Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                 

KEÇMİŞ BAŞ NAZİR İNDİKİ HÖKUMƏTDƏN HEÇ NƏ GÖZLƏMİR
Tarix: 4-03-2013, 08:43 | Çap et
KEÇMİŞ BAŞ NAZİR İNDİKİ HÖKUMƏTDƏN HEÇ NƏ GÖZLƏMİR
"ƏNƏNƏVİ HESABAT OLACAQ"

2013-cü ilin ilk aylarında ölkəmizdə baş verən etiraz aksiyaları budəfəki prezident seçkilərinin əvvəlkilərdən fərqli olacağını göstərir. Beynəlxalq aləmin tutduğu mövqe, qlobal demokratikləşmə prosesinin başlanması da ciddi mübarizə mühitinin olacağından xəbər verir. Müxalifət ölkədəki narazılıqdan istifadə edib hakimiyyəti sıxışdırmağa çalışsa da, hakimiyyət əlindəki inzibati və maliyyə resurslarını, neft pulları hesabına görülən işləri, şişirdilmiş büdcəni əsas gətirib əleyhdarlarının qarşısına əks-arqumentlər qoyur. Bəs görəsən, ölkədəki mövcud ictimai-siyasi durum hansı tərəfin lehinədir?
"Reytinq"in bu və ya digər suallarını İctimai Palatanın Koordinasiya Şurasının üzvü, keçmiş baş nazir Pənah Hüseyn cavablandırır.
- Pənah bəy, hökumət seçki ilində Milli Məclis qarşısında hesabat verəcək. Nə gözləyirsiz?
- Mən hökumətin budəfəki hesabatından heç nə gözləmirəm. Bu da ənənəvi hesabatlardan biri olacaq.
- Ümumiyyətlə, hökumətin birillik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hökumətin fəaliyyətinə ayrıca qiymət vermək istəmirəm, bütövlükdə Azərbaycan iqtidarının fəaliyyətini mənfi qiymətləndirirəm. Müxalifət olaraq, rəsmi mövqeyimiz ondan ibarətdir ki, bu hakimiyyət dəyişməlidir. Bizim fikrimizcə, Azərbaycanda Konstitusiyaya zidd olaraq icra hakimiyyətinin avtoritar idarəçilik üsulu bərqərar olunub, qanunların aliliyi gözlənilmir, korrupsiya hökm sürür, insan hüququ və azadlıqları təmin olunmur. Buna görə də Azərbaycan iqtidarına münasibətimiz bəllidir. Hesab edirik ki, bu rejim hakimiyyətdən mümkün qədər tez getməlidir. Təbii ki, arzuolunan hakimiyyətin seçkilər yolu ilə dəyişməsidir. İctimai Palata demokratik qüvvələrin əsas mərkəzi kimi bu mövqedədir.
Bilirsiniz ki, İctimai Palata yarandığı gündən yeni parlament seçkilərinin keçirilməsi tələbini irəli sürmüşdü və bu istiqamətdə fəaliyyət göstərirdi. İndi isə cəmiyyət prezident seçkilərinə köklənib, artıq seçkilər yaxınlaşır. Bundan sonra da indiki dövlət başçısı İlham Əliyevə alternativ olan namizədin seçilməsinə çalışacağıq.
- Alternativ namizədlə bağlı hələlik müxalifət düşərgəsində vahid mövqe yoxdur. РЊecə düşünürsünüz, bu məsələdə ortaq məxrəcə gəlmək nə qədər vacibdir?
- Təbii ki, önəmli məsələdir. Amma xalq kimin namizədliyini qəbul edəcəksə, biz də onu dəstəkləyəcəyik. Seçki başlamasa da, artıq əksəriyyətin mövqeyi bəllidir, müəyyən qərarlar da var. Mən, Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini irəli sürdüyüm üçün, onu müdafiə edəcəyimi bildirmişəm və fəaliyyətimi də bu yöndə quracağam. Sözsüz ki, digər namizədlər də olacaq. Yəqin ki, seçki ərəfəsində hansı namizədin daha çox şanslı olması üçün ictimai rəydə ümumi fikrin formalaşması üçün imkanlar yaranacaq və bu zaman vəziyyət daha da aydınlaşacaq. Şəxsən mən hesab edirəm ki, əsas alternativ namizəd kimi ən çox şansı olan İsa Qəmbərdir. Ancaq proseslər nəticəsində başqa namizədlər də meydana çıxa və vəziyyət dəyişə bilər. Hazırda doğru seçki ilə bağlı müxtəlif mövqelər də mövcuddur. Seçkilərdə iştirak etməmək mövqeyində duranlar da var, bu da bir yanaşmadır.
- Sizcə, prezident seçkilərini boykot etmək məqbul variantdır?
- Hələlik ciddi siyasi təşkilatlardan heç bir qüvvə boykotla bağlı rəsmi qərar verməyib, bu barədə hər hansı bir rəsmi təklif də yoxdur. Seçkilərdə iştirak edəcəyini bildirən kifayət qədər samballı namizədlərin adı var. Məsələn, mən İsa Qəmbərin adını çəkdim. Eldar РЊamazovun da namizəd olacağı bildirilir. Hətta bu istiqamətdə hərəkat da yaranır. Eyni zamanda, Mirmahmud Mirəlioğlu da öz namizədliyini irəli sürüb. "REAL" hərəkatından İlqar Məmmədovun namizəd olacağı da bəyan edilib.
Bu gün mətbuatda rast gəldim, hətta ALDP sədri Fuad Əliyev də Rəsul Quliyevin ölkəyə qayıdıb seçkilərdə iştirak etməsinə şəraitin yaradılması ilə bağlı fikir səsləndirib. Belə bir fikrin səslənməsi onu göstərir ki, Rəsul Quliyev ölkəyə gələcəyi təqdirdə namizəd olacaq. Yəni, bu baxımdan deyirəm ki, hazırda ciddi qüvvələr arasında açıq boykot tərəfdarları yoxdur. Sadəcə, bu məsələlərin seçkilər ərəfəsində həll olunması mövqeyini ifadə edənlər var.
- Rəsul Quliyevin ölkəyə gələrək seçkilərə qatılmasını real sayırsınız?
- Hesab edirəm ki, ölkəyə gəlib-gəlməməsindən asılı olmayaraq, hər bir Azərbaycan Respublikası vətəndaşının Konstitusiyadakı istisnaları nəzərə almaqla, seçkilərdə iştirak etmək hüququ var. Buna görə də hər kəsin namizəd olmaq, seçilmək hüququna hörmətlə yanaşmaq lazımdır. Bu, Rəsul Quliyevə də aiddir.
- Pənah bəy, seçkidə iştirakla bağlı İctimai Palatada vahid mövqe yoxdur. Məsələn, Müsavat başqanının namizədliyi irəli sürülür, amma AXCP üzvləri bu addımın yanlış olduğunu bildirirlər...
- Ola bilsin ki, bu məsələ ilə bağlı AXCP-nin hansısa üzvünün subyektiv fikri var və bunu açıq şəkildə ifadə edir. Ancaq bütövlükdə İctimai Palatada iştirak edən AXCP üzvləri, o cümlədən AXCP sədri, həmin partiyanın rəsmi mövqeyini ifadə edən Əli Kərimli bu məsələyə münsibətini bildirib. Bu mövqe də ondan ibarətdir ki, indiki şəraitdə İctimai Palata üzvlərindən kiminsə namizədliyinin irəli sürülməsi qurumun ümumi mövqeyinə zidd deyil. Bu barədə müvafiq qərarlar da var. Mənə elə gəlir ki, mühüm olanı budur. Amma müxtəlif subyektiv fikirlər də ola bilər, buna da hörmətlə yanaşmaq lazımdır.
- Seçki məqamı gələndə AXCP-dən dəstək alınmasa, İctimai Palata vahid mövqeyə gələ bilməsə, necə olacaq?
- AXCP-nin öz namizədi də ola bilər. Prinsip etibarı ilə "İctimai Palatanın vahid namizədi olmalıdır",- məsələsi bizim nizamnaməmizdə qarşıya qoyulmayıb. Əlbəttə, mən arzu edərdim ki, İctimai Palata seçkiyə vahid namizədlə getsin. Amma bir daha təkrar edirəm, İctimai Palatanın vahid namizədlə seçkiyə getmək kimi öhdəliyi yoxdur. Ona görə də bu məsələdə kimisə suçlamaq doğru deyil.
- Bəs, müxalif düşərgənin seçkiyə bir neçə namizədlə getməsi səslərin parçalanmasına, nəticədə hakimiyyət qarşısında zəif duruma düşməsinə səbəb olmayacaq ki?
- Təcrübə göstərir ki, müxalifətdən olan bir namizəd əsas səsi alır. Azərbaycanda 2003-cü il prezident seçkiləri olub, o dövrdə Etibar Məmmədov kimi nüfuzlu şəxs də namizəd idi, hətta AXCP də onu müdafiə edirdi, amma səslərin böyük əksəriyyətini müxalifət düşərgəsində İsa Qəmbər aldı.
Bu yaxınlarda Ermənistanda seçkilər keçirildi, keçmiş baş nazir və bir neçə başqa müxalifət nümayəndəsi də namizəd idi, amma səslərin əksəriyyətini bir nəfər aldı. Ona görə də səslərin ciddi şəkildə parçalanmasını gözləmirəm.
- 2003-də qələbənin qorunması mümkün olmadı. 2013-də necə, qələbəni qazanıb onu qorumaq imkanları varmı?
- 2003 arxada qalıb, 2013 isə qarşıda duran dövrdür. Əlbəttə ki, 2003 təcrübəsi nəzərə alınacaq. Çalışmaq lazımdır ki, xalqın səs verəcəyi namizəd ölkənin prezidenti olsun. Əsas məsələ də odur ki, xalqın əleyhinə olaraq hakimiyyətin mənimsənilməsinə yol verilməsin. Bir dəfə buna cəhd edildi, uğursuzluqla nəticələndi. Hesab edirəm ki, 2013-cü ildə fərqli şərtlər var. İstər beynəlxalq mövqe, istərsə də daxili vəziyyətdə fərqliliklər mövcuddur. Ona görə də xalqın dəstəklədiyi namizədin qələbəsinin reallaşmasını mümkün sayıram.
- Ötən dövrlə hazırki dönəmi müqayisə etdikdə, narazı elektoratın müxalifətin namizədini dəstəkləmək imkanları artıb, yoxsa...
- Əvvəla onu qeyd edim ki, hazırda hakimiyyətdəki rejim tükənmə mərhələsinə çatıb. Bu cür idarəçilik üsulunun problemləri həll etmədiyini, əksinə, daha böyük problemlər yaratdığını cəmiyyətin geniş kütləsi, hətta iqtidarın daxilindəki müəyyən qruplar da anlayırlar. Eyni zamanda, dünyada başlayan anti-avtoritar inqilablar, sarsıntılar, böyük hadisələr bu cür rejimlərin mövcudluğunu ciddi bir anoxronizm halına salıb. Ona görə də çoxları belə bir rejimi qoruyub saxlamağın mümkün olmayacağı qənaətindədir. Bu mənada cəmiyyətdə belə bir əhval-ruhiyyənin yaranması çox mühümdür. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi qüvvələrində də keyfiyyətcə dəyişikliklər baş verib. Aparıcı rolun ənənəvi milli demokratik qüvvələrə məxsus olmasına baxmayaraq, gənclik hərəkatları yaranıb, vətəndaş cəmiyyətləri təşkilatlarının bu cür məsələlərdə rolu artıb, əvvəlki dövrdən fərqli olaraq, ölkədə yeni faktorlar, subyektlər meydana gəlib. Bu baxımdan, mən yuxarıda qeyd elədiyim fikrin doğru olması qənaətindəyəm.
- Bu ilin əvvəlində kifayət qədər səs-küylü hadisələr baş verdi və bunun ardınca həbslər oldu. Seçki yaxınlaşdıqca hakimiyyətin bu siyasətinin sərtləşəcəyi ehtimalı nə qədərdir?
- Mən, adətən bu cür ehtimalları, təhlilləri daha çox daxili müzakirələrdə işlədirəm. Ona görə də siz bunu politoloqlardan soruşun, qoy onlar şərh versinlər.
- Mən Sizin fikrinizi öyrənmək istəyirəm ki, seçki yaxınlaşdıqca hakimiyyət müxalifəti küncə sıxışdırmaq siyasətini gücləndirə bilərmi?
- Bir xalq deyimi var: Sirkə nə qədər tünd olsa, öz qabını çartladar. Hakimiyyət bu siyasətini nə qədər sərtləşdirəcəksə, özünə daha çox ziyan vuracaq.
- Hakimiyyət nümayəndələri iqtisadi inkişafdan danışır və buna görə də cəmiyyətdən dəstək alacaqlarını bildirirlər...
- Başqa nə deməlidirlər? Hamı bilir ki, onların iqtisadi artım, sosial-iqtisadi inkişafla bağlı dedikləri həqiqətə uyğun deyil. Ağlı başında olanlar, onların dediklərinə ciddi yanaşmır.
- 12 fevral iclasında ölkə başçısı məmurlara xəbərdarlıq etdi və bundan sonra bir sıra kadr dəyişiklikləri oldu. Bəziləri bunu islahata doğru addım kimi dəyərləndirir. Siz nə düşünürsünüz?
- Hansısa ciddi dəyişikliklərin aparılmasına inam azdır. Siz qeyd etdiyiniz iclasdan sonra baş verənləri qiymətləndirsək, bir neçə icra başçısının yerlərinin dəyişdirilməsindən başqa ciddi addım atılmadı. Əksinə, anti-islahat xarakterli addımlar atıldı. QHT-lərlə siyasi partiyaların fəaliyyətini məhdudlaşdıran, kütləvi aksiyaların keçirilməsini çətinləşdirən mürtəce qanun layihələri qəbul olundu. Son bir neçə ay ərzində həbslər həyata keçirilməyə başladı. Müxalifət partiyalarına, üzvlərinə qarşı açıq-aşkar fitnəkar repressiya tədbirləri həyata keçirilir. Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun həbsolunma təhlükəsi yaranıb. Yəni, bütün bunları ümumiləşdirsək, görərik ki, ölkədə nəinki islahatlar getmir, əksinə, hadisələr tərsinə cərəyan etməkdədir. Heç bundan sonra da hakimiyyətin hansısa islahata gedəcəyi gözlənilmir.
- Pənah bəy, hakimiyyətdaxili parçalanmanın, mərkəzdənqaçma prosesinin başlandığı və seçki yaxınlaşdıqca bunun daha qabarıq şəkildə üzə çıxacağı bildirilir. РЊecə düşünürsüz, 2013-də hakimiyyət monolitliyini qoruyub saxlaya biləcəkmi?
- Gəlin, porsesləri qabaqlamayaq. Hakimiyyət daxilində nələr baş verəcək, seçki yaxınlaşanda nələr olacaqsa, bunları birlikdə yaşayıb görərik.
- Bəs, İctimai Palatanın qarşıdakı dövr üçün planları nədir? РЊə zaman kütləvi aksiyalara başlamaq fikrindəsiniz?
- Seçkiyə yönəlik fəaliyyət davam edir, aksiyaların keçirilməsi də planlaşdırılır. Ayın 9-da İctimai Palatanın sessiyası olacaq və bu məsələlərlə bağlı müzakirələr aparılıb, qərar veriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru