Zaman zaman ölkədə məmur qohumlarının özbaşınalığı haqqında çoxsaylı xəbərlər ,iddialar,məlumatlar paylaşılır.Təsüflər olsun ki,bəzən qohumlarının kreslosuna güvənən şəxslər Azərbaycanın hüquqi dövlət olduğunu unudurlar. "DİA-AZ" xəbər verir ki, bu tip məlumatlardan birində də Ədliyyə naziri Fərid Əhmədovun adı hallanır.
Belə ki.adının açıqlanmasını istəməyən xanım şikayətçi üzləşdiyim ciddi qanunsuzluq və özbaşınalıq barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciət ünvanlayıb.
Xanımın iddiasına görə ona məxsus, təxmini dəyəri bir neçə yüz min manat olan “Mercedes Geländewagen” markalı avtomobil artıq iki aydan çoxdur qanunsuz olaraq əlindən alınıb, hazırda maşının harada saxlanıldığı barədə ona heç bir məlumat verilmir.
İddialarda o da bildirirlir ki,bu qanunsuz hərəkətə səbəb kimi qarşı tərəfin Azərbaycan Respublikasının Ədliyyə Naziri, Fərid Əhmədovun qohumu, doğma bibisi oğlu olması göstərilir, halbuki həmin şəxsin xanıma borcu olduğu bildirilir. Təəssüflər olsun ki, vəzifədən sui-istifadə edib məhkəmə proseslərinə müdaxilə faktının olması da problemin həllinə maneə yaradır.
Məlumata görə,hadisə Bakı şəhərinin mərkəzində, Heydər Əliyev Sarayının yaxınlığında, Binəqədi Rayon İcra və Probasiya şöbəsinin 15 əməkdaşı tərəfindən baş verib.Burada maraqlı məqam ondan ibarətdir ki maşın, yol polis əməkdaşları tərəfindən saxlanılmalı olduğu halda 15 nəfər icra məmurunun iştirakı ilə zorakılıq və kobudluq tətbiq edilərək xanım sürücünün əlindən alınıb.
Bundan əlavə maşın saxlanıldıqdan sonra Binəqədi rayon icra və propasiya şöbəsinə göstəriş verilir ki, maşının hərraca çıxarılması ilə bağlı apelyasiya şikayəti verilsin. Şikayətçi onu da deyir ki bundan əvvəl ,yəni fevralın 13 də Binəqədi rayon məhkəməsi hərracın dayandırılması ilə bağlı qərar verib. İcra şöbəsi isə məhkəmənin bu qərarı ilə razılaşmayıb rəhbərliyin göstərişi əsasında apelyasiya şikayəti verib.
Daha sonra isə maşın alveri ilə məşğul olan bir neçə şəxs zəng edərək deyiblər ki, nömrənizi icra məmurları verib. Maşını satmaq üçün alış veriş təklif ediblər.Diqqət çəkən əsas məqam isə maşının tez tələsik satılmasına göstərişin verilməsidi.Görəsən məqsəd nə olub?Yəgin ki bu məsələyədə hüquqi qiymət veriləcək.
Qeyd edək ki,şikayətçi məsələ ilə bağlı mən bir neçə dəfə rəsmi görüşlər keçirib.
Şikayətçi bildirir ki,maşın həbsə qoyulan vaxt o İcra baş idarəsinin rəisi Vidadi Məmmədovun yanına qəbula gedib. Lakin iddialara görə Məmmədovun göstərişi ikə şikayətçini vəkillə birlikdə otaqdan çıxardırlar ki, ki o, bu işlərə baxmır. Məlumata görə,Vidadi Məmmədov vətəndaşın şikayətini dinləməyib və bildirib ki, gedin dövlət yol polisinə müraciət edin.
Xanımın sözlərinə görə,sonra o, Ədliyyə Nazirinin müavini Mubariz Əhmədovla görüşüb və iradlarını bildirib, amma heç bir nəticə əldə etməyib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Əlasgarovla görüşərək özbaşınalığı və qanunsuzluğu müzakirə edən şikayətçi qeyd edir ki,qəbuluna gedəndə Vidadi Məmmədovda otaqda olub.
Fuad Ələsgərov şikayətçini dinlədikdən sonra Vidadi müəllimə göstəriş verib ki bu qanunsuzluğu aradan qaldırın və vətəndaşın maşınını geri qaytarın.
Vidadi Məmmədov Fuad müəllimə söz verir ki maşın vətəndaşa qaytarılacaq lakin sonra dediyi sözü yerinə yetirmir.
Bundan sonra 6 mart tarixində xanım şikayətçi Qobustan rayonunda Ədliyyə Naziri, Fərid Əhmədovun qəbuluna getsə də, onu qəbula qoymayıblar və iddialara görə o mühafizəçilər tərəfindən kobud davranışa məruz qalıb.
Bütün bu halların nəticəsində mən hüquqlarımı itirmiş, ciddi təhqir olunmuşam və qarşı tərəfin qanunsuz hərəkətlərinə görə məsuliyyət daşımasının təmin edilməsini tələb edirəm. deyən şikayətçi qanunsuz olaraq əlindən alınmış avtomobilinin ona qaytarılmasını xahiş edir.
Ümid edirik ki,problemli məsələyə ciddi diqqət göstəriləcək və lazımi tədbirlər görüləcək.








