Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                 

İCRA ORQANLARININ DAHA BİR KORRUPSİYASI
Tarix: 19-02-2013, 10:47 | Çap et
İCRA ORQANLARININ DAHA BİR KORRUPSİYASI
FERMERLƏRİN HAQQI YEYİLİR

Azərbaycan kənd təsərrüfatı ölkəsi hesab edilsə də hələ də bir sıra məhsulları xarici ölkələrdən idxal etmək məcburiyyətindədir. Baxmayaraq ki, rəsmi strukturlar dəfələrlə bəyan ediblər ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarındadır, ancaq ölkələrin inteqrasiyası mal mübadiləsini labüd edir. Bu baxımdan ölkədə kənd təsərrüfatinin inkişafı dövlətin prioritet sahələrindən hesab olunur. Dövlət isə kənd təsərrüfatı sahəsində özəl sektorun inkişafını daim diqqətdə saxlayır. Təkcə son müddət ərzində dövlət tərəfindən fermerlərə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna ödənilib. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycanda dünya bazarına çıxarılacaq ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulu istehsal edən kifayət qədər fermer təsərrüfatları mövcuddur. Məsələ orasındadır ki, bəzi üzdəniraq məmurlar fermerlərin sərbəst fəaliyyətinə süni məhdudiyyətlər yaradırlar. Öz məqsədlərinə müxtəlif yollarla nail olmaq cəhdində bulunan məmurlar hətta dövlət tərəfindən fermerlərə ayrılan subsidiyalara göz tikirlər. Vəziyyət o həddə çatıb ki, bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi özü “subsidiya əməliyyatı”na girişib. Adıçəkilən nazirlik yeni yaradılan iri fermer təsərrüfatlarına dəstək olmaq əvəzinə onlardan maksimum qoparmağa çalışır. Hansı ki, belə iri fermer təsərrüfatlarının yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sözün həqiqi mənasında töhvə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti belə fermer təsərrüfatları tərəfindən təmin edilir. Eyni zamanda, fermer təsərrüfatlarının inkişafı ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Belə bir şəraitdə məmurların fermerlərə ayrılan vəsaitə göz dikmələri qətiyyən başa düşülən deyil. Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda əsas diqqəti məhz bu məsələyə yönəltdi: “Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.

Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Göründüyü kimi məmurların fermerlərə ayrılan vəsaitin hansı səviyyədə və hansı yollarla məninsəmələri dövlət başçısına dəqiqliyi ilə bəllidir. Dövlət başçısınin mövcud problemləri açıqlığı ilə deməklə məmurlara üzlərini yığışdırmaları üçün bir mesaj kimi də qəbul etmək olar.



İqtisadçı alım Vüqar Bayramov bildirib ki, sahibkarların problemləri sırasında dövlət tərəfindən onlara verilən subsidiyaların bəzi hallarda ünvanına çatmaması, sahibkarlara ayrılan kreditlərdən səmərəli istifadə edilməməsi kimi nöqsanlar mövcuddur. Təkcə 2012-ci ildə sahibkarlara 218 milyon manatlıq kredit verilib, eyni zamanda, fermer təsərrüfatlarına subsidiyalar təklif olunub. Bu subsidiyalar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən əkin sahələrinə uyğun verilir. Belə ki, adi kənd təsərrüfatı məhsulu istehsal edən fermerə hər hektara görə 40 manat, buğda və taxıl məhsulları kimi strateji məhsullara görə isə 80 manat verilir.: “Təəssüf ki, bu subsidiyaların verilməsində ciddi problemlər var. Ötən il Azərbaycan fermerlərinə 60 milyon manata yaxın subsidiya ayrılıb. 2007-2012-ci illər ərzində fermerlərə ayrılan cubsidiyaların həcmi 400 milyon manata yaxındır. Göründüyü kimi burada söhbət kifayət qədər böyük məbləğdən söhbət gedir. Buna baxmayaraq, bəzi hallarda fermerlərin malik olduqları torpaq sahələrinin həcmi artıq göstərilir və dövlət büdcəsindən daha çox vəsait ayrılır. İcra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiya tərəfindən həmin vəsaitin bir qismi mənimsənilir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən fermerlərdən subsidiya kartları yığılır ki, guya hansısa dövlət əhəmiyyətli tədbir üçün istifadə ediləcək. Apardığımız monitorinqlər deməyə əsas verir ki, bəzi rayonlarda fermerlərə ayrılan cubsidiyalar bankomatlardan gecə saat 3-4 radələrində çıxarılır. İcra hakimiyyətləri yerli əhalidən qorunmaq mıəqsədilə pulu bankomatdan gecə saatlarında çıxarır. Bu isə onu göstərir ki, bəzi rayonlarda fermerlərə ayrılıb subsidiyalar ünvanına çatmır, məmurlar tərəfində mənimsənilir. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da göstərdi ki, belə fırıldaqlara əl atan məmurlar mövcuddur. Bütün bunlara baxmayaraq, hələ də subsidiyaların verilməsində problemlər qalmaqdadır”. Ekspert hesab edir ki, mövcud problemin aradan qaldırılması üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var: “İctimai nəzarətin gücləndirilməsi ona görə vacibdir ki, subsidiyaların verilməsindəki nöqsanları aradan qaldırmaq mümkün olsun. Həm də mətbuatın subsidiyaların verilməsinə müşahidə imkanları genişləndirilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru