RATİ SƏDRİNİN ADI ÇOX İLGİNC CİNAYƏT ƏMƏLLƏRİNDƏ HALLANDIRILIR

DİA.AZ: - Baş nazirin sabiq müavini Abbas Abbasov haqda ötən sayımızda yazı dərc etmişdik. İndi isə Azərbaycan siyasətində daha çox kriminal və gizli işlərlə bağlı xatırlanan sabiq məmur haqda yeni araşdırmamızı diqqətinizə çatdırırıq. Xatırladaq ki, ötən yazımızda da A.Abbasovun Kremlin gizli siyasi planlarında yer alması haqda yazmışdıq. Artıq sabiq məmurun Rusiya ilə həm maddi həm siyasi bağlılıqları haqda konkret faktlar əldə etmişik. DİA.AZ bildirir ki, bu barədə “Gündəm Xəbər” qzəeti məlumat yayıb. Etibarlı mənbənin bizə təqdim etdiyi məlumatlarda Baş nazirin keçmiş müavini haqda yalnız siyasi deyil, kriminal xarakterli məlumatlar da yer alır.

Hələliksə, A.Abbasovun Rusiya ilə əlaqələrinə nəzər yetirək. Onu da bildirək ki, Abbas Abbasovun şimal ölkəsi ilə sıcaq münasibətlərinin tarixi sovet dönəminə təsadüf edir. Bizə verilən məlumata görə,

Abbas Abbasov KQB agenti olub

Və onun siyasi düzəndəki fəaliyyətində əsas istiqamətverici məqam məhz bu faktla bağlı olub. Mənbəmiz sovet xüsusi xidmət orqanları ilə Abbas Abbasovun əlaqələrinin xalqımızın milli azadlıq hərəkatı və müstəqilliyimiz üçün konkret əməliyyat “töhvələri” haqda məlumat verməsə də ölkə siyasi sisteminin üzdə olan şəxslərinin əksərinin bu haqda məlumatlı olduğunu bildirdi. Onu da qeyd edək ki, apardığımız araşdırmalar da mənbəmizin məlumatını tam şəkildə təsdiq edir. Məsələn, sabiq daxili işlər naziri İsgəndər Həmidov bir müddət öncə mətbuata verdiyi müsahibədə də bu faktı açıqlamışdı. Abbas Abbasovun KQB agenti olduğunu deyən sabiq nazir bu haqda hələ 20 il öncə açıq bəyanat verdiyini xatırladır: “Abbas Abbasov keçmiş KQB-nin agentidir. Mənim bununla bağlı Milli Məclisdə çıxışım olub, imkanınız varsa stenoqramı qaldırıb baxın. Vaxtilə Abbas Abbasovun baş nazirin birinci müavini kimi təyinatına münasibət bildiriləndə mən əleyhinə çıxdım. Bu zaman Əbülfəz bəy dedi ki, İsgəndər bəy, bu təyinata mane olma, imkan ver onun təyinatı təsdiqlənsin. Səbəbini soruşanda dedi ki, o Moskvadakı bütün qapıları təpiklə açır. Qayıtdım ki, elə məni də narahat edən budur.”

Göründüyü kimi, Abbas Abbasovun Kremlin etibarlı adamı olması, bir qədər də konkretləşdirsək rus siyasətinin Azərbaycandakı desantı rolunu oynaması dövlətin ən üst qatına da bəlli olub. Necə deyərlər, Moskvanı qəzəbləndirməmək üçün onun adamına toxunulmayıb. Oğluna deputat mandatı verilərək vəzifədən alındıqdan sonra A.Abbasovun Rusiyaya üz tutması da bütün bu fikirləri təsdiq etmiş olur. İndi isə Kreml sınaqdan çıxmış kadrını

“Milyarderlər İttifaqı” oyunu

çərçivəsində meydana atıb. A.Abbasov yeni qurumun sədri seçilib və Rəsmi Bakının sərt reaksiyasından sonra prezident İlham Əliyevlə görüşmək üçün Bakıya gəlsə də məqsədinə nail ola bilməyib. Məlumatlara görə, İlham Əliyev onu qəbul etməkdən imtina edib. Hakimiyyətin müxtəlif yüksək çinli vəzifə sahibləri də “Milyarderlər İttifaqı”na qarşı açıq bəyanatlar səsləndirib. Amma bütün bunlardan, sonra da Abbas Abbasovun səssizliyi, daha doğrusu RATİ-nin rəhbərliyindən istefa verməməsi çox maraqlıdır. A.Abbasov istefaya getdikdən sonra da Azərbaycan prezidentinə sadiq olduğu haqda bəyanatlar verib. Buna baxmayaraq onun geri çəkilməməsi В«Milyarderlər ittifaqıВ»nın arxasında Rusiyanın durduğu haqda şübhələri daha da artıran faktlardan birinə çevrilir.

Düzdür, Abbas Abbasov, xüsusilə də onun Milli Məclisdə yer alan oğlu ciddi cəhdlə hakimiyyətə qarşı olmadığı haqda hər kəsi inandırmaq istəyir. Amma uzun illər Azərbaycan dövlətində yüksək vəzifə tutan bu adam hakimiyyəti müdafiə etsəydi, belə işlərlə deyil, Qarabağla bağlı məsələlər ətrafında fəaliyyət göstərərdi, Rusiyada olan əlaqələrindən istifadə edib nəyəsə nail ola bilərdi. Ancaq biz görürük ki, harada mənfəət varsa, Abbas Abbasov da oradadır. İndi də onun burnuna növbəti iy dəyib, həm də Moskvadan ona müxtəlif sifarişlər verilib. Həmin sifarişlərin icra olunması üçün də onu sədrliyə seçiblər. Abbas Abbasovun siyasi keçmişi də göstərir ki, o heç zaman Azərbaycanın istiqlaliyyətinin müdafiəçisi kimi tanınmayıb. Yaşının bu vaxtında Moskvada qərar tutması və həyatında olan digər nüanslar deməyə əsas verir ki, onun mövqeyi Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşmür. Son addımları da onun belə bir əqidədə olmasına əyani sübutdur. Abbas Abbasovun yeni yaradılan qurumdan istefa verəcəyi inandırıcı görünmür. Bu şəxs indiki yaşında karyera, siyasi mənsəb eşqinə düşübsə, deməli istefa verməyəcək və yeni ağalarının siyasi tapşırıqlarını yerinə yetirəcək. Bu qədər sadiq xidmətdə olan bir şəxsin mükafatlandırılmadığını düşünmək sadəlöhvlük olardı. Məhz uzun illərin siyasi xidməti nəticəsində Abbas Abbasov


Böyük iqtisadi imperiya

yarada bilib. Bu iqtisadi imperiyanın maddi vəsaiti milyarla ölçülür. Son siyasi proseslər Abbasovun Azərbaycandakı biznesinə zərbə vursa da, onun Rusiya və Türkiyədəki biznesi çiçəklənməkdədir. Bir müddət öncə Rusiyanın nüfuzlu "Kommersant" qəzeti Manqo Şirkətlər Qrupu ilə bağlı maraqlı yazı dərc etmişdi. Əslində bu yazı o qədər maraq doğurmazdı- əgər onun sahibi keçmiş baş nazir müavini Abbas Abbasov olmasaydı. Qəzetin yazdığına görə, Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasov Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıb. Qəzet yazır ki, torpaq sahəsini Manqo Şirkətlər qrupu əldə edib. Amma maraqlıdır ki, həmin şirkətlər qrupunun sahibi kimi Abbas Abbasovun adı göstərilir. Sitat: "Bir qədər əvvəl Voronej vilayətinin qubernatoru Aleksey Qordeyev 1992-2006-cı illərdə Azərbaycan respublikasının baş nazir müavini olmuş Abbas Abbasovla görüşmüş, onun vilayətə investitsiya proqramını bəyənmişdir. İnvestorlar vilayətdə çoxlu meyvə-tərəvəz anbarları tikməyi planlaşdırırlar". Qəzetin yazdığına görə, Abbasov bu işdə tək deyil. O, Rövşən Cabbarov və Tofiq Hüseynov adlı şəxslərlə birgə vilayətin bir neçə rayonunda da iri torpaq sahələri almaq niyyətindədir. Azərbaycandakı biznesini böyük ölçüdə Rusiyaya köçürən A.Abbasovun Soçiyə ciddi maya qoyduğu da gələn xəbərlər sırasındadır. Bundan başqa A.Abbasov Türkiyədə də biznes aktivlərinə malikdir və bu ölkəyə tez-tez gedib-gəlir. Onun “Nergiz Holdinq”in rəhbəri Cavid Çağlarla ortaq biznesinin olduğu da bildirilir.

Bu arada onu da qeyd edək ki, Baş nazirin sabiq müavininin adı bəzi kriminal “razborka”larda, qeyri-qanuni ticarətdə də hallanır. Bu məsələlərlə bağlı əlimizdə olan məlumatları dəqiqləşdiririk və növbəti saylarımızda bu mövzuya qayıdacayıq. Amma artıq dəqiqləşmiş digər bir fakta

Silah qalmaqalı

İlə bağlı məsələyə toxunmaq olar. Hələ 1998-ci ildə bu məsələ açılanda Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyası yaradıldı və biz tərəfdən bu komissiyanın sədri Abbas Abbasov oldu. Bir-iki dəfə formal iclas keçirildi, sonra isə böyük “müvəffəqiyyətlə” unuduldu. Azərbaycanın hökumətində oturub Rusiyanın, dolayısı ilə, onun müttəfiqi Ermənistanın marağına işləyən məmur kimi cənab Abbasov bu işi “uğurla” gördü, axırda da “Şöhrət” ordeni alaraq, özünün dediyi kimi, “uğurlu” istefaya getdi, indi də “Milyarderlər İttifaqı”nın sədridir, AzərRoss-un Prezidenti kmi leqal şəkildə Putinin yanında oturub (“Rusiyanın adamı” statusu və ya imici bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də xeyrinə işləmir, onun əleyhinə aparılan kampaniya çox sürətlə vüsət alır və məntiqi sonluğuna doğru gedir). Belə çıxır ki, Rusiyanın Azərbaycandakı adamları Rusiyanın özündən də təhlükəliymiş!.

Göründüyü kimi, sözügedən üçtərəfli (?) komissiyanın, əslində məsələni ört-basdır etməyə xidmət etdiyi məlum olur. Və komissiyaya Azərbaycan tərəfdən, məhz Abbas Abbasovun rəhbərlik etməsi də, qurumun tezliklə “canını tapşıracağına”, yaxud fəaliyyətinin dondurulacağına bir işarə idi. Bəs həmin dövrdə prezidentin ətrafında yüksək post tutaraq, proseslərin içərisində olan şəxslər olaya necə aydınlıq gətirərdilər?

Sözügedən komissiyaya Azərbaycan tərəfdən niyə məhz Abbas Abbasovun rəhbər təyin edilməsi və bu amilin həqiqətlərin ört-basdır edilməsindəki roluna gəldikdə, keçmiş katiblik rəhbəri belə izah verir: “O zaman Abbas Abbasov Azərbaycanın MDB ilə əlaqələri istiqamətində fəaliyyət göstərirdi. Onun Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyasına Azərbaycan tərəfdən rəhbər təyin edilməsi də bu səbəbdən irəli gəlirdi.

Nəhayət yəhudi faktoru

Əlimizdə olan və sizə təqdim etdiyimiz fotoda milyarder Telman İsmayılov sinaqoqda çıxış edir. Telman İsmayılovun yəhudi əsilli, azərbaycanlı olması əvvəlcədən cəmiyyətə məlumdur. Lakin, fotoda ən önəmli məsələ budur ki, baş nazirin keçmiş müavini Abbas Abbasov da sinaqoqda başında kipu qoyub oturub. Qeyd edək ki, yəhudilik dünyada yeganə dindir ki, onu yəhudi olmadan qəbul etmək, musəviliyin qanunlarınca qadağandır. Abbas Abbasovun, başına nədən kipu qoyması isə müəmmalıdır.

Bu fotonun, harada çəkilməsini dəqiqləşdirə bilməsəkdə, həmin fotonu təqdim edirik










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru