Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                 

"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
Tarix: 22-01-2013, 12:10 | Çap et
"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
ƏVƏZ ZEYNALLIDAN İLGİNC AÇIQLAMALAR

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı В«Bizim YolВ» qəzetinin suallarını cavablandırıb. O, həbs edilməsinin səbəblərini, burada Gülər Əhmədovanın rolunu açıqlayıb. Əvəz Zeynallı sabiq deputatın qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi ittihamlara da cavab verib. Baş redaktorla müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.

- Əvəz bəy, sabiq deputat Gülər Əhmədova qəzetimizə müsahibəsində sonuncu məhkəmə proseslərində onun yüksək çinli məmurları qadınlarla təmin etməklə bağlı səsləndirdiyiniz ittihamı fantaziya adlandırıb. Söylədiklərinizi əsaslandıra bilərsənmi?

- Birincisi, mən bir ildir “dəmir barmaqlılar” arasındayam və heç bir fantaziyadan söhbət gedə bilməz. Çünki biz dəqiq və konkret hüquqi müddəalarla məhkəmədəyik, hər bir məsələnin də hüquqi izahı var. İkincisi, mənim Gülər Əhmədovaya qarşı ittihamım yalnız məmurları qadınlarla təmin etməklə bağlı olmayıb, onu həm də uşaq alverində ittiham etmişəm. Bəyan etmişəm ki, Gülər Əhmədova Azərbaycanın ən böyük uşaq alverçilərindən biridir. Bunu da “divarın küncünə” baxıb deməmişəm.

- Əlinizdə fakt varmı?

- Mən həbsdə olduğum zaman “Turan” İA-də uşaq alveriylə bağlı çox ciddi analitik yazılar gedib. Həmin məqalələri bir qədər təhlil edəndə aydın olur ki, illərdir Respublika Uşaq Təşkilatı hansı işlərlə məşğul olub?! Yeri gəlmişkən, Gülər Əhmədova ilə bizim ilk konflikt hələ 2002-03-cü illərdə bu qurumla bağlı olub.

- Nə yazmışdınız ki...?

- Biz Azərbaycanda uşaqların vəziyyətini araşdırmaq üçün ondan müsahibə almaq istəyirdik, ancaq sabiq YAP-çı deputat bizə təəccüblə reaksiya verdi və müsahibəyə də gəlmədi. Sonra münasibətlər normallaşanda da uşaqların vəziyyətilə bağlı suallarımızı cavablandırmadı. İndi mənim üçün bəzi məsələlər aydınlaşır ki, əslində, Gülər Əhmədova kim imiş!

- Kim imiş Gülər Əhmədova?

- Gülər Əhmədova Azərbaycan mafiyasının ən böyük qadınlarından biridir. O qədər ciddi ki, bunu mən indi həbsxanada bilirəm, yəni o, nə boyda mafiyanın üzvüdür. Ki, bir ölkənin hüquq-mühafizə orqanları bu qadını həbs edə bilmirlər. Təsəvvür edin ki, cinayətdə təqsirləndirilən şəxs qismində qadını ölkədən çıxarırlar, sonra həmin qadını Türkiyədə onun adamları qarşılayır və nəhayət, öldürür.

- Ancaq Gülər Əhmədova bütün bunları təkzib edir...

- Təkzib etməklə deyil ki! Birinci, prokurorluq Sevin Babayevanın Gülər Əhmədova tərəfindən ölkədən çıxarıldığını təsdiqlədi. İkinci, mərhumun oğlu mətbuata anasının Gülər Əhmədova tərəfindən zəhərləndirildiyini bəyan edir, o zaman mən Əvəz Zeynallını niyə 15 aydır həbsxanada saxlayırlar?! Əgər Əvəz Zeynallını bir “quru” ərizəylə həbsdə saxlaya bilirsinizsə, deməli, istənilən məsələlərə reaksiya vermək lazımdır. Birinci sualına qayıdaq, Əhmədovanın məmurları qadınlarla şantaj etməsi çox açıq məsələdir və onun da bunu gülüşlə qarşılaması mənə maraqlı gəldi. Axı bunu mən yox, Elnur Məcidli, yaxud Elşad Abdullayev dəfələrlə bəyan edib.

- Axı sübut etmək lazımdır...

- Yox, mənə cavab verən mafiyanın qadını onların cavabını verməli idi. Əgər Əvəz Zeynallı deyəndə qiymətə minirsə, mən çox şeyi sübut etmişəm. Vaxtilə söylədiklərim bir-bir sübut olunur, mən Gülər Əhmədova ilə Sevinc Babayevanın yanında olmalı, yaxud işıq yandırmalı deyiləm ki! Sevinc Babayevanı Azərbaycan cəmiyyətində çox əvvəllərdən tanıyırdıq, ötən ilin iyulun 2-də Gülər Əhmədova məhkəməyə gələndə o, da gəlmişdi. Hətta mənim üstümə hücum da etdi və prosesdə dəhşətli bir qalmaqal çıxartdı. Ondan kimliyini soruşanda cavab verdi ki, Gülərin pərəstişkarıdır və hakimiyyətyönlü jurnalistdir. Mənim məhkəməmdə elə hadisələr olub ki.... Sadəcə, mətbuat diqqətli olmayıb, bu faktdır ki, Sevinci ilk dəfə biz tanımışıq.

- Gülər Əhmədova Sizi insanların şəxsi həyatından yazmaqda ittiham edir. Onun söylədiklərini təkzib edə bilərsənmi?

- Həmin fikrindən iki abzas sonra Əhmədova deyir ki, Əvəz Zeynallı hüquqşünasdır, məsələlərə də o məntiqlə baxmalıdır. İndi təsəvvür edin, Elşad Abdullayev Gülər Əhmədova haqqında serial yayımlayır, bu seriallarda təsdiqlənir ki, o, deputat olarkən adamları qorxudaraq pul alır, söhbət milyonlardan gedir və bu pullar Ramiz Mehdiyevin kabinetində sayılır. Bütün bunları fakt hesab etməyən Gülər Əhmədova məni insanların şəxsi həyatı haqqında yazmaqda ittiham edir. Sual edirəm, kimlərin şəxsi həyatı barəsində yazmışam? Axı fantaziyayla danışmaq olmaz, özü də məni fantaziyayla danışmaqda ittiham edir. O hansı kişidir ki, mən onun qızı, arvadı haqqında yazmışam, “Xural” qəzetinin “podşivkası” ortadadır. Ciddi jurnalistikayla məşğul olanlar çox gözəl bilir ki, Əvəz Zeynallı hər şey edib, amma insanlara “qurşaqdan aşağı zərbə” vurmayıb. Yəni Əvəz Zeynallının etdiklərini bu gün də, sabah da çoxları edə bilməz. Elə mən də etdiklərimin çoxunu bundan sonra edə bilməyəcəm. Ancaq mən insanların həyat yoldaşına, qızına, ailəsinə heç bir zaman toxunmamışam. İllərdir bu barədə danışırlar və bunun mənbəyinin və səbəbinin haradan olduğunu da bilirəm.

- Hardandır?

- Gülər Əhmədovanı üzərimə göndərənlər həm də mənim qətlimi planlaşdıranlar olub. Mənim həbsimdən 19 gün sonra Əhmədova “Yeni Müsavat”a deyib ki, ailəsini qoruyub. Məhkəmədə də “oğul böyüdüb ki, gedib Əvəzi vurub öldürsün” sözlərini dedi. Sonradan bildik ki, Gülər Əhmədova ölümlərdə iştirak edib, mafiyanın qadınıdır, yəni ölüm bunlar üçün adi bir şeydir. Həbs olunmazdan əvvəl Redaktorlar Birliyinin toplantısında dedim ki, birimizi həbs edəcəklər, digərimizi isə öldürəcəklər. Həbsimdən bir neçə ay sonra çox hörmətli həmkarlarımdan biri vəkilim vasitəsilə “Əvəz kimi deyirdi, mənbə hardan idi, çünki onu həbs etdilər, Rafiq Tağını öldürdülər” sualını göndərdi. Ola bilərdi, yerimiz dəyişik olsun. Bu məqamı ona görə vurğuladım ki, onlar “Əvəz Zeynallı kiminsə ailəsinə toxunub deyə öldürüldü” deyə fikrini aşılayacaqdılar və istəklərini də bunun üstündə qurmuşdular. Sadəcə, o qədər qabiliyyətsiz və bacarıqsız bir iş quraşdırdılar. Əli Həsənovun qurduğu iş belə də olmalıydı. Təəssüf ki, bu gün Azərbaycanda ciddi jurnalistlər və qəzetlər peyda olub ki, onlar millətin maraqlarından çox Əli Həsənovu, Ramiz Mehdiyevi, Vüqar Səfərlini sevirlər. Qayıdıram məsələnin məğzinə, Gülər Əhmədova hələ yaşayır, Allah etsin ona bir şey olmasın. Bu ölkədə onun hələ çox məktubları olacaq, əgər yaşayacaqsa, həbsxanadan məktublar yazacaq.

- Bu fikri hansı arqumentlə əsaslandıra bilərsən?

- “Bizim Yol” qəzetində onun müsahibəsindən iki gün öncə məhkəmədə yaxınlarıma dedim ki, bu gün, sabah Gülər Əhmədovanın açıqlaması ola bilər, həyacanlanmayın.

- Bu, informasiya idi, yoxsa ehtimal?

- Mənim həbsxanada vaxtım çoxdur, vəziyyəti təhlil edirəm, analiz və məntiq hər şeyi göstərir. Məni Gülər Əhmədovanın əliylə həbs etdiriblər, indi də işin içindən çıxa bilmirlər. Hər şey Ramiz Mehdiyevin boynunda qalır, o da üzərindən atmaq üçün Əhmədovanı önə verib. Sabiq YAP-çı deputat isə hər şeydən çəkinir, bir balaca tənəffüs əldə edən kimi, düzdür, Əli Həsənovu istəyən qəzetlər ona sənin verdiyin sualları vermədilər, amma sən sual verdikdə, o, dərhal “Əvəz, vallah mənlik deyil, sən bilirsən axı məsələ kimlikdir” mesajını verdi. Bax, bu məhkəmə zalına gələn hər kəs də “axı sən bilirsən ki, niyə həbs olunmusan” deyir. Sabir Tarıverdiyev hakimə dedi ki, möhtərəm hakim, Əvəz Zeynallının yazılarını oxuyubsunuz, bunun yazdıqlarını oxuyanda adamın “ayaqları göydə qalır”. Bunlar hamısı yazılarıma görədir, həmin bu namus oyununu da ona görə oynamışdılar ki, məni nədəsə ittiham etsinlər. Amma “Xural”ın “podşivkası” ortalıqdadır, Azərbaycanın ən ciddi araşdırmaçı jurnalisti kimi arxivi verə bilərəm, buyur, araşdır. Həyatda mümkün olan şey deyil ki, mən insanların şəxsi həyatından yazım.

- Bəs səbəb nədir?

- Səbəbi özün sual edirsən ki, Gülər xanım, fakt göstərin, amma göstərə bilmir. Yaxud audio yazını sual edirsən, cavab verir ki, tapmayıblar, lap yaxşı, azad etsinlər də. Bu qədər cahillik olarmı? Halbuki, sübut adlandırıb məhkəməyə təqdim etdiyi audio yazıda Gülər Əhmədovanın kabluklarının səsi var, tık-tık-tık, vəssalam! Məntiq var, ciddi bir şeyin olduğunu deyirdisə, hanı, axı gizli çəkilişləri özləri edirlər. Halbuki, Azərbaycanda gizli çəkilişləri, səs yazılarını jurnalistlər etməlidir, çünki bu bizim peşədir, ancaq əksinə proses baş verir, bu işi bizə qadağalar qoyanlar həyata keçirir. Son səs yazılarında, video-roliklərdə medianın rolu yoxdur, sən demə, Azərbaycanda heç jurnalistika yox imiş ki. Gülər Əhmədova bütünlüklə şər danışır, onun oğlu, rəfiqləri Rüxsarə Axundova, Tənzilə Rüstəmxanlı, işçisi Zaur Mirzə məhkəməyə gəldilər. Rüxsarə Axundovaya sonradan vəzifə verdilər. Bu adamlar heç nə bilmədiklərini, yazıdan, anonsdan xəbərləri olmadıqlarını dedilər. Əhmədova müsahibəsində anons verildiyini söyləyir, ancaq heç anons da yoxdur. Bir yazı olub, o da Əhmədovanın qəzetin işçilərinə qanorar verə bilməməsi barədəydi və düz də çıxdı, qəzeti bağlandı.

- Müsahibəsində Əhmədova dəfələrlə Sizi həbs etdirmədiyini bildirir, bu fikirlərə cavabınız...?

- Cinayət işi 4 cilddən ibarətdir, surətini verə bilərəm. Birinci məhkəmə qərarını Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələrinə əsasən qəbul edib. Qərarda görün nə yazılıb: “2011-ci ilin iyul ayının sonu, avqustun əvvəllərində Əvəz Zeynallı onda Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, bu materialların çap olunacağını bildirməklə deputata hədə-qorxu tətbiq edib, materialların çapının dayandırılacağı müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir”. Təsəvvür edirsinizmi, istəmişdir sözü yazılıb, bu, nə biabırçılıqdır?! Bir ildir proses gedir, ancaq heç nə tapa bilmirlər, məhkəmə, prokuror tıxanıb. İndi Əhmədovanın sən Natiq Cavadlıya verdiyi müsahibəsinin tərcüməsi budur: “Əvəz Zeynallını mən tutdurmamışam!”. Düz deyir, məni Ramiz Mehdiyev tutdurub. Bir ildir mənim Gülər Əhmədovadan istədiyim bu idi. Neçə vaxtdır məhkəmədə bəyan edirəm ki, Gülər Əhmədova Mehdiyevin deputatıdır, parlament də onundur və onun tapşırığıyla həbs edilmişəm. Ancaq Əhmədova sonda qalxıb dedi ki, Əvəz Zeynallı səni mən həbs etdirməmişəm, səni Mehdiyev tutdurub. Vaxt gələcək bunları da deyəcək, fərqi yoxdur həbsxanadan yazsın, yaxud başqa bir formada.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru