ADSEA-da "qudalar" işin suyunu çıxardıb... .....                     “Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI .....                     Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır .....                     Öncə xalası oğlu həbs olundu, indi isə... .....                     “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” .....                     Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər .....                     Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər .....                     Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? .....                     Dükaniçi MÖHTƏKİRLİK... .....                     İrəvan üçün SÜLH DÜSTURU .....                     "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" .....                     Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? .....                     “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? .....                     Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ .....                     Başsız qalan Gəncənin acınacaqlı halı .....                     Rusiyanın bu ərazisi “işğal” edilə bilər .....                     Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? .....                     Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir .....                     Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? .....                     Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır? .....                     6 uşaqla 1 otağa sığınsalar da... .....                     Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... .....                     Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu .....                     Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? .....                     "Ehtiyatlı olun, aldanmayın" .....                     Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF .....                     Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                 

SABİQ DEPUTATIN SUMQAYITDAKI GİZLİ BİZNESİ
Tarix: 1-01-2013, 12:18 | Çap et
SABİQ DEPUTATIN SUMQAYITDAKI GİZLİ BİZNESİ
“VORZAKON” QOHUM “CAVİD” TİCARƏT MƏRKƏZİNDƏ HANSI OYUNLAR GEDİR?

DİA.AZ: - Bu günlərdə Sumqayıtın iri iş adamlarından hesab olunan Zaman İsgəndərovun oğlu, sabiq millət vəkili Nizami İsgəndərovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İş adamının sahibi olduğu ticarət mərkəzlərində həddindən artıq sərt qaydalar qoyduğunu bildirən mənbə, sabiq deputata malik alqı-satqı müəssisələrində insanların ağır şərtlər altında çalışdığına diqqət çəkib. DİA.AZ-a bu barədə danışan mənbənin sözlərindən bəlli olub ki, sabiq millət vəkilinə məxsus ticarət mərkəzlərində çalışmaq üçün bütün maddi öhdəliklərlə yanaşı ara-sıra В«mənəvi fədakarlıqlarВ» da göstərmək lazımdır ki, bu В«fədakarlığınВ» konkret nədən ibarət olduğuna aşağıda aydınlıq gətirəcəyik.

Biznesmenin “vorzakon” qohumu

Bir müddət öncə Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Sumqayıta yeni polis rəisi təyin olunan general-mayor Sahib Mirzəyev artıq şəhərdə kriminogen vəziyyəti aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlara görə, yeni rəis Sumqayıtda В«Univermaq ZamanВ» kimi tanınan sahibkar Zaman İsgəndərovun qardaşı oğlu В«CacoВ» ləqəbli Ramin İsgəndərovu həbs etdirib. Qeyd edək ki, R.İsgəndərov В«Univermaq ZamanВ»ın В«ƏmiВ» ləqəbli qardaşının oğludur.

Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, В«CacoВ» İsgəndərovlar ailəsinə həmişə probem yaradıb: В«Bu adam İsgəndərovlar ailəsi üçün Allah tərfindən göndərilən bir bəladır. В«CacoВ» Sumqayıtda yetənə-yetib yetməyənə bir daş atıb. Onun əməllərinin ziyanını isə həmişə qohum-əqrabası çəkib. “Caco”nun Sumqayıtın kriminal dairələrində nüfuzu olmasa da özünü həmişə avtoritet kimi aparıb. Hər dəfə də əsl avtoritetlərin və В«strimlyaqaВ»ların (В«Oğru dünyasıВ»nda В«Vor v zakoneВ» adı uğrunda mübarizəyə yeni qoşulanlara В«strimlyaqaВ» deyilir) hədəfinə tuş gəlibВ». Mənbə bildirir ki, R.İsgəndərov bir müddət Z.İsgəndərova məxsus və oğlu keçmiş deputat Nizami İsgəndərovun idarə etdiyi Univermaqda mühafizəçi işləyib. Lakin В«CacoВ» burada da dinc dayanmayıb. O, zərgərlərə qızıl adı ilə saxta üzük və sırğalar düzəltdirərək Univermağın qızıl şöbələrində satdırırmış. Mənbənin sözlərinə görə, hətta onu bir müddət əvvəl buna görə də həbs ediblər. Amma В«CacoВ»nun dəfələrlə həbs edilməsinə baxmayaraq o cinayət məsuliyyətindən yaxa qurtara bilib. Artıq Sumqayıta yeni rəis təyin olunan Sahib Mirzəyev şəhərdə, xüsusilə narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olanların həbsinə göstəriş verib. Eyni zamanda В«CacoВ»nun narkotik maddələrin satışı ilə məşğul olduğu da bildirilir. Elə bu baxımdan onun həbsinin səbəbi də bununla bağlı ola bilər. Digər məlumatlara görə isə В«CacoВ» əmisinə görə həbs edilib. Yəni Nizami İsgəndərovla yanaşı Sumqayıt В«kitlərinəВ» öz gücünü göstərmək istəyən Sahib Mirzəyev adı vayqanlı olan В«CacoВ» nu həbs etdirib. Əməlləri çoxdan Sumqayıtın hüquq-mühafizə orqanlarına məlum olan В«CacoВ» nun məhz indi həbs edilməsi bu ehtimalı bir qədər də gücləndirir. Bu ehtimallardan hansının daha doğru olduğunu deyə bilməsək də onu dəqiq söyləyə bilərik ki, В«CacoВ» nun həbsi В«yuxarıВ»ların razılığı ilə həyata keçirilib.

Sonda onu da qeyd edək ki, bir neçə il əvvəl В«CacoВ» nun böyük qardaşı Fuad İsgəndərov keçmiş təhsil nazirinin müavini əmisi İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus В«EkzotikaВ» adlı barda bıçaqlanmışdı. O zaman da İsgəndərovlar В«EkzotikaВ» barın qapadılmaması üçün xeyli В«tərləməliВ» olmuşdular. Lakin Eldar Əzizovun Sumqayıta icra başçısı gəldiyi gündən məşhur В«EkzotikaВ» bar fəaliyyətini dayandırdı.

Arenda bataqlığı və ya müflis sahibkarlar

N.İsgəndərova məxsus Sumqayıt və Cavid Ticarət Mərkəzlərində yüzlərlə insanın çalışdığına diqqət çəkən mənbə ilk olaraq arenda haqlarının həddindən artıq bahalığından şikayətləndi. Sahibkarın hər kvadrat metrə görə 30 manat məbləğində arenda haqqı aldığını bildirən mənbə, arendatorların bir çoxunun bu məbləği ödəmək iqtidarında olmadığını qeyd etdi: В«N.İsgəndərov sahibi olduğu alqı-satqı mərkəzlərində arendatorların öz hesabına həyata keçirdiyi təmirdən sonra arenda haqlarına da yüngülvari əl gəzdirdi . Sabiq deputatın bu yeniliyindən sonra hər kvadrat metrə görə arenda haqqı 30 manat məbləğinə yüksəldi. Lakin bu, iş adamının arenda ilə bağlı həyata keçirdiyi yeganə yenilik olmadı. Ticarət obyektlərinin konfiqurasiyasında ciddi yeniliklər həyata keçirən sahibkar standart otaqların hər birini arendatorlara aylığı 500 manatdan təqdim etdi ki, bu da 2-3 ay ərzində xırda sahibkarların müflisləşməsi ilə müşahidə edildi. Vəziyyət o həddə çatdı ki, sonda N.İsgəndərovun özü müəyyənləşdirdiyi arenda qiymətini 400 manat səviyyəsinə endirməyə məcbur oldu. Lakin N.İsgəndərovun bu В«mərhəmətiВ» belə ziyana işləyən arendatorların vəziyyətini yaxşılaşdıra bilmədi. Bu gün В«CavidВ» Ticarət Mərkəzində çalışan arendatorların böyük əksəriyyəti arenda haqlarını ödəməkdə çətinlik çəkir, aylıq arenda haqqını gəlirlərindən deyil, öz yaxın əhatələrindən borc alaraq ödəyirlər. Mövcud durum arendator və satıcıların hamısını narazı salsa da onların heç biri öz iş yerlərini itirməmək üçün etirazlarını açıq şəkildə dilə gətirmək istəmir, vəziyyətin yaxşılaşacağı ümidi ilə gözləməyə üstünlük verirlərВ».

N.İsgəndərovun В«işıq puluВ» biznesi

Sabiq millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.İsgəndərov bu В«biznesdənВ» də xeyli gəlir əldə edir: В«Bu gün istifadə edilən elektrik enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödənişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyurВ».

Arendaya verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondisioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi ilə bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: В«Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondisioner sistemindən istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara В«işıq puluВ» borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdirВ».

Cavid Ticarət Mərkəzini arendatorlarmı qoruyur?

Arendatorlardan ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alqı-satqı mərkəzinin arendatorların hesabına qorunduğunu vurğuladı: В«N.İsgəndərovun ticarət mərkəzinin həyatına gətirdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. N.İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olurВ».

Mənbə arendatorların aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Mənbənin sözlərinə görə, aylıq ödənişlər sisteminə В«işıq puluВ», В«mühafizə puluВ» kimi В«ayaqyolu puluВ» da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi В«gözəgörünməzВ» ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi.

Nizami İsgəndərovun В«mənəviyyat qurbanlarıВ»

N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda В«mənəviyyat qurbanınaВ» malik olduğunu söylədi: В«İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salmağı ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikirli olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, sizin bu В«ədəbsizliyinizdənВ» sonra sizi kabinetinə çağıran N.İsgəndərov sizə əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcəkВ».

Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: В«Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz N.İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə qarşılaşmamağa, üz-üzə gəlməməyə çalışırВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31
“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16
Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11
“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04
Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57
Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54
İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51
"Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49
Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45
“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27
Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19
Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14
Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06
Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03
Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01
Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59
6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55
Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50
Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru