Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

ƏLİ ƏHMƏDOVDAN ELDAR NAMAZOVA...
Tarix: 24-01-2013, 10:46 | Çap et
ƏLİ ƏHMƏDOVDAN ELDAR NAMAZOVA...
OLDUQCA SƏRT İFADƏLƏR

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi.

- Bu il Azərbaycanda seçkilər ilidir. Hakim partiya seçkilərə necə hazırlaşır?

- Hər seçkinin taleyi ötən illər ərzində hakimiyyətin apardığı siyasət, bu siyasətin insanlar tərəfindən dəyərləndirilməsindən asılıdır. Azərbaycanda son prezident seçkilərindən sonra İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən müsbət qiymətləndirilir. Belə bir dəyərləndirmənin çox ciddi əsasları var. Çünki son seçkilərdən keçən müddət ərzində Azərbaycan iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə inkişaf edib. İqtisadi inkişafın bazası əsasında Azərbaycanda sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılıb. Bura həm pensiyaların, maaşların artırılması, digər sosial xarakterli tədbirlərin keçirilməsi, həm də Azərbaycanın infrastrukturunun təkmilləşdirilməsi sahəsində böyük layihələrin gerçəkləşdirilməsi daxildir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi də bu baza əsasında formalaşıb. Hesab edirəm Azərbaycanın beynəlxalq aləmdə güclənməsi hər bir azərbaycanlının milli qurur hissi və arzusudur. Bir sözlə son beş ildə azərbaycanlıların həyatı əhəmiyyətli dərəcədə dəyişib. YAP öz seçki kampaniyasını bu amillərə əsaslanaraq müəyyənləşdirəcək. Hesab edirəm bu, qarşıdan gələn seçki kampaniyamızın fəal keçəcəyinə və seçkiləriin nəticələrinin YAP-ın gözləntilərinə uyğun olacağına inamımızı artırır.

- Seçkilər ili əvvəlki illərə nisbətdə kifayət qədər qaynar hadisələr ilə başlayıb. Müxtəlif narazılıqlar səslənir, bəyanatlar verilir. Nə baş verir?

- Sadəcə olaraq seçki öncəsi proseslər baş verməkdədir. 2003-cü və 2008-ci ildə də təxminən eyni proseslər baş verirdi. İstənilən ölkədə olduğu kimi Azərbaycanda da seçkilər öncəsi ictimai-siyasi qabarmalar baş verir. Bu qabarmalar fonunda ayrı-ayrı qruplar fəallıq göstərirlər. Biz bunu beş il əvvəl də müşahidə etmişik, beş il sonra da müşahidə edəcəyik... Bu qabarmalardan istifadə edərək müxtəlif proqnoz, bəyanat verənlərə cavab olaraq demək istəyirəm ki, vətəndaşlar yaxın perspektiv üçün Azərbaycanın taleyini bu gün həyata keçirilən siyasətlə bağlayırlar. Azərbaycan çox həssas bir bölgədə yerləşir. Yaşadığımız regionda çoxlu beynəlxalq qüvvələrin maraqları toqquşur. Bunun da müxtəlif təzahürlərini görməmək mümkün deyil. Ona görə də vətəndaşlar Azərbaycandakı siyasi gücdən - hakimiyyətdən həm sosial problemlərinin həll olunmasını, həm də sabitliyin, əmin-amanlığın qorunmasını gözləyirlər. Bu baxımdan vətəndaşlar yaşadığımız bölgənin həssas xüsusiyyətlərindən irəli gələn siyasi mövqelərini ortaya qoymalıdırlar. İndiki zamanda sabitlik, təhlükəsizlik, əmin-amanlıq xüsusi əhəmiyyət kəsb edir. Dünyada baş verən hadisələri Azərbaycan vətəndaşları çox diqqətlə izləyirlər. Həmin hadisələrin baş verdiyi ölkələr, oranın xalqları üçün nə qədər faciə ilə nəticələndiyini də görürlər. Bu hadisələrin baş verdiyi ölkələr Azərbaycandan o qədər də uzaqda deyil. Liviyada, Suriyada baş verən hadisələr və sair bu gün Azərbaycan vətəndaşının seçiminin əsasında dayanan çox ciddi məqamlardır. Sabah Azərbaycanda əmin-amanlığı təmin edəcək başqa kim var? Kim sabah hər bir Azərbaycan vətəndaşının təhlükəsiz həyat sürməsi üçün ağıllı siyasət yeridə biləcək? Kim sabah Azərbaycanı təlatümlərdən, dağıntılardan, faciələrdən və şəxsi fəlakətlərdən qoruya biləcək? Hansı qüvvə var? Biz bu gün lokal səviyyədə, qruplar səviyyəsində başa düşülən tələblərdən çıxış edib bütövlükdə Azərbaycanın, hər bir vətəndaşın mənafeyi baxımından daha uğurlu gələcəyə apara bilən xətdən sapa bilərik. Sabitlik, dinclik olmasa, nə insanların həyatını yaxşılaşdırmaq, nə də pensiyaları, maaşları artırmaq mümkündür. Bunlar haqqında düşünməyə belə imkan olmayacaq. Ona görə də seçkilərə hazırlaşan hər bir azərbaycanlı bütün bunları analiz eləməlidir. Fikirləşməlidir ki, son beş il necə oldu. Ola bilər pensiya və maaşı istədiyi qədər artmadı, əvəzində əmin-amanlığı var, özünün, ailəsinin həyatı üçün hər hansı təhlükə yoxdur. Növbəti beş il üçün də vətəndaş bunu nəzərə almalıdır. Əlbəttə çalışacağıq ki, pensiya və maaşlar daha da çox artsın. Amma sabitlik, əmin-amanlıq olmasa, bütün bunlara nail olmaq mümkün olmaz. Liviyada, Suriyada az müddət əvvəl rahat yaşayan insanlar indi evlərindən didərgin düşüblər, sakit bir şəhər indi xarabazara çevrilib, insanlar kütləvi şəkildə qırılır və sair. On il sonra belə həmin ölkələrdə indi baş verənlərin yarası sağalmayacaq. Bizim insanlarımız bunları görürlər. Belə olan halda insan nə qədər ağlını itirməlidir ki, sakit həyatını elə təhlükələrə dəyişsin? İndi seçki yaxınlaşdıqca, nə baş versə də, vətəndaş düşünməlidir ki ona sakit və firavan həyatı kim verə bilər? İlham Əliyev bunu edib və 10 il ərzində bunu sübut etdi. Mən bunu YAP sədrinin müavini kimi demirəm, bir vətəndaş kimi deyirəm ki, bunun üçün yeganə namizəd İlham Əliyevdir. Başqa kim var, kim bu işin altına girə bilər?

- Müxalifət düşərgəsində hakim partiyanın öz namizədini rəsmən bəyan etməməsi barədə bəyanatlar səsləndirilir. Bu bəyanatlar nə dərəcədə əsaslıdır?

- Onların səsləndirdiyi bu fikirləri mən çox primitiv hesab edirəm. Ona görə ki, ən azı Azərbaycanda seçki kampaniyasına start verilməyib. Ölkə qanunvericiliyinə görə seçki kampaniyası seçkilərin keçirilməsinə iki ay qalmış başlayır. Namizədin rəsmi şəkildə irəli sürülməsi də o dövrdə başlayır. O ki qaldı YAP-ın qarşıdan gələn prezident seçkilərində namizədi ilə bağlı rəsmi mövqeyinə, bu barədə dəfələrlə ən aydın şəkildə münasibətlər bildirilib. Cəmiyyətdə və partiyamızda qarşıdan gələn seçkilərdə namizədlə bağlı fərqli mövqe yoxdur. YAP-ın 600 min üzvünün hər biri üçün qarşıdan gələn prezident seçkilərində yeganə namizəd İlham Əliyevdir. Amma bizim düşüncəmiz ondan ibarətdir ki, YAP-ın namizədi eyni zamanda Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin qəbul etdiyi namizəddir. Bu mənada hesab edirəm ki qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının böyük hissəsi İlham Əliyevi seçəcək. Müxalifət düşərgəsindən isə bəzi adamlar tərəfindən bununla bağlı bəyanatların səsləndirilməsi onların siyasi səriştəsizliyindən xəbər verir.

- Partiyanın qurultayı nə vaxta planlaşdırılır?

- Partiya qarşıdan gələn seçkilərlə bağlı öz namizədini və platformasını rəsmən müəyyənləşdirmək üçün qurultay keçirəcək. Biz hər dəfə olduğu kimi prezident seçkiləri ərəfəsində qurultay keçiririk. Seçkilər oktyabr ayında keçirildiyi üçün növbəti qurultay avqust ayına gözlənilir. Bu qurultayda biz rəsmən İlham Əliyevin namizədliyini irəli sürəcəyik.

- Belə bir təklif var ki, YAP ətrafında onun namizədini dəstəkləmək üçün iqtidaryönlü partiyalardan ibarət koalisiya yaradılsın...

- Ümumiyyətlə Azərbaycanda elektorat formalaşıb və bizim üçün Azərbaycanın müasir elektoratı gün kimi aydındır. Bu da ondan ibarətdir ki, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləyir. O ki qaldı siyasi qüvvələr tərəfindən İlham Əliyevin namizədliyinin dəstəklənməsinə, hesab edirəm ki, YAP-ın alternativi yoxdur. Digər siyasi qüvvələrin İlham Əliyevin namizədliyini dəstəkləməsi də yeni hadisə deyil. Ötən seçkilərdə də onlar İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Düşünürəm ki, bu il də istisna olmayacaq və həmin qüvvələrin də yenidən mövqelərini ifadə etmək imkanı var. Amma hər hansı koalisiyanın yaranması praktikası əsas etibarı ilə müxalifət düşərgəsində müşahidə olunur. Hamıya da məlumdur ki, onlar koalisiya yaratmaqda uğurlardan çox uğursuzluqlarla üzləşirlər. Yəni bu gün yaranan koalisiya sabah parçalanır. Buna baxmayaraq YAP Azərbaycan cəmiyyətində olan sağlam qüvvələrin İlham Əliyevin namizədliyini dəstəkləməsini alqışlayır. Onlar prezidenti dəstəkləməklə ona olan münasibətin ayrı-ayrı aspektlərini ifadə etmiş olurlar.

- YAP ətrafında belə koalisiyalar gələcəkdə hakimiyyətdə də həmin partiyaların iştirakı ilə koalision hökumət yaradılmasını ortaya çıxara bilərmi?

- Azərbaycanda hazırda belə bir addımın atılması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan cəmiyyətində bunu reallaşdıracaq siyasi mənzərə yoxdur. Azərbaycanda güclü hakimiyyət var ki, bu hakimiyyət təkbaşına hökuməti formalaşdırmaq iqtidarına malikdir. Bu indiyə qədər belə olub və hesab edirəm ki, bu ilki seçki kampaniyasının nəticələri də heç bir sürpriz gətirməyəcək. Azərbaycanda koalision hökumətin yaranması üçün hər hansı bir əsas yoxdur. Ölkədə istər müxalifət tərəfindən, istərsə də hakimiyyəti dəstəkləyən siyasi qüvvələr tərəfindən YAP-a, hazırkı iqtidara hər hansı bir ciddi təsir göstərmək imkanlarına malik qüvvə yoxdur. Belə olan halda koalision hökumət Azərbaycanın siyasi reallıqlarına uyğun gəlmir. Seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı prezidentin atacağı addımlara gəldikdə isə bu, yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq ona verilmiş səlahiyyətdən ibarət olacaq. Seçkilərdən sonra Prezident öz nazirlərini istər YAP kadrlarından, istərsə də YAP-a üzv olmayan kadrlardan seçə bilər. Konstitusiyasının verdiyi imkanlar əsasında prezident bu məsələdə tamamilə sərbəstdir.

- Belə bir məlumat yayılıb ki, prezident seçkiləri ilə bağlı Prezident Administrasiyasının təmsilçisinin iştirakı ilə iqtidaryönlü partiyaların toplantısı keçirilib. Bu barədə məlumatınız varmı?

- Tamamilə həqiqətə uyğun olmayan bir iddiadır...

- Seçkilərlə bağlı Ziyalılar Forumunun da iştirakı ilə yeni EL hərəkatı yaranıb. Bundan başqa Ziyalılar Forumun üzvü, prezidentliyə namizəd olacağı gözlənilən Eldar Namazov mətbuata açıqlamasında seçkilərlə bağlı yeni Milli Şura yaradılacağını və əsrin əvvəlində olduğu kimi ziyalıların dəstəyi ilə Azərbaycanın siyasi hakimiyyətində ciddi dəyişiklərə imza atılacağını deyib...

- EL hərəkatı haqqında kimlərinsə onun haqqında hansı bir təəssürat yaratmasından asılı olmayaraq bu hərəkatın necə olacağını zaman göstərəcək. Şəxsən mənim bu haqda düşüncələrim ondan ibarətdir ki, istənilən hərəkata istənilən adı qoymaq olar, amma hərəkat adını necə doğruldacaq, bunu zaman göstərəcək. Əslində Azərbaycan cəmiyyətinin elektoral formalaşması ondan ibarətdir ki, cəmiyyətin əsas hissəsi İlham Əliyev hakimiyyətini dəstəkləyir. Belə olan halda hər hansı hərəkatın meydana gəlməsi üçün Azərbaycanda real sosial baza mövcud deyil. İnsanlar nə isə arzu edə bilərlər, bunu onlara qadağan etmək də mümkün deyil. O cümlədən Eldar Namazov da çox şeyləri arzu edə bilər. O çox şeyləri də öz xəyallarında yarada bilər. Amma nə isə xəyal etmək o xəyalların həqiqət olacağı anlamına gəlmir. Azərbaycanın həqiqətləri EL hərəkatını yaradanların düşüncələrinə və istəklərinə uyğun deyil. O hərəkatı yaradanların istəkləri ilə reallıq arasında çox böyük fərq var. Ona görə də EL hərəkatının yaradılması ilə bağlı verilən bəyanatlar bizi azacıq da olsa narahat etmir. Azərbaycan cəmiyyətində bütün ictimai-siyasi prosesləri, bütövlükdə insanların ovqatını biz də yaxından izləyirik. Biz nə kosmosdan gəlmişik, nə də kosmosda yaşamırıq, biz də bu cəmiyyətin içərisində yaşayırıq. Biz də cəmiyyətin nəbzini duyan adamlarıq. Ayrı-ayrı lokal narazılıqlardan da xəbərimiz var, lokal narazılıqları siyasi motivlərlə cəmiyyətə təqdim etmək cəhdlərini də aydın görürük. Bütün bunların hamısını da ciddi şəkildə təhlil edirik. Gəldiyimiz qənaət də ondan ibarətdir ki, reallıq bəzi siyasətçilərin istək və arzularından tamamilə fərqlidir.

Biz YAP olaraq heç vaxt illüziyalara qapanmamışıq və bu gün də bu ənənəmizə sadiqik. Mən çox istərdim ki hər bir siyasət ilə məşğul olan insan öz illüzion istəklərini cəmiyyətə həqiqət kimi təqdim etməsin. Əlbəttə bu, onların öz işidir, onlara tövsiyə vermək niyyətində deyiləm. Ən azından onlar bizim rəqiblərimizdir. Onlar nə qədər illüziyalara qapılarsa, bu, rəqiblərimizin zəif olacağı faktı kimi bizi qane edəcək.

- Müsavat başqanı İsa Qəmbər Lənkərana səfəri zamanı baş verən insidentə görə hakimiyyəti günahlandırır. Bu hadisəyə və ittihama münasibətiniz necədir?

- Müxalifətin üzləşdiyi hər hansı problemə görə hakimiyyəti günahlandırmaq ənənəsi dərin köklərə malikdir. Bu, yeni hal deyil. Amma, yeni olmasa da, hər halda diqqəti çəkən məqam odur ki, Müsavat Partiyası da seçkilərə hazırlaşır və belə olan halda da qarşıda reytinqin artırılması, populyarlığın yüksəldilməsi kimi məsələlər durur. Müsavat bu məsələləri həll etmək üçün nə edə bilər? Onlar üçün buna görə ən yaxşısı odur ki, bir provokasiya təşkil eləsinlər, desinlər ki, Azərbaycan iqtidarı İsa Qəmbərin seçicilərlə görüşünə mane olur və sair. Bütün bunların hamısı Müsavat Partiyası və İsa Qəmbərin seçkilər öncəsi öz reytinqini və nüfuzunu artırmaq istiqamətində atdığı addımlardan başqa bir şey deyil. Çünki İsa Qəmbərin istənilən regionda öz görüşlərini keçirməsi üçün hər hansı maneə yoxdur, indiyə qədər də olmayıb. Yenə də deyirəm, baş verən hadisə seçki kampaniyasının bir elementidir.

- Elşad Abdullayevin yaydığı məlum videolarla bağlı müxalifət düşərgəsindən, eləcə də Elşad Abdullayevin özü tərəfindən YAP-a, hakimiyyətə, xüsusən də Ramiz Mehdiyevə qarşı ittihamlar səslənir. Bu hal kampaniya xarakteri alsa da, nədənsə YAP tərəfindən cavab verilmədiyinə dair fikirlər səsləndirilir. Bu nə ilə əlaqədardır?

- Biz tərəfdən açıqlamaların olmaması fikirləri bir az qeyri səmimidir. YAP bununla bağlı öz mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoyub. Amma eyni zamanda biz qanuna da hörmətlə yanaşmağa adət etmiş bir partiyayıq. Bütün bu iddialarla əlaqədar istintaq aparılır, xüsusi istintaq qrupu yaradılıb və araşdırmalar davam edir. Hətta mütəmadi olaraq istintaqın nəticələri ictimaiyyətə açıqlanır. Hesab edirəm ki, bizim hər birimiz istintaqın gedişinə mane olan hər hansı bir hərəkətə yol verməməliyik. Bu, vacib şərtlərdən birdir. Mən Azərbaycan mətbuatının bəzi təmsilçiləri tərəfindən bu məsələyə qeyri-sağlam marağın olduğunu da vurğulamaq istəyirəm. Bu marağın arxasında da o qədər də sağlam olmayan istəklər dayanır...

İstənilən halda istəmirik bu xoşagəlməz hadisə həddindən artıq müzakirə predmetinə çevrilsin. Ən azı istintaq gedir, istintaq da hər şeyi ortaya qoyacaq. Günahlar və günahkarlar tamamilə aydınlaşacaq və hüquqi qiymətlərini də alacaqlar.

- Bu yaxınlarda Rusiyadan Ermənistana verilən külli miqdarda silah-sursatın siyahısı açıqlandı. Rusiya hərbi dairələri bunu Rusiyanın Cənubi Qafqazda baş verə biləcək münaqişədə Moskvanın sülhün qarantı olması kimi xarakterizə edirlər...

- Bu kifayət qədər ciddi məsələdir, bu məsələni diqqətdə saxlamağımıza çox ciddi bir ehtiyac var. Hazırda yaşadığımız regionda nüfuz savaşı getməkdədir. Rusiya da heç zaman bu regionda maraqlı olduğunu gizlətməyib, zaman-zaman mövqeyini gücləndirməyə çalışıb. Digər tərəfdən dünyada Rusiyanın nüfuz dairəsinin daralması müşahidə olunur. Liviyada, Suriyada buna şahid olduq. Suriyada baş verənlər də Rusiya maraqlarının daralması ilə nəticələnəcək. Bunun davamı isə harada təkrarlanacaq, bunu zaman göstərəcək. Bütün bunlara rəğmən Rusiya da yəqin ki önləyici tədbirlər görür. Ermənistana silah-sursat verilməsinin səbəblərindən biri də bu ola bilər. Bizim üçün isə bu problemin daha diqqət çəkən məqamı isə başqa müstəvidədir. Bu da ondan ibarətdir ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişəni nizama salmaq üçün yaradılmış Minsk Qrupunun üç həmsədrindən biridir. Yəni münaqişənin ədalətli nizamlanması üçün cavabdeh olan üç dövlətdən biridir. Eyni zamanda münaqişə tərəfi olan Ermənistanın hərbi gücünün artırılmasında yaxından iştirak edir, Ermənistanın silahlanmasını öz üzərinə götürüb. Bax bu baxımdan bizim üçün maraqlıdır ki, münaqişənin ədalətli formada nizamlanması mövqeyi ilə Ermənistanı bu şəkildə silahlandırmaq mövqeyi necə əlaqələndiriləcək? İstənilən halda silahlandırma sülhə təhlükədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru