Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                 

ÖLÜMÜ DƏ GÜLƏ-GÜLƏ QARŞILAYAN BÖYÜK KORİFEY
Tarix: 13-03-2013, 13:24 | Çap et
ÖLÜMÜ DƏ GÜLƏ-GÜLƏ QARŞILAYAN BÖYÜK KORİFEY
Vaxtilə onunla birgə çalışan, birgə filmlərə çəkilən, birgə səhnədə, televiziya tamaşalarında oynayan aktyorların çoxu dünyadan köçüb. Həmin qüdrətli rejissorlar da həyatda yoxdur artıq. Onunla bağlı xatirələrini də özləri ilə aparıblar. Onu səhnədə canlı görən insanların çoxu həyatla vidalaşsa da, onun təkrarsız aktyor oyunu müəyyən nəslin yaddaşına həmişəlik yazılıb.

Hər dəfə səhnəyə çıxarkən onu alqışlayır, sonra ürəkdən gülür və yenə də alqışlarla yola salırdılar. Xalq artisti Əliağa Ağayev bu şöhrət çələngini elə-belə qazanmamışdı. Uzun və çətin illərin yorğunluğu qalanmışdı çiyinlərinə. Atasını erkən itirmişdi. Uşaqlıq illəri ağır ehtiyac içində keçmişdi. Ancaq yaşadığı ehtiyaclar ona mane ola bilməmiş, onu böyük bir sənətin cığırına salmışdı.

Əsl müsəlman idi

Bir neçə il əvvəl mərhum aktyorun evində qonaq olub həyat yoldaşı Cəvahir xanımın xatirələrini dinləmişdim. Artıq Cəvahir xanım da haqq dünyasına qovuşub. Onun söhbətlərindən televiziya ekranlarından aktyor kimi tanıdığım Əliağa Ağayevin həm də gözəl bir insan, sədaqətli ailə başçısı kimi tanımışdım. "Əliağa öz istedadının təbiəti ilə daha çox komik idi, həm də orijinal bir komik. Həyatda isə hər şeydən əvvəl gözəl insan idi. Hər ikimiz Gənc Tamaşaçılar Teatrında çalışırdıq. Elə oradaca onunla tanış olub, ailə qurdum. Çox sədaqətli insan idi. Heç zaman xətrimə dəyməz, mənimlə kobud danışmazdı. Sağlığında heç bir bazar-dükan bilməzdim. İşi nə qədər çox olsa da, bütün qayğıları özü çəkərdi. O, qayğıkeş ailə başçısı idi. "Aktyor mətbəxi" deyilən bir ifadə var. Heç kəs aktyorun daxili aləminə müdaxilə edə bilməz. O, mövzunu, oynayacağı obrazı uzun zaman içində gəzdirər, beynində saf-çürük edərdi. Ona görə də nə oynayıbsa, yaxşı alınıb.

1956-cı ildə ekranlarımıza vəsiqə almış "O olmasın, bu olsun" filmində dövrü üçün elə bir xarakter yaradıb ki, istər-istəməz onun klassik aktyor oyununa heyran olursan. Əgər o, başqa rollara çəkilməsəydi də, təkcə "Məşədi İbad"ı ilə özünə ölməz aktyor titulu qazanmışdı. Bu film bir çox xarici ölkələri gəzərək böyük şöhrət qazanıb. Çəkildiyi son film "Papaq" oldu. Heç yadımdan çıxmır, həmin filmin çəkilişlərinə xəstə-xəstə gedirdi. Onu evdə saxlaya bilmirdik. Film hazır oldu, amma premyeranı görmək özünə qismət olmadı”.

Başqalarına yaxşılıq etməkdən zövq alarmış Əliağa Ağayev. Hansısa gənc bir aktyora kömək edəndə və ya kimsə ona yardım üçün ağız açanda can-başla köməyə tələsərmiş: "Dünyada insana təkcə yaxşılıq qalacaq, pis olmağa nə var ki..." deyərmiş. “Təkcə oynadığı Məşədi İbad obrazına görə demirəm, həyatda da əsl müsəlman idi. İçkini sevməzdi. Xorasana ziyarətə getmişdi, Məşədi də olmuşdu. Qurani-Kərimi əzbər bildiyi üçün cibində kiçik Quran gəzdirərdi. Allah adamı idi. Xorasanı ziyarət etməsinə o qədər sevinirdi ki...”

Evdə qəribə məşğuliyyətləri varmış. Dəmir-dümürlə məşğul olar, dadlı yeməklər bişirərmiş. Elə təkcə plovun 40 növünü hazırlayırmış: “Etiraf edirəm, əksər xörəkləri hazırlamağı mənə Əliağa öyrətmişdi. Qonaq-qaranı yaman çox sevərdi. Ona görə də evimizdən qonaq əskik olmazdı. Toylara tamada kimi getməyi xoşlamazdı. Sənətini təmiz saxlamağı, qorumağı bacarırdı. Pula ehtiyacı olduğu vaxtlarda da pul söhbəti etməyi xoşlamazdı”.

Ölümü də qəribə olub Əliağa Ağayevin. Daim insanlara gülüş bəxş etməyə alışan aktyor dünyasını da gülə-gülə dəyişib. Həmin gün sanki teatra "əlvida" deməyə gedib. İş yoldaşları ilə danışıb, xeyli zarafatlaşıb, gülüb. Sonra da bu gülüşü özüylə birgə "Qağayı" restoranına aparıb. Elə orada - dostlarının arasında, gülə-gülə ürəyi dayanıb.

Cəvahir xanım Əliağa Ağayevin sağlığında öz işindən ötrü kimsəyə minnətçi düşməyi xoşlamadığını, amma onun ölümündən sonra özünün qapılara minnətçi düşdüyünü söyləmişdi. Aktyorun yaşadığı binaya barelyefinin vurulmasından ötrü nə qədər qapılar döymüşdü. Yalnız 15 ildən sonra barelyefi divara vurulmuşdu.

Xeyirxah məsləhətçi

Əliağa Ağayevlə bir filmdə, bir səhnədə oynayan və hazırda çox az sayda qalan insanlar da onu təkcə böyük aktyor kimi yox, həm də səmimi insan kimi anırlar. Elə onların xatirələrinin izinə düşüb böyük aktyorun həyatının ayrı-ayrı səhifələrinə bələd olmaq olur.

В«Sehirli xalatВ» filmində pionerlərdən birinin rolunu oynayan Yusif Şeyxov hələ uşaq ikən Əliağa Ağayevlə eyni filmdə çəkildiyinə görə özünü xoşbəxt sayır: В«Rejissor Əlisəttar Atakişiyev “Sehrli xalat”da gözəl aktyor ansamblı yaratmışdı. Əliağa Ağayevin həmin filmdəki Xan obrazı onun kino bioqrafiyasında heç də Məşədi İbaddan geri qalmayan roldur”.

Yaradıcı heyətin peşəkarlığı idi ki, o film uzunömürlüdür. Bu günə qədər filmə baxılır. Filmin uzunömürlü olmasında və bu qədər sevilməsində rejissorla bərabər Əliağa Ağayevin də böyük xidməti varВ». Y.Şeyxov Əliağa Ağayevi xeyirxah insan kimi xatırlayır: В«O, balaca aktyorlara çox mehribanlıqla və xeyirxahlıqla yanaşırdı. Biz uşaq olsaq da, böyük aktyorlarla oynadığımızı başa düşürdük. Yadımdadır, illər ötəndən sonra bir dəfə küçədə bir yoldaşımla söhbət edirdim. Qəfildən kimsə gözümü arxadan qapatdı. Mən həmin adamın kimliyini tapmaq üçün bir-bir tanıdığım insanların adını sadalamağa başladım. Qarşımda duran dostum sonralar mənə heyrətdən gözlərinin böyüdüyünü deyirdi. Gözlərimi qapayanın Əliağa Ağayev olduğunu görüncə, o, çaşıb qalıb. Böyük aktyor mənimlə görüşdü, sənətlə bağlı xeyli məsləhətlərini verdi: В«Sən incəsənətlə məşğul ol. Bu sənətin sirlərinə yaxşı yiyələnВ» dedi.

В«Elə əsl Məşədi İbad budurВ»

Kinoşünas Aydın Kazımzadə Əliağa Ağayevi maraqlı aktyor kimi xatırlayır: В«Mənim nəslim Gənc Tamaşaçılar Teatrında tərbiyə alıb. O vaxt orta məktəbdə oxuyan uşaqlar mütləq bütün tamaşalara getməli idilər. Mən o zaman teatrda Əliağa Ağayevin bir sıra tamaşalarını görmüşəm. O, maraqlı bir aktyor kimi də yadımda qalıb. Ancaq onun oğlu Vaqiflə uşaqlıq dostu olmuşuq. Orta məktəbdə oxuyanda dərslərimizə birgə hazırlaşırdıq. O zaman onlar 44 saylı məktəbin yaxınlığında köhnə evlərdə yaşayırdılar. Mən onlara tez-tez gedib-gəlirdim. Çox vaxt onu evdə güzgü qabağında məşq edən görürdüm. O zaman onun hərəkətlərini başa düşmürdüm. Hətta, oğluna da bununla bağlı suallar verirdim. O da deyirdi ki, atam məşq edir. Sonra Əliağa Ağayevlə ünsiyyətimiz yarandı”.

A.Kazımzadə məktəb illərindən yadında qalan xatirəsini də danışır: “Uşaqlar orta məktəbdə dərslərini yaxşı oxumayanda müəllimlər onların valideynlərini məktəbə çağırırdılar. Vaqifə görə həmişə məktəbə atası gəlirdi. Təsəvvür edin, o qapını açıb В«İcazə olar?В»- deyə sinif otağına daxil olanda hamının üzünə gülüş qonurdu. O, arxa partaya keçib oturana qədər uşaqların gülüşünün qarşısını almaq olmurdu. O kişinin qəribə yerişi var idi. Üzünün mimikası da lap teatrda oynadığı rollar kimi olurdu. Ona görə teatrda güldüyümüz kimi dərsdə də gülürdük. Orta məktəbi bitirəndən sonra hamının yolları ayrıldı. Bir müddət keçəndən sonra mən kinoya gəldim. Yenidən Əliağa Ağayevlə görüşdük. O, hətta mənə bir fotosunu da bağışladı. Fotonun arxasında В«Qardaşım Aydına yadigar verirəmВ» sözləri yazılmışdı. Hərçənd mən onun oğlu ilə yaşıd idim, ancaq o, elə hesab elədi ki, mən ona qardaş kimiyəmВ». A.Kazımzadə Əliağa Ağayevin sənətini əvəzolunmaz adlandıraraq Azərbaycanda komediya janrının əsasını qoyan Kəblə Cahangir və Mirzəağa Əliyev kimi sənətkarların davamçısı hesab edir: “Nəsillər keçdikcə komediya janrının davamçıları bir-bir üzə çıxırdı. Sonradan Əliağa Ağayevi Akademik Dram Teatrına dəvət etdilər. O, В«AzdramaВ»da çox gözəl rollar yaradırdı. Onun televiziya tamaşaları da bənzərsiz idi. O, hətta elə filmlərdə çəkilmişdi ki, o filmlər o qədər nümayiş olunmayıb və yadda qalmayıb. Ancaq onun çox böyük işləri varВ».

A.Kazımzadə В«O olmasın, bu olsunВ» filminin tarixçəsi ilə bağlı maraqlı bir xatirə danışır: В«Demək olar ki, Məşədi İbad roluna Mirzə Babayev təsdiq olunmuşdu. Ancaq Əlisəttar Atakişiyev Gənc Tamaşaçılar Teatrında Əliağanı səhnədə görür və onu filmin sınaq çəkilişlərinə dəvət edir. Aktyorun qrimindən sonra В«Elə əsl Məşədi İbad budurВ» deyir. Əliağa Ağayev də Məşədi İbad kimi tarixə düşdü. Ümumiyyətlə, o, nə oynayıbsa, hamısı təkrarsızdır. O, obrazları oynamırdı, onlarla yaşayırdı. Onun ən böyük ustalığı odur ki, o rolların içərisində əriyirdi – Əliağa Ağayev yaddan çıxırdıВ».

A.Kazımzadə В«Məşədi İbadВ»ın 25 illiyi ilə əlaqədar Əliağa Ağayevin evində qonaq olduğunu xatırlayır: В«O, mənə çox maraqlı söhbətlər danışdı. Həm də öyrəndim ki, o, çox gözəl xörək bişirməyi bacarır. Müəyyən otları, ədviyyatları alır, qurudub saxlayırdı ki, xörək bişirərkən onlardan istifadə etsin. Bir də mənə şikayət etdi ki, В«AzdramaВ»da cavan aktyorlar əruz vəznini yaxşı bilmirlər. В«Mən də onlara deyirəm ki, əgər siz yaxşı aktyorsunuzsa, necə varsa, elə də deməlisiniz. Öyrədirəm, öyrənmək də istəmirlərВ». O böyük aktyor olduğu üçün sənəti də, sənətə yanaşmanı da həmişə yüksəkdə görmək istəyirdi”.

Mən özümü xoşbəxt sayıram

Xalq artisti İlham Namiq Kamal Əliağa Ağayevi Azərbaycan teatr və kinosunun ən böyük sütunlarından biri kimi dəyərləndirir: “O, bütün dövrlərdə – keçən əsrdə və irəlidə gələcək əsrlərdə də tamaşaçıların hafizəsində qalacaq. Onu teatrda canlı görən tamaşaçılar bir qədər yaşlı olarlar. Ancaq Əliağa Ağayevin yaratdığı obrazlar həmişə onların xətrindədir. O, Gənc Tamaşaçılar Teatrının yüksək səviyyəli aktyoru idi və həmişə əsas rolları oynayırdı. O zaman Rusiyadan dəvət olunan rejissor Tuqanovun hazırladığı tamaşalarda baş rollar ona həvalə olunurdu. Onun oynadığı rollar dillər əzbəri idiВ».

1962-ci ildə rejissor Tofiq Kazımov Əliağa Ağayevi Akademik Dram Teatra - Şıxəli Qurbanovun В«Əcəb işə düşdükВ» komediyasında baş rola dəvət edib. Bu rol aktyorun daha həmin teatrda çalışmasına səbəb olub. Bundan sonra aktyor teatrın repertuarında yer alan bütün tamaşalarda əsas rolların ifaçısına çevrilib: В«Mən özümü xoşbəxt sayıram ki, Əliağa Ağayev işləyən teatrda işləmişəm. Bir çox tamaşalarda Əliağa Ağayevlə tərəf-müqabil olmuşam. Qəribə də olsa hətta, bir neçə tamaşada onunla dublyor olmuşam. Ondan aktyor sənətinin xırdalıqlarını, texniki cəhətlərini öyrənmişəm. Eyni zamanda, Azərbaycan televiziyasının bir sıra proqramlarında – В«Yumoristik novellalarВ», В«Səhər görüşləriВ», Yeni il В«Mavi işıqВ»ı çəkilişlərində onunla birgə çəkilmişəm. Azərbaycanda Əliağa Ağayev istedadında aktyor bəlkə də olmayıb. Bir çox komik rollar oynayan sənətkarların istər görkəmdə, istər danışıqda, istərsə də onu təqlidlərində heç biri Əliağa Ağayev ola bilmədi, heç ola da bilməzlər. Çünki Əliağa Ağayev kimi təbii gülüş yaradan sənətkar çox nadir hallarda dünyaya gəlir. Onun yaratdığı obrazlar qalereyası həmişə tamaşaçıların gözü qarşısındadır”.

Bu il görkəmli aktyorun 100 illik yubileyi keçiriləcək. Martın 22-də dünyaya gəlib Əliağa Ağayev. Ölkə başçısının sərəncamı ilə qeyd olunacaq yubiley tədbirləri insanları yenidən böyük bir sənətin izinə salacaq, onlar üçün Azərbaycan teatr və kino sənətinin ən dəyərli səhifələrini vərəqləyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru