Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                 

"SƏHƏR TEZDƏN HANSI NAZİR YUXUDAN TEZ OYANIRSA"....
Tarix: 1-02-2013, 12:10 | Çap et
"SƏHƏR TEZDƏN HANSI NAZİR YUXUDAN TEZ OYANIRSA"....
"ELƏ BİLİR ÖLKƏNİN SAHİBİ ODUR"


DİA.AZ olaraq Sabiq daxili işlər naziri İsgəndər Həmidovun AzNews.az-a müsahibəsini təqdim edirik:

- Ölkənin ümumi siyasi mənzərəsini necə xarakterizə edərdiniz?

- Ölkədə nə var ki, nədən də danışasan. Bu gün ölkədə pərakəndə müxalifət var. Ölkənin durumu belədir ki, səhər tezdən hansı nazir yuxudan tez durursa, elə bilir, ölkənin sahibi odur. Ölkədə xaotik bir vəziyyət və bundan çıxış yolu axtarmağa çalışan insanlar var.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Baxın görün, silsilə ölümlər haradan qaynaqlanır. Heç kimə sirr deyil ki, bütün bunlar Daxili İşlər Nazirliyinin şinelindən çıxır. Eynilə də silsiləli adam təqibləri məsələsində də bu qurumun adı hallanır. Əgər bu ölkə qanunlarla idarə olunursa, heç olmasa zahirən qanuna riayət olunsun. Ölkədə 99 faiz sosial problemlərdən əziyyət çəkən xalqla, yanaşı, 1 faiz harınlamış məmur ordusu var. Rayonlarda baş verən son proseslər, üsyanlar da bunun nəticəsidir. Bu inqilabları, üsyanları bu gün mənim, sabah dostlarımın üzərinə qoyacaqlar. Amma bütün bunlar xalqın təbii nifrətidir.

- 1992-ci ildə DİN-ə nazir təyin olunanda oranı “şeytan yuvası” adlandırmışdınız. Nəyə əsaslanırdınız?

- Oranı şeytan yuvası adlandırmağa haqqım vardı və nə dediyimi də bilirdim. Çünki məni “şeytan yuvası”na göndərmişdilər. 32 il orda işləyən şəxs kimi oranın nə demək olduğunu da yaxşı bilirdim. İndi həmin “şeytan yuvası” dönüb ilan yuvası olub, camaatı çalır.

- Bəs sizin nazir olduğunuz bir ildə “şeytan yuvası”nda nə dəyişdi?

- Ən azından, Azərbaycan polisinə məhəbbət yaranmışdı. DİN-də köklü islahatlara gəlincə, bütün istintaq təcridxanalarını ayırıb hamısını Ədliyyə Nazirliyinə verdik. Eyni zamanda da bütün islah əmək düşərgələrini ayırıb Ədliyyə Nazirliyinin tabeçiliyinə keçirdik, milisi polislə əvəzlədik, Bələdiyyə polisi yarandı. Bundan əlavə, ən uğurlu addımımız bütün istintaq idarələrinin birləşdirilərək Amerikada olduğu kimi Federal Büro tipli qurum yaratmaq idi. Milli Təhlükəsizlik, Daxili İşlər, Prokurorluqdan istintaqı ayırıb müstəqil idarə yaratmaq istəyirdik. Məqsədimiz Daxili İşlər Nazirliyini sırf cinayətkarlığa qarşı mübarizə idarəsi etmək idi. O dövrdə ən uğurlu nailiyyət Banditizm və Terrorizmə Qarşı İdarənin yaradılması oldu ki, biz bu məsələdə Amerikanı da qabaqlamışdıq. Bizim hakimiyyət dəyişdikdən sonra o idarənin adını dəyişib Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi qoydular və bir dənə də iqtisadiyyat şöbəsi yaradıb pul yığmağa başladılar.

- Azərbaycan müxalifətini bəzi dövlətlərin təsiri altına düşməkdə günahlandırırlar. Bu barədə nə deyə bilərsiz?

- Azərbaycan müxalifəti deyəndə siz kimi nəzərdə tutursunuz? “Cib müxalifəti” var, sağ, sol ciblər mövcuddur, sağ döşü əməni də, sol döşü əmənləri də görürük. İndi yerindən duran hamısı deyir mən müxalifətəm. Azərbaycan müxalifətində “ana müxalifət” varsa, deməli, “ata müxalifət” də olmalıdır. Ana müxalifət dediklərimiz səfirliklərlə əməkdaşlıq edirlər, özü də düz edirlər. Bir anlıq təsəvvür edin ki, özünü demokratik hesab edən dövlətlərlə əməkdaşlıq yoxdur. Onda görün nələr baş verə bilər. Biri var, ABŞ, Fransa, İngiltərəyə Azərbaycanın maraqlarını satasan, biri də var, sən onlarla söhbət aparırsan ki, mən də insan kimi yaşamaq istəyirəm, mənim də vətəndaşım insan kimi yaşamağa layiqlidir. Necə ki, Fransada söz sahibi olan gedib səs verir, səsinin sahibi olur və sən də onun səsi ilə hesablaşırsan, eləcə də mən Azərbaycanda bunu istəyirəm.

- Amma milli-mənəvi dəyərləri satanların olduğu da istisna deyil...

- Belələri bir deyil, yüzlərlədir. 10 milyona yaxın əhalisi olan Azərbaycanda 82 partiya var. Mən onu qəbul etmirəm ki, müxalifət mitinqə çıxır, iqtidarla üz-üzə durur. ABŞ səfiri də telefonu götürüb ona da deyir geri çəkil, buna da deyir geri çəkil, onlar da ona əməl edirlər. İki qardaşı niyə ABŞ səfiri bir-birilə barışdırmalıdır? Millətçilik nəzərindən yanaşanda mənim diktatorum Amerikanın demokrat prezidentindən yaxındır mənə.

- 20 faiz torpağımız işğal altındadır, ölkənin daxilində isə düşmənçilik atmosferi...

- Bu gün Azərbaycanın 57 faizi işğal altındadır. Dərbənd, İrəvan, Borçalı, Dağıstanı ala bilmirsən, bəs Dağlıq Qarabağın işğaldan azad olunmasına sözün nədir? Müdafiə naziri çıxıb deyir ki, lazım gəlsə Qarabağı azad edəcəyik. Deməli, lazım deyil də. “Lazım olsa” nə deməkdir, bu nə sözdür? Bu nazir, general sözü deyil. Müdafiə naziri, general deməlidir ki, gedirəm dağıdam, prezident isə deməlidir otur yerində. Bizdə 6 ay iqtidar deyir ki, torpağı müharibə yolu ilə azad edəcəyik, müxalifət deyir yox hələ danışıqlar yolu tükənməyib. 6 aydan sonra müxalifət müharibədən, iqtidar isə danışıqlardan danışır. Müharibə cəsarət istəyir, müharibə qan-qada, ölüm deməkdir. Amma müharibəsiz də mümkün deyil. Torpağın uğrunda ölməsən, o, sənin vətənin olmayacaq. Bu gün kürsü hesabına varlanmaq amili vətənpərvərlikdən də, hər şeydən də öndə gəlir.

- Necə düşünürsünüz, müharibə ehtimalı nə dərəcədə realdır?

- Yaxın illərdə Olimpiya, “Eurovision” və bu tipli şeylər gözləyin. Deməli, 2015 də belə getdi. “Eurovision”a iki milyard pul xərclədilər. Əgər ermənilərə bir milyard versəydilər, çoxdan Ağdam azad olunardı. Qarabağın azadlığına dörd milyard yarım pul lazımdır. Napaleondan soruşurlar ki, müharibə üçün nə lazımdır. Deyir ki, üç şey: üçü də pul.

- Ermənilərlə atəşkəs imzalamışıq, bəs daxildə gedən müharibədə “atəşkəs” nə zaman imzalanacaq?

- Kaş ki, Allah bizə içimizdə müharibənin başlandığı günü nəsib edəydi. İnsanın içərisində müharibənin başlaması şeytana qalib gəlmək olur. İçimizdə hələ yaltaqlıq, yarınmaq, əli pullulara yaxınlaşmaq, yalandan bəh-bəhlə yarış, kiməsə mesaj vermək gedir. Bu gün Azərbaycan müxalifətinin mübarizəsi bir-birinə qarşıdır. Əgər kimsə deyirsə ki, müxalifət birləşib iqtidara qarşı mübarizə aparır, inanmayın.

- Müharibə deyəndə mən də bunu nəzərdə tuturam…

- Mən nə müharibə, nə də vətəndaş müharibəsi çağırışları etmirəm. Amma vətəndaş müharibəsindən çıxan dövlət də, millət də güclü olur. Qarabağın azadlıq yolunu kimin necə gördüyünü müəyyənləşdirmək üçün 100 kişi və 100 qadın arasında sorğu keçirilib. 80 faiz kişi müharibə deyil, sülhün tərəfdarı olduğunu, 80 qadın isə “müharibə edib torpağı geri almalıyıq” deyib. Bu gün kişilər qadınların əlindən qeybəti, kiminsə arxasınca danışmağı da alıblar. Əvvəllər qeybəti qadınlara günah bilərdilər. Bu gün Azərbaycan kişisi qadının üzərində paltarı tutub “əyninə yaxşı olar” deyirsə, görün bu ölkə nə vəziyyətdədir. Görün, ölkədəki vəziyyət qadınla kişinin yerini necə dəyişib. Əgər bu gün kişi qadın paltarı satırsa, deməli, onun kişiliyi yoxdur.

- Bəlkə ona görə də Qarabağı almaq istəmirik?

- Biz Qarabağı almaq istəyirikmi, bu istiqamətdə hansısa təbliğat gedirmi? Səfər Əbiyevin rəhbərlik etdiyi nazirlik buna qadirdir? Hələ ki, televiziyalarımızda şou gedir, üzdəniraqlara, ayağı sürüşkən qadınlara xalq artisti adı verilir. Bütün bunların hamısı məqsədyönlüdür. Onları ona görə nümayiş etdirirlər ki, onların həyat tərzi nümunə seçilsin. Televiziyalar icazəsiz evlərimizə daxil olan silahdır. Bütün bunlar ona hesablanıb ki, heç gələcək nəsillər də Qarabağı almaq haqqında fikirləşməsin. Qarabağı almaq barədə hakimiyyət fikirləşməli, vətəndaşı da bu məsələdə özünə dayaq olmağa hazırlamalıdır. Başlarına kərpic vuranların televiziyalarda nümayiş etdirilməsi sizi çaşdırmasın. Onlar bizi döyməkdən ötəri hazırlanır. Kərpic vuranların müharibədə tülkü kimi qaçdıqlarını görmüşəm. Cəsarətlə qorxaqlığın arasında bir an var. Adam var ki, bir dəfə qorxaqlıqdan keçib cəsarətin əsirinə çevrilir. Adam da var bu sərhədi adlaya bilmir.

- Çoxları bu il hansısa dəyişikliyin olacağını iddia edir. Siz necə düşünürsünüz?

- Mən falabaxan deyiləm, reallığa, həqiqətə, praktiki əmələ inanıram. Ona görə də hesab edirəm ki, bu il mübarizə, təşkilatlanma ilidir. Biz təşkilatlanmasaq da xalq özü bizi təşkilatlandıracaq. Kimsə sinəsinə döyüb 1988-ci ildə mitinqləri təşkil etdiyini iddia edirsə, inanmayın. Kamran Bağırov Moskvadan zəng vurub dedi ki, Qarabağı ermənilərə verirlər. Bunu eşidən xalq ortaya çıxaraq, bizdən dövlətin müstəqilliyini, demokratiyanı, Qarabağın azadlığını tələb etdi. Xalq zamanı çatanda liderini seçib qabağa verəcək.

- Xalq indi yeni liderləri ortaya çıxaracaq, yoxsa, yenə əvvəlki simalar öndə olacaq?

- Allah eləsin ki, xalq yeni-yeni liderləri ortaya çıxarsın. Kim yeni liderlərin ortaya çıxmasından qorxursa, deməli, o heç Azərbaycan xalqını, dövlətini də istəmir. Allah eləsin bu millətin içərisindən 7 milyon lider çıxsın. Lider axtarmaq lazım deyil, xalqı lider etmək lazımdır. Türkiyədə xalq lider oldu, savaşa qatıldı, Atatürkü ortaya çıxardı. Ənvər Paşanın hörməti Atatürkdən on dəfə artıq idi, amma xalq mübarizəyə qalxanda Atatürk kimi bir lider üzə çıxdı. Onun yanındakılar heç də ondan geri qalan deyildilər.

- Müxalifət rayonlara səfərlərini hakimiyyətin əngəllədiyini iddia edir. Maneənin qarşısını almaq üçün liderlərin rayonlara birgə səfər etməsi mümkündürmü?

- Nə vaxt ki, müxalifət “mən”i bizlə əvəz edəcək, onda siz dediyiniz olacaq. Bu gün həmin “mən” sözü insanları birləşməyə qoymur. Bu gün biz hamıya ləkə ata-ata gedirik. Bu gün Azərbaycanda İslam dünyasına ləkə gətirənə “lider” deyirlər, Rusiya KQB-sinin agenti olanın prezidentliyə namizədliyini verirlər. Onlar bizim günahımızdır, biz arxivləri açsaydıq indi onların səsi çıxmazdı. Əfsuslar ki, açmadıq, çünki özümüzdən də 5-6 nəfər orda idi.

- “Ziyalılar Forumu”na və onların fəaliyyətinə münasibətinizi bilmək maraqlı olardı…

- Əvvəla, gəlin bu ifadəni aydınlaşdıraq. Mənim anlayışıma görə ziyalı xalqa zireh olmalı, ona dəyən zərbəni ilk əvvəl qarşılamalıdır. Əfsuslar olsun ki, Azərbaycanda ziyanlı ziyalıdan çoxdur. “Ziyalılar Forumu”nda böyük hörmətim olan adamlar da var. Əgər bu gün yüz nəfər gedib Əli Kərimlinin evinin qarşısında onun ailəsini fitə basırsa, İsa Qəmrərin Lənkəran səfəri əngəllənirsə və buna ziyalı susursa, mən onları ziyanlı sayıram. Ən azı ziyalı gedib onlara etiraz etməlidir. “Ziyalılar Forumu” toplaşır, müzakirələr aparırlar, Allah işlərinə xeyir versin. Ayrı-ayrılıqda şəxsiyyətlərin üzərində dayanmaq istəmirəm. Amma bir insan ki, 6 il Heydər Əliyevin katibi olub, biri “Basmaçılar Hərəkatı” rəhbərinin arvadını aparıb rusa baş arvad seçibsə, biri 5 il hakimiyyəti tərifləyib, əlindən obyekti alınandan sonra birdən birə bu qədər eybəcərliyi görürsə, biri Yazıçılar İttifaqına sədr seçilə bilmədiyi üçün müxalifətə keçirsə, mən belələrinə inanmıram. Mən ziyalının içərisindən gələn yanğısına inanıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru