MÜTƏLLİBOVUN DÖNÜŞÜNƏ AZ QALIB
Tarix: 15-11-2011, 13:06 | Çap et
MİLLİ MƏCLİS DAHA BİR MƏRHƏLƏNİ GERİDƏ QOYDU
Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi ikinci oxunuşda müzakirə edilib.
APA-nın məlumatına görə, qanun layihəsi ikinci oxunuşdan keçib.
Qeyd edək ki, qanun layihəsi 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən В«keçmiş prezidentВ» Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Layihədə keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.
Layihəyə əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil.
Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapıb. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilməlidir. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə onun həyat yoldaşına və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilməlidir. Öhdədə birdən artıq uşaq olduqda, ödənilməli olan müavinət bərabər hissələrə bölünməklə onlara ödəniləcək. Layihəyə əsasən, keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilməlidir. Keçmiş prezident vəfat etdikdə isə onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaq. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır.
Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaq.
Qanunda keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil verilməsi, prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi nəzərdə tutulur.
Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq. Keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.
Layihədə qeyd olunub ki, şəxsi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş prezidentin sərəncamında saxlanılır.
Xatırladaq ki, MM-in oktyabrın 25-də keçirilən iclasında qanun layihəsi birinci oxunuşda qəbul edilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
| • Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55 |
|
|
|
| • “Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49 |
|
|
|
| • "Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47 |
|
|
|
| • Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42 |
|
|
|
| • ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41 |
|
|
|
| • Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35 |
|
|
|
| • Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33 |
|
|
|
| • "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26 |
|
|
|
| • Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19 |
|
|
|
| • Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17 |
|
|
|
| • Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
| • Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10 |
|
|
|
| • Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02 |
|
|
|
| • Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59 |
|
|
|
| • Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52 |
|
|
|
| • Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47 |
|
|
|
| • İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37 |
|
|
|
| • Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
| • Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29 |
|
|
|
| • “AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25 |
|
|
|
| • İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21 |
|
|
|
| • Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09 |
|
|
|
| • Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03 |
|
|
|
| • Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01 |
|
|
|
| • "Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55 |
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53 |
|
|
|
| • ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47 |
|
|
|
| • İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44 |
|
|
|
| • Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42 |
|
|
|
| • MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35 |
|
|
|
|