Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

ŞEYXİN QARDAŞI HANSI MƏMURLARI HƏDƏFƏ ALIB?
Tarix: 22-11-2011, 13:19 | Çap et
ŞEYXİN QARDAŞI HANSI MƏMURLARI HƏDƏFƏ ALIB?

“BƏZİ MƏMURLARIN APARDIĞI MƏNFİ SİYASƏTİ HAMIMIZ GÖRÜRÜK”

“BÖYÜK BİR HEYƏT ŞEYXİN BAŞÇILIĞI İLƏ ERMƏNİSTANA GEDƏCƏYİK”

Milli Məclisin üzvü Cavanşir Paşazadənin “Qafqazinfo”ya müsahibəsi

- 2011-ci ilin sonlarında ölkədəki hazırkı siyasi durumu necə xarakterizə edərdiniz?
- Bu gün Azərbaycan prezidentinin həyata keçirdiyi istər daxili, istərsə də xarici siyasət dünyada bəyənilir. Dünya dövlətlərinin əksəriyyəti Azərbaycanı tanıyır. Ölkədəki siyasi durumda başqa ölkələrlə müqayisədə qeyri-iradi bir şey görmürəm, hər şey müsbətdir. Təkcə bu ayın içində iki ölkənin prezidenti Azərbaycana səfərə gəlib. Maraqlı bir məqam var ki, son illərdə demək olar ki, hər ay hansısa ölkənin rəhbəri rəsmi Bakının dəvəti ilə ölkəmizdə olur, burada gedən inkişafı görür, bizimlə dost ölkəyə çevrilir.

- İlin əvvəlləri dünyada fərqli bir siyasi situasiya yarandı. Ərəb ölkələrində inqilablar başladı və bu ölkəmizdə də özünü müəyyən dərəcədə aksiyalarla göstərdi. Azərbaycanda ilin sonuna doğru vəziyyətin bu şəkildə nəticələnəcəyini gözləyirdiniz?
- Bilirsiniz ki, Amerika dünyada hegemonluğu öz əlinə alıb. Ərəb ölkələrində baş verən proseslərin arxasında da kimlərin dayandığını hər kəs yaxşı bilir. Bütün bu proseslərin baş verəcəyi çoxdan, - beş-on il bundan əvvəl bəlli idi. Siyasi müzakirələr əsasən daxildə gedirdi. Hesab edirəm ki, Şərqdə baş verənlərin Azərbaycana heç bir aidiyyatı yoxdur. Bu proseslər ölkəmizdə yaşanmayacaq. Çünki Azərbaycanda iqtisadiyyatın proqramlaşması yüz illərə hesablanıb. Prezidentin apardığı iqtisadi siyasətin hər kəs şahididir. Bu gün-sabah qəbul olunacaq büdcə layihəsində maaş, pensiyaların artımı, iş yerlərinin açılması məsələləri dinamik olaraq öz əksini tapıb. Cənab prezident də buna çox önəm verir. Dünyada gedən bu proseslər Azərbaycana təsir edə bilməz. Biz bundan daha əvvəl dünyada baş verən iqtisadi böranın şahidi olduq. Biri durub deyə bilər ki, Azərbaycanda iqtisadi böhran hiss elədimi? Yəni nə Şərqin üsyanları, nə də Qərbin böhranları bu iqtidara təsir edə bilməz. Hətta bu təsirin baş vermədiyini biz görürük, bütün dünya bunu şahididir.

- Maraqlıdır İlham Əliyev nə edir ki, Sizin dediyiniz kimi Şərqin üsyanından, Qərbin böhranından yaxa qurtara bilir?
- Bu gün İtaliya, Fransa, Yunanıstan və digər ölkələrdə baş verən böhranları hər kəs görür. Bu hadisələr tutaq ki, Suriyada baş verənlərdən heç də az təhlükəli deyil. Yəni dünyanın həm Qərbi, həm də Şərqi təlatüm içindədir. Dediyimiz kimi bu hadisələrin isə Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycan öz siyasətini özü həll edir. Ölkə müstəqildir. Dövlət başçısının iqtisadi proqramları bu günə, dünən, beş il sonraya yox, 50-100 il sonraya hesablanıb. Bu çox ciddi məqamdır. Hər il büdcə təsdiq olunduqdan sonra yenidən əlavələr edilir, prezident öz fondundan bölgələrə vəsaitlər ayırır. Bəzən büdcədə nəzərdə tutulmayan maaş artımları olur ki, prezident bu vəsaiti də öz fondundan ayırır. Biz, millət vəkilləri nə yol çəkən deyilik, nə də qaz verən. Ancaq 15-20 il əvvəldə olduğu kimi xalq öyrəşib ki, millət vəkili onun yolumu çəksin. Bunun üçün dövlət və onun qaydaları var. Bu gün hansısa deputat durub desin ki, Şamaxıda yol çəkilməsin, Lənkəranda çəkilsin belə şey baş tutmaz. Artıq hər şey proqrama uyğun şəkildə həyata keçirilir. Görürsünüz ki, prezident bütün bunları formalaşdırır. Bunlar proqramla gedir. Bu gün Cavid Qurbanov deputatdır deyə vəzifəsindən istifadə edib seçildiyi bütün yerlərə asfalt saldırmalıdır? Belə şey ola bilməz, heç olmur da. Prezident bütün bu vəsaitlərin ünvanına, hansı rayon ərazisində çəkilməli olduğuna, tarixinə kimi müəyyənləşdirir. Sonra da gedib hər şeyi yerində yoxlayır. Məsələn, mənim kəndimdə qaz yoxdur, amma bütün ətraf kəndlərdə var. Kiçik problemlər var, həll olunacaq. İndi mən durub qışqırım ki, mənim kəndimə qaz verin, qonşu kəndlər cəhənnəm? Yəni bir daha deyirəm ki, bu gün Azərbaycanda hər şey planla, qanun-qayda ilə həyata keçirilir.

- “Ərəb baharı” artıq Suriyanı bitirmək üzrədir. Növbədə İranın sonra isə Rusiyanın, hətta Azərbaycanın olduğunu deyənlər var. Nə düşünürsünüz bu barədə?
- Belə yol xəritəsini uzağı yaxşı görə bilməyənlər cıza bilər. Mən sizə bir iki faktla tarixdən misal gətirmək istəyirəm. Başqa cür müqayisə edək. İndiyə qədər Əfqanıstanda gedən proseslər, orada mövcud olan problemlərdən biri həll olunub? Əfqan xalqının həyatında hansı müsbət hadisə baş verib? Yaxud da İraqda baş verənlərin biri təqdir oluna bilərmi? İraqa Amerika hərbiçiləri girən dövrdə onlar oturub nərd oynayırdılar. Çox sevinirdilər, onları gül-çiçəklə qəbul edirdilər. Amma indi müqayisə etsək, bir iraqlı bu vəziyyətdən razıdırmı görəsən? Guya İraqda gedən proseslərin mənbəyi var idi. Kimyəvi silah məsələsi və sair. Bunlardan biri ortaya çıxdımı? Bütün dünyaya ABŞ-ın ora daxil olmaq üçün uydurduğu yalanlar bəlli oldu. Nəticə isə göz qabağındadır. İraqı hələ də düzəltmək mümkün deyil. Hanı Amerikanın İraqa, Əfqanıstana bəxş etdiyi xoşbəxtlik? Bu ölkələr xarabalığa çevrilmək üzrədir. İndi heç uzağa getmək. Son günlər Misirdə baş verənlər, insan qırğınlarına baxın. Artıq inqilab baş verən ölkələri anarxiya, xaos cənginə alıb. Yeri gəlmişkən, bizim politoloqlar, teleşərhçilər bu məqamı izah etsələr cəmiyyət üçün də hər şey aydın olar.

- Yəni deyirsiniz ki, həmin ölkələrə demokratiya əvəzinə, xaos bağışlandı...
- Bəli, bu da ona əsas verir ki, ətraf dövlətlərdən nə Azərbaycan, nə Rusiya, nə Gürcüstan, hətta Ermənistan xalqı belə o demokratiyaya inanmır. Əgər bir xalqın daxilində dövlətə qarşı-mən demirəm Azərbaycana qarşı- hər hansı bir narazılıq varsa onun həlli bu gün gedilən proseslərdə deyil. Onların apardıqları siyasətin, arxasında xarabalıqlar qoyduğu üçün başqa dövlətlərdə bu demokratiyaya olan inamı itdi. Artıq bu olmayacaq. Olsa da necə, əgər bu adam sırf öz gücünü göstərsə dünyada, əgər dünyanı özünə ayaqaltı etsə və əgər bu dövlətlərin xalqları buna razıdırsa razı olsunlar. Əgər demokratiya, problemlərin həlli lazımdırsa dünyada gedən proseslərlə bu həll oluna bilməz.

- Yəni Amerika Liviyaya demokratiya bağışlaya bilməz.
- İstər Liviya olsun, istərsə də başqa dövlət. Əgər bunu arxasında başqa dövlət dayanırsa orada nə həll oluna bilər? Nəyi həll olundu? Həmin dövlətin təbii sərvətinin oğurlandı və ABŞ dünyada neftin qiymətini öz əlinə aldı. Bu gün Fransa Amerikanın dalınca niyə düşüb? Çünki qorxur ki, ABŞ öz dollarını gücləndirəcək, avronun dəyəri düşəcək və Avropa İttifaqı dağılacaq. Sizcə niyə görə 6-7 ildir ki, Çexiya AB-nə daxil ola bilmir? Bunun üçün hansı şərtlər lazımdır? Pul vahidi, vergi siyasəti, qanunlar heç biri Çexiyada yoxdur. Bu yalandan qurulan bir təşkilatdır. Avropa özü də bilir ki bunun altından çıxa bilməyəcək. Ona görə də, Sarkozi də bir başqası da Ermənistanla başqa, Azərbaycanla başqa dildə danışır. Bunlar hamısı qurama işlərdir.

- Azərbaycan ictimaiyyətinin neçə faizi Sizin kimi düşünür?
- Bayaq dediyim kimi həmin dövlətlərdə gedən proseslərin analizi lazımdır xalq üçün. Analitiklər, siyasətçilər bu dövlətlərdə baş verənlər, diqqətdən kənarda qalan məsələlərlə bağlı fikirlərini deməlidirlər. Əfqanıstana sovet hökuməti 1977-ci ildə müharibə elan elədi. Daha sonra ABŞ başladı və 35-40 ildir ki, bu müharibə davam edir. Qara camaat televiziyaya da baxır, mətbuatla da maraqlanır. Məsələn, kəndə gedirsən adi kənd adamı, təsərrüfatla məşğul olan insanlar siyasətdən danışır, mübahisə edirlər, görürsən ki, adi kənd adamının da beynində belə şeylər var. Xalqa İraqda baş verənlərin sadə iraqlıya nə verdiyini izah etmək lazımdır. İstər müxalifət, istər iqtidar, istərsə də bitərəf olan azərbaycanlı vətəndaş o proseslərə sevinməməlidir. O proses onun ailəsinin, namusunun, qeyrətinin bitməsi deməkdir. O yola heç kim getməməlidir. Öz vətənini sayan biri varsa, o proseslərə qoşulmamalıdır.

- Hazırda Suriyadakı durumu necə qiymətləndirirsiz?
- Söhbət bir xalqın məhvindən gedirsə bunu necə qiymətləndirə bilərəm? Sonunu müsbət görmədiyim bir şeyə necə yaxşı deyə bilərəm? Tutaq ki, ekskovator gəldi və biz bu oturduğumuz binanı sökdük. Bunu etməyə nə var ki... Əgər bu dağıntını yığışdıran olmayacaqsa, bunun yerində yaxşı bir bina tikilməyəcəksə, park salınmayacaqsa, buradan gül ətri gəlməyəcəksə bu yeri niyə dağıtmalıyam? Bunu dağıtmaq özü düşmənçilikdir.

- Suriyadakı proseslərin bitməsinə nə qədər qalıb Sizcə?
- Çox az.

- Yəni hansı nəticə olacaq?
- Nəticə olacaq, Bəşər gedəcək. Artıq Suriyaya başqa dövlətdə rəhbər də hazırlanıb. Ancaq bunun sonu necə olacaq, Allahdan başqa heç kimə bəlli deyil. Dinindən, millətindən asılı olmayaraq heç kimsə, dövlətinə düşmən belə olsa, bu proseslərə girməməlidir. Bu dünyanı yandıran bir prosesdir.

- Sizcə Suriya ilə hər şey bitəcəkmi, yoxsa davamını İranda görəcəyik?
- Bu gün Amerikanın istəyi bütün dünyanı özünə qul etməkdir. Necə ki, Hitler bütün dünyanın alman xalqına qul olmasını istəyirdi. Ölkəmizə gələn qonaqları görürsünüz. Yəqin onların öz dillərində, ingiliscə danışanda necə ucadan, utanmadan qışqırdıqlarını görürsünüz. Biz isə öz dilimizdə utana-utana danışırıq. Artıq o xalq özünü bizə göstərmək istəyir. Demək istəyir ki, yeganə dil ingilis dilidir. Onların qəlbində böyük xalq iddiaları var. Bu “böyük xalqın” necə olduğunu 72 il Rusiyanın timsalında görmüşük. Bu keçməz, bizlik deyil. Əlbəttə, Amerika bu hadisələrin İranda da təsirlərinin olmasını istəyəcək. Ermənistana isə toxunmur. Onu pay kimi Rusiyaya saxlayıb. Bunlar böyük xalqlar arasında bölüşdürmə aparırlar.

- Maraqlıdır, bəs bizə münasibətləri necədir Sizcə?
- Bayaq qeyd etdim ki, Amerika öz niyyətini İranda da reallaşdırmaq istəyəcək. Lakin Liviyada baş verənləri İranda təkrarlaya bilməyəcək, çünki İran Liviya deyil. İran xalqı dörd böyük müharibə görüb, inqilab yaşayıb. İran xalqı bu müharibələrdə ayağını, qolunu qıçını, bədənin bir hissəsini itirib, ölkədə yüz minlərlə müharibə veteranı var. Onlar müharibədən çıxmış insanlara necə hörmət edildiyini görən xalqdır. Hələ 1979-cu ildən Amerikanın İrana böyük miqdarda borcu var. İran da öz borcunu istəyir. Amerika isə bu neft puluna görə yaranmış olan borcu ödəmir. Vəziyyət də bu konteksdə davam edir. Azərbaycanda hansısa olayın baş verməsinə gəlincə isə, bu suala artıq yuxarıda cavab vermişəm. Bir daha deyirəm ki, Azərbaycan heç bir ölkənin poliqonuna çevrilməyəcək, bu baş tutan iş deyil. Bütün dünya, o cümlədən Amerika Azərbaycanın sivil bir dövlət olduğunu, inkişaf mərhələlərini yaxşı görür, dünya ilə ayrı - Azərbaycanla ayrı dildə danışmağa məcburdurlar. Azərbaycan uzun illər Rusiyanın hegemonluğunu görüb. Nökər olmaq bəsdir. Bizim müstəqilliyimiz var, bizim dövlətimiz, konstitusiyamız, dövlət başçımız var. Bəzi məmurların müəyyən qədər apardığı mənfi siyasəti hamımız görürük. Bunlar da hissə-hissə düzəlməlidir. Prezident bununla bağlı dəfələrlə çıxış edib. Məmur xalqa xidmət etməlidir. Xalqın ayağından çəkməməli, özündən uzaqlaşdırmamalıdır. Bəzi hərəkətləri ilə xalqı prezidentindən bezdirməməlidir. Əgər bu çörəyi yeyirlərsə yesinlər, amma haramlıqla yox.

- Deyirsiniz ki, Amerika İrana ödəyə bilmədiyi borcun cığallığını eləyir?
- Əgər haqdan, demokratiyadan danışırsansa o zaman xalqın borcunu ver. Qaytara bilmirsənsə, yaxud istəmirsənsə qaytarmaq, həmin xalqın pulunu ona qarşı istifadə edəcəksənsə, bunu Allah da götürməz, xalq da götürməməlidir.

- 2013-cü il seçkiləri haqda nə deyə bilərsiniz?
- Bizim namizədimiz var, o da İlham Əliyevdir. O, iqtisadiyyatımızı, xalqımızı axıra kimi aparmalıdır. Bu onun vətəndaşlıq borcudur. İnşallah da mən bilirəm ki, bu olacaq.

- Düşünürsünüz ki, digər alternativ namizədlərin şansı azdır?
- Demokratiyadır, hər partiyanın namizədi ola bilər. Mən YAP nümayəndəsi olaraq və öz baxışımla nəzər yetirdikdə, seçkidə alternativ namizəd görmürəm. Əgər görmürəmsə, deməli, bizim buna ehtiyacımız var və biz xahiş etməliyik. Biz də bunu edəcəyik. Əlbəttə ki, demokratik yolnan.

- YAP 2013-cü il seçkiləri ilə bağlı hazırlıqlar başlamayıb ki?
- YAP-da “İndidən” məsələsi yoxdur. On beş il əvvəl plan necə idisə, indi də həmin plana uyğun işlər gedir. Bu ayıqlıq və sayıqlıqla YAP hələ çox prezident seçkilərində iştirak edəcək və qalib də gələcək. Mən bu arada 1993-cü ildən ölkədə iqtidarda olan YAP-ı növbəti ildönümü ərəfəsində təbrik edirəm. Bu partiyanın yaranması, inkişafı üçün azacıq zəhməti keçən hər kəsə minnətdarlıq düşür.

- Yaxın günlərdə Ermənistanda beynəlxalq dini konfrans olacaq. Şeyxin həmin konfransda iştirakı məsələsi nə yerdədir?
- Bilirsiniz ki, iki il əvvəl erməni katalikosu Azərbaycanda oldu. Ona ölkənin inkişafını öz gözləri ilə görmək imkan yaradıldı. Bu böyük bir siyasətdir. Onlar gəlmişdisə, Azərbaycanın şeyxi niyə getməməlidir? Niyə fikirləşsinlər ki, Azərbaycan nədənsə çəkindi. Noyabrın 28-də böyük bir heyəti Şeyxin başçılığı ilə Ermənistana gedəcəyik.

- Orada Təhlükəsizliyin qorunması üçün təminatlar verilibmi?
- Bəli. Əgər Azərbaycan bunu təmin etdisə, onların da borcudur bunu etsin. Şeyxin həmin konfransda çıxışı da nəzərdə tutulub. İnşallah atdığımız hər addım Azərbaycan naminə uğurlu olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru