Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

QUBANIN AĞ ALMASI... (FOTOLAR)
Tarix: 13-11-2011, 15:00 | Çap et
QUBANIN AĞ ALMASI... (FOTOLAR)

YOX, BU DƏFƏ SÖHBƏT QUBANIN QIRMIZI QƏSƏBƏSİNDƏN GEDİR

Bakıdan çıxış yolları çox deyil. Amma bu az say içində belə paytaxtın səs-küyündən qaçmaq üçün ən xırda imkan belə əvəzsizsizdir. Bu dəfə istiqmətimiz parçalanmız vətənin quzeyindən də quzeyinə idi. Dəmir Qapı Dərbənin astanasında olan Qubaya... Daha konkrket Qırmızı Qəsəbəyə. Amma hələ səfərin məqsədinə və təfərrüatına keçməzdən öncə yol xatirələrindən başlayaq.
Qubaya çox gec saatlarında üz tutduq. Qaranlıq işıqa qalib gəlmiş saatlar olsa belə hələ səfərin astanısında reportaja giriş olacaq mövzu В«ovladıqВ».

Turizmin ziyanlı В«xeyirləriВ»

В«ŞamaxinkaВ» adlanan məkanda Qubaya taksi soraqladım. Xeyr, В«pul cibimizi cırmırdıВ» sadəcə bu rayona gedən marşurut avtobucların da öz qanunu var: saat 18:00 dan sonra həmin avtobuslar В«sərnişin pasıВ»nı taksilərə ötürür. Amma hələ taksi tapmaqla da iş bitmir. Azərbaycanı başdan başa gəzib Qubaya üz tutmayan adamı burda dəhşət götürər- bir nəfər üçün gediş haqqı 10 manat.
Oxucumuz üçün qısa arayış verək. Məsələn, məsafəsi 320 km.dən artıq olan Horadiz şəhərinə hətta sürücüyə minnət qoya qoya 10 manata getmək olar. Amma bunun yarısı qədər olan yolu В«ŞamaxinkaВ»da sürücülər əksinə sərnişinə minnət qoyaraq təklif edirlər. Bu da turizmin inkişafı ilə bağlı çəkdiklərimizin bir hissəsidir. Axı Şabrandan o yana bu region turizm zonası sayılır. Həmin zonalardakı qiymət yüksəliyinin Azərbaycan büdcəsinə nə qədər xeyir gətirdiyini dövlət məmurlarının vicdanına buraxırıq. Amma bir ölkə daxilində iki dəfə az məsafəni iki dəfə artıq qiymətə daşımanın bizim üçün xüsusən özəl məqamları sürücü ilə sövdələşməmizdə aydınlaşdı.

Quba sürücülərinin yəhudi sevgisi

Bəlkə də uzunçuluq olacaq amma sürücü ilə maşına əyləşəndən sonra söhbətimizin qısa məzmunu həm də mövzumuzun girişi ola bilər. Sürücü sonuncu bir sərnişinin axtarışında imiş, bizimlə işi tamamlandı və elə maşın yerindən sürət götürən kimi söhbətə başladıq:
- Dayı niyə belə baha aparırsız?
- Bahadı bəyəm?
- Əlbəttə, bahadı.
- Hə bizimkilər belədi də qəpik söhbəti eləyir. Heyif deyil В«cuhudlarВ» (dağ yəhudiləri nəzərdə tutulur-N.) ...
Artıq ciddi söhbətin yeri yox idi, amma səmimi ünsiyyətlə çox ciddi məqamlardan xəbər tutmaq olardı.
- Bəyəm hər milləti bir qiymətə aparırsız?
- Mənə nə fərqi var ee hansı millətdi, təki pulumu versin...
- Bəs niyə В«yevreylərВ»i misal çəkdiz?
- Onlar bir nəfər oturanda da bizim dörd adamımızdan artıq xeyir verir...
Nə demək olardı az öncə adamla 2 manatın В«razborkasıВ»nı aparmışım. Bu səbəbdən susdum amma deyəsən sürücümün ürəyi doluymuş:
- В«CuhudВ»un bir nəfəri bizimkilərin dörd nəfərindən çox xeyir verir. Oturur, düz qəsəbəyə qədər (Qırmızı qəsəbə nəzərdə tutulur-N.) 50-60 manat, lap vaxt olub ki, 100 dollar da demişik razılaşıb.

QUBANIN AĞ ALMASI... (FOTOLAR)

Qubalıların yaralı yeri

Deyəsən repartajımızın elə ilkin söhbəti maşından alınmışdı. Belə sürücünü əldən buraxmaq olmazdı. Sürücü ilə В«yola nərdivan atdıqВ».
- Nə qədər vaxtdır bu yolu işləyirsiz?
- 57 yaşım var, 21 ildir bu yoda taksi işlədirəm. Mən də öz millətimi sevirəm, bacoğlu, acığına getməsin, sənə görə demirəm bizimkilər çox xırdaçıldı. Onlar isə (Qubada yaşayan dağ yəhudiləri nəzərdə tutulur-N) nə deyirik onu da verirlər.
- Yəqin pulları var da, dayı.
- Bəs nə... Pul bir onlar da bir də ingilisdə.
- İndi bizimkilər kasıbdı deyə yolda qalsınlar?
- Niyə qalırlar eee? Onları da aparırıq da öz qiymətinə.
- Öz qiymətinə?
- Bəs necə...
- Bu qiymətə Gəncəyə getmək olar eee, yol da bundan iki dəfə çoxdu.
- Sən yəqin Qubalı deyilsən?
- Yox, nədi ki?
- Sən Qubadakı villaları görməmisən, elə villararı olana 10-15 manat nə puldu?
- O villaları olan öz maşınları ilə gedir, belə küçədə qalan kasıb-kusubdu.
- Düzü, Qubada villası olanlar da heç qubalılar deyil ki, Bakıdakı ... ların evləridi hamısı.
- Yəni qubalılar belə kasıbdı?
- Eh Qubanın vaxtı keçdi, elə adı var. Yayda ən bərk gedən maşınlarda nazirldərdən tutmuş müğənniyə qədər gəlib burda dincəlirlər amma heç maraqlanan yoxdu ki, bu rayonun adamları necə yaşayır, nə çəkir?
- Onsuz da Azərbaycanın bütün rayonlarında insanlarımızın vəziyyəti hamıya bəllidir.
- Yox ee burda başqa cürdü. Çayın o tayında qəsəbəyə də baxırsan, beş addım bu yanda Qubaya da. Elə bil ora başqa dövlətdi...

QUBANIN AĞ ALMASI... (FOTOLAR)
QUBANIN AĞ ALMASI... (FOTOLAR)
QUBANIN AĞ ALMASI... (FOTOLAR)

Qudyalçayın o tayı

Artıq sürücü ilkin təsviri vermişdi və ölkənin ən zəngin nazirlərindən biri olan hörmətli nəqliyyat nazirimizin qeyri-rəsmi kurator olduğu rayonun ucqar dağ kəndlərinin keçmiş kolxoz həyətinə bənzər avtovağzalından ayrılıb, Qudyalçay üzərindənki körpüdən o taya keçəndə artıq bütün fərqlilik göz önündə canlanır.
Qəzəbənin girişində ötəri müşahidələr В«Regionların sosial-iqtisadi inkişafıВ» haqda bütün günü dövlət televiziyalarında danışılanları yada salır. Amma necə ola bilər ki, böyük bir proqram ölkənin ancaq bir qəsəbəsində həyat vəsiqəsi qazana bilib. В«Qoy bir dəfə də hər şey qaydasında olsunВ» düşüncəsi ilə rəsmi şəxslərlə danışmaq istədik. Danışan oldu, amma В«Adımız çəkilməsinВ» şərti ilə. Amma insafən burda qəzetlərdən qaçmırdılar. Həm də bizi ancaq xüsusi təyin olunmuş yerlərlə gəzdirmədilər. Bütün qəsəbə ixtiyarımızda idi. Əslində nəyisə göstərib, nəyisə gizlətməyə də ehtiyac yox idi.

Uzaq yaşıl ada...

Öyrəndiyimizə görə evlərin damı əsasən qırmızı kiramitdən olduğuna görə buranı Qırmızı Qəsəbə adlandırıblar. Dağ yəhudilərinin əraziyə köçməsinin tarixi bir neçə yüz ildir. Qudyalçayın əks tərəfində yüksəklik ətəyində yerləşən qəsəbənin indi 3000-dən artıq əhalisi var. Bir neçə il öncə qəsəbənin əhalisi daha çox olub. Sonradan müəyyən səbəblərdən İsrailə, Rusiyaya, Avropaya köçmələr olub. Amma burdan köçənlər qəsəbə ilə əlaqəni itirməyib. Bizimlə söhbətləşənlər də, Qırmızı Qəsəbənin bu günkü vəziyyətinin məhz ölkədən kənarda yaşayan yaxınları ilə bağlı olduğunu bildirdi.
- İsraildə, Moskvada yaşayan həmyerlilərimiz var. Burda doğulub böyüyüblər. İndi imkan sahibidirlər və qəsəbəyə əl tuturlar- deyə Şimon dayı söhbətə başlayır- burda da ev tikiblər, əlaqəni itirməyiblər qəsəbə ilə.
- Burda səs-küy yaradan toylar da olur.
- Necə yəni səs-küy yaradan?
- Eşitdiyimizə görə Türkiyənin, Rusiyanın məşhur müğənniləri gəlir bu toya.
- Hə olur.
- Düzdür ki, İbrahim Tatlısəs, Mahsun Qırmızıgül və başqa məhşurlar ancaq toyda iştirak etmək üçün xüsusi reyslə bura gəlib qayıdıblar?
- Onlar da olub, başqaları da.
Şiman dayı qəsəbənin inkişafından, insanların yaşayışından ağız dolusu danışır. Danışdıqca da fikrimizdən Quba da daxil olmaqla işsizlikdən boşalan, prezidentin səfəri öncəsi kosmetik işlərlə qismən abadlaşdırılıb sonra yenə də bərbad vəziyyətə düşən rayonlarımız keçir göz önündən. Qırmızı qəsəbədə tam fərqli mənzərənin şahidi olmuşduq. Sanki bu kiçik məkan ətrafın bütün çatışmazlıqları içində əlahiddə bir ada idi - uzaq bahalı ada...

Qəhrəman Albertin Vətəni

Qırmızı qəsəbə üstün müsəlman icması içində yəhudilərin gözəl və rahat yaşayışı baxımından bütün dünyaya örnək olacaq bir məkandır. Burda iki fərqli dinin ortaq dəyərlər və sülh şəraitində yaşamından əlavə, dinindən və millətindən asılı olmayaraq hər kəsin Azərbaycan vətəndaşı alduğunu və bu dövlət üçün əlindən gələni etməyə hazır olduğunun şahidi olduq. Axı Qırmızı Qəsəbə həm də Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmanlıqla iştirak edən Albert Aqarunovun vətənidir. Tank qəhrəmanı olan Robertin ailəsi hazırda ölkə xaricindədir. Amma onu da öyrəndik ki, Nazirlər Kabineti bu günlərdə Qarabağda misilsiz şücaət göstərmiş bu qəhrəman Azərbaycan oğlunun xatirəsinin əbədiləşdirilməsinə qərar verilib. Gecikmiş qərardı, amma buna da şükür.
Diqqətimizi çəkən isə başqa bir məqam oldu. Bu sərəncamdan sonra əslən qəsəbədən olan iş adamlarından biri Albertin adı verilən verilən küçənin əbədiləşdirilməsi, onun büstünün hazırlanmasını öz üzərinə götürüb. Yadda saxlanası və örnək götürüləsi faktdır. Məsələ yalnız hökumətin öz sərəncamını hansı müddətə və necə icra edəcəyinə münasibətdən getmir. Əsas diqqətçəkən məqam milli burjuaziyanın öz qəhrəman həmvətəninə diqqəti və qayğısıdır. Ölkə daxilində, Rusiyada, Türkiyədə biznes quran minlərlə soydaşımız öz elinin, obasının hansı qəhrəmana abidə ucaltmaq xərcini öz üzərinə götürüb? Düşünəsi, həm də artıq xarabalığa dönən rayonlarımızdakı Şəhidlər Xiyabanlarını göz önünə gətirərək düşünəsi sualdı...


Bayraq və insan

Qəsəbədən ayrılırıq. Amma gəldiyimiz yolla yox. Qırmızı qəsəbənin aşağısından Qubaya-Qız Bənövşə bulağına doğru gedən körpü ilə... Körpünün başından sanki başqa ölkənin ərazisi imiş kimi köhnə Quba və şəhərin ən uca nöqtəsində dalğalanan Azərbaycan bayrağı görünür. В«Bayraqları bayraq yapan üstündəki qandırВ». Vətəndaşın qanı... İnsan kimi yaşamaq istəyən, neft və milyonlar içində dilənçi kimi görünmək istəməyən vətəndaşın qanı...

Nəsimi

Bakı-Quba-Bakı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru