Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                 

MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ
Tarix: 12-02-2013, 10:33 | Çap et
MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ

Təhsilimizdə “dərslik” xaosu davam edir...

“Hər gecə Pyotr Petroviçin yuxusuna kabus girir. Düz gecəyarı kabus qəbirdən çıxır və 5 km/saat sürətlə qəbiristanlıqdan Pyotr Petroviçin evinin yanına gəlir. O, 2 saat Pyotr Petroviçin pəncərəsinin altında uladıqdan sonra həmin sürətlə geri qayıdır və səhər saat 6-da öz qəbrinə çatır. Qəbiristanlıqdan Pyotr Petroviçin evinə qədər olan məsafəni tap”. Dəyərli oxucular, bu mistik mətn Qazaxıstanın “Keleşek-2030” nəşriyyatında çap edilmiş və müəllifi professor Lyudmila Qlazırina olan “Riyaziyyat-4” dərsliyindən götürülüb.
Xatırladıram ki, bu antipedaqoji məsələ 5 ay öncə bütün Qazaxıstanı silkələdi, cəmiyyətdə şok effekti yaratdı, gündəmi zəbt etdi. Valideynlərin və müəllimlərin piketlərindən və sürəkli tələblərindən sonra nəhayət ki, Qazaxıstan Elm və Təhsil Nazirliyi dərsliyin bütün tirajını ləğv etdi və onun məktəblərdə istifadəsinə yasaq qoydu...
Əslində elmi baxımdan yanaşdıqda burada heç bir xəta yoxdur, əksinə, maraqlı riyaziyyat məsələsidir. Amma onun dərsliyə salınması həm pedaqoji-psixoloji, həm şagirdlərin yaş və fizioloji xüsusiyyətləri, həm də ki, tərbiyəvi nöqteyi-nəzərdən heç cür qəbul edilə bilməz. Bu, Qazaxıstan dərsliyində olan bir naqislikdən doğan ajiotaj və onun nəticəsi!..
İndi gələk öz dərsliklərimizə. Bəs bizdə nələr baş verib? Dəhşətsaçan bir neçə fakta müraciət edək.
Müəlliflərindən biri Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı olan 5-ci və 6-cı sinif üçün “Azərbaycan dili” dərsliklərinə
“Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə”
kimi çoxlu sayda erotik materiallar daxil edildi. Bu adama güldən ağır bir söz deyən oldumu?!
Bir çox dərsliklərdə bayrağımız baş-ayaq, yaxud təhrif olunmuş şəkildə çap edildi. Buna görə kim cəzalandırıldı?!
“Russkiy yazık-2” dərsliyindəki bir xəritədə 22 şəhər və rayonumuzun adı saxtalaşdırıldı. Kimi isə sorğu-suala tutan oldumu?!
Mütəxəssislər həyəcan təbili çaldılar ki, “Həyat bilgisi-3” dərsliyində 40 standartdan 16-sı öz əksini tapmayıb. Təhsil Nazirliyində kiminsə tükü tərpəndimi?!
Sadaladıqlarım dərslik sahəsində baş verən cinayətlərin cüzi bir hissəsdir. Əslində onların say-hesabı yoxdur. Bu cinayətlərə görə kim cavab verməlidir? Cavab vermək nədir, indiyədək bu adamlar həqiqəti söyləyənlərə hədə-qorxu gəlməklə, haqlı fikirləri təhrif etməklə, onların üzərinə kölgə salmaqla məşğul olublar. Bildiyimiz kimi, bu gün TQDK-da dərsliklərin monitorinqi aparılır və vaxtaşırı bu haqda ictimaiyyətə məlumat verilir. Şəffaflıq olsun deyə, keçirilən seminarlar qurumun saytında canlı yayımlanır. Burada təhsil proqramlarına uyğunsuzluqdan, sistemsizlikdən tutmuş, dərsliklərin içərisindəki təkzibolunmaz elmi-metodiki, dil-üslub, dizayn xətalarınadək deyilənləri eşidəndə adam dəhşətə gəlir. Düşünürsən: görəsən, dünyanın hansısa ölkəsində bu cür rüsvayçı dərsliklər varmı?! Amma görün, bu rəzalətin qarşısında dərsliklərə məsul olan şəxs Faiq Şahbazlı usanmadan nə deyir: “TQDK-nın orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı apardığı araşdırmalardan sonra hansısa dərsliklərin tədrisdən tamamilə çıxarılması və ya yenidən çap olunması nəzərdə tutulmayıb...”. (Həftə içi, 08.02.2013-cü il tarixli sayı).
Dəyərli oxucular, diqqət etdinizmi?! Mən deyəndə ki, Şahbazlı məntiqini itirib, nə danışdığını bilmir, bəzi dostlarım inciyirdi. Bundan sonra onların sözü nə olacaq, indi deyəcəklər? Onun fikrindən belə çıxır ki, istənilən halda mövcud dərsliklər tədrisdən çıxarıla bilməz. Əgər nəticə Faiq Şahbazlı deyən kimi olacaqdısa, onda dövlət başçısının fərmanı əsasında aparılan monitorinqlərə nə ehtiyac vardı?! Görün Təhsil Nazirliyində özbaşınalıq nə həddə çatıb ki, xırda bir məmur özündən hökm çıxarır. Mətbuatın yazdığına görə, Şahbazlı TQDK-nın, demək olar ki, bütün seminarlarında iştirak edir və işin nə yerdə olduğunu hamıdan da yaxşı bilir. Amma di gəl, o, yenə də yaramaz dərsliklərdən əl çəkmək istəmir ki, istəmir. Hərənin çıxarı bir şeydən olduğu kimi, görünür, onun da çıxarı bu mitil nəsnələrdəndir. Mən də bilirəm ki, bu üzdəniraq dərsliklərin başına bir şey gəlsə, Şahbazlını rahatca oturduğu yerdə qoymayacaqlar. Bir sözlə, bu nəsnələri qorumaqla o, öz kürsüsünü qorumağa çalışır, fidan balalarımıza isə nə olur-olsun. Rəhmətlik Sabir demişkən:
“Təki mən salim olum,
Cümlə-cahan batsa da batsın!”.

Nadir İsrafilov, təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru