İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

SEL CƏNUB RAYONLARINI DAĞITDI
Tarix: 21-09-2011, 16:08 | Çap et
SEL CƏNUB RAYONLARINI DAĞITDI

RƏSMİ DAİRƏLƏR SUSUR, XALQ ÖZÜ ƏNCAM ÇƏKİR

Leysan yağışları Astaranın Ərçivan, Rino, Lənkəranın isə Təngivan, Veravul kəndlərində dağıntılar törədib. Evlər su altında qalıb. Aramsız yağan yağışda yolumuz həmin kəndlərədir. Bakı-Astara yolunun sağ və solunda qazılan kanallardan su daşır. Əkin sahələrini də su basıb. Çaylar kükrəyir. Ərçivan kəndində, yolun kənarında duran bir neçə sakinə yaxınlaşırıq. Onlara jurnalist olduğumuzu deyirik. Kənd Sakini Habil Həmidov suyun altında qalan evini göstərib deyir:

В«KÖRPƏ UŞAĞIM EVDƏ QALIB, ONU ÇÖLƏ ÇIXARDA BİLMİRƏMВ»

В«Mən boğuluram. Mənim körpə uşağım evdə qalıb, onu çölə çıxarda bilmirəm. Toyuqdur, cücələrdir hamısı boğulub qalıb suyun içində. Sement qalıb orda. Ev tikməliyəm, əmlakım batıb. Nə icra hakimiyyəti var, nə bələdiyyə. Bunu görən yoxdur. Meyvə ağacları var, sement var. Mal-qaranı çıxartmışam çölə. Bununla ikinci dəfədir su məni tutur. Bələdiyyə məhəl qoymur. Kanallar təmizlənmir. Bələdiyyənin mənimlə nə düşmənçiliyi var ki, kanalı qazmır?В».

Sonradan eşitdik ki, xoşbəxtlikdən Habil Həmidovun ailəsində ölüm-itim olmayıb.

480 EV İŞIQSIZ QALIB

Yolumuz Lənkəran rayonun Tüləkivan kəndinədir. Tüləkivan kəndi dağ ətəyində, çökək yerdə, çayın kənarında, Lerik-Lənkəran yolunun üstündə yerləşir. Ora çatana qədər bir neçə kəndin ərazisindən keçdik. Hər yerdə selin fəsadlarını gördük.

Tüləkivan kəndində bizə dedilər ki, təhlükə aradan qalxıb. Su çəkilib. Həyətlərdən su boşalıb. Sel Lerik-Lənkəran yolunu dağıtdığından yarım gün bağlı qalıb. Bizə bildirdilər ki, çay kənarında yerləşən evlərin sahibləri evə qayıtmağa ehtiyat edirlər. Çayda suyun səviyyəsinin enməsini gözləyirlər. Dağ ərazisində yerləşən Güləhinə kəndinin yolu dağılıb, elektrik xətinə böyük ziyan dəyib. Bu kənddə yerləşən 480-dən çox ev işıqsız qalıb. Kəndə getmək mümkün olmadı. Bu ərazidə olan 10-dan çox irili-xırdalı körpünü su aparıb.

Dağdan geri qayıdırıq, Lənkəran rayonun Veravul kəndinə tələsirik. Bu kənd düzən yerdə yerləşdiyində ərazini su tez basır. Kəndin girəcəyində selin dağıtdığı hasar diqqətimizi cəlb etdi.

Kənd sakini, sahibkar Zakir Həsənov deyir ki, sel gecə saatlarında gəlib:

В«SU SOĞANI, KARTOFU APARDIВ»

В«Saat 10 olardı, kanal daşdı, asfaltın üstündən keçdi. Hasarı dağıtdı, unumuz qaldı suyun altında. Yağıntı olmayıb. Çay daşdı, bu hadisə baş verdiВ».

Evin sahibəsi deyir:

В«Evin altına su girdi. Birdən gördük. Onda gördük ki, su soğanı, kartofu, mərcini aparır. Müsəlmanıq, ruzi yığmışıq özümüzə. Heç cürə imkan olmadı. İstədik ki, körpələri götürək, imkan edib körpələri küçəyə çıxarda bilmədik. Kiçik gəlinimin atası köməyə gəldi, su onu yıxdı, qıçı sındı. İndi evdə yatırВ».

Evin xanımı deyir ki, uşaqları sel zamanı eşiyə çıxara bilməsələr də, uşaqlar ikinci mərtəbədə olduqlarından xoşbəxtlikdən sel onları aparmayıb.

Sel Veravul kəndin içi ilə hərəkət edib. Qarşısına çıxan gücü çatdığı nə varsa yıxıb, dağıdıb. Ağaclara, dəmir çəpərli hasarlara ilişib qalan ev əşyaları, kənd təsərrüfatı məhsulları gözə dəyir.

Mirzərza Mənsurov deyir ki, selin kəndin üstünə gəlməsinin əsas səbəbi su kanallarının vaxtında təmizlənməməsidir.

В«KANALLAR TƏMİZLƏNMİRВ»

В«Kanallar qazılmalıdır. Kanalları təmizləyən yoxdur, illərlə qalıb. Kol-kos basıb, su çəkmir. Sovet İttifaqı dövründə kanallar təmizlənərdi, vaxtlı vaxtında, indi baxan yoxdurВ».

Kəndin ortasından axan çayın səviyyəsi qalxıb. Həyətlərə axır. Kənd sakini Allahverdi Hüseynov deyir ki, həyətdə 60-70 santimetr su var idi. Çökək yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub:

В«3-4 dəqiqəyə su 70-80 santimetr qalxdı. Həyət su içində idi. İndi bir qədər çəkilib. Dağda yağış çox yağıb. Əvvəllər olub, lakin belə olmayıbВ».

Kəndin digər sakini Rafiq Babayev deyir:

В«TAXILIMIZ QALDI SU ALTINDAВ»

В«Ziyandır da, görürsünüz. Ot tayalarıdır, tövlələrdir. Ev çiy kərpicdəndir, uçulmaq təhlükəsi yaranıb, partlayıb hamısı. Ora da ziyan vurub. Hamısı ziyandır da. Özümüz qalmışıq belə. Oturmuşduq, gözlənilmədən dedilər çay daşır. Çıxdıq gördük asfaltı su basıb. Sürətlə su başladı qalxmağa. Haradasa 1 metrə, 1 metr 20 santimetrə qalxandan sonra məcbur olub ev-eşiyimizi tərk elədik. Getdik çıxdıq yola. Yolda xeyli qalandan sonra, gəldik mal-qaramızı çıxartdıq, toyuğumuzu-cücəmizi sel apardı. Nə qədər taxılımız var idi, qaldı su altındaВ».

Rafiq Babayevin qonşusu isə heç vaxt belə fəlakət görmədiyini deyir:

В«Su aparırdı adamı. Güc bəla ilə evimizi tərk edib getmişik. Ağacları sındırıb, dağıdıb. Bu gecə belə hadisə olub, heç kim indiyə kimi soruşmayıb. Hələ ki, heç kim maraqlanmayıb. Gəlib soruşan olmayıb ki, bala nə olub? Sel nəyə ziyan vurub? Kanallara baxan yoxdur. Təbii ki, onların da təsiri çoxdurВ».

В«UŞAQLARI ÇIXARTDIQВ»

Şəhid atası Ramiz Məhərrəmov həyətdə qəza vəziyyətindəki binanı göstərərək, onun oğluna məxsus olduğunu bildirir. Deyir ki, sel gələndə, uşaqlarını, mal-qaranı həyətdən çətinliklə çıxardıb:

В«Qalan bütün şeylər qaldı burda, məhv oldu. İndi uşaqları öz evimdə birtəhər yerləşdirmək istəyirəm. Mənim evimdə 3 ailə var. Malların da yerləri yoxdur. Mənim özümün də həyətdə nəyim var idi, su aparıb. Taxtaları aparıb, sementi məhv edibВ».

Həyətdə mişar daşından yeni bir evin bünövrəsi hörülüb. Onun yanına yığılan sement su içindədir. Ev sahibinin dediyinə görə, taxta materiallarını su aparıb. O evin divarında yeri qalmış suyun hündürlüyünü göstərir. Kənd sakinlərinin gözlərində hələ də qorxu vardı, sel qorxusu...

В«SU ÇƏKİLİB GEDƏCƏKВ»

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov əraziyə normadan çox yağıntının düşdüyünü deyir. O qeyd edir ki, leysan yağışı kəsiləndən sonra su çəkilib gedəcək.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev isə dağ ərazisində olduğunu və orada selin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər görüldüyünü bildirdi. Bu səbəbdən də suallarımıza cavab vermədi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru