"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                     Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... .....                     3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                     DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI .....                     Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır .....                     İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                     Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi .....                     “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” .....                     Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... .....                     Paşinyanın Ankarada çarə axtarışı: .....                     Bəzi dağlıq ərazilərdə zəif duman olacaq .....                 

SABİR RÜSTƏMXANLIDAN SƏRT İTTİHAMLAR
Tarix: 18-01-2013, 10:32 | Çap et
SABİR RÜSTƏMXANLIDAN SƏRT İTTİHAMLAR

“Bəzi dostlarımız özlərini radikal kimi göstərə-göstərə, rahat şəkildə ermənilərlə söhbət edə bilirlər. Məndə bununla bağlı kifayət qədər material var”

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının APA-ya müsahibəsi

- Vətəndaş Həmrəyliyi Partiyasında seçki ab-havası niyə hiss olunmur?

- Bizim hələ fəallığımız yoxdur. Bunun müəyyən səbəbləri var və bir qədər də səhhətimlə əlaqədar ölkədə olmamağımla bağlıdır. Eyni zamanda təkcə biz deyil, digər partiyalar da hələ fəallıq nümayiş etdirmirlər. Digər tərəfdən, müxalifət düşərgəsində bir qeyri-müəyyənlik hökm sürür. Əvvəlki illərdə olduğu kimi, qarışıq şəkildə hər partiya öz namizədini irəli sürür. Yalnız seçkilərdə iştirak etmək xətrinə, seçkilərə getməyin xeyri yoxdur. Müxalifət qüvvələri hakimiyyətdə səmimi dəyişikliyin olmasını istəyirlərsə, bunu açıq-aydın deməli, partiya iddialarını kənara qoyaraq bir araya gəlməlidirlər və ortaq məxrəc tapılmalıdır. Bəlkə də ənənəvi, illər uzunu özünü sınamış, amma heç nəyə nail olmayan adamlardan imtina edib, tamamilə yeni qüvvələr və adlarla ortaya çıxmaq daha düzgün ola bilər. Hər halda, bütün variantlar müzakirə olunmalıdır. Biz belə bir müzakirə olmadığına görə bir az da gözləmə mövqeyi tuturuq. Partiyanın öz içində də hələ bir qərara gəlməmişik. Yəqin ki, yaxın vaxtlarda müzakirələri aparacağıq.

- Amma Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri artıq seçkilərə öz mövqeyini açıqlayan müxalifət partiyalarının bir qrupunu özündə birləşdirən İctimai Palatada təmsil olunurlar. Yeri gəlmişkən, siyasi düşərgədə bu məqam bir qədər fərqli şərhlərlə təhlil olunur...

- Əvvəlcə onu deyim ki, biz vətəndaş cəmiyyəti uğrunda mübarizə aparırıq. Ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına yönələn bütün qurumların olmasından narahatlıq keçirmirəm, əksinə, buna yaxşı baxıram. Amma bir şərtlə ki, onlar ideya və məqsəd ətrafında birləşə bilsinlər. Xüsusən seçkilər dövründə belə qurumlar bir araya gəlməlidirlər. Təəssüf ki, bizdə şəxsi iddialar siyasi partiyaların bir araya gəlməsinə mane olur. Konkret İctimai Palataya gəldikdə isə ilk günlər bu qurumun son dərəcə böyük həyəcanla yaradıldığının şahidi oldum. Az qala bu qurum bütün ölkəni əhatə edə bilmişdi. Hətta belə bir təsəvvür yaratmağa çalışdı ki, İctimai Palata alternativ bir parlamentə çevriləcək. Təəssüf ki, bunu bacarmadıq. Artıq həmin coşqunluq gedib, amma İctimai Palata öz fəaliyyətini davam etdirir. Mən seçkilərə qatılmış, haqsızlıq görmüş, səsləri əlindən alınmış namizədlərimizin İctimai Palataya gedən yolunu kəsə bilməzdim. Bu mənada bu məsələdə bizdə bir ziddiyyət yoxdur.

Ümumiyyətlə, Azərbaycan cəmiyyətini düşmən qütblərə ayırmağın tərəfdarı deyiləm. Mən iqtidar partiyalarının keçirdiyi tədbirə də qatılıram, sözümü deyirəm, müxalifət düşərgəsində də öz sözümü bildirirəm. Yəni bütün hallarda bizim İctimai Palataya qatılmağımız normal qəbul olunmalıdır. İctimai Palatanın daxilində baş verən cari prosesləri izləyə bilmirəm. Amma hər halda, gənclərin və bu prosesə qatılan insanların siyasi cəhətdən yetkinləşməsində İctimai Palatanın rolu oldu. Bu da mühüm bir məsələdir.

- Belə olan təqdirdə, müxalifətin seçkidə hansı formatda iştirakının tərəfdarısınız?

- Əvvəlcə onu deyim ki, partiyaların ayrı-ayrılıqda seçkilərdə namizədlə iştirakının heç bir nəticəsi olmayacaq. Ümummüxalifət hərəkatı bizim arzumuz olsa da, bunun da yaranması real görünmür. Açığını deyim ki, bu hərəkatın yaranmasına mane olan həmişə AXCP və Müsavat Partiyası olub. Yəni bu partiyaların ikisinin bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə Demkonqresin, SİDSUH-un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub. Etiraf etməliyik ki, seçkidə müxalifət düşərgəsinin bir yerdə olması həlledicidir. Amma bununla yanaşı, seçkini təqdim olunan namizədin xalq arasındakı nüfuzu da udur. Bu mənada hansısa partiyadan daha çox, namizədin kimliyi də vacibdir. Təəssüf ki, indiyə qədər müxalifət daxilində aparılan mübarizələr, bu düşərgədə üzdə olan adamlarımız əsassız yazılarla, ittihamlarla çirkləndirilib. İqtidarın vurmadığı ziyanı özümüz-özümüzə vurmuşuq. İstənilən halda müxalifət daxilindəki mübarizələr hakimiyyətə istədiyini etməyə şərait yaradır. Seçki mühitinin dəyişdirilməsi üçün bu günə qədər istənilən addım atılmayıb. Bundan sonra atacağımız addımlar isə seçkiyə qədər bir nəticə verməyəcək.

- Bəlkə vahid namizədin müəyyənləşməsi ilə müxalifətin birliyinə nail olmaq olar?

- Azərbaycanda vahid namizədin müəyyənləşməsi mümkün deyil. Partiyaların içində gedən proseslər, onların bir-biri ilə münasibətləri bu məsələdə ümidsizlik yaradır.

- Bəs sizin seçkidə namizədliyinizin irəli sürülməsinə mane olan məqam nədir?

- Bu gün ortada olan və namizədliyini irəli sürmək istəyən adamların içərisində ədalətlilik, təcrübə, milli ideyalara bağlılıq, müxtəlif qüvvələri bir araya gətirmək baxımından özümü şanslı namizədlərdən biri hesab edirəm. Ən çətin illərdə həm xalq hərəkatında, həm də nazir kimi fəaliyyət göstərmişəm. Namizədliyimi verməməyim mübarizədən çəkilməyim, yaxud özümü o yerə layiq görməməyim, yaşımla bağlı keçirdiyim narahatlıqla bağlı deyil. Sadəcə, seçkinin obyektiv keçiriləcəyinə və səslərin obyektiv sayılacağına inamım olmadığım üçün bu işə qüvvə sərf etmək istəmirəm. Açığı, prezident olmağın Azərbaycan kimi ölkələrdə başqa çətinlikləri də var ki, bunu sadalamağa ehtiyac yoxdur.

- “Vətəndaş Həmrəyliyi Partiyası yetərincə müxalifət mövqeyindən çıxış etmir” fikrinə münasibətinizi bilmək istərdik. Belə fikirlərə həm mətbuatda, həm də bəzi partiyaların kuluarlarında tez-tez rast gəlirik...

- Onlar “Vətəndaş Həmrəyliyi Partiyası bizim düşərgə ilə bir deyil” deməklə aramıza uçurum salıblar. Bu uçurumu mən yaratmamışam. Özünü radikal hesab edən müxalifətçilər hələ meydanlarda olmayanda, mən meydanlarda idim, onlar hələ qəzeti nə olduğunu bilməyəndə, mən qəzet nəşr etdirirdim. Bu insanlar Qarabağı tanımayanda, mən o bölgəni qarış-qarış gəzmişəm və Qarabağ Xalq Yardımı Komitəsinin yaradıcılarından olmuşam, “Qarabağın səsi” qəzetini nəşr etdirmişəm, parlamentdə “Müstəqil Azərbaycan” deputat qrupunun həmsədri olmuşam, illər uzunu Milli Məclisdə öz sözümü demişəm, Azərbaycanda iki müxalifət qəzetini təsis etmişəm. “Azərbaycan” qəzetinin fəaliyyətini bərpa etmişəm. Müstəqil qəzetçiliyin də təməlini qoyanlardan biriyəm. Mətbuat naziri işləyəndə də mövqeyimi saxlamışam. Bununla yanaşı, müxalifətdə olan bütün blok və birliklərin yaradıcılarından biri olmaqla bərabər, həmin qruplardan sədaqətlə sona qədər fəaliyyət göstərmişəm. Dostlarımı atıb Londonda yeni bir ittifaqın yaradılması üçün danışıqlar aparmamışam. Bu gün də partiyamız özünü ən radikal sayan qrupun - İctimai Palatanın işində fəaliyyət göstərir. Onda bunların istəyi nədir? Doğrudur, mən söyüş, reallıqları görməməyi bacarmıram. Yəni xəyallarla yaşayan adam deyiləm. Amma təəssüf ki, özünü radikal sayanlar ancaq hakimiyyətə gəlmək məsələsində bu mövqedədirlər. Həmin qurumların Qarabağ münaqişəsi ilə bağlı konkret proqramları da yoxdur. Hətta bəzi dostlarımız özlərini radikal kimi təqdim edə-edə rahat şəkildə azərbaycanlılara qarşı terror edən ermənilərlə söhbət edə bilirlər. Məndə bununla bağlı kifayət qədər materiallar var. Onda nədən söhbət gedir? Vətəndaş Həmrəyliyi Partiyası öz siyasi xəttinə uyğun fəaliyyət göstərir. Biz doğrudan da ölkədə həmrəyliyin və milli birliyin tərəfdarıyıq. İstəyirik ki, ölkədə heç bir məsələyə radikal yanaşma olmasın. Radikallıq nəyisə kökündən qoparıb atmaq, yerinə başqasını tikməkdir. Məncə, bir ağac varsa, onu böyütmək lazımdır. Cəmiyyət inqilablarla dəyişə bilməz. Bundan başqa, mitinq və aksiyalarda bizim partiyanın gəncləri heç kimdən geri qalmayıb. Milli birlik məsələsi ilə bağlı nə proses olub, biz orada olmuşuq. Ona görə də bu söhbəti əsassız hesab edirəm. Məncə, bu fikirlər birliyə ziyan vurmaq məqsədi daşıyır. Məni kiçiltməyə çalışmaqla nə əldə edəcəklər? Heç kim bizi kiçiltməklə böyüyə bilməz.

- Amma partiyanızın üzvlərindən bəziləri müxalifətin, əsasən də AXCP-nin tədbirlərində həm fəal iştirak edir, həm də sosial şəbəkələrdə onları dəstəkləyən fikirlər səsləndirirlər. Bunun Vətəndaş Həmrəyliyi Partiyasında fikir ayrılığının yarandığı kimi dəyərləndirənlər də var...

- Bizim partiyada AXCP-ni və ya hansısa partiya və qrupu dəstəkləyən nə qruplaşma, nə də şəxslər var. Sadəcə, bizim partiyada ölkədə gedən prosesləri izləyən, demokratikləşmə və Azərbaycanda normal cəmiyyətin qurulması uğrunda mübarizə aparan gənclər və partiya üzvləri var. Onların da partiyada olması mənim və təşkilatımızın siyasi xətti ilə bağlıdır. Həmin partiya üzvlərimizin də bu kimi fəaliyyətinin arxasında heç bir alt niyyət yoxdur. Bu, başqa cür yozula da bilməz. Vətəndaş Həmrəyliyi Partiyası demokratik qurumdur, partiyanın daxilində müxtəlif cür düşünən insanlar var. Amma onların bu fikirlərdə olması təşkilatın içində qruplaşmaya səbəb olmayıb. Xəttimizi bəyənənlər yanımızdadır, qəbul etməyənlər isə çıxıb gedir. Qoy, getsinlər. Bu normal bir prosesdir. Bəzən isə bu gedişlərə də rəng verməyə çalışırlar. Guya Sabir Rüstəmxanlının dostları İctimai Palataya tapşırıqla gediblər ki, lazım olanda bu qurumdan çıxaraq, orada bölücülük işi aparsınlar. Bu, ağılsız bir düşüncədir. İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan Rafiq Manaflı bizim partiyanın Məclisinin sədridir. Onun İctimai Palatada təmsil olunmasına normal baxmışam. Yəni biz o xəyanət yolu tutmağı bacarmırıq. Belə fikri söyləyənlər öz təcrübələrindən çıxış edirlər. Partiyamızda heç bir fikir ayrılığı da yoxdur. Sadəcə, mən normal cəmiyyət arzusunda olan bir şəxs kimi partiyanı diktatura yuvasına çevirə bilmərəm. Partiyada hamı mənim kimi düşünə bilməz. Sevinərəm ki, mənim fikrimə əsaslanmış şəkildə etiraz edənlər olsun. Bizim partiyada normal bir birlik var. Bəzən deyirlər ki, partiya Sabir Rüstəmxanlının nəzarətindən çıxıb. Əksinə, bizim partiyada nə qədər çox müstəqil düşüncə sahibi olacaqsa, bir o qədər çox partiya mənim nəzarətimdə olacaq.

- Bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının təsis olunması üzrə Təşkilat Komitəsinin üzvlərindən olan Bəhmən Sultanlının partiyanın sıralarından çıxarıldığı haqda rəhbərlik etdiyiniz qurum tərəfindən məlumat yayıldı. Sonradan Bəhmən Sultanlı mətbuata verdiyi açıqlamada Sizin, partiyanın rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən Mərkəzi Seçki Komissiyasında partiyanızın nümayəndəsi olan Almaz Qəhrəmanlının ünvanına bəzi ittihamlar səsləndirdi...

- Bilirsiniz, Bəhmən Sultanlı yaşlı insandır. O, hansısa ölkələrin birində xəstə olsaydı, aramızda nə qədər narazılıq olsaydı da, mən onun ünvanına o məzmunda məktub yazmazdım. Onunla söhbət etməmiş bəyanatlar verməzdim və açıq məktub yazmazdım. Məni Bəhmən Sultanlı ilə mərhum alimimiz Xudu Məmmədov tanış etmişdi. Onunla bağlı söhbət olanda Xudu Məmmədovu xatırlayıram. Ona görə də Bəhmən müəllimin dediklərini burada təkzib etməyə vaxt sərf etmək istəmirəm. Partiyanın funksionerləri ona cavab veriblər. Əslində mən o cavablardan da narazıyam. Yaşlı insandır və onun haqqında sərt ifadələrin işlənməsinə lüzum yox idi. Qarşılıqlı hörmət qorunmalıdır. Lakin Bəhmən müəllimin dedikləri də doğru deyil. Onun Almaz Qəhrəmanlı, Anar Niftəliyev, Samir Əsədli, Rafiq Manaflı və digər adını sadaladığı şəxslər haqda dedikləri səhvdir və lazımsız ittihamlardır. İkincisi, insan bir yerdən gedəndə ləyaqətlə getməlidir. Bir vaxtlar o, buradan gedərək başqa partiyalara üzv olmuşdu. Sonradan onu universitetdən də çıxartdılar. Yenidən onu partiyaya dəvət etdim. Zarafatla deyirdim ki, partiya tarixini yaz. Amma belə görürəm ki, humanizmim mənə problem yaradır. Lakin hesab edirəm ki, o özü haqda düşünməlidir. Fikirləşməlidir ki, bu xasiyyətlə cəmiyyət bir tərəfə, dostları arasında yaşamağı çətinləşər.

- Bir müddət əvvəl partiyanın sədri vəzifəsindən getmək niyyətinizi də açıqlamışdınız. Partiyanın növbəti qurultayında bu, baş verə bilərmi?

- Bu il bizim qurultay keçirilməlidir. Öz yerimə də bu yükü çəkə biləcək adam olsa, verib gedə bilərəm. Hətta prezident seçkilərində də öz namizədimiz olmasa, uğursuzluğa düçar olan ənənəvi namizədlərdənsə, o qədər də tanınmayan, güclü gənc namizədə dəstək verməyə hazıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Bu gün, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Bu gün, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Bu gün, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Bu gün, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Bu gün, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Bu gün, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Bu gün, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Bu gün, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Bu gün, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Bu gün, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Bu gün, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Bu gün, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Bu gün, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Bu gün, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Bu gün, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Bu gün, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Bu gün, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Bu gün, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Bu gün, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Bu gün, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Bu gün, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Bu gün, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 11:39
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:31
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru