Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                 

“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”
Tarix: 30-11-2011, 11:38 | Çap et
“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”

“HAKİMİYYƏTİN BORCU ODUR Kİ”...

Yazıçı Əkrəm Əylisli “Azadlıq” radiosuna açıqlamasında həmkarı Rafiq Tağının ölümündən danışıb.

- Bu, çox dəhşətli hadisədir. Birinci Azərbaycan yazıçısıdır ki, bıçaqlanıb öldürülüb. Məsələn, XIX əsrdə Mirzə Fətəliyə qarşı təqiblər də olub, hədə-qorxu da olub, amma iş bu yerə gəlib çıxmayıb. XX əsrdə Mirzə Cəlili xeyli vaxt hədələyiblər ki, adam tutarıq, səni öldürərik...

Rafiq Tağı ilk Azərbaycan yazıçısıdır ki, bizim dövrdə - XXI əsrdə qətlə yetirilib. Demək, indiki zaman yazıçı üçün çox təhlükəlidir. Bundan təhlükəlisini mən yadıma sala bilmirəm. Nəsiminin dərisinin soyulması ilə bağlı mifik söhbətlər var. Bu mifdir, Nəsiminin dərisinin soyulması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Amma dəqiq budur ki, XXI əsrdə, dünyanın demokratiyadan danışdığı, demokratiya ilə öyündüyü bir vaxtda yazıçı bıçaqlanır. Bu, mənim üçün heç cür bağışlanmaz, ağır cinayətdir.

Elə bilirəm ki, qələm sahiblərinin hər birini ağrıda biləcək, hər birinin içində müdhiş yara qoyub gedən hadisədir. Mən güman edirəm ki, Rafiq Tağının qatili tapılacaq. Mən buna inanmaq istəyirəm, buna əşhədü ehtiyacım var.

- Dediniz ki, XIX əsrdə Axundovu, XX əsrdə Mirzə Cəlili öldürə bilmədilər, amma XXI əsrdə Rafiq Tağını öldürdülər. Səbəb nədir?

- Niyə görəsini düşünmək lazımdır. Bunu bütövlükdə cəmiyyət də düşünməlidir. Bizim realist ədəbiyyatımızın banisi Mirzə Fətəlinin dövründə cəhalət daha güclüydü, hökmlüydü, amma o kişi sağ qala bildi. Bizim dövrdə, görünür, insan həyatı ucuzlaşıb. O cümlədən yazıçı həyatı. Rafiq Tağının bu dərəcə faciəli, özü də günün günorta çağı bıçaqlanması məndə qorxunc düşüncələr yaradır. Böyük sıxıntı yaradır...

- Qorxunc düşüncələr deyəndə nəyi nəzərdə tutursuz?

- Yəni zaman niyə bu şəklə düşdü? İnsan niyə belə ucuzlaşdı? Bəlkə əlaqəsi yoxdur, amma deyəcəm, İraqda insan həyatı qara qəpiyə dəymir. Orda gündə yüzlərlə insan qətlə yetirilir. O da qətldir, terrordur. Rafiq Tağının ölümü də terror hadisəsidir. Əgər bu bizə kənardan gəlmiş terrordursa, bizim hüquq mühafizə orqanlarına və hakimiyyətə siqnal olmalıdır ki, terror Azərbaycanın içinə girə bilir. Faktiki terror iyi gəlir burdan. Amma qabaqcadan nəsə demək çətindir. Burda hadisəni siyasiləşdirmək meyli də hiss olunur. Amma mən inanıram, qətlin üstü açılacaq. Əgər açılmasa, bundan sonra başlanan söhbət ayrı mövzuda olacaq.

- Sizcə, bu qətl qələm adamlarının yazılarında hansısa formada izini qoyacaqmı?

- Yazıçı bundan, əlbəttə, dərs almalıdır. Yəni yazıçı artıq həyatının təhlükəsiz olduğuna çox da arxayın olmamalıdır... Bu gün bir dəstə haray-həşirlə, özü də Rafiq Tağının meyiti soyumamış, hətta bir azca da özlərinə xal yığma qədərində oynadır bu hadisəni. Bir dəstə də ağzına su alıb susur. Heç elə bil bunlara dəxli yoxdur. Anormallıq budur.

- Dediniz ki, yazıçı bundan sonra təhlükəsizliyinə çox da arxayın olmamalıdır. O zaman neyləməlidir yazıçı? Qələmi yerə qoymalıdır, yoxsa mübarizəsini davam etdirməlidir?

- Əgər bir xox gələn kimi, ya da sarsıntı keçirən kimi qələmi yerə qoyursa, yazıçı olmadı ki. Məsələn, Almaniyada faşizmin qanlı, quduz vaxtında neçə-neçə yazıçı şəxsiyyətini də saxlayıb, əsərini də yazıb.

- Əkrəm müəllim, sizin “bir tərəf ağzına su alıb susur” dedikləriniz kimdir? Burda yəqin həm Yazıçılar Birliyini nəzərdə tutursuz, həm də...

- Yox, Yazıçılar Birliyinin adını çəkmək istəmirəm. 20 ildən çoxdur ki, onları tanımıram. Elə bu cür şeylərə görə tanımıram. Cəmiyyətə hiss etdirməlidirlər ki, bunlar da həmin ağrını hiss edirlər. Böyük ağrıdır, hədsiz böyük ağrıdır. Günün-günorta çağı, mətbuat azadlığından bu qədər söhbət gedən vaxtda, insanların asudə yaşaması haqda bu qədər söhbət getdiyi vaxtda belə hadisə baş verir. Bu da ictimai mühitdə yalnız bir tərəfdə - müxalifət tərəfdə özünü göstərir. Bu yerdə müxalifət, iqtidar söhbəti ola bilməz. Qətl olunan yazıçıdır. Özü də elə-belə, əldəqayırma yazıçı deyil.

- Bəs hakimiyyətin reaksiyasını necə qiymətləndirirsiz?

- Hakimiyyətin borcu odur ki, istintaq diqqətlə, ciddi aparılsın və qatil tapılsın. Qatil tapılmayınca hakimiyyət haqda söz deyə bilmərəm. Bəlkə bunu tapacaqlar, ifşa edəcəklər və bəyan edəcəklər ki, biz yazıçıların dalında da durmuşuq, biz azad sözün tərəfdarıyıq, belə yerdə də ayrı-seçkiliyə yol vermirik. Onların özünə əşhədü ehtiyacdır ki, bu fikri cəmiyyətə çatdırsınlar. Yəni ki, insanları siyasi mənsubiyyətinə görə tanımırıq. Əslində Rafiq heç bir partiyanın üzvü deyildi. Hakimiyyət siqnal verməlidir ki, yazıçıları qorumağa hazırdır, qətlin üstünü də açacaq. Açılmasa, başqa söhbət olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru