İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                 

"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
Tarix: 28-02-2013, 09:42 | Çap et
"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
"ƏVƏZİNDƏ ÖZÜMƏ KARYERA QURUM"

Tanınmış teleaparıcı Elnarə Təhməzovanın Milli.Az-a müsahibəsi.

- Rejissorluq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, rejissor yox, məhz aparıcı oldunuz?

- Mən universitetdə oxuyarkən xalam məni Nərgiz Cəlilova ilə tanış etdi. O da mənə bu sahədə dəstək olacağını dedi. 2001-ci ildə “Space” telekanalında işə düzəldim. Bir müddət orada çalışdıqdan sonra “Lider” kanalının əməkdaşı oldum. Daha sonra dörd ay Türkiyənin “Kanal D” televiziyasında veriliş apardım. Bakıya qayıdandan sonra ANS telekanalından dəvət aldım və indiyə kimi də bu kanalın əməkdaşıyam. Mən əslində ixtisasım üzrə işləmək üçün televiziya kanallarına müraciət etmişdim, lakin məni aparıcılığa uyğun bildilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.

- Bildiyimə görə, seriallardan təklif almısınız. Razılaşmamağınızın səbəbi nə olub?

- Mənə olunan təklifləri dəyərləndirəndə həmişə atamdan məsləhət alıram. O mənim serialda çəkilməyimə razı olmadı. Onun sözündən çıxmadım.

- Bəs əlavə gəlir yeriniz var?

- Əlavə gəlirim tədbirlərdən olur. Apardığım tədbirlərin müqabilində məni qane edən məbləğdə qonorar alıram. El şənliklərinə aparıcı kimi çox dəvət alıram, ancaq getmirəm.

- Sevdiyiniz insan olub?

- Bəli, olub. Sevgi hissi mənə tanış bir hissdir. Qısqanclıq da həmçinin.

- Bəs niyə həmin insanla ailə həyatı qurmadınız?

- Mənim fikrimcə, təkcə sevmək kifayət etmir. Xasiyyətimiz tutmadı. Ona görə də yollarımızı ayırdıq.

- Romantik insansınız?

- Çox romantikəm. Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərədən çölə baxmaq mənə xüsusi zövq verir. Düşüncələrə dala-dala aforizmlər yazıram. Qismət olsa, həmin aforizmləri bir kitab şəklində çap etdirəcəm.

- Axırıncı dəfə qapınızı nə vaxt elçi döyüb?

- Mənə elçi düşənlərin sayı çox olub. İndi də var. Elə bir ay bundan öncə qohumlarımızdan biri anamdan söz yollamışdı. Mən oğlanı tanımırdım. Lakin qətiyyətlə “yox” dedim. Heç onunla görüşüb söhbətləşməyə də razı olmadım. Nəinki ona, indiyə qədər mənim üçün gələn bütün elçilərə tərəddüd etmədən, qəti bir şəkildə “yox” sözünü demişəm.

- Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir?

- Ümumiyyətlə, hələ ki, ailə qurmaq barədə fikirləşmirəm. Əslində hər bir qızın ağlında geyinəcəyi gəlinlik libası, toy mərasimi və s. mövzularda öz fikri, öz xəyalları olur. Amma inanın ki, mən bu şeylər haqqında heç bir zaman düşünməmişəm. Təsəvvürümdə nəsə canlandırmamışam. Mən ərə getmək, ana olmaq xatirinə ailə qurmaq istəmirəm. İstəmərəm ki, ailə həyatım tez dağılsın. Bilirsiniz, efirdə olan insanlar üçün bu əməlli-başlı problem olur. Həyatdır, evlilik alınmayanda deyirlər ki, filankəs elə-belə ailə qurmuşdu, boşanacağı məlum idi və s. Buna görə də mən bu məsələdə tələsmirəm. Hər şeyin incəliklərinə gedib dərin-dərin fikirləşirəm. Götür-qoy edirəm. Yenə də deyirəm, həyatın işini bilmək olmur. Ola bilər ki, ailə qurum və çox xoşbəxt olum. Ola bilər ki, müəyyən müddətdən sonra ayrılım. Ola bilər ki, səhv həyat yoldaşımda olsun, yaxud da əksinə, mən səhv edim.

- Ola bilər ki, heç ailə qurmayasınız?

- Niyə olmur? Ola bilər ki, ailə qurmayım və yalnız özümə karyera qurum. Bu hal istisna deyil. Amma indidən heç nə deyə bilmərəm.

- Ailə quracağınız insan efirlərdən uzaqlaşmağınızı tələb etsə, yerinə yetirəcəksiniz?

- İşimi çox sevirəm. Amma gələcəkdə ailə qurduğum insan məndən bunu istəsə, efirə çıxmamağa hazıram. Onunla bu məsələdə razılaşaram. Ən uzağı, kadrarxası bir işlə məşğul olaram.

- İçinizdəki bütün hissləri asanlıqla dilinizə gətirməyi bacarırsınız?

- Çox rahat bacarıram. Demək istədiyim sözü yerində və vaxtında deyirəm. Heç vaxt ürəyimdə heç nəyi saxlamıram. Çəkinmədən, qorxmadan fikirlərimi ifadə edə bilirəm.

- Gününüzün çox hissəsini nə barədə düşünməklə keçirirsiniz?

- Yalnız və yalnız istirahət, bir də ki, alış-veriş etmək barədə.

- Hazırda çəkiniz nə qədərdir?

- İndi 56 kiloqramam. Yeməyimə fikir verməklə və idmanla məşğul olmaqla çəkimin bir o qədər də artmasına imkan vermirəm. Belə desək, özüm-özümü tənzimləyirəm.

- Sərtliyiniz var?

- Bəzən olur. O da yerinə və zamanına baxır.

- Sizi çox vaxt qısa paltarlarda görürük. Bu özünüzə diqqət çəkmək üçündür, yoxsa?

- Xeyr, kiminsə diqqətini çəkmək üçün belə geyinmirəm. Əgər belə olsa idi, hər gün makiyaj edib, bəzənib-düzənərdim. Qısa paltarlar geyindiyimə görə evdə də məni qınayırlar. Ancaq mən düşünürəm ki, belə geyim tərzi mənə yaraşır.

- Plastik əməliyyatdan istifadə etmisinizmi?

- Bəli, burnumu plastik əməliyyat etdirmişəm. Əslində buna bir əsas yox idi. Məndə kompleks yaratmırdı, görünüşü də normal idi. Sadəcə olaraq dəyişiklik üçün etdim. Öz pulum var idi. Lotereya oynamışdım. Evdə anama deyəndə əvvəlcə narazılığını bildirdi. Lakin onu birtəhər razı salıb əməliyyata girdim. Bundan başqa dodağıma gel vurdurmuşdum. Ancaq sonra götürtdüm.

- Bədəninizin hansı yerindən narazısınız?

- Heç bir yerindən narazı deyiləm. Amma istərdim ki, boyum bir qədər də hündür olsun. O zaman modellik edərdim. Çox istərdim ki, model olum.

- Saçınızın rəngini neçə dəfə dəyişmisiniz?

- Hər həftə dəyişirəm. Ona görə də sayını itirmişəm (gülür).

- Dualarınızda ən çox nə istəyirsiniz?

- Ən çox özümə səbir diləyirəm. Düşünürəm ki, səbrim çox olsa, gördüyüm işlərin nəticəsi də yaxşı olar. Bir də hamı kimi mən də xoşbəxt olmaq, evimin xanımı və gözəl ana olmaq istəyirəm.

- Ev işlərini yaxşı bacarırsınız?

- Evdə təmizlik işlərində aktivəm. Məsələn, yaxşı paltar ütüləməyim var. Amma ütüləyəndən sonra paltarları yerbəyer etmək mənlik deyil. Çünki ərinirəm (gülür). O ki qaldı yemək bişirməyə, bacarıram, amma mən evə gələndə xörək artıq hazır olur. Mənim hazırlamağıma ehtiyac olmur. Ən uzağı, səhərlər özümə yumurta bişirirəm, vəssalam.

- Keçmişinizi bir film kimi təsəvvür edin. Həmin filmə baxanda məhz hansı “kadr”ın üstündə dayanardınız?

- Hansı məqamlarda ki qətiyyətlə “yox” sözünü deyə bilməmişəm, bax həmin “kadr”lara təkrar-təkrar baxardım. Buraxdığım səhvlərə nəzər yetirərdim. Çox vaxt deyirlər ki, dünyaya bir daha gəlsəydim, filan səhvi bir də təkrar etməzdim. Ancaq məncə, insan etdiyi səhvlərin nəticəsində kamilləşir. Öz eyiblərini görə-görə özünü islah edir. Mənim də lazım olan məqamlarda “yox” sözünü qəti bir şəkildə deyə bilməməyim mənim səhvlər etməyimə gəlib çıxarıb. Bu mənim eyiblərimdən biridir.

- İçinizdə bir sıxıntı var sanki. Bu nə ilə əlaqədardır?

- Bəli, içimdə bir sıxıntı var. Amma özüm də bilmirəm niyə. Zamanla keçib gedər, inşallah.

- Sirlərinizi kimlərlə bölüşürsünüz?

- İnanın, elə sirrim olur ki, anama deyirəm, bacım bilir, elə sirr olur ki, bacıma demirəm, anam bilir (gülür). Ümumiyyətlə, mən istəmirəm ki, mənim problemlərimi, sirrimi ətrafımdakı insanlar bilsinlər. Mənim göz yaşlarımı görsünlər. Atam çox vaxt Azərbaycanda olmur. Avropa ölkələrində olur. Amma onu görən kimi içimdəki sözləri ona rahatlıqla deyə bilirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru