AZƏRBAYCAN SİYASƏTİNDƏ В«BEYSBOLВ» FENOMENİ
Tarix: 23-09-2011, 11:33 | Çap et
DÖVLƏTİ NECƏ İDARƏ ETMƏK LAZIMDIR?
Azərbaycan siyasəti ilə maraqlananlar üçün В«WikiLeaksВ»dən öyrəniləsi çox şey var. Mənim öyrəndiyim məqam bu oldu: Azərbaycan siyasi elitasında ictimai mövzularda polemika getmir. Sadə dildə desək, siyasi elitanı В«dövləti necə idarə etmək lazımdırВ» sualı ya az maraqlandırır, ya da heç maraqlandırmır.
Fikrimi əsaslandırım. Əksər siyasi elitalar - avtoritar, yaxud demokratik olmalarından asılı olmayaraq – В«necə idarə etmək lazımdırВ» sualı ətrafında qütbləşirlər. Ortada iri siyasi intriqalar gedir, fikirlər toqquşur və bu dinamika cəmiyyətin idarə olunmasını tənzimləyir. Məsələn, totalitar SSRİ-nin Brejnev dönəmində belə Leonid Brejnev və Aleksey Kosıqin arasında ideoloji bir rəqabət var idi. Ondan əvvəl isə В«liberalВ» Xruşşov В«mühafizəkarВ» Malenkovla toqquşurdu. Ərəb diktaturalarında müxtəlif dövrlərdə millətçilər, dinçilər, solçular, qərbpərəstlər bir-biri ilə toqquşublar. Hətta Heydər Əliyev Azərbaycanında da şərti olaraq liberallar və mühafizəkarlar qrupları iqtidar elitasının öz içində çarpışırdılar. В«WikiLeaksВ» göstərir ki, İlham Əliyev hökumətində belə bir fikir mübarizəsi yoxdur. В«WikiLeaksВ»dəki sənədlərdə Azərbaycan hökumətindəki qruplaşmalar onların təmsil etdikləri dəyərlərə, ideyalara yox, iqtisadi və inzibati güclərinə görə qruplaşdırılıblar. Ortada elə bir ciddi sübut yoxdur ki, Azərbaycan siyasi elitasında iki fərqli ideya/dəyər/əqidə daşıyıcıları hansısa bir məsələ üzərində mükalimə/mübahisə/rəqabət aparırlar. Ramiz Mehdiyevin qruplaşması ilə Kəmaləddin Heydərovun qruplaşması arasında, yaxud sonuncu ilə Paşayevlər qrupu arasında heç bir ideya mübarizəsi yoxdur. Görünəni odur ki, bu adamlar В«dövləti necə idarə etmək lazımdırВ» sualı üzərində çox baş sındırmadan iqtisadi və inzibati güc uğrunda maskasız-filansız vuruşurlar.
BU NƏ DEMƏKDİR?
Ölkə üçün belə bir vəziyyət o deməkdir ki, siyasi elita öz işini görmür - cəmiyyətin planlı idarə edilməsi ilə məşğul deyil. Yəni, dərəbəyilikdir. Avtoritar cəmiyyətlərdə siyasi elita təmsilçiləri adətən güclü ideya adamlarından ibarət olmurlar və bu başa düşüləndir.
Amma ortada demaqogiya səviyyəsində belə olsa, bir ictimai mükalimə gedəndə, tərəflər dedikləri sözlərə görə müəyyən siyasi mövqelərə bərkidilirlər və hansısa bir müsbət ictimai funksiyanı yerinə yetirməyə məcbur olurlar. Məsələn, Sirus Təbrizlinin vaxtaşırı kükrəmələri Heydər Əliyev dövrünün məmurlarını tam özbaşınalıqdan çəkindirən bir faktor idi, nə qədər zəif olsa belə.
İlham Əliyev hakimiyyətinin ilk dövrlərində ən parlaq fiqurunun Anar Məmmədxanlı olduğu В«liberallarВ» qruplaşması hakimiyyətin avtoritar mahiyyətinə az təsir etsə də, belə bir ümid yeri qoyurdu ki, bu hökumətə yaxın hansısa bir kəsim müəyyən siyasi islahatlar ideyasına ilıq yanaşır. Yəni, ölkədəki iqtidar ölü bir orqanizm deyil, ətrafdakı siyasi hadisələrə reaksiya verə biləcək, dəyişə biləcək bir qurumdur. İndiki siyasi elitada isə В«cəmiyyəti necə idarə etmək lazımdırВ» sualı ətrafında fikir dartışmaları getmir. Söhbət heç fikir yekdilliyindən də getmir (ərz etdim ki, hətta totalitar rejimlərdə də ideoloji qütbləşmələr olur və labüddür). Söhbət ondan gedir ki, hakim elitanı sanki ölkə idarəçiliyi maraqlandırmır. Bunun cəmiyyət üçün törədə biləcəyi fəsadları təxmin etmək çətin deyil. Təsəvvür edin ki, maşın yüksək sürətli şosedə hərəkət edir, maşının içində dörd-beş nəfər oturub, amma maşının hara və necə getdiyi onlardan heç kimi maraqlandırmır.
Azərbaycanın daxili siyasətini təhlil edənlər üçün buradan müəyyən nəticələr çıxarmağa dəyər. Belə görünür ki, iqtidarda hakim elitanın ən güclü fiqurları belə post-Əliyev dövründə öz gələcəklərini görmürlər, belə bir ehtimala hazırlaşmırlar və bu səbəbdən də müstəqil ictimai ideya sahibi deyillər. Müxalifət üçün də bəzi nəticələr çıxarmaq olar. Belə görünür ki, hazırkı siyasi elitanın içində elə bir adam yoxdur ki, Azərbaycan müxalifəti onunla hər hansı bir siyasi islahatın zəruriliyi mövzusunda ciddi danışıqlara gedə bilsin. В«Necə idarə etməkВ» sualı ilə maraqlanmayan birilərini məhz həmin mövzuda dialoqa çəkmək cəhdləri xoş niyyətli amerikalıların ara-sıra məni beysbol barədə söhbətə tutmaq cəhdlərinə bənzəyir. Əzizlərim, axı məni o mövzu qəti maraqlandırmır…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
|