Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                 

Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Tarix: 24-10-2024, 14:27 | Çap et
Nazirlikdən Samuxa getdi: O DA BELƏ...
Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 21.12.2024-cü il tarixdə Nümayəndəlik "Elman" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə bağlayıb. Bu müqavilə ilə Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə NümayəndəliyiSamux şəhərində H. Əliyev prospekti daxil, giriş yollarının əsaslı təmiri qarışılığında "Elman" MMC-nə 387.787 manat ödəməli olacaq.

Tərəflər arasında “növbəti müqavilə” ifadəsi təsadüf olmadı. Hansı səbəblədəndirsə Samuxun yolları həmişə "Elman" MMC-nə etibar edilir(?) Bu ilin əvəlində də tərəflər arasında bənzər müqavilə bağlanıb. Həmən müqaviləyə görə isə H. Əliyev prospekti, Kolayır prospekti, Kolayır prospekti döngə, Əsgər Zeynalov küçəsi, Mikayıl Müşfiq küçəsi və 28 may küçələrinin təmiri qarışılığında Nümayəndəlik "Elman" MMC-nə 298.901 manat ödəməli olub...

Samux rayonundakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da "Elman" MMC -nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi "Elman" MMC -nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

DAHA BİR MÜƏMMA:Diqqət etdinizsə Samux şəhərindəki H. Əliyev prospekti bir ildə iki dəfə təmir edilir(?) Bu fakt da kifayət qədər suallar doğurur. Şübhəsiz ki, bu Samux rayon rəhbərliyinin prospektin adını daşıdığı ümummilli liderə olan xüsusi sayqısının göstəricisi ola bilməz. Tam əksinə, əgər belə bir sayqı, sevgi olsaydı bu prospekt bir dəfə, həm də yüksək səviyyədə təmir edilərdi. Bir ildə təmir adı ilə dövlətin pulunu iki dəfə xərcləmək yumşaq desək anlaşılan deyil.

Aidiyyatı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra anlaşılan ola bilər...Araşdırsınlar görək, eyni Lot üzrə tərəflərin bir ildə iki müqavilə bağlaması hansı zərurətdən doğub? Söhbət kiminsə dədəsinin pulunu xərcləməsindən deyil, dövlət babanın pulundan gedir.

Dövlətin pulunu xərcləyən tərəf kimi sabah Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatının bir ili tamam olacaq Firdovsi Əliyev də, onun Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Elşad Qasımov da kimə, niyə və necə güvəndiyini özləri bilər. Bizə isə onu xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

***

O ki, qaldı "Elman" MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Qasımov Vaqif Dursunəli oğludur. Məlumata görə, vaxtı ilə Samux Yol İdarəsinə rəhbərlik edib. Görünür çəkdiyi yollar o qədər “yağlı olub” ki, yolun sonunda sahibkarlığa üstünlük verib... Maraqlıdır ki, Qasımov Vaqif Dursunəli oğlu həm də, “Beta Constructıon” MMC-nin sahibi kimi tanınır. Hansı ki, bu şirkət də Samuxda büdcə təşkilatlarının “sevimlisidir”. Bu ilin əvvəlində “Beta Constructıon” MMC ilə Samux Rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Mənzil Kommunal Təsərrüfatı İB arasında 123.420 manatlıq əməkdaşlıq olub.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Niyəsini buyusun Qasımov Vaqif Dursunəli oğlu cavablandırsın.

***

Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, cənab Elşad Qasımova 7 sualdan ibarət online sorğu göndərdik... Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə buna cavab demək mümkünsə. Red)

Məlum qayda və prinsiplərə uyğun olaraq qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik:Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yazaraq bildirir ki, Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin illik satınalma planına əsasən nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar Dövlət satınalmalarının portalı olan “etender.gov.az” internet saytında “Samux şəhər H.Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri” adlı müsabiqə elan olunmuşdur. Müsabiqə Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq keçirilmişdir və “Elman MMC” adlı təchizatçı Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq qalib elan olunmuşdur.

Obrazlı desək, bu “cavab” bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.

Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Yenixeber.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru